Qərib Məmmədov



Yüklə 22,9 Kb.
Pdf görüntüsü
səhifə17/190
tarix11.04.2018
ölçüsü22,9 Kb.
#36900
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   190

 
32
olması ilə əlaqədar onun kiçik həcmidir. 
Bioloji dövran çərçivəsində baş verən proseslərlə yanaşı, torpaqəmələgəlmənin ilkin mərhələlərində qeyri-
bioloji təbiətli, fiziki, fiziki-kimyəvi, kimyəvi proseslər də baş verir. Bu proseslər əsasən, atom-ion, molekulyar 
və kolloid səviyyələrində, məsələn, həllolma – çökmə, buxarlanma – kondensasiya, sorbsiya, diffuziya, 
kompleksyaranma və s. formasında təzahür edir.  Bu tip proseslər təkcə torpaqda deyil, istənilən təbii mühitdə 
baş verə bilər.  Ona görə də onları xüsusi torpaq proseslərinə aid etmək olmaz, çünki onlardan hər biri ayrılıqda 
götürüldükdə, nadir hadisələri çıxmaqla, xüsusi torpaq xassələrini formalaşdırmır, halbuki bütün torpaqlarda  və 
torpaqəmələgəlmənin bütün mərhələlərində onlar geniş təmsil olunmuşlar. Maddələrin çevrilməsi və daşınması 
ilə bağlı elementar aktların baş verdiyi bu qrup proseslər mikroproseslər (termin A.A.Rodenindir) və ya birinci 
sıra elementar torpaq prosesləri (termin İ.P.Gerasimovundur) adlandırılmışdır. 
Torpaqəmələgəlmənin başlanğıc mərhələlərində bu proseslər, mümkündür ki, bir-birindən təcrid olunmuş 
şəkildə baş verir. Onlar biogeokimyəvi dövranı  təşkil edən proseslərin vahid sistemində birləşməmişlər. Sual 
olunur, torpaq əmələgəlmənin başlanğıc mərhələsində hansı proses daha çox səciyyəvidir və onun başa 
çatmasının meyarı  nədir? Bu suala cavab vermək çətindir, çünki torpaq proseslərinin formalaşmasının 
kinetikasını və spesifik torpaq proseslərinin inkişafını təsvir edən səciyyələndirici əyrilər eksperiment yolu ilə 
əldə edilməmişdir.
 
Ona görə  də  məqsədəuyğun olardı ki, substratın bərk fazasında onu torpaq hesab etməyə 
imkan verən səciyyəvi əlamətlərin olmadığı şəraitdə, torpaqəmələgəlmənin başlanma mərhələlərinin səciyyəvi 
cəhəti kimi torpaqlar üçün bioloji dövran çərçivəsində spesifik olan maddələrin transformasiyası və aparılması 
ilə bağlı proseslər götürülsün.
 
Bu torpaqqabağı hazırlıq mərhələsi kimi də götürülə bilər. Həmin dövrün sonuncu 
mərhələsində bioloji dövrana daxil olan proseslərlə elementar abiotik mikroproseslər arasında tədricən uzlaşma 
və qarşılıqlı  əlaqə  həyata keçirilir.
 
Sistemdə torpaq üçün səciyyəvi olan maddələrin biogeokimyəvi dövranı 
formalaşır.
 
Torpaq mikroprosesləri məkan və zaman daxilində uyğunlaşma və    təşkilatlanmanın müəyyən 
səviyyəsinə çatanda spesifik torpaq əlamətlərini formalaşdıran proseslərin keyfiyyətcə yeni qrupunu əmələ 
gətirir. Bu əlamətlərin ortaya çıxması ilə torpağın inkişafı yeni mərhələyə keçir. 
Torpağın inkişaf mərhələsi. Həmin mərhələyə keçilməsində  əsas səbəb yerüstü ekosistemlərin 
bioməhsuldarlığının və ali bitkilərin fəaliyyətinin miqyasının genişlənməsi nəticəsində bioloji dövranın 
həcminin xeyli artmasıdır. Orqanizmlər tərəfindən maddələrin bioloji udulması və tranformasiyası nəticəsində 
elementlər ilkin süxurda olmayan keyfiyyətcə başqa birləşmələr  şəklində torpağa qayıdır.
 
Bu birləşmələrin 
xassələri, ilk növbədə  həllolma xassəsi onları torpaq canlıları  və bitkilərin növbəti nəsli üçün daha asan 
mənimsənilən edir. Bu da həmin mərhələdə bioloji dövranın həcminin genişlənməsi üçün əsas yaradır. 
Torpaqəmələgəlmənin indiki mərhələsində qeyri-sabit maddələrdən ibarət müəyyən fond formalaşır. Bu 
fond  rezerv fondu adlanır. Həmin fondda orqanizmlər üçün əlçatan elementlərin miqdarı bu elementlərin 
mübadilə fondu adlanan biotdakı (həmin zaman kəsiyində) miqdarından bir neçə  dəfə çox olur. Müxtəlif 
biogeosenozlarda və torpaqlarda fondlararası öz nisbəti səciyyəvidir. 
 
Cədvəl 1 
 
Torpaqəmələgəlmə zamanı bəzi element birləşmələrinin transformasiyasının nəticələri 
(İ.S.Kauriçyev, 1989) 
Element 
Dağ süxurlarında, atmosfer 
(C, N) və təbii sularda ilkin 
birləşmələr 
Birləşmələrin yeni 
formaları 
 
1 2 

Karbon (C) 
Atmosferdə CO
2
 
Kartbon torpağın humus 
birləşmələrinin, həmçinin or-
qanizmlərin üzvi qalıqlarının 
tərkibində 
Azot (N) 
əksər dağ süxurlarında yoxdur. 
Atmosferdə molekulyar (N
2

azot. Təbii sularda amonyak, 
nitrat və 
bəzi başqa 
birləşmələrin izləri 
Azot torpağın humus birləş-
mələrinin tərkibində. Fərdi 
təbiətli azot-tərkibli üzvi bir-
ləşmələr (amin turşuları  və 
s.), nitratlar. Torpaq nəminin 
tərkibində  həllolan azot bir-
ləşmələri 
Fosfor (F) 
Çətin həll olan fosforit və apatit 
tipli fosfatlar, fosforun dəmir, 
alüminium və  bəzi başqa 
elementlərlə  əmələ  gətirdiyi 
Fosfor humus birləşmələrinin 
tərkibində. Az miqdarda 
fosfor qeyri-spesifik üzvi 
birləşmələrin tərkibində. Həll 


 
33
1 2 

çətin həll olan birləşmələri olma 
dərəcəsinə görə bir-
birindən fərqlənən Ca, Al, Fe, 
Mg fosfatlarının amorf 
birləşmələri. Torpağın bərk 
fazasında udulmuş fosfatlar. 
Torpaq məhlulundakı fosfatlar  
Kalium (K) 
Slyuda, hidroslyuda, çöl şpatı 
və başqa mineralların kristal 
qəfəsinin tərkibində 
çətin 
mənimsənilən formada. 
Torpağın uducu komplek-
sində kalium ionu mübadiləli 
formada, torpaq məhlulunda 
həll olan kalium duzu 
şəklində 
 
Kalsium (Ca) 
Əsasən çətin həll olan mineral 
birləşmələr – karbonatlar, fos-
fatlar, nadir hallarda ftoridlər 
(flyuorid) və başqa birləşmələr 
şəklində 
Torpağın uducu kom-
pleksində kalsium ionu 
mübadiləli formada. Kalsiu-
mun torpağın üzvi kompo-
nentləri ilə kompleks 
birləşməsi, Ca
2+
  və  həll olan 
kompleks birləşmələr torpaq 
məhlulunda 
 
Cədvəl 1-də nümunə olaraq beş biofil elementin birləşmələrinin torpaqəmələgəlmə prosesində 
transformasiyasının nəticələri verilmişdir. Torpaqda azot birləşmələrinin bioloji transformasiyasının  ən iri 
miqyaslı nəticəsi – azot tərkibli humus təbiətli üzvi birləşmələr fondunun formalaşmasıdır.
 
Bu zaman
 
torpaqda 
ümumi azotun müəyyən hissəsini təşkil edən azotun mineral formalarının az miqdar olması da şərtdir. 
Dağ süxurlarını  təşkil edən fosfatların bioloji transformasiyası  nəticəsində torpaq fosfatlarının ilkin 
formalardan fərqli bitki tərəfindən daha asan mənimsənilən mineral və mineral-üzvi birləşmələr fondunun 
formalaşmasıdır. 
Torpaq minerallarının transformasiyası və müxtəlif metalların, o cümlədən azot kationunun bioloji dövrana 
cəlb olunması  nəticəsində  tərkibində kalium, kalsium, ammonium, manqan və bitkilər üçün zəruri olan digər 
mikro- və makro- elementlərin mübadilə olunan kationlarından ibarət fond formalaşır. 
Bu mərhələdə baş verən proseslərin məcmusu torpağın təkcə maddi təkibini deyil, onun fiziki xassələrini də 
dəyişir.
 
Bitkilərin kök sisteminin, torpaq faunasının, mikroorqanizmlərin torpağın təzə  əmələ  gəlmiş 
birləşmələri ilə birgə fəaliyyəti nəticəsində torpağın bərk fazasının müəyyən aqreqatlığı, spesifik yeni törəmələr 
və s. yaranır.  
Beləliklə, torpağın inkişaf mərhələsində
 
bioloji dövranın miqyası artır. Maddələrin bioloji dövranı bu 
mərhələdə maddələrin transformasiyası və daşınmasının bioloji və abiotik proseslərini özündə birləşdirən daha 
mürəkkəb biogeokimyəvi dövranın ən əhəmiyyətli tərkib hissəsi kimi çıxış etməyə başlayır.
  
Həmin mərhələdə 
torpaq  mikroprosesləri, müəyyən kəmiyyət səviyyəsinə çataraq, məkan və zaman daxilində nizamlanaraq, öz 
aralarında birləşərək və qarşılıqlı  təsirə girərək torpağın spesifik əlamətlərini formalaşdıran keyfiyyətcə yeni 
proseslər -  torpaq mezoproseslərini və makroproseslərini yaradır. 
Torpaq mezoprosesləri (A.A.Rodeyə görə) və ya ikinci sıra elementar torpaq prosesləri (İ.P.Gerasimova 
görə) torpağın ayrı-ayrı spesifik xassələrini formalaşdırır.
 
Bu qrupa podzollaşma, humus akkumulyasiyası, 
lessivaj, torfəmələgəlmə, aqreqatyaranma və başqa proseslər aiddir. Torpaq mezoproseslərinin təsiri nəticəsində 
torpağın xüsusi maddi tərkibi və fiziki xassələri formalaşır, həmçinin  aqreqat (mikroaqreqat) və horizont 
səviyyəsində xassə və proseslərin məkan daxilində differensiasiyası yaranır. 
Torpaq makroprosesləri (A.A.Rodeyə görə) nəticəsində ayrı-ayrı xüsusi torpaq əlamətləri və ayrı-ayrı 
torpaq horizontları deyil, müəyyən torpaq tipləri və onlara məxsus genetik horizontlar sistemi yaranır, məsələn, 
qara torpaqlar, podzollu torpaqlar və s.
 
Torpaq makroprosesləri biogeokimyəvi dövranın spesifik təzahürü 
şəraitində torpaqda müəyyən mezoproseslərin birgə fəaliyyəti nəticəsində formalaşır. Torpağın maddi tərkibinin 
və xassələrinin profilboyu differensiasiyası torpağın mikro- və mezoproseslərinin məkan baxımından bir-
birindən ayrılması  və maddələrin akkumulyasiyası, həll olması  və çökməsi, oksidləşmə-bərpa prosesləri, 
humusəmələgəlmə, üzvi maddələrin minerallaşması, torpağa üzvi qalıqların daxil olması  və s. səbəbdən baş 
verir. 
Qeyd etmək lazımdır ki, torpağın formalaşma mərhələsində ali bitkilərin iştirakı ilə baş verən bioloji dövran 
torpağın başlanğıc mərhələsində ibtidai bitkilərin iştirakı ilə baş verən bioloji dövrandan fərqli  olaraq torpaq 
profilinin differensiasiyası üçün ilkin şərait yaradır.
 
Beləliklə, istənilən bitki torpağın müxtəlif horizontlarından 
əsas biofil və başqa mənimsənilən elementləri torpağın üst horizontuna çəkib gətirir. Bu zaman bu yerdəyişmə 


Yüklə 22,9 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə