Qərib Məmmədov



Yüklə 22,9 Kb.
Pdf görüntüsü
səhifə29/190
tarix11.04.2018
ölçüsü22,9 Kb.
#36900
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   190

 
56
və yağıntıların düşməsinə səbəb olur. Dağları aşan həmin hava kütlələri aşağı enərək tədricən qızır və quru hala 
keçir. 
Mezo – və mikrorelyefin elementləri və xüsusən də müxtəlif meylliyə malik yamaclar ilk növbədə yer 
səthində yağıntıların paylanmasında iştirak edir və səthdə axan su ilə torpağa hopan suyun nisbətini tənzimləyir. 
Müxtəlif meylliklərin və yamacların səthi  eyni miqdarda günəş radiasiyası almır. Bu da temperatur və su
 
rejimində öz əksini tapır. Nəmlikdə olan fərqlər torpağın qida, oksidləşmə-reduksiya və duz rejimlərinə də öz 
təsirini göstərir. 
Bütün bunlar müxtəlif bitkilərin məskən salmasına və inkişafına, üzvi maddələrin sintez və 
parçalanmasındakı  fərqlərə, torpaq minerallarının çevrilməsinə  və  nəhayət son nəticədə relyefin müxtəlif 
şəraitlərində müxtəlif torpaqların formalaşmasına gətirib çıxarır. 
Hazırda relyefdə mövqeyinə  və relyefin təsiri altında yağıntıların paylanmasına görə rütubətlənmə  sırası 
adlanan aşağıdakı qrup torpaqları ayırırlar: 
Avtomorf torpaqlar – səth sularının sərbəst axdığı və qrunt sularının dərində yerləşdiyi ( 6 m- dən dərin) 
hamar səthdə və yamaclarda formalaşır. 
Yarımhidromorf torpaqlar – səth sularının qısa müddət hərəkətsizliyi və ya qrunt sularının 3-6 m-dən ( 
kapilyar haşiyə torpaq səthinə qalxa bilər) az dərinlikdə yerləşdiyi şəraitdə formalaşır. 
Hidromorf torpaqlar – səth sularının uzun müddət hərəkətsizliyi və ya qrunt sularının 3 m-dən ( kapilyar 
haşiyə torpaq səthinə qalxa bilər) az dərinlikdə yerləşdiyi şəraitdə formalaşır. 
Relyef eroziya proseslərinin inkişafına böyük təsir göstərir. Relyefin yamac formalarında su eroziyasının 
yaranma ehtimalı olduqca böyükdür. Quru və kontinental iqlim şəraitində düzən relyef forması külək 
eroziyasının yaranması üçün əlverişli şərait yaradır. 
Relyef torpaq və bitki örtüyü üçün təkamül amili kimi də  çıxış edir. Məsələn, çay məcrasının tədricən 
oyulub dərinləşməsi nəticəsində subasar terras subasarüstü terrasa çevrilir. Bu, nəmlənmə rejiminin dəyişməsinə 
(subasar və allüvial proseslərin kəsilməsinə, qrunt suyunun aşağı düşməsinə) və  nəticədə hidromorf və 
yarımhidromorf şəraitin dayanmasına və avtomorf şəraitin inkişafına gətirib çıxarır. 
Relyefin torpaqəmələgəlməyə təsirinin qeyd edilən xüsusiyyətlərinin əkinçilikdə də əhəmiyyəti böyükdür. 
Belə ki, kənd təsərrüfatı yerlərində relyefin müxtəlifliyi aqrotexnikanın differensial tətbiqini zəruri edir və s. 
 
§ 13. Torpağın yaşı 
 
Torpaqəmələgəlmə prosesi zaman daxilində baş verir. Torpaqəmələgəlmənin hər bir yeni tsikli (mövsümi, 
illik, çoxillik) torpaq profilində üzvi və mineral birləşmələrin çevrilməsində müəyyən dəyişikliklər yaradır. Ona 
görə də zaman amili  (V.V.Dokuçayevə görə “ölkənin yaşı”) torpaqların formalaşmasında və inkişafında böyük 
əhəmiyyətə malikdir. 
Torpaqların mütləq və nisbi yaşı anlayışları bir-birindən fərqləndirilir. 
Mütləq yaş – torpağın yarandığı vaxtdan indiki zamana kimi keçmiş müddətdir. Mütləq yaş bir neçə illə 
milyon il arasında tərəddüd edir. Ən böyük mütləq yaş  kəskin dəyişikliklərə (su eroziyası, deflyasiya və s.) 
məruz qalmamış tropik ərazilərin torpaqlarına məxsusdur. 
Şimal vilayətlərində torpağın mütləq yaşı ərazilərin dördüncü dövrün buzlaşmasından və buzlaq sularından 
azad olması ilə əlaqədardır. Bəzi ərazilərdə, məsələn, Xəzərsahili ovalıqda, o, transqresiya hadisəsi ilə bağlıdır. 
Ən cavan torpaqlar müasir çaybasar ərazilərdə yayılmışdır. Yuxarıda qeyd edildiyi kimi, uzun inkişaf 
dövründə torpaqlar başlanğıc (“cavan”) fazasından inkişaf etmiş torpaq fazasına kimi mürəkkəb yol keçirlər. Bu 
zaman təbii şəraitin (iqlim, bitki örtüyü, hidroloji şərait) dəyişməsi ilə torpağın xassə və əlamətləri də dəyişir.  
Bununla əlaqədar torpağın profilində relikt əlamətlər saxlana bilər. 
Nisbi yaş – torpaqəmələgəlmə prosesinin sürətini, torpağın bir inkişaf fazasının digəri ilə əvəz edilməsinin 
tezliyini səciyyələndirir. O, süxurun tərkib və xassələrinin, relyef şəraitinin torpaqəmələgəlmə prosesinin sürət 
və istiqamətinə təsiri ilə bağlıdır. 
 
§ 14. İnsanın istehsalat fəaliyyəti 
 
İnsanın istehsalat fəaliyyəti (şumlama, gübrələmə, meliorasiya və s.) torpağa və torpaqəmələgəlmə 
prosesinin inkişafına, həmçinin bütün təbii mühitə (bitki örtüyü, iqlim, hidrologiya və s.) təsir göstərən  güclü 
spesifik amildir. İnsanın təsərrüfat fəaliyyətinin təsiri altında torpağın xassə və rejimləri təbii torpaqəmələgəlmə 
şəraiti ilə müqayisədə dəyişikliyə daha tez məruz qalır. Müasir dövrdə insanın təsərrüfat fəaliyyəti Yer kürəsinin 
böyük  ərazilərində torpaqəmələgəlmənin və torpaq münbitliyinin artırılmasının həlledici amilinə çevrilmişdir. 
Bu zaman torpaqların dəyişilməsinin xarakteri və əhəmiyyəti sosial-iqtisadi münasibətlərdən, elm və texnikanın 
inkişaf səviyyəsindən asılı olur. 
Genetik xassələr və becərilən bitkilərin ekoloji tələbi nəzərə alınmaqla torpaqların münbitliyinin 
artırılmasına xidmət edən tədbirlərin həyata keçirilməsi torpaqların mədəniləşdirilməsinə, yəni effektiv və 


 
57
potensial münbitliyi yüksək olan torpaqların formalaşmasına gətirib çıxarır. 
Xassələr və inkişaf  şəraiti, həmçinin elmi əsaslarla hazırlanmış  təkliflər nəzərə alınmadan,  torpaqlardan 
fasiləsiz istifadə nəinki torpaqların münbitliyinin artırılmasının səmərəliyini aşağı salır, eyni zamanda neqativ 
proseslərin (eroziya, şorlaşma və şorakərləşmə) inkişafına şərait yaradır. 
Aqronomun  əsas vəzifəsi torpağın xassəsləri və  kənd təsərrüfatı bitkilərinin tələbi  əsasında torpaq 
münbitliyinin fasiləsiz artımını təmin edən aqrotexniki və meliorativ tədbirlər sistemini həyata keçirməkdir. 
 
§ 15. Torpaqəmələgətirən amillərin qarşılıqlı əlaqəsi 
 
Torpağın yaranmasında iştirak edən torpaqəmələgətirən amillərdən birinin digəri ilə əvəz edilməsi mümkün 
deyildir. Bu baxımdan torpaqəmələgətirən amillər eyni əhəmiyyətə malikdir. Onların hər biri torpaqla onu əhatə 
edən mühit arasında maddə  və enerji mübadiləsi prosesində özünəməxsus  şəkildə  iştirak edir. Bununla belə, 
torpaqəmələgəlmə prosesini səciyyələndirən bütün proseslərin mürəkkəb məcmusunu torpaqəmələgətirən 
amillərin qarşılıqlı  təsirinin nəticəsi kimi üç qrupda (A.A.Rode) birləşdirmək olar: 1) canlı orqanizmlərin 
fəaliyyəti nəticəsində baş verənlər (üzvi maddənin yaradılması, qida elementlərinin seçici akkumulyasiyası və 
s.); 2) orqanizmlərin  həyat fəaliyyətinin məhsulları  hesabına inkişaf edən (humus maddəsinin yaranması və s.) 
və 3) birinci iki qrupla  bilavasitə  əlaqəsi olmayan abiotik xarakterli hadisələr. Bu zaman birinci iki qrup 
torpaqəmələgəlmə prosesinin ən  əhəmiyyətli tərəflərini  əhatə edir. Məhz onların nəticəsi olaraq torpağın 
spesifik xassəsi olan münbitlik yaranır və inkişaf edir. Ona görə  də  təbii torpaqəmələgəlmədə bioloji amil 
aparıcı hesab olunur. 
Torpaqəmələgətirən amillər təbiətdə bir-birinə  sıx bağlıdırlar. V.V.Dokuçayevin qeyd etdiyi kimi, torpaq 
torpaqəmələgətirıən amillərin qarşılıqlı  təsiri nəticəsində yaranmışdır. Amillərin bir-birinə    qarşılıqlı  təsiri 
nəticəsində torpaqəmələgəlmənin mikro-, mezo- və makroprosesləri inkişaf edir.
 
Bu proseslərin təsiri altında isə 
torpağın genetik horizontları və konkret xassələr toplusu formalaşır. 
Təbii ekosistemlərin, landşaft və torpaq sistemlərinin inkişafında iki əsas tsikl fərqləndirilir – bioiqlim və 
biogeomorfoloji tsikllər. 
İnkişafın  bioiqlim tsikli kosmik və ümümplanetar hadisələrin, planet səthində günəş radiasiyasının 
paylanması və atmosferin dinamikasının təsiri altında baş verir. Bu tsikldə bitki örtüyü və torpaq iqlimlə birgə 
təkamül edir. 
İnkişafın biogeomorfoloji tsikli geoloji, geomorfoloji və geokimyəvi proseslərin təsiri altında baş verir. Bu 
tsikldə bitki və torpaq örtüyünün inkişafı relyefin və səth çöküntülərinin formalaşması ilə əlaqədardır. 
Son zamanlar planetin həyatında üçüncü tsikl – insanın təsərrüfat fəaliyyəti daha çox əhəmiyyət kəsb 
etməyə başlayır.  İnsanın təsərrüfat fəaliyyəti bir tərəfdən  əsas tsikllərə (bioiqlim  və biogeomorfoloji) 
uyğunlaşmaqla, digər tərəfdən isə  əvvəlki iki tsikli,  təbii bitkiləri mədəni bitkilərlə  əvəz etməklə  və torpaq 
örtüyünə aqrotexnikanın, meliorasiyanın və rekultivasiyanın tətbiq etməklə, həmçinin aqrokultura və başqa 
mədəni landşaftlar yaratmaqla,  güclü şəkildə dəyişir. 
 
 
 
 
 
 
 


Yüklə 22,9 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə