Qərib Məmmədov



Yüklə 22,9 Kb.
Pdf görüntüsü
səhifə16/190
tarix11.04.2018
ölçüsü22,9 Kb.
#36900
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   190

 
31
örtüyünü  və  ya  torpaq  təşkilinin altıncı skruktur səviyyəsini formalaşdırır.
 
Yerin digər təbəqələri – litosfer
atmosfer, hidrosfer ilə sərhəddə yerləşən və daim onlarla qarşılıqlı əlaqə və təsirdə olan torpaq örtüyü, xüsusi 
geosfer – pedosfer yaratmaqla bu yer geosferlərinin mürəkkəb sistemində özünəməxsus rol oynayır. Lakin 
pedosferin qalınlığı planetimizin hər yerində eyni deyildir. Qitələrin ayrı- ayrı ərazilərinin iqlim və relyefindən, 
bitki örtüyü və ana süxurların xarakterindən və digər amillərdən asılı olaraq onun qalınlığı bir neçə santimetrdən 
(Arktika və tundra zonasında) on-on beş metr  (rütubətli ekvatorial meşələrdə) arasında dəyişir. 
6. Bütün torpaqların ümumi və ən əhəmiyyətli xassəsi - münbitliyidir. Genetik torpaqşünaslıq nəzəriyyəsinə 
görə, münbitlik torpağı  əmələ  gəldiyi dağ süxurundan ayıran  ən vacib xassəsi, onun keyfiyyət göstəricisi, 
atributudur (atribut - predmetin, cismin, və ya sistemin elə xassəsidir ki, bunsuz predmet nə mövcud ola bilər, nə 
də fikrə  gətirilə bilər). Yəni torpaqsız münbitlik mövcud olmadığı kimi, munbit olmayan  torpaq da (nisbi 
götürdükdə) mövcud deyildir. Çünki münbitlik torpağın atributu, yəni ona məxsus ayrılmaz xassəsidir. 
Torpaqdan başqa heç bir maddi sistem bu xassəyə malik deyildir. Necə ki fotosintez  xassəsi yalnız xlorofilin 
atribut xassəsi hesab olunur, münbitlik də torpağın atribut xassəsidir. 
Nəzəri hesablamalar göstərir ki, ərazinin təbii  şəraitindən asılı olaraq 1 sm-lik münbit torpaq qatının 
formalaşmasından ötrü torpaqəmələgətirən amillərin 100 ildən 300 ilə kimi “fəaliyyəti” tələb olunur. Bu o 
deməkdir ki, təbiətdə münbitliyin müəyyən səviyyədə sabitləşməsi də zaman amilindən asılıdır.  
Beləliklə, münbitlik torpağın bitkini qida elementləri və su, onun  kök sistemini hava və istiliklə təmin 
etmək qabiliyyətidir.  Təbii biogeosenozlar altında mövcud olan torpağın münbitliyi avtotrof bitkilərin həyat 
(funksional) fəaliyyətini təmin etməyə yönəlmiş bioloji, kimyəvi və fiziki proseslərin kompleks təsiri kimi 
səciyyələndirilə bilər. Lakin insanın təsərrüfat fəaliyyəti və  təbii komplekslərə  məqsədyönlü müdaxiləsi 
nəticəsində bu proseslər ardıcıl və planlı  şəkildə  dəyişdirilərək, bitkinin ekoloji tələbinin daha dolğun 
ödənilməsinə
 
yönəldilir. Bununla da ictimai istehsalın bir forması olan kənd təsərrüfatı bitkilərinin istehsalı 
prosesində torpağın təbii münbitliyi dəyişdirilərək, süni münbitlik və yaxud mədəni münbitlik şəklində  çıxış 
edir.  İnsanın təbii münbitliyə müsbət və ya mənfi təsiri, eyni zamanda mədəni və yaxud süni münbitliyin 
səviyyəsi mövcud məhsuldar qüvvələrin, o cümlədən elm və  kənd təsərrüfatı texnologiyalarının inkişaf 
səviyyəsindən bilavasitə asılıdır.  İndiki dövrdə insanın təbiətə, o cümlədən torpaq örtüyünə müdaxiləsini 
azaltmaq və ya stabilləşdirmək mümkün deyildir. Əksinə, bəşəriyyətin daim artan ehtiyaclarını ödəməkdən ötrü 
təbiətdən istifadənin yeni formaları  tələb olunur. Bu zaman onu da nəzərə almaq lazımdır ki, insanın təbiətə 
müdaxiləsi özlüyündə mütərəqqidir, lakin torpaqların formalaşma xüsusiyyətləri və xassələri nəzərə 
alınmayanda bu müdaxilə böyük dağıdıcı qüvvəyə çevrilə bilər.   
 
§ 2. Torpaqəmələgəlmənin mərhələləri və ümumi sxemi 
 
Torpaqəmələgəlmənin ümumi sxemi torpağın formalaşmasının mürəkkəb və ardıcıl mərhələlərindən 
ibarətdir. Torpaqəmələgəlmə prosesinin əsas elementləri qeyd edildiyi kimi, aşağıdakılardan ibarətdir:
 
torpağın 
əmələ  gəldiyi dağ süxurları minerallarının çevrilməsi (tranformasiyası);
 
üzvi qalıqların toplanması  və onların 
tədrici  transformasiyası; mineral və üzvi maddələrin qarşılıqlı  təsiri və mineral-üzvi birləşmələrin mürəkkəb 
sisteminin yaranması;
 
torpağın üst hissəsində bir sıra biofil elementlərin, ilk növbədə qida elementlərinin 
toplanması (akumulyasiyası); torpaqəmələgəlmə məhsullarının torpaq profilində və onun səthində nəm axınları 
vasitəsilə hərəkəti və s. 
İstənilən torpağın genezisi minimum üç ardıcıl mərhələdən ibarətdir: 
1. Torpaqəmələgəlmənin başlanğıcı, bəzən ilkin torpaqəmələgəlmə prosesi adlanan mərhələ. 
2.  Torpağın inkişaf mərhələsi,  bu mərhələdə ana süxurun tərkibi tədricən torpağın səciyyəvi  əlamətlərini 
əldə edir.  
3.  İnkişaf etmiş (yetkin) torpaq mərhələsi, bu mərhələdə tsiklik dönən proseslər üstünlük təşkil edir. Bu 
mərhələdə  həmçinin torpaq xassələri və uyğun biosenozların bioməhsuldarlığının səviyyəsi, torpağın mühit 
amilləri ilə yaratdığı müvazinət nəticəsində, nisbətən sabit olur. 
Bu mərhələlərin hər birini ayrı-ayrılıqda nəzərdən keçirək. 
Torpaqəmələgəlmənin başlanğıcı  (ilkin torpaqəmələgəlmə prosesi) ilkin yerüstü ekosistemlərin 
(biogeosenozların) funksional fəaliyyətə başlanması ilə üst-üstə düşür. Bu proses beş torpaqəmələgəlmə amili 
ilə eyni zamanda və qarşılıqlı bağlılıqda baş verir. İlkin torpaqəmələgəlmə prosesi, məsələn, dənizin reqressiyası 
və dib çöküntülərinin səthə  çıxması  və ya buzlaqların geri çəkilməsi ilə qurunun azad olması, dağ süxurları 
üzərində orqanizmlərin məskən salması nəticəsində baş verə bilər. 
Ekosistemlərin funksional fəaliyyətinin başlanğıc mərhələsində  bioloji dövranın  və onun üçün səciyyəvi 
olan biokütlənin yaradılması, üzvi qalıqların ana süxurların səth qatlarına daxil olması və parçalanması, mineral 
qida elementlərinin ilkin substratdan bioloji seçiciliklə udulması  və biosenozları  təşkil edən avtotrof və 
heteretrof canlıların iştirakı ilə baş verən başqa proseslərin hərəkətə  gəlməsi səciyyəvidir.
 
Lakin 
torpaqəmələgəlmənin həmin mərhələsində bioloji dövranın səciyyəvi cəhəti ilkin yerüstü ekosistemlərin  aşağı 
bioloji məhsuldarlığı və əsasən də ibtidai bitki növlərindən (göbələklər, bakteriyalar, yosunlar, şibyələr) ibarət 


Yüklə 22,9 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə