Qərib Məmmədov



Yüklə 22,9 Kb.
Pdf görüntüsü
səhifə20/190
tarix11.04.2018
ölçüsü22,9 Kb.
#36900
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   190

 
37
torpaqəmələgətirən amillərin dəyişikliyi ilə bağlı zaman daxilində müxtəlif dəyişikliklərə məruz qalır.Yarandığı 
andan bu günə kimi torpaqdakı bütün dəyişkiliklərin məcmusu torpağın təkamülü adlanır. Torpağın təkamülü 
hər səviyyədə, kiçik ərazidən tutmuş Yer kürəsinin torpaq örtüyünə kimi baş verir.  
Torpağın dəyişməsinə səbəb – torpağın xassələri ilə onda baş verən proseslərin uyğunsuzluğudur, hansı ki, 
ekosistemlərin funksional fəaliyyəti və torpaqəmələgətirən amillər ilə bilavasitə bağlıdır. Bu uyğunsuzluq torpaq 
horizontlarında maddələrin daşınması  və akkumulyasiyası, yeni törəmələrin yaranması  və xüsusi torpaq 
birləşmələrinin parçalanması  və s. ilə bağlı proseslərdə balanssızlaşma törədir ki, bu da torpağın dəyişməsinə 
gətirib çıxarır. 
Torpağın ümumi təkamülündə  bəzən  torpağın öz-özünə inkişaf  (yetkinləşmə) mərhələsini  ayırırlar. Bu 
mərhələdə torpaq nisbətən sabit iqlim, geoloji və geomorfoloji amillər şəraitində inkişaf edir. Öz-özünə inkişaf 
fazası yuxarıda torpaqəmələgəlmə prosesinin ümumi sxemində nəzərdən keçirilən üç mərhələyə uyğun gəlir. 
Nəzəri cəhətdən torpağın sabit iqlim, geoloji və geomorfoloji amillər  şəraitində tam öz-özünə inkişafını 
təsəvvür etmək mümkündür. Lakin torpağın istənilən inkişaf mərhələsində  təbii, o cümlədən antropogen 
amillərin torpağa təsirinin bu və ya digər dərəcədə dəyişkənliyi baş verir. Bu da torpaqəmələgəlmə prosesinin 
istiqamətinin dəyişməsinə  gətirib çıxarır. Öz-özünə inkişafdan fərqli olaraq qeyd edilən halda torpağın 
dəyişməsi xarici amillərin təsiri altında baş verir. 
Xarici amillərin təsiri altında torpağın münbitliyi də  həm arta (bu zaman biosenozların məhsuldarlığı 
yüksələcək), həm də azala bilər (bu zaman isə biosenozların məhsuldarlığı,  əksinə, aşağı düşəcək) və ya 
tamamilə məhv ola bilər. İkinci halda torpaqların deqradasiyası baş verir.  
Deqradasiya zamanı torpağın, məsələn,  şiddətli eroziya və ya sel və lava çöküntüləri altında qalması 
səbəbindən təbiət cismi kimi itməsi vacib deyildir. Torpaq səthdə zahiri pozulmalar olmadan da qala, lakin 
torpaq kimi öz funksiyasını itirə bilər, məsələn, biotu məhv edən güclü çirkləndirici maddələr zahirən torpağı 
dəyişdirməsə də, faktiki olaraq onun funksiyasını dayandırır. 
Torpaqəmələgəlmə prosesinin istiqaməti dəfələrlə  dəyişə bilər. Yuxarıda bu hal torpağın poligenetikliyi 
kimi müəyyən edilmişdi. Poligenetikliyi ilə əlaqədar torpaq profilində müasir torpaqəmələgəlmə prosesləri ilə 
əlaqədar olmayan və  əvvəlki inkişaf mərhələsindən “irsən” qalmış  bəzi  relikt  əlamətlər  aşkar etmək olur. 
İstənilən torpaqda ana süxurdan “irsən” keçmiş qalıq əlamətlər, həmçinin müasir torpaqəmələgəlmənin nəticəsi 
kimi ortaya çıxan resent əlamətlər görmək mümkündür . 
Nəzərə almaq lazımdır ki, təbii şəraitin təkamülü, xüsusən də inkişafın bioiqlim tsiklində çox zəif sürətlə 
baş verir. Ona görə  də torpaq örtüyünün çöx hissəsi eroziya prosesi ilə  məhv edilir və pelikt əlamətləri olan 
torpaqlar yalnız relyefin ən qədim ərazilərində qalır. 
Bəzən torpağın təkamül prosesində torpaq profili o qədər tam yenidənqurmaya məruz qalır ki, əvvəlki inkişaf fazası 
ilə bağlı relikt əlamətlər tamamilə silinir və  həmin fazanın olmasını yalnız dolayısı ilə paleoiqlim, paleobotanik və 
paleocoğrafi məlumatlar əsasında müəyyən etmək mümkün olur. 
Torpağın münbitliyi bu və ya digər relikt əlamətlə bağlı olsa da, əsasən torpaqəmələgəlmənin müasir hava
hidrotermik və qida rejimi və bitkinin yaşama mühiti kimi torpağın müasir biokimyəvi xüsusiyyətləri ilə müəyyən edilir. 
 
§ 5. Torpaq profilinin morfoloji əlamətləri 
 
Torpaqəmələgəlmə prosesləri nəticəsində ana dağ süxurdan torpaq törəyir. O, bir sıra vacib xassə  və 
əlamətlər  əldə edir, onda torpaqəmələgətirən süxurda olmayan yeni maddələr yaranır. Torpaq genetik 
horizontlara parçalanır və yalnız ona məxsus xarici və ya morfoloji əlamətlər  əldə edir. Beləliklə, torpaq 
torpaqəmələgətirən süxurdan təkcə münbitliyinə görə deyil, morfoloji əlamətlərinə görə də  fərqlənir. Morfoloji 
əlamətlərinə görə torpağı ana süxurdan, bir torpağı başqa torpaqdan ayırmaq, həmçinin torpaqəmələgəlmə 
prosesinin istiqamətini və özünü ifadəetmə dərəcəsini fərqləndirmək mümkündür. 
Torpağın morfologiyası haqqında əsas anlayışlar V.V.Dokuçayev tərəfindən irəli sürülmüş və S.A.Zaxarov 
tərəfindən ətraflı işlənmişdir. 
Torpağın əsas morfoloji əlamətlərinə aşağıdakılar aid edilir: torpaq profilinin quruluşu, torpağın və ayrı-ayrı 
horizontların qalınlığı; rəngi; qranulometrik tərkibi; strukturu; kipliyi; yeni törəmələr və mədxullar. 
Torpaq profilinin quruluşu – torpaq horizontlarının şaquli istiqamətdə aşağıya doğru müəyyən qaydada 
düzüldüyü torpaq profilinin xarici görünüşüdür. 
Horizontlar bir-birindən rənginə, strukturuna, kipliyinə  və başqa morfoloji əlamətlərinə görə  fərqlənir. 
Onların, bir çox hallarda, kimyəvi və qranulometrik tərkibləri də müxtəlif olur və onlarda bioloji proseslər 
müxtəlif  şəkildə gedir. Torpaq bu və ya digər quruluşu təbii torpaqəmələgəlmə proseslərinin və insanın 
təsərrüfat fəaliyyətinin təsiri altında əldə edir. 
Torpağın profilində bir neçə horizont fərqləndirilir ki, onlar da öz növbəsində yarımqatlara 
(yarımhorizontlara) bölünür. Hər bir horizontun adı  və  hərfi işarəsi (indeksi) vardır. Daha dəqiq 
səciyyələndirməkdən ötrü əlavə hərf və rəqəm indekslərindən istifadə olunur.  
Adətən, torpaq profilində aşağıdakı genetik horizontlar ayrılır: A
o
 – orqanogen horizont.
 
Bu horizont bitki 


 
38
qırıntılarının üzvi qalıqlarından (meşə döşənəyi, çöl döşənəyi) ibarətdir;
 
T – orqanogen torflu horizont;
 
A  –
humuslu-akkumulyativ horizont;
 
A
2
 – elüvial horizont;
 
– illüvial və ya keçid horizontu;    G – qleyli horizont; 
C – ana süxur; D – döşəmə süxurlar;
 
A
ək
 - əkin qatı, becərilən torpaqlarda əkin qatı. Orqanogen horizontlar A
o
 
və T torpağın  səthində formalaşır. 
Üzvi maddələrin akkumulyasiya horizontu (A) torpaq profilinin üst hissəsində yaşıl bitkilərin biokütləsinin 
çürüməsi nəticəsində yaranır. Xarakterindən asılı olaraq akkumulyasiya horizontunun aşağıdakı növləri ayrılır: 
A – humuslu-akkumulyativ horizont. Bu qat profildə parçalanma və mineral maddələrin yuyulması proseslərinin 
morfoloji baxımdan aydın görünmədiyi torpaqların üst hissəsində ayrılır;
 
A
1
- humuslu-elüvial horizont – 
mineral maddələrin parçalanma və yuyulma proseslərinin morfoloji və ya analitik göründüyü profilin üst 
horizontu.
 
A və A

horizontlarının rəngi başqa horizontlarla müqayisədə tünddür. Bu horizontlarda üzvi (humus) 
və qida elementləri daha çox olur. 
Bütün  əkilən torpaqlarda torpaq profili humus horizontunun və qismən aşağı horizontların  şumlanması 
səbəbindən əkin qatı (A
ək
) ilə başlayır. 
Elüvial horizont (A
2
) torpağın mineral hissəsinin intensiv parçalanması  və parçalanma məhsullarının 
aşağıdakı horizontlara yuyulması prosesi nəticəsində yaranır. O, daha açıq rəngə çalır. Bəzən o A
1
 horizontu 
hüdudlarında, onun aşağı hissəsində  A
1
 A
2
 horizontunu, bəzən isə B horizontunun yuxarı hissəsində A
2
B qatını 
yaradır.  
İllüvial və ya keçid horizontu (B) elüvial və ya humuslu horizont altında formalaşaraq, ana süxura keçid 
rolunda çıxış edir. Elüvial horizontu olan torpaqlarda illüvial horizont da formalaşır ki, yuxarı qatlardan 
yuyulmuş müxtəlif torpaqəmələgəlmə  məhsulları orada qismən toplanır.  İllüvial horizontun aşağıdakı növləri 
fərqləndirilir: B
Fe
 – dəmirli maddələrin toplandığı; B
h
 – humus maddələrinin toplandığı; B
k
 – karbonatların 
toplandığı; B
s
 – sulfat və xloridlərin toplandığı; B
i
 – torpağın narın (lil) hissəciklərinin toplandığı. Mineral 
alüminium-silikat  əsasların yuyulmadığı torpaqlarda ( qara və  şabalıdı torpaqlar) B horizontu illüvial deyil, 
humuslu-akkumulyativ horizontdan ana süxura keçid horizontu rolunda çıxış edir. O, çox vaxt struktur və 
kipliyinin xarakterinə görə B
1
, B
2
 yarımhorizontlara bölünür. 
Qleyli horizont (G) hidromorf torpaqlarda əmələ gəlir.
 
Uzun və ya daimi izafi nəmlik və sərbəst oksigenin 
çatmadığı  şəraitdə torpaqda anayrob-reduksiya prosesləri gedir ki, nəticədə  dəmir və manqanın oksidli 
birləşmələri və alüminiumun mütəhərrik formaları yaranır, aqreqatlar dağılır və qleyli horizont formalaşır. 
Əgər qley prosesinin əlamətləri başqa horizontlarda da əmələ  gəlirsə, həmin horizontların hərfi işarəsinə  “g” 
hərfi əlavə edilir, məsələn, A
2g
, B
g
 və s. 
Ana süxur (C) torpaqəmələgəlmə proseslərinin zəif toxunduğu süxurlardan ibarətdir. 
Döşəmə süxur (D) torpaq horizontları bir süxurdan, sal süxuru isə başqa süxurdan ibarət olanda qeyd edilir. 
Hər torpaq tipi üçün horizontların məxsusi birləşməsi səciyyəvidir. Bu horizontların bəziləri bu və ya digər 
profildə olmaya bilər. 
Torpaq və onun ayrı-ayrı horizontlarının qalınlığı. Torpağın səthindən torpaqəmələgəlmə proseslərinin 
ana süxurun zəif toxunduğu dərinliyinə  qədər olan hissəsi torpağın qalınlığı adlanır. Müxtəlif torpaqlarda 
profilin qalınlığı müxtəlifdir. Onun ölçüləri 40-50 sm-dən 100-150 sm-ə kimi dəyişir. 
Torpağın rəngi torpağın ən əlçatan və gözə daha tez dəyən morfoloji əlamətidir. Bu, torpaqda baş verən 
proseslərin, həmçinin torpağın bu ya digər tipə aid edilməsinin əhəmiyyətli göstəricisidir. 
Torpağın rəngində, onun çalarlarında torpaqəmələgəlmə prosesləri öz əksini aşkar tapmışdır. Ona görə də 
müxtəlif torpaqlarda rəngin və ayrı-ayrı rəng çalarlarının, həmçinin eyni torpağın horizontlarında bu əlamətlər 
üzərində müşahidələrin aparılması torpaqda baş verən proseslərin mahiyyətini dərk etmək və torpağın mənşəyini 
açmaq üçün kifayət qədər informasiya verə bilər. 
Torpağın rəngi böyük aqronomik əhəmiyyətə də malikdir. Dünyanın hər yerində əkinçilər qədim dövrlərdən 
etibarən torpağın rəngi  əsasında onun keyfiyyəti, münbitliyi haqqında  fikir söyləmişlər. Torpağın rəngi onu 
təşkil edən maddələrin rəngi, həmçinin onun fiziki xassələri və nəmliyi əsasında formalaşır.  
Torpağın rəngi üçün aşağıdakı maddələrin  əhəmiyyəti daha böyükdür:               1) humus; 2) dəmir 
birləşmələri; 3) silisium turşusu, əhəng. 
Humus maddəsi qara, tünd-boz və boz rəngi  şərtləndirir. Dəmir oksidlərinin birləşmələri torpağı  qırmızı,  
narıncı  və sarı  rəngə boyayır, dəmirin  ən aşağı oksidləşmə  dərəcəsində bütün torpaqda və onun ayrı-ayrı 
horizontlarında  tünd göy və göyümtül ton yaranır. Məsələn, bataqlı torpaqlarda təsadüf olunan vivanit [Fe

(PO
4
)

· 8H
2
O] həmin torpaqlara yaşılımtıl-mavi çalar verir. 
Silisium (SiO
2
), kalsium karbonat (CaCO
3
) və kaolinit (H
2
Al
2
Si
2
O
8
·H
2
O) torpaqda ağ  və  ağımtıl rəngləri 
törədir. Bəzi hallarda torpaqda ağımtıl çalarların yaranmasında gips (CaSO
4
·2H
2
O) və asan həll olan duzlar da 
(NaCl, Na
2
SO
4
·8H
2
O və s.) əhəmiyyətli rol oynayır. 
Bu üç qrup maddələrin müxtəlif birləşmələri torpaq rənglərinin və çalarlarıının böyük müxtəlifliyini 
müəyyən edir. Bir sıra xarici ölkələrdə etalon standart rənglərdən istifadə olunur. Bu zaman torpaqların rəngi 
müəyyən rəqəmlərlə kodlaşdırılır. 
Qranulometrik tərkib. Çöl və kameral şəraitdə torpağın qranulometrik tərkibi vizual, yəni xarici 


Yüklə 22,9 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə