Qəşəm Vəliyev



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə11/32
tarix07.07.2018
ölçüsü0,82 Mb.
#53656
1   ...   7   8   9   10   11   12   13   14   ...   32

Folklorşünas  Akaj  Beşmart  Aşıq  Şenliyin  ədəbi  irsinin  kitab  halında  çap  olunmasına 

xüsusi təşəbbüs göstərmişdir.O, “Aşık Şenlik” adlı kiçik həcmli kitabında aşığın yaradıcılığından 

az hissəni-təcnislər də daxil olmaqla iyirmi dörd şeirini vermişdir. 

Aşıq İslam Ərdənərin “Aşıq Şenlik divanı” adlı kitabında aşığın divanı, təcnis və aşıqlarla 

deyişmələri vardır. Bu kitab Akaj Beşmartın tərtib etdiyi kitabdan divani və deyişmələrin təqdim  

olunması  baxımından  seçilir.  Aşıq  İslam  bu  kitabı  Aşıq  Şenliyin  oğlu  Aşıq  Qasımın  verdiyi 

örnəklər əsasında hazırlayıb. 

Folklorşünas İsmayıl Eşqoğlunun “Aşıq Şenlik” adlı kitabçasına aşığın 27 müxtəlif janrlı 

şeirləri,  5  aşıq  ilə  deyişməsi  salınıb.  Kitabdakı  şeirlərin  bəzisinə  yersiz  söz  və  ifadələr 

artırıldığından  bəzən  vəzn  pozulub.  Kitabın  55-ci  səhifəsində  verilmiş  “Sevdiyim”  rədifli 

müxəmməsinin,  “Qamətin  çimçiraq  daşı,  qəddi  fanar  sevdiyim”  misrası  isə  Aşıq  İsgəndər 

Ağbabalının, Aşıq Əmrah Gülməmmədovun ifasında belə səslənir: 

“Qamətin şölə verir, qəddi fanar sevdiyim” 

Bizcə,  Aşıq  Şenliyin  Azərbaycan  aşıqları  -  Aşıq  İsgəndər  Ağbabalı,  Aşıq  Əmrah,  Aşıq 

Hüseyn Saraclı, Aşıq Kamandar və başqaları tərəfdindən ifa olunan şeirləri öz axıcılığı, səlisliyi 

ilə seçilir. 

H.Dizdaroğlu  “Aşıq  Şenlik  üzərinə”  adlı  məqaləsində  İ.Eşqoğlunun  əməyini 

qiymətləndirməklə bərabər, tərtibat zamanı müəyyən prinsiplərin pozulduğunu, şeirlərin  yazıya 

alınması  zamanı  yol  verilən  xətaları  da  göstərmişdir.  H.Dizdaroğlu  kitabda  “tam,  zəngin,  tunc 

qafiyələr”  başlığı  altında  verilən  qoşmalarda  bəzən  qafiyə  sisteminin  pozulduğunu  göstərir. 

Kitabın 22-ci səhifəsində verilən “Məni” rədifli qoşmasının: 

 

Mən Şenliyəm ərşə çıxdı amanım, 



Daha səndən özgə yoxdur gümanım. 

 

misrasında  “günahım”  əvəzinə  “gümanım”  sözünün  işlənməsini  doğru  sayır  və  bu,  bizi  də 



inandırır. 

H.Dizdaroğlu  Aşıq  Şenliyin  şeirlərinin  dil  xüsusiyyətlərindən  danışaraq  yazır:  “Şenlik 

azəri  türkcəsiylə  söyləmişdir  şeirlərini.  Ləhcə  özəlliyi  vardır.  Bunun  üçün,  şeirlərində  keçən 

sözcüklərdən  bir  qisminin  açıqlaması  zəruridir”.  Müəllif  eyni  zamanda  bəzi  söz  və  ifadələrin 

(pənah-səh.32, naxələf-səh.33, gözəl-səh.35, saldın-səh.35, hərami-səh.37, ilqar-səh.38, huri-səh. 

38,  müxənnət  –səh.49,  qala-səh.49,  bağban-səh.  53  və  sair)  Osmanlı  şivəsində  qarşılığının 

kitabın  sonunda  lüğət  şəklində  verilməməsini  İsmayıl  Eşqoğluya  irad  tutur:  “Sözcüklərin 

anlamlarının  verilməsində  də  gərəkən  titizlik    göstərilməmişdir.  Kimi  sözcüklərin  qarşılığı 

yoxdur. Azəri türkcəsini bilməyənlər, mətnləri anlamaqda güclük çəkəcəklər”. 

 

 



 

1975-ci  ildə  İstanbulda  çap  olunan  “Arpaçay  köylərindən  dərləmələr”  kitabına  Aşıq 

Şenliyin  “Lətif  şah”  dastanı,  “Qalmadı”,  “Bu  gün”,  “Dolandırır”  qoşmaları,  “Görmədim” 

divanisi,  vücudnaməsi,  “Aşıq  Şenliyin  macərası”,  “Aşıq  Şenlik”,  “Şenliyin  dastanı”  kimi 

örnəklər  salınmışdır.  Kitaba  salınan  ədəbi  örnəklərin  hamısı  pasportlaşdırılmış,  hətta  ayrı-ayrı 

kəndlərdən  yazıya  alınmış  şeirlərin  /“Dolandırır”,  “Bu  gün”  qoşmaları  və  sair/  variantları  da 

verilmişdir. 

Folklorşünas  Orxan  Özbək  “Aşık  Şenlik  Deyişmeler  karşılaşmalar”  adlı  kitabına  Aşıq 

Şenliyin  Aşıq  Nuru,  Aşıq  Abbas,  Aşıq  Mustafa,  Aşıq  Çebecli,  Aşıq  Qasım,  Aşıq  Zulali,  Aşıq 



Summani, Aşıq İzani ilə deyişmələrini daxil etmişdir. Müəllif həmin deyişmələri Susuzlu Aşıq 

Bino,  İncəsulu  Aşıq  Sədi  və  başqa  sənətkarlardan  topladığını  qeyd  edir.  Bu  deyişmələr  Aşıq 

Şenliyin ədəbi mühitdə mövqeyini, hansı sənətkarlarla əlaqə saxlamasını öyrənmək baxımından 

əhəmiy- yətlidir. Kitabda aşığın həyatı romantik, deyişmələri isə dastanvari şəkildə verilmişdir. 

Aşıq Şenliyin ədəbi irsinin öyrənilməsi və yayılması yönümdə folklorşünas Ensar Aslanın 

əməyi  daha  çoxdur.  O,  “Çıldırlı  Aşık  Şenlik:  hayatı,  şiirleri  ve  hikayeleri”  adlı  kitabında  Aşıq 

Şenliyin Aşıq Nuru, Aşıq Abbas, Aşıq Qasım, Aşıq Mustafa, Aşıq  İzani, Aşıq Summani, Aşıq 

Zulali, Aşıq Fəryadi, gürcüstanlı Şikəstə Pəri ilə deyişmələri, 70 bənd divanisi, 650 bəndə qədər 

qoşması, 6 cığalı təcnisi, 2 “Şəki sicilləməsi”, “Lətif şah”/ Azərbaycan varinatı daxil olmaqla/, 

“Sövdəgar  şah  və  Gülənaz  Soltan”,  “Salman  bəy  və  Durnatel  xanım”  kimi  sənət  örnəkləri 

vermişdir. 

Orxan  Özbək    yalnız  aşığın  deyişmələrini  seçmişdisə,  E.Aslan  bütün  yaradıcılığını  əhatə 

etməyə çalışmışdır. E.Aslanın tərtib etdiyi kitab aşağıdakı xüsusiyyətləri ilə də yadda qalır: 

 



elmi təhlil səviyyəsinə görə seçilən ön sözlə

 



aşığın ədəbi irsinin janrlar üzrə verilməsi ilə; 

 



lüğət və biblioqrafiyanın hazırlanması ilə. 

E.Aslan  ön  sözdə  aşığın  həyatından  danışarkən  mənsub  olduğu  Qarapapaq  tayfası 

haqqında    maraqlı  fikirlər  söyləyir.  Müəllif  aşığın  atası  Qədir  ağanın  1828-ci  il  Türkmənçay 

müqaviləsindən  sonra  Qazax-Borçalı  bölgələrindən  Qarsın  Suxara  kəndinə  köçdüyü  fikrini  bir 

daha təsdiqləyir. 

Burada  qədim  dövrlərdən  XX  yüzilliyin  ortalarına  qədər  Anadolu  və  Azərbaycan 

ədəbiyyatının inkişaf xüsusiyyətlərini göstərən elmi material da verilmişdir. 

Aşıq  Şenliyin  əsərlərinin  tərtibində  müsbət  cəhətlərlə  yanaşı,  mübahisəli  fikirlər, 

nöqsanlarda  yox  deyil.  Kitabda  Xəstə  Qasımın  “Yaxşıdı”,  “Aşnalıqı”  qoşmaları,  Aşıq  Hüseyn 

Şəmkirlinin  “Yaxşıdı”  qoşması,  xalq  şairi  O.Sarıvəllinin  1942-ci  ildə  yazdığı  “Yaşamaq  istər” 

şeri səhvən Aşıq Şenliyin əsərləri kimi verilmişdir. Həm də aşığın gəraylı, vücudnamə, əlif-lam, 

cahannamə, bağlama, əvvəl-axır zəncirləmələri sadəcə “qoşmalar” adı ilə qruplaşdırılmışdır. 

Ensar  Aslan  Aşıq  Şenliyin  başqa  aşıqlara  təsirindən  danışarkən  bəzən  düzgün  olmayan 

nəticələrə  gəlir.  O,  Aşıq  Şenliyin  Dədə  Ələsgərə  təsir  etdiyini  söyləyir.  Bu  nəticənin  əsassız 

olduğunu  göstərmək  üçün  misal  gətirdiyi  hər  iki  qoşmanı  olduğu    kimi  veririk.  Müəllif  yazır: 

“Şenlik içəridə olduğu kimi, azəri sahəsi aşıqlarına da təsir etmişdir. Çağdaşı olan Göyçəli Aşıq 

Ələsgərin  Şenlikdən  qüvvətli  təsir  aldığı  görülməkdədir.  Ələsgərin  aşağıda  yazıya  aldığımız 

qoşması Şenliyin eyni ayaq və konudakı qoşmasının kopiyası kimidir. 

 

Bir igidin əsli-kökü düz olsa



Baxarsan ki, günü-gündən yaxşıdı. 

Gəzəyən arvaddan, güləyən qızdan, 

Mərdin qapısında iti yaxşıdı. 

 

O saqət könlümdən bu saqət olmaz



Badə içməyənlə könül məst olmaz, 

Yəqin bil ki, köhnə düşmən dost olmaz

Yaxın getməkdənsə, gendən yaxşıdı. 

 

Sənə qurban olam ey Şahi-Mərdan



Aşıq Ələsgəri qurtar bu dardan, 


Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə