Qəşəm Vəliyev



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə10/32
tarix07.07.2018
ölçüsü0,82 Mb.
#53656
1   ...   6   7   8   9   10   11   12   13   ...   32

İçində mərmər hovuzu, 

Dörd yanı otağım ola. 

 

Qaraxaçın dağ havası, 



İçəydim gümüş tası, 

Yeddi min Hələb muşəsi

Yeddi min də sağım ola. 

 

Səfil deyər: az istərəm, 



Hər sürüdən yüz istərəm

Mən beş arşın bez istərəm

Qaraxaç da dağım ola. 

 

Əvvəla, bu gəraylının birinci bəndi “Koroğlu” dastanının “Eyvazın Çənlibelə gətirilməsi” 



boyundakı gəraylı ilə yaxından səsləşir. Dastandakı gəraylının birinci bəndi belədir: 

 

Tanrıdan dövlət istərəm



Qaxetdə bir bağım ola. 

İçində mərmər hovuzu 

Üç güllü otağım ola. 

 

Müəllif  həmin  şeirin  Şenliyə  məxsus  olması  haqda  yazır:  “Qocaman  Aşıq  Hüseyn 



Saraclının  və  bir  çox  ədəbi  mənbələrin  verdiyi  bilgiyə  görə,  Aşıq  Şenlik  də  Səfil  təxəllüsü  ilə 

şeirlər  yazmışdır.  Biz  bu  şeiri  məhz  onunku  hesab  edirik”.  Deməliyik  ki,  Aşıq  Şenliyin    el 

sənətkarlarından  topladığımız  əsərlərində  və  Azərbaycan,  türk  mənbələrində  çap  olunmuş 

şeirlərində  təkcə  “Səfil”  təxəllüsünə  rast  gəlmirik.  Onun  bütün  əsərlərində  hər  iki  təxəllüs-Qul 

Şenlik,  Biçarə  Şenlik,  Səfil  Şenlik  birlikdə  verilmişdir.  Gəraylı  Aşıq  Şenlik  üslubuna  uyğun 

deyildir. 

H.Vəliyev “Azərbaycan folkloru və ədəbiyyatı gürcü mənbələrində” adlı monoqrafiyasında 

bu  şeir  haqqında  danışarkən,  onun  Aşıq  Şenliyə  məxsus  olması  barədə  qəti  hökm  vermir,  öz 

fikrini  ehtimal  şəklində  irəli  sürür.”  Deməli,  bizim  tanıdığımız  və  XIX  əsrə  aid  edilən  şeir 

onların  /  Səfil  təxəllüslü  şairlərin  –Q.V./heç  birinin  əsəri  ola  bilməz”.  Müəllif  sonra,  Səfil 

təxəllüsünün Şenliyə məxsus olduğunu söyləyir, lakin həmin şeirin konkret olaraq Aşıq Şenliyə 

aid  olduğunu  qeyd  etmir.  Burada  bir  cəhət  də  nəzərə  çarpır.  Müəllif  İ.Qrişaşvilinin    kitabxana 

muzeyində  saxlanan  həmin  əlyazmasındakı  /inv.3044,  səh  19/şerin  möhürbəndini  kitabda 

aşağıdakı şəkildə təqdim etmişdi: 

 

Səfil der, yarı neynirəm, 



Bağçada barı neynirəm, 

Dünyanın malın neynirəm, 

Tək beş arşın bezim ola. 

 

Ümumiləşdirəsi olsaq, deməliyik ki, bu şeir Aşıq Şenliyin deyil. Çünki Aşıq Şenlik kimi 



güclü  Tanrı  sevgisi  olan  sənətkar,  “içdim  eşqin  camını”  deyən  bir  sənətkarın  “içəydim  gümüş 

tası”, “yeddi min Hələb muşəsi”,  “badəni dolu içərəm”, “başıaçıq qız istərəm” və sair ifadələr 

işlətməz. 



“Professor  K.Vəliyev  “Elin  yaddaşı  dilin  yaddaşı”  kitabının  “Dilimizin  ustadları” 

bölməsində Qaracaoğlan, Aşıq Şenlik, Aşıq Ələsgər sənətindən də danışır. Müəllif Aşıq Şenliyin 

adını Qurbani, Tufarqanlı Abbas, Xəstə Qasım, Xəstə Hasan, Aşıq Ələsgər kimi sənətkarlarla bir 

sırada çəkərək yazır: “Aşıq Nurunun sınağından üzüağ çıxan gənc Şenlik bir neçə il ona qulluq 

etmiş  və  ustad  aşıq  kimi  ad  qazanmışdır.  Onun  yaradıcılığı  Azərbaycan  aşıq  mühitində  dərin 

izlər  qoymuşdur.  Aşıq  Şenliyin  həyatı    və  yaradıcılığı  Qars,  Axısqa,  Ağbaba,  Borçalı 

bölgələrində yaşayan Azərbaycan elatı, onun gün-güzəranı, şadlığı, sevinci ilə bağlıdır”. 

K.Vəliyev Aşıq Şenliyin Qarapapaq  tayfasından  olmasını,  ustadı  Aşıq  Nuru  və 

şagirdlərindən  birinin  Aşıq  Nəsib  (Ağbaba  mahalı,  Güllübulaq  kəndi)  olduğunu  yazır.  Aşıq 

Şenlik  irsinin  bilicisi,  onu  xalq  arasında  təbliğ  edən  Aşıq  İsgəndər  Ağbabalı  haqqında  verilən 

bilgi  də  diqqətəlayiqdir:  “Aşıq  Şenlik  adı  ilə  bağlı  bütün  rəvayətlər,  saz  havaları,  dastanlar, 

şeirlər  Aşıq  İsgəndərə  bəllidir.  Aşıq  İsgəndərin  ifasında  başqa  aşıq  məktəblərində 

qarşılaşmadığımız özünəməxsus cizgilər var. Ustadın deməyinə görə, onlar Aşıq Şenlik ənənəsi 

ilə bağlıdır. Bu sətirlər Aşıq Şenlik sənətinin bu gün də geniş təsirə malik olduğunu göstərir. 

Kitabda  Aşıq  Şenliyin  “Könül”  və  “Olub”  rədifli  qoşması  verilmişdir.  Müəllif  qoşmaları 

ilk  dəfə  təqdim  etdiyinə  baxmayarq,  haradan  toplandığını  demir.  Müqayisələr  müəllifin  həmin 

şeirləri Ensar Aslanın “Çıldırlı Aşıq Şenlik” kitabından götürdüyünü göstərir. Burada müəllifin 

müəyyən söz dəyişmələri də nəzərə çarpır. 

 

Gah Şenliyi atır qəm dəryasına, 



Gah dəm şəfa verir sirr dəryasına. 

 

Türk nəşrində: 



 

Gah Şenliyi atır qəm dəryasına, 

Gah səhhət verir sirr qəfəsinə. 

 

Aşıq  Şenliyin  ədəbi  irsinin  araşdırılması  və  öyrənilməsinə  Türkiyədə  30-cu  illərdən 



başlanılmışdır. 

Folklorşünas alim E.Aslanın verdiyi bilgiyə görə, Tormutlu Erkem, Daşdəmiroğlu Ənvər, 

Nüsrət  Feridun,  Uraz  Murad,  Yağmurdərəli  Nəsib  və  başqaları  Aşıq  Şenlik  yaradıcılığından  

örnəklər  çap  etdirmişlər.  Həmin  materiallar  əlimizdə  olmadığından  haqqında  geniş  danışmaq 

imkanımız yoxdur. 

Fəxrəddin Kırzıoğlu Aşıq Şenliyin  ədəbi irsinin toplanıb nəşr edilməsi işinə böyük qayğı 

ilə yanaşmışdır. O, “Çıldırlı Aşık Şenlik” adlı məqaləsində aşığın həyatı haqqında qısa məlumat 

vermiş,  “Eşq  atəşidir”,  “İki  arvad  ilə  evlənənlərə”  gəraylısını  təqdim  etmişdir.  Müəllif  Aşıq 

Şenliyin  olduğu  yerlər,  şagirdləri  haqqında  konkret  bilgi  verir  və  bildirir  ki,  Aşıq  Şenlik  on 

doqquz yaşında ikən Axırkələyin Lebis köyündə el sənətkarı Aşıq Nurudan saz sənətinin sirlərini 

öyrənmiş,  Qars,  Şövşək,  Axıska,  Tiflis,  Borçalı,  Gümrü,  İrəvanda  ağır  yığnaqlı  məclislər 

keçirmiş, Posoflu Fəryadi, Zulali, Nərimanlı Summani, Ərzurumlu İzani, Qarslı Mustafa Nihani, 

Borçalı  Abbas,  İranlı  /qalayçı/  Nəcəf  kimi  saz  aşıqları  ilə  deyişmişdir.”  Qarapapaq  tərəkəmə 

türklərindən”  olan  aşıq  on  doqquza  qədər  “çıraq”  /şagird/  yetişdirmişdir.  F.Kırzıoğlunun  bu 

məlumatından çıxış edərək deyə bilərik ki, Aşıq Şenliyin yuxarıda adları qeyd olunan mahallarda 

bir-birindən maraqlı məclislər  keçirməsini hal-hazırda yaşayan müdrik qocalar da təsdiqləyirlər. 




Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə