Qəşəm Vəliyev



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə17/32
tarix07.07.2018
ölçüsü0,82 Mb.
#53656
1   ...   13   14   15   16   17   18   19   20   ...   32

 

Gah dəm durulanır, gah dəm bulanır, 

Gah dəm abad olur, gah dəm talanır, 

Gah dəm mahzunlanır, səfil dolanır, 

Gah dəm Ürüstəm-Zal olur, könül. 

 

Aşıq  yaşadığı  cəmiyyətin  təzadlarını,  istismarçı  mahiyyətini  dərk  edərək  “qəm  libası”na 



bürünür.  Lakin  bu  ictimai  dərd  keçici  və  müvəqqətidir.  Aşıq  haqqın,  ədalətin  qalib  gələcəyinə 

inanır, onun qəmə bürünmüş könlü “cilvələnib al” olacaqdır: 

 

Gah Şenliyi atır qəm libasına, 



Gah dəm şəfa verir sirr dəryasına, 

Gah dəm olur girir qəm libasına, 

Gah dəm cilvələnib al olur, könül. 

 

Aşıq  Şenlik  azadlıq,  gözəl  cəmiyyət  idealına  ömrü  boyu  sadiq  qalmışdır.  Öz  yurddaşları 



arasında bu nəcib ideyaları təbliğ edərkən bəzən “zalım fələk”lə üzləşməli də olmuşdur. Lakin 

“zalım fələk” lirik qəhrəmanı vətənindən sürgün etsə də, o, yüksək amalından dönməmişdir: 

 

Yığılan əhbablar, yaran, yoldaşlar, 



Qəmli könlüm vətənindən yad olub. 

Zalım fələk məni sürgün eylədi, 

Dostlar ağlar, düşmanlarım şad olub. 

 

Aşıq dövrün sitəmkar bəylərini, qoluzorlularını cəsarətlə tənqid edərək, öz həmvətənlərini 



sayıqlığa,  birliyə  çağırmışdır.  “Heç  kimsənin  çırağı  boş  yerə  yanmaz”  –  deməklə  əməkçi 

insanların qəlbində azadlıq ideyalarına inam hissi yaratmağa çağırmışdır. 

 

Daha keçdi dövran sürmək sırası, 



Eşq oxunun məlhəm bulmaz yarası, 

 

 



Heç kimsənin boşa yanmaz çırası, 

Çoxları bu sevdada namurad olub. 

 

Aşıq Şenliyin  ictimai-siyasi  motivli  şerlərində dini alver mənbəyinə  çevirən, din  adından 



xalqı  talayan  mollaların,  seyidlərin  tənqidi  xüsusi  yer  tutur.  “Molla”  rədifli  şeirində  aşıq  din 

adından şəxsi məqsədlər güdən mollanı “olmusan aləmdə rəzalət molla,” – deyə lənətləyir. 



Nəsihətamiz-didaktik motivlər aşıq sənəti inkişafının ilk mərhələlərindən xalq həyatının 

aynası  olmuşdur.  İnsanın  cəmiyyətdə  yeri,  insanlıq  vəzifəsi,  birgəyaşayış  qaydalarına  əməl 

etməsi,  ədəb-ərkanı  yüksək  poetik  duyumlarla  ifadə  olunmuşdur.  Aşıq  poeziyasındakı 

nəsihətamiz-didaktik motivli şeirlərdə ifadə olunan əxlaqi-etik normalar, poetik öyüd-nəsihətlər 

hər  şeydən  əvvəl  milli  və  əxlaqi  mahiyyəti  ilə  diqqəti  cəlb  edir.  İnsanları  əmin-amanlığa 

səsləyən, onlarda xeyirxahlıq, nəciblik,  səmimiyyət, mərdlik, səxavət  görmək istəyən,  gənclərə 

böyük yolu gözləməyə, ədəb-ərkanlı olmağa çağıran ustad sənətkarlar nəsillərin hami tərbiyəçisi 

olmuş, milli adət-ənənələrə əməl olunmasını təbliğ etmişlər. 




Özünə  qədərki  aşıq  sənətinin  yaradıcılıq  ənənələrini  inkişaf  etdirən  Aşıq  Şenliyin 

nəsihətamiz-didaktik şeirləri mövzu rəngarəngliyi, sənətkarlıq xüsusiyyətləri və kamilliyinə görə 

diqqəti cəlb edir. Onun şeirlərinin əsas ideya mənbəyi real həyatdır. Sənətkarın gələcəyə nikbin 

baxışını, humanist duyğularını ifadə edən öyüd-nəsihətləri poetik dəyərə malik olmaqla bərabər, 

tərbiyəvi əhəmiyyətilə də səciyyələnir. Çünki “... xalq aşığının qarşısında çox mühüm vəzifələr, 

“xalqa həqiqətdən mətləb qandırmaq”, kamallı olub, ədəb-rəftar qanunlarını xalqa öyrətmək, onu 

mənəvi cəhətdən təkmilləşdirmək vəzifələri durur”. 

Aşıq  Şenliyin  insanlarda  görmək  istədiyi  ən  mühüm  keyfiyyətlər  ədəb-ərkanlı,  ağıllı-

düşüncəli olmaqdır. İnsan məhz bu əxlaqi-etik ölçülər daxilində yaşayır və fəaliyyət göstərir. 

 

Ədəb-ərkan, ağıl, lisan, idrak-söz



Bütün bunlar xəlq olubdur bizim üçün. 

 

Aşıq  insanları  xeyirxahlığa,  başqalarına  təmənnasız  köməklik  göstərməyə  çağırır.  Çünki 



dünyaya  bir  dəfə  gələn  insanın  ən  böyük  qazancı  təmiz  ad-sandır.  Belə  adamların  adı  həmişə 

hörmət  və  məhəbbətlə  anılır.  Aşıq  Şenlik  öz  hakimiyyətləri  dövründə  xalqı  incidən,  “dünya 

mənimdir”  iddiasında  olan  hökmdar  və  sərkərdələri  nümunə  göstərir.  Var-dövlət  hərisliyi 

onlarda ən yaxşı insani keyfiyyətləri puç etmiş, insanlara yaxşılıq etməyi unutdurmuşdur: 

 

İnanma dünyaya, olmaynan dəli, 



Bu dünya heç insana qalmadı. 

Sultan Süleymana, Rüstəm-Zala

Əli kimi ac Aslana qalmadı. 

 

Dünyada  cahangirlik  iddiasında  olanların  həyatından  ibrət  dərsi  almağın  ən  gözəl 



nümunəsini ifadə edən Aşıq Şenliyin sələfi Xəstə Qasım deyir: 

 

Necoldu Keykavus, hanı Keyqubad, 



Hansı bu dünyada almışdı murad? 

Allahlıq eylədi Fironla Şəddad, 

Nəmrudun qalası düz oldu getdi. 

 

Aşıq Şenlik özünə qədərki ənənələri öz dövrünün ruhuna uyğun olaraq yaradıcılıqla inkişaf 



etdirir.  Əgər  istismar  yolu  ilə  toplanan  var-dövlət  xeyirxah  işlərə  sərf  olunmursa,  sahibinə  də 

qismət  olmayacaq.  Yalnız  səxavət  sahibi  olan  insan  öz  əməyinin  bəhrəsini  insanları  səadət  və 

xoşbəxtliyə qovuşduran işlərə sərf edə bilər. Odur ki, aşıq insanları mal-dövlət əsiri olmamağa, 

ona güvənməyə çağırır: 

 

Güvənmə dünyanın səltənətinə, 



Nə ömür adına mal-dövlətinə

Bir gün mindirərlər məcər atına, 

Çəkərlər dünyadan karvanın sənin. 

 

Burada  biz  Aşıq  Şenliyin  müasiri  Dədə  Ələsgərlə  həmfikir  olduğunu  görürük.  Aşıq 



Ələsgər Annax bəyi mal-dövlətə etibar etməməyə, insanlara yaxşılıq etməyə çağırır: 

 



Vaxt olacaq ömür yetəcək başa, 

Hörmət qoy hamıya, hörmətli yaşa

Bu dünya işinə qılsan tamaşa, 

Mal-dövlətin sonu puşdu, Annax bəy. 

 

Dünya malından yapışan, xalqa zülm-sitəm edənləri “allah xofu” ilə qorxudur. Dövrünün 



“sözü ötənlərinə” əlsiz-ayaqsızlara, kasıb-kusublara əl tutmağı, xeyirxah işlər görməyi məsləhət 

bilir: 


 

Dördəlli tutma dünya malını, 

Suval eylə axirətin halını, 

Kiçiklər tutmurlar böyük yolunu, 

Dövran döndü bir zamana qalmadı. 

 

Halal-haram anlayışları aşığın poetik öyüd-nəsihətlərində mühüm yer tutur. Ustad sənətkar 



zəhmət  adamlarını  öz  mayalarını  təmizliklə,  alın  təri  ilə  qazanmağa  çağırır.  Halal  zəhmətlə 

qazanmağı,  özgələrinə xəyanət  etməməyi  insan  üçün ən böyük səadət  sayır. Əliəyrilik  yolu  ilə 

əldə  edilən  qazancdan  heç  kəs  xeyir  görməmişdir.  Aşıq  insanlara  haram  sevənlərdən  uzaq 

olmağı, “gözlərini harama baxdırmamağı” tövsiyə etmişdir: 

 

Haramı halala qatmaq nə imiş, 



İblisin yoluna sapmaq nə imiş

Bu köşkü, sarayı yapmaq nə imiş, 

Bir qaranlıq yerdir məkanın sənin. 

 

 



Dünyada harama baxdırma gözün, 

Haqqın dərgahından çevirmə üzün, 

Əgər doğru yola getməzsə izin, 

Ləin-şeytan alar imanın sənin. 

 

Çünki halallıq olan yerdə doğruluq, saflıq, səmimiyyət, xoş ünsiyyət bərqərar olur. Haram 



isə  cəmiyyətdə  həmişə  hərc-mərclik,  fitnə-fəsad,  xəbislik  törədir.  Bu  mənada  aşığın  poetik 

müraciətləri daha ibrətli səslənir. 

Aşıq  Şenlik  insanın  cəmiyyətdə  mövqeyini,  ədəb-ərkan  gözləməsini  mənəvi  gözəlliyin 

əlamətlərindən  biri  kimi  qiymətləndirir.  İnsanın  məclisdə  özünü  aparması,  sözünün  yerini 

bilməsi, böyük yolu gözləməsini əxlaqi gözəlliyin əsas şərti sayır: 

 

Laf atıb meydanda mədh etmə özün



Gəlir birlik çağın, fərq etməz gözün. 

Pozulur əlvanın, heç tutmaz dizin 

Tökülür dəhandan əsnanın sənin. 

 

Aşıq  Şenlik  nəcibliyi  insanın  ən  mühüm  keyfiyyətlərindən  biri  hesab  edir.  Nəciblik 



hissindən  məhrum  olan  şəxs  mənəvi  cəhətdən  şikəst  adamdır.  Bu  baxımdan  aşıq  öz 

yurddaşlarında  bu  gözəl  əxlaqi  xüsusiyyəti  görmək  istəyir,  onları  nanəcib  adamlardan  uzaq 




Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə