Qərib Məmmədov



Yüklə 22,9 Kb.
Pdf görüntüsü
səhifə24/190
tarix11.04.2018
ölçüsü22,9 Kb.
#36900
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   190

 
45
şəraitində onların üzərində yüksək münbitli qaratorpaqlar, həmçinin boz, şabalıdı, boz meşə torpaqları 
formalaşır. 
Löss Ukrayna, Orta Asiya ərazilərində daha geniş yayılmışdır. Lössabənzər gillicələr lössdən fərqli olaraq 
həm buzlaq ərazilərdən kənarda, həm də buzlaq çöküntülərinin mövcud olduğu yerlərdə yayılmışdır. Onlar 
Belorusiyada, Rusiyanın qeyri-qaratorpaq vilayətlərində, həmçinin bozqır rayonlarında geniş yayılmışdır. 
Lössabənzər gillicələr az karbonatlıdır, karbonatsız növləri də geniş yayılmışdır. 
Eol çöküntülər - küləyin akkumulyativ fəaliyyəti nəticəsində yaranır. Bu fəaliyyət səhralarda özünü daha 
intensiv  şəkildə göstərir. Eol çöküntülərə çeşidlənmiş qum gətirmələri aiddir. Bu gətirmələr defliyasiya 
vilayətindən bir qədər aralıda çökdürülərək müxtəlif relyef formaları – düyünlər, barxanlar və s. əmələ gətirir. 
Dəniz çöküntüləri dənizlərin sahil xəttinin yerini dəyişməsi, transqresiya və reqresiya hadisəsi nəticəsində 
yaranır. Dəniz çöküntüləri çeşidliliyi, lay-lay olması ilə seçilir. Bu çöküntülərdə duzların böyük 
akkumulyasiyası müşahidə olunur. Səthə  çıxmaqla onlar şorlaşmış torpaqların yaranmasına səbəb olur. Bu 
çöküntülər Xəzərsahili ərazilərdə geniş yayılmışdır. 
Torpaqəmələgətirən süxurların torpaqəmələgəlmədə rolu onunla müəyyən olunur ki,  onlar üzərlərində 
formalaşan torpaqların xassə və tərkiblərini müəyyən edirlər.  
Süxurların mineraloji, kimyəvi və qranulometrik tərkibi bitkilərin böyümə  şəraitini müəyyən edir, humus 
toplanmaya, podzollaşmaya, qleyləşməyə,  şorlaşma və digər proseslərə  təsir göstərir.
 
Belə ki, tayqa-meşə 
zonasında süxurların karbonatlığı mühitin əlverişli reaksiyasını yaradır, humus horizontunu, onun 
strukturluğunu formalaşdırır. Turş süxurlarda bu proses xeyli zəif gedir. Asan həll olan duzların yüksək miqdarı 
şorlaşmış torpaqların yaranmasına gətirib çıxarır. Qranulometrik tərkibindən, bərkliyindən asılı olaraq  süxurlar 
sukeçiriciliyinə, sututumuna, məsaməliyinə görə bir-birindən fərqlənir. Bu da torpaqların inkişaf prosesində 
onların su, hava, isitlik rejimini müəyyən edir. Torpaqların su rejiminə  süxurların quruluşu da təsir göstərir. 
Bütün bu misallar sübut edir ki,  torpaqəmələgəlmənin sürəti və istiqaməti, torpaq münbitliyinin formalaşması 
və səviyyəsi, həmçinin torpaqlardan kənd təsərrüfatında istifadənin xarakteri ana süxurdan asılıdır. 
 
§ 9. İqlim torpaqəmələgətirən amil kimi 
 
Torpaq proseslərinin dərk edilməsində temperatur şəraitini və nəmliyi səciyyələndirən iqlim göstəricilərinin 
də  əhəmiyyəti böyükdür.
 
Belə ki,  torpağın su-temperatur rejimi və bioloji proseslər bu göstəricilərlə  sıx 
bağlıdır.
 
İqlim göstəricilərinə ilk növbədə torpaqda proseslərin daha fəal getdiyi vegetasiya dövrünün aqroiqlim
 
göstəriciləri aid edilməlidir.
 
Vegetasiya dövründən sonra da torpaqda proseslər tam  kəsilmədiyi üçün orta illik 
iqlim göstəriciləri və vegetasiya dövrləri arası (payız, qış) göstəricilər də müəyyən əhəmiyyətə malikdir. 
Bioloji və torpaq prosesləri üçün əsas enerji mənbəyi günəş radiasiyası, əsas nəmlik mənbəyi isə atmosfer 
yağıntılarıdır.
 
Günəş radiasiyası yerin səthi tərəfindən udulur, sonra isə tədricən şüalanaraq atmosferi qızdırır. 
Su torpağa daxil olaraq bitkilər tərəfindən məniumsənilir və atmosferə transpirasiya və fiziki buxarlanma 
vasitəsilə qayıdır. Beləliklə, torpaqla atmosfer arasında daimi istilik və  nəmlik mübadiləsi təşəkkül tapır. Bu 
mübadilə prosesində torpağın çox əhəmiyyətli xassəsi olan  hidrotermik rejimi formalaşır. Ona görə də iqlimin 
temperatur şəraitinə və nəmliyinə görə səciyyəsinin böyük əhəmiyyəti vardır. 
İqlimin termik qruplarının ayrılmasının  əsasını vegetasiya dövründə 10
0
C –dən yuxarı orta sutkalıq 
temperaturların cəmi təşkil edir (cədvəl 3). 
 
Cədvəl 3 
İstilklə təminolunma 
 
İqlim qrupları 
10
0
C-dən yuxarı temperaturların 
cəmi 
Soyuq  (qütb) 
< 600 
Soyuq-mülayim (boreal) 
600-2000 
İsti-mülayim (subboreal ) 
2000-3800 
İsti (subtropik) 
3800-8000 
Çox isti (tropik) 
> 8000 
 
Adı  çəkilən termik qrupların iqlimi Yer kürəsini  əhatə edən enlik qurşaqları  şəklində yerləşmişdir. Bu 
qurşaqlar təkcə orta sutkalıq temperaturların cəmi ilə deyil, rütubətlənmədən asılı olaraq geniş hüdudlarda 
dəyişən müəyyən bitki və torpaq tipləri ilə  də  səciyyələnirlər. Onlar torpaq –bioiqlim  və ya torpaq-biotermik 
qurşaqlar adlanır. 
Torpağın istilik  rejimi, kimyəvi və bioloji proseslərin sürəti, optimal rütubətlənmə  şəraitində bioloji 
məhsuldarlıq  iqlimin termik qrupları ilə sıx əlaqədardır. 
Rütubətlənmə şəraitinə görə iqlimin əsas 6 qrupunu ayırırlar (cədvəl 4). 


 
46
 
Cədvəl 4 
Rütubətlə təminolunma 
 
İqlim qrupları Rütubətlənmə əmsalı (RƏ) 
Çox rütubətli (ekstrahumid) 
> 1,33 
Rütubətli (humid) 
1,33 – 1,00 
Yarımrütubətli (semihumid) 
1,00 – 0,55 
Yarımquraq (semiarid) 
0,55- 0,33 
Quraq (arid) 
0,33 – 0,12 
Çox quraq (ekstraarid) 
< 0,12 


 
47
 Rütubətlənmə  əmsalı yağıntıların miqdarının buxarlanmaya nisbəti ilə ölçülür. Bu əmsal ilk dəfə 
Q.N.Vısotskiy tərəfindən təyin edilmiş və sonralar N.N.İvanov tərəfindən Yer kürəsinin iqlim təsnifatına tətbiq 
edilmişdir. D.İ.Şaşko,
 
A.N.Kostyakov,  İ.İ.Karmanov,  Ə.Ə.Əyyubov tərəfindən də  ərazilərin rütubətlənmə 
şəraitini səciyyələndirən göstəricilər işlənmişdir. 
Ə.Ə.Əyyubov (1975)Azərbaycan ərazisini istilik və rütubətlə təmin olunma göstəricilərinə görə aqroiqlim 
zonalarına və zonalar daxilində qurşaqlara bölmüşdür (cədvəl 5). 
Cədvəl 5 
 
Azərbaycanın aqroiqlim zonalarının istilik və rütubətlə təmin olunması (Ə.Əyyubov, 1975) 
 
Zonalar 
İstilik – və rütubətlə 
təminolunma göstəricisi 
∑T > 10
0
C RƏ 
Kifayət qədər rütubətli 
Soyuq qurşaq 
Soyuq yüksək dağlıq alp və sublap 
 
 
< 800 
 
 
> 0,45 
Mülayim qurşaq 
İstiliklə ortadan aşağı  təminatlı yüksək dağlıq-
meşə 
İstiliklə orta təminatlı orta dağlıq-meşə 
İstiliklə ortadan yüksək təminatlı yüksək dağlıq-
meşə 
 
800-2000 
2000-2600 
2600-3800 
 
> 0,45 
> 0,45 
> 0,45 
İsti qurşaq 
İsti düzən-meşə 
 
> 3800 
 
> 0,45 
Kifayət qədər rütubətli olmayan 
Mülayim qurşaq 
İstiliklə ortadan aşağı  təminatlı yarımrütubətli 
orta dağlıq – meşə-bozqır 
İstiliklə orta və ortadan yüksək təminatlı 
yarımquraq orta dağlıq-bozqır 
İstiliklə ortadan yüksək təminatlı quraq 
dağətəyi-düzən-bozqır 
 
İsti qurşaq 
İsti yarımrütubətli dağətəyi düzən yarımbozqır 
10. İsti yarımquraq dağətəyi düzən bozqır 
11. İsti quraq dağətəyi düzən bozqır 
 
 
1400-2000 
(800-1400) 
2000-3200 
(2000-2600) 
3200-3800 
(2600-3800) 
 
 
> 3800 
> 3800 
> 3800 
 
 
0,45-0,35 
 
0,35-0,25 
 
0,25-0,15 
 
 
 
0,45-0,35 
0,35-0,25 
0,25-0,15 
Az rütubətli 
İsti qurşaq 
İsti yarımquru dağətəyi düzən yarımsəhra 
İsti quru düzən yarımsəhra və səhra 
 
 
> 3800 
> 4500 
 
 
< 0,15 
< 0,10 
Torpağın su rejimi, torpaqların oksidləşmə-reduksiya reaksiyası, müxtəlif termik rejimlər şəraitində aşınma 
dərəcəsi və profilin yuyulması atmosfer yağıntılarından asılıdır. 
Qışın sərtliyinə görə iqlimin qradasiyasının da əhəmiyyəti böyükdür. Bu özünü kontinentallıq dərəcəsində 
göstərir. Kontinentallığına görə müxtəliflik  qütb, boreal və subboreal iqlim qruplarında özünü daha qabarıq 
şəkildə göstərir.  
Kontinentallıq qar örtüyünün qalınlığından və torpaqların donma dərinliyindən  asılı olaraq torpaqların 
aşağı horizontlarının termik rejimini şərtləndirir və torpaqların təsnifatında fatsial yarımtiplərin təsnifatında öz 
əksini tapır. 
Torpaqların formalaşmasında ilin fəsilləri üzrə yağıntıların paylanması, yağıntıların düşmə intensivliyi, 
havanın nisbi nəmliyi və həmçinin fəsillər üzrə küləyin sürəti əhəmiyyətli rol oynayır. Bütün bu təzahürlər bir 
sıra bioloji və torpaq proseslərinin xüsusiyyətlərinə  təsir göstərərək,  torpaqda su və külək eroziyasının 
inkişafını şərtləndirir. İqlim torpaqəmələgəlmə prosesinə bilavasitə və dolayısı ilə təsir göstərir. Bilavasitə təsir 
özünü iqlim elementlərinin ( torpağın yağıntılar vasitəsilə islanması, qızma və soyuma və s.) bilavasitə təsirində, 
dolayısı ilə təsir iqlimin bitki və heyvanat aləminə təsirində özünü göstərir. 
Torpaqəmələgətirən amil kimi iqlimin çox cəhətli təsiri aşağıdakılardan ibarətdir: 
Birincisi, iqlim – bioloji və biokimyəvi proseslərin  əhəmiyyətli amilidir.
 
Temperatur  şəraiti və  nəmliyin 
müəyyən ahəngi bitkiliyin tipini, üzvi maddələrin yaranma və parçalanma  tempini, torpaq mikroflora və 
faunasının fəaliyyətinin tərkibini və intensivliyini şərtləndirir. 


Yüklə 22,9 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə