Qərib Məmmədov



Yüklə 22,9 Kb.
Pdf görüntüsü
səhifə10/190
tarix11.04.2018
ölçüsü22,9 Kb.
#36900
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   190

 
23
Keçən  əsrin 70-ci illərində Azərbaycanda zəif tədqiq olunan sahələrdən biri də  dəmyə  və suvarılan 
torpaqların genezisi, diaqnostikası, sistematikası, təsnifatı ilə bağlı problemlər idi. İlk dəfə Azərbaycanın quru 
bozqır zonasında, bütövlükdə Kür-Araz ovalığında geniş çöl, stasionar və kameral torpaq tədqiqat işləri quru 
subtropiklərin dəmyə və suvarılan torpaqların dəqiq diaqnostikasını, sistematikasını və təsnifatını hazırlamağa 
imkan verdi (M.Babayev, Ş.Həsənov). Quru subtropik bozqır və yarımsəhra zonasının suvarılan torpaqlarında 
antropogen təsir nəticəsində gedən dəyişikliklərin istiqaməti müəyyən edildi, mədəniləşmə  dərəcəsindən asılı 
olaraq torpaq proseslərinin idarə olunması, məhsuldarlıq qabiliyyətinin yüksəldilməsi haqqında aqromeliorativ 
tədbirlər sistemi təklif olundu. Antropogen torpaqəmələgəlmə prosesinə irriqasiya gətirmələrinin və  əkinçilik 
mədəniyyətinin təsiri müəyyən edildi. 
Bu dövrdə respublikanın subasar-allüvial (V.Həsənov) və tuqay meşələri altında formalaşmış subasar-meşə 
(H.Əliyev) torpaqlarının genezisinin, sistematikasının öyrənilməsinə  də diqqət artırılmışdı. Bu tədqiqatlar 
nəticəsində subasar-allüvial torpaqların sistematikası  və diaqnostikası müəyyən edilmiş, ehtiyat torpaq fondu 
dəqiqləşdirilmiş, izafi rütubətli torpaqların kənd təsərrüfatında istifadəsi məqsədilə aqromeliorativ tədbirlər 
sistemi hazırlanmışdır. 
Respublikamızda 60-cı illərin sonu və 70-ci illərin əvvəllərində kənd təsərrüfatında regional ixtisaslaşmaya 
(üzümçülük, pambıqçılıq), torpaqlardan istifadənin intensiv üsullarına keçidlə əlaqədar olaraq torpaqların boniti-
rovkası və iqtisadi qiymətləndirilməsi məsələlərinə böyük ehtiyac yaranır. Bununla əlaqədar olaraq 1969-cu ildə 
Azərbaycan SSR Nazirlər Kabinetinin xüsusi qərarı və Azərbaycan EA Rəyasət Heyətinin sərəncamı ilə Tor-
paqşünaslıq və Aqrokimya İnstitutunda  Ş.G.Həsənovun rəhbərliyi altında torpaqların aqroekologiyası  və 
bonitirovkası laboratoriyası təşkil edilir.  
İlk günlər laboratoriya qarşısında çox mühüm problemlər dururdu. Bunlar aşağıdakılar idi: respublika 
ərazisində torpaqların münbitliyinə  və  kənd təsərrüfatı bitkilərinin məhsuldarlığına təsir edən aqroekoloji 
amillərin tədqiq edilməsi; respublikanın torpaq fondunun tərkibi və ayrı-ayrı kənd təsərrüfatı bitkiləri altındakı 
vəziyyətinin səciyyələndirilməsi; torpaq kadastrı məqsədləri üçün kənd təsərrüfatı və meşə fondu torpaqlarının 
bonitirovkasının aparılması, bu məqsədlə bitkilərin bioloji tələblərinə uyğun olaraq qiymət meyarlarının və 
təshih əmsallarının müəyyən edilməsi; respublika torpaqlarının əsas və geniş bonitet şkalalarının tərtib edilməsi; 
kənd təsərrüfatı  və meşə torpaqlarının aqroistehsalat qruplaşdırılmasının və rayonlaşdırılmasının aparılması; 
respublikanın təbii-iqtisadi və inzibati rayonları, landşaft zonaları üzrə torpaq sahələrinin bonitet ballarının və 
müqayisəli dəyərlilik  əmsallarının müəyyən edilməsi; ayrı-ayrı  təsərrüfat, inzibati rayon və respublika üzrə 
torpaq - bonitet xəritələrinin və kartoqramlarının tərtib edilməsi və s. 
 Laboratoriya 
qarşısında qoyulmuş bu məqsəd və vəzifələrin əhatə dairəsi çox böyük, həm də elmi-nəzəri 
və praktiki baxımdan problemli idi. Lakin 70-ci illərin  əvvəllərindən başlayaraq, elmi-nəzəri  əhəmiyyətli 
dissertasiya işlərinin müdafiəsi və  təsərrüfat müqavilələrinin uğurla sona yetməsi bu elmi istiqamətin 
yüksəlişinə  səbəb oldu. Respublikamızda torpaqların bonitirovkası üzrə  tədqiqatların vahid metodika əsasında 
səmərəli təşkili üçün 1973-cü ildə müəlliflər kollektivi (V.R.Volobuyev, M.E.Salayev, Ş.G.Həsənov, 
Y.İ.Kostyuçenko) tərəfindən “Azərbaycanda torpaqların bonitirovkasının keçirilməsinə dair metodiki göstəriş” 
hazırlanıb çap olunur. Elə  həmin il Azərbaycan torpaqlarının 1:500000 miqyasında bonitet kartoqramı da 
(Ş.G.Həsənov, R.Ə.Əliyeva) tərtib edilir. 
Qeyd edək ki, 70-80-ci illərdə torpaqların bonitirovkası müxtəlif regioların torpaqlarını  və müxtəlif kənd 
təsərrüfatı bitkilərini əhatə etməklə aparılsa da, bu  tədqiqatlarda ümumi cəhət mövcud idi. Həmin işlərin ümumi 
sxemi belə idi: tədqiq edilən  ərazidə etalon torpaqların və qiymətləndirmə üçün meyarların seçilməsi; bu 
meyarlardan istifadə etməklə riyazi hesablamalar əsasında qapalı bonitet şkalasının qurulması; kənd  təsərrüfatı 
bitkilərinin məhsuldarlığlı ilə torpağın dəyişkən göstəriciləri arasındakı korelyativ əlaqədən istifadə etməklə 
təshih əmsallarının tapılması və nəhayət, təshih əmsallarının tətbiqi ilə açıq  bonitet şkalasının qurulması; torpaq 
növmüxtəlifliklərinin bal göstəriciləri  əsasında  aqroistehsalat qruplaşdırılmasının aparılması  və  tədqiq edilən 
ərazi üçün bonitet kartoqramının tərtibi. Hazırda bu sxemdə aparılan qiymətləndirmə  işləri torpaqşünaslıq 
elminə “ənənəvi bonitirovka” adı altında daxil olmuşdur. 
80-ci illərin ikinci yarısından başlayaraq, Q.Ş.Məmmədovun təşəbbüsü ilə torpaqların bonitirovkasında müasir 
metodlardan istifadəyə geniş yer verilirdi. Müəllif tərəfindən respublika və onun ayrı-ayrı regionlarının bonitet 
şkalaları qurulmuş, torpaqların aqroistehsalat və meşəistehsalat qruplaşdırılması aparılmış, 1:600000 
miqyasında bonitet və aqroistehsalat, həmçinin torpaq-kadastr və aqroekoloji rayonlaşdırılma xəritə  və 
kartoqramları  tərtib edilmiş, landşaft komplekslərinin bonitirovkası  və torpaq-iqlim və torpaq ekoloji indeks 
düsturlarından istifadə etməklə çay, pambıq, otlaq aqroekosistemlərin və  təbii ekosistemlərin torpaqlarının 
qiymətləndirilməsi konsepsiyası və Bioiqlim Potensialından (BİP) və yem vahidlərindən təbii biogeosenozların 
bonitirovkasında meyar kimi istifadə edilməsi ideyası irəli sürülmüşdür. 90-cı illərin  əvvəllərində 
Q.Ş.Məmmədovun araşdırmaları  nəticəsində torpaqların ekoloji qiymətləndirilməsi yeni elmi istiqamət kimi 
formalaşmağa başladı.  
 Q.Ş.Məmmədov artıq 80-ci illərin əvvəllərində müxtəlif miqyaslı bonitet xəritə və kartoqramlar 
tərtib edilərkən torpaq xəritələrinin yeni plastika metodu əsasında tərtibi və dəqiqləşdirilməsi, həmçinin Torpaq 


Yüklə 22,9 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə