Qəşəm Vəliyev



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə24/32
tarix07.07.2018
ölçüsü0,82 Mb.
#53656
1   ...   20   21   22   23   24   25   26   27   ...   32

padşahının  adamları dəryada onu tanıyıb Fas padşahının hüzuruna aparırlar. Lakin Fas padşahı  

bu işə şübhə ilə yanaşır: 

“-Nə  cür  olub  ki,  İsfəndiyarı  öldürən  pəhləvanı  belə  asanlıqla  tutub  gətiribsiniz?  Yəqin 

burada bir hiylə var? Əvvəlcə Lələnin boynunu vurdurmaq lazımdı, sonra Lətif şahın. 

Lələni dar ağacının yanına çəkəndə Lətif şah dedi: 

-Şah, onun nə günahı var, onu niyə öldürürsən? Sənin tapşırığını yerinə yetirib. Ona ənam 

verməlisən”. 

Biz burada Lətif şahı ölümün gözlərinə dik baxan, hər cür yalan və riyadan uzaq, vicdanlı, 

mərd  bir  folklor  qəhrəmanı  kimi    görürük.  Fas  padşahına,  doğrudan  da,  Lətif  şah  olduğunu 

inandırmaq üçün həqiqəti söyləyir: 

 

...Hindistana qoymadım gedə yarı, 



Tamamən düzünü qoy deyim barı, 

Bir qılınca yıxdım İsfəndiyarı, 

Fas elində qovğa etdim bir zaman. 

 

Lətif şaham, Fas elini boyladım, 



Şah əmr etdi, qulluğunda söylədim, 

Mehriban Soltana düyün eylədim, 

Ona murad verdim, aldım bir zaman  

 

Fas padşahı onun həqiqətən Lətif şah olduğunu görüb, İsfəndiyarın Lələsini azad edir. 



İsfəndiyar pəhləvanın Lələsi Lətif şahın mərdlik etdiyini görüb, onu zülümkar padşahın dar 

ağacından  qurtarmaq  istəyir.  Lətif  şaha  özü  cəza  verəcəyini  bildirir.  Lətif  şah  Fas  padşahının 

bacısı  Əsma  xanımın  köməkliyi  sayəsində  xilas  olur.Əsma  xanım  Lətif  şahın  qədd-qamətinə, 

mərdlik və səmimiyyətinə heyran olub ona vurulur. Lətif şaha qarşı onda məhəbbət hissi oyanır. 

Lakin  Lətif şah Əsma xanımın  hisslərinə əvvəlcə laqeyd  yanaşır, onu özündən uzaqlaşdırmağa 

çalışır: 

 

Çox da cəfa çəkmə, hərcayi gözəl, 



Sən deyən xəyala uyan deyiləm. 

Mən öz məşuqəmin mübtəlasiyəm, 

Hər kəsi bir gözdə görən deyiləm.  

 

Əsma xanımın ona getmək üçün israr etdiyini görən Lətif şah fikirləşir: “ Bu ki qız ola-ola 



məni ölümdən qurtarıb. Bunu atmaq heç kişilikdən döy”.

 

Lətif şah Əsma xanımı özü ilə birlikdə 



Hindistan ölkəsinə aparmağa razılıq verir. 

Lətif şahın vətəninə olan məhəbbət hissi dastan boyu inkişafda verilir. O, Lələsi ilə birlikdə 

vətəndən  ayrılıb  Hindistana  gedəndə,  arxada  qalan  vətən  dağlarını,  axarlı-baxarlı  çəmənlərini 

həsrətlə yad edir: 

 

Kəsildi nişana, yad oldu vətən, 



Gözdən itdi, bizim yerin dağları. 

Leyli-nahar intizarı var canda, 

Bülbül fəqan eylər sübhün çağları. 

 



Lətif  şaha  vətən  həsrəti  qərib-qurbətlikdə  belə  rahatlıq  vermir.  Hətta  Mehriban  Soltanın 

atasının hüzurunda olarkən onun vətən həsrəti ilə yaşadığının, yanıb-yaxıldığının şahidi oluruq: 

 

 Tərk edib vətəni, eli, obanı, 



Xan babamı ağlar qoyub gəlmişəm 

 

Lətif  şahı  bir  dastan  qəhrəmanı  kimi,  oxucu  və  dinləyiciyə  sevdirən  onun  vətənə 



qovuşmaq, vətənin azadlığı uğrunda mübarizə aparmaq əzmidir. 

“Lətif  şah”  dastanının  ikinici  əsas  qəhrəmanı  olan  Mehriban  Soltan  saf  və  ülvi  bir 

məhəbbətlə Lətif şahı sevir. Qadın hüquqsuzluğunun mövcud olduğu dövrdə Mehriban Soltan öz 

istək  və  arzularında  sərbəstdir.  Şah  qızı  olmasına  baxmayaraq,  onda  sevən  qızlara  məxsus  bir 

sadəlik  və  səmimilik  var.  O,  ətrafındakı  kənizlərin  qayğısına  qalır,  onlarla  mehribancasına 

davranır. Eyni zamanda onların ədəb-ərkandan kənar hərəkətlərinə yol vermir. 

Mehriban  Soltanın  Lətif  şaha  olan  məhəbbətini  dinləyiciyə  lirik  deyimlər  vasitəsilə 

çatdırılır. Lətif şahın ayrılığı onun sevən qəlbini “qəm dağına” döndərir, ona qovuşmağa can atır. 

Mehriban Soltan öz intizarını real, təbii hisslərlə sevgilisinə çatdırır: 

 

Yolların gözlədim müddət çağında, 



Sinəm qəm dağıdı, qəm duzağında, 

Yar, səhər çağında, gülşən bağında, 

Qızılgüləm, bülbül kimi dər məni. 

 

Mehriban Soltan öz eşqinə sadiq, əhdi-peymana vəfalı bir gəncdir. Lətif şahın dərya seyri 



zamanı “tufana düşməsi” Mehriban Soltanı  sarsıdır, sevgilisinin  həyatı üçün bərk narahat  olur. 

Hətta Lətif şahın xilası üçün müqəddəs, mövhumi qüvvələrdən imdad, kömək istəyir: 

 

Mehriban Soltanam, deyərəm aman



Açılmaz başımdan tüstüynən, duman, 

Sidqinən çağıram, ya Şahi-mərdan, 

O ağam mövlaya bir niyaz etsin. 

 

Geniş  və  həssas  qəlbə  mailk  olan  Mehriban  Soltan  Əsma  xanımın  Lətif  şahı  ölümün 



pəncəsindən xilas etdiyini bildikdə, ona qarşı böyük rəğbət və hörmət hissi oyanır:  

“-  Mən  sənə  ölüncə  kənizəm.  Sən  ki  Lətif  şahı  ölümdən  qurtarmısan,  bizim  canımız, 

ciyərimizsən”-deyir.

 

Dastanın  sonunda  Mehriban  Soltanın,  Əsma  xanımın,  Lətif  şahın,  Lələnin  vətənə 



qayıtmaları  Yəmən  elində  toy-bayrama  çevrilir.  Dastanın  belə  bir  xoşməramlı  sonluqla 

qurtarması müəllifin gələcəyə olan nikbin baxışının bariz ifadəsidir. 

“Lətif şah”dastanında Lətif şah və Mehriban Soltandan əlavə öz  təbiiliyi, səmimiyyəti ilə 

diqqəti  cəlb  edən  surətlər  vardır.  Bu  surətlərdən  biri  Lələ  surətidir.  Lələ  dastanın  əvvəlindən 

sonuna kimi iştirak edir. O, Lətif şahın xarakterinin açılmasında, bir şəxsiyyət kimi yetişməsində 

əvəzedilməz  rolu olan bir surətdir.  Lələ surəti dastanın əlimizdə olan variantında /Ə.Axundov 

variantı/  dastan  yaradıcısının  özü-Aşıq  Şenlikdir.  Dastanda  Lələnin  dili  ilə  söylənən  bir  sıra 

nəsihətamiz, didaktik-fəlsəfi fikirlər Aşıq Şenliyin dünyagörüşü ilə dərindən səsləşir. 




Lələ  surəti  dostluğun,  insanın  insana  olan  sədaqəti,  qayğıkeşliyin,  humanizm  və 

təmənnasız xidmətin nümunəsi kimi verilmişdir. Dastanda təbliğ olunan  bu insani keyfiyyətlər 

öz  müasirliyi ilə bu gün də əhəmiyyətini saxlayır.  

Lələ öz sələfi Sofinin /“Əsli-Kərəm” dastanı/ yolunu layiqincə davam etdirir. Onların hər 

ikisi  vəfalı  dost,  cəfakeş  insan  kimi  diqqəti  cəlb  edirlər.  Lakin  Lələni  Sofidən  fərqləndirən  bir 

cəhət vardır. “Əsli-Kərəm” dastanında Sofinin öz fikrini şeirlə ifadə etməsinə iki epizodda rast 

gəlirik.  Lakin  “Lətif  şah”  dastanında  Lələ  saz-söz  sənətinə  dərindən  bələd  olan  sənətkar  aşıq 

kimi öz fikirlərini, demək olar, şeirlə ifadə edir. 

Lələ dastan boyu Lətif şahın sədaqətli dostu, köməkçisi, yol göstərənidir.O, heç vaxt Lətif 

şahı darda qoymur. Ən təhlükəli anlarda Lətif şahın xilasına çalışır. 

Lələ  Lətif şahı  həmişə səbrə, təmkinə çağırır.  İsfəndiyar pəhləvan qoşun çəkib  Mehriban 

Soltanı aparmağa gələndə Lətif şah bərk qeyzlənir, narahat olur. Lələnin ağıllı məsləhəti ilə bu 

vuruş Lətif şahın qələbəsi ilə bitir. Lələ həmişə Lətif şaha dünyanın gərdişindən, ağrı-acısından 

söhbət açır, öz mühakimələrini söyləyir:  

 

Səbr eylə sən, zülmün hər bəlasına, 



O dərgahda sınanıbdı çoxları. 

Bu darlığa bir sərbəstlik verən var, 

Hikmətilə var edibdi yoxları. 

Lələ Lətif şahın bütün təklif və arzularının həyata keçməsinə çalışır. Lətif şahın vətəni, ata-

anası, digər xüsusiyyətləri haqqında başqalarına məlumat verir.O, Lətif şahı həyatı qədər istəyir, 

hətta Lətif şahın dəryada həlak olduğunu yəqin edib, ona ehsan da verir. O, Lətif şahın yolunda 

həyatından keçməyə belə hazırdır: 

 

Bir canım var , vur, qurtarsın Lələni, 



Lətif şah yolunda qurban deyibdi. 

 

Lələ  Lətif  şaha  qarşı  nə  qədər  mehriban,  səmimi  olsa  da,  onun  ədəb-ərkandan  kənar 



hərəkətlərinə  qarşı  çox  ciddidir.  Lətif  şah  Əsma  xanımı  kişi  paltarında  gətirib  Lələnin  yanına 

qoyub, geri qayıdır. Çox keçmir ki, Lələ həqiqəti öyrənir, Əsma xanımın məktubunu gətirib Lətif 

şaha verir və onu möhkəm danlayır. 

“Lətif şah xəcalət çəkdi. Öz suçunu boynuna alıb dedi: 

-Lələ,  suçumu  boynuma  alıram.  Ancaq  Mehriban  Soltandan  keçmirəm.  Bilmirəm,  nə 

eyləyim? Doğrudan da, pis iş görmüşəm. 

Lələ dedi: 

-Mən Mehriban Soltanı razı salaram”  

Lələ, axıra kimi vəzifəsini layiqincə yerinə yetirir. Dastanın sonunda Lələni böyük hörmət 

və rəğbətlə qarşılayan Qəmsiz şah deyir: 

 

 

 



Etibarlı dostsan, etibarın var, 

Qəmsiz şah mülkündə ixtiyarın var. 

 

Lələ  surəti  yüksək  bəşəri  qayəsi  ilə  dinləyici  və  oxucunun  dünyagörüşündə  silinməz  iz 



buraxır. Bu surətlə oxucu dərk edir ki, insan öz ömrünü xeyirxah işlərə sərf etməlidir, pislik və 


Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə