QəZƏNFƏr paşayev



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə33/46
tarix20.08.2018
ölçüsü1,36 Mb.
#63739
1   ...   29   30   31   32   33   34   35   36   ...   46

192 
 
Yetmiş yaşda gözün yenə nazlı dilbər axtarır, 
Gördüklərin,  sevdiklərin  bəs  deyilmi,  ya 
Ziya?! 
Çağdaş  ədəbiyyatımızda  tez-tez  rast  gəlinən, 
çap  və  təqdir  edilən  satirik  şeirlər  çoxdur.  Bu 
şeirlərdə  cəmiyyətdə  kök  salan  rüşvətxorluq, 
eybəcərlik  və  s.  tənqid  atəşinə  tutulur.  Burada 
araqatanların,  çuğulların,  mərdimazarların,  haqqı 
olmadığı  halda  xalq  adından  danışanların, 
insanlara  ləkə  vurmağa  çalışanların,  böhtanla 
məşğul  olanların  ümumi  obrazı  yaradılır.  Hüseyn 
Kürdoğlunun  da  bu  sayaq  satirik  şeirləri 
qədərincədir.  “Sən  hara,  mən  hara”,  “Düdük 
Səlo”,  “Həmzəbala  və  Qəmzəxatın”,  “Qurama”, 
“Gizlənir”,  “Altdan-altdan”,  “El  adından”, 
“Yamaqlar”,  “Bu  dağda  gədələr  köhlən  oynadır” 
və  s.  mətbuatda  çap  olunduğundan  nümunələr 
verməklə kifayətlənirik: 
Başını əyə-əyə, 
“Başüstə” deyə-deyə. 
Yağlı yerə, rütbəyə 
Çatırsan altdan-altdan... 
Kürdoğlunu rişxənd ilə süzənlər, 


193 
 
Sinəsinə dəmir-dümür düzənlər. 
Eldən ayrı süd gölündə üzənlər, 
Kürsülərdə el adından danışır. 
*** 
Özləri də bilir sönmüş oddular, 
Zərrəcən iş görüb dağcan uddular. 
Bunlar da bir cürə antipoddular, 
Antipod deyəndə mırıldaşırlar. 
*** 
Çoxdur quyu qazıb qurğu quranlar, 
Böhtan qılıncıyla qəsdə duranlar. 
Dədələr adına ləkə vuranlar, 
Qabardıb döşünü dədələnməsin. 
Şairin  gəraylı  üstündə  yazılmış  satirik  şeirləri 
axıcılığı  və  məna  dərinliyi  ilə  seçilir  və  xalq 
ruhunun  carçısına  çevrilir.  “Göylərdən  en” 
şeirində olduğu kimi:   
Göylərdən en, şair könül,   
Ayaq altı qazanı gör!   
Fayda verməz xəyalplov
Boş qaynayan qazanı gör!   


194 
 
Kimə gərək əfsanə söz, 
Hər işığa pərvanə söz?!   
Düz yolla gedənə nə söz,   
Düz yolundan azanı gör!   
Dar gündə bir işə yarı,   
Boş durmaz bal çəkən arı!   
Pozulmayan qanunları 
Gizli-gizli pozanı gör!   
Yalan sözə vermə yaxa,   
Dərd səni yandırıb yaxa. 
Medalına baxa-baxa 
Kürsülərdə qızanı gör!   
Nələr olur sərvət üstə, 
Haram gələn nemət üstə?!   
Rütbə üstə, şöhrət üstə   
Hər gün virdi-vizanı gör!   
Hüseyn  Kürdoğlu  həcv,  satira,  yumor  motivli 
şeirlərini  qoşma,  gəraylı,  təcnis,  qəzəl,  dördlük   
janrlarında  yazmışdır.  Yuxarıda  dediyimiz  kimi, 
şairin bu qəbildən olan şeirləri indiyə kimi nə çap 
olunub,  nə  də  tədqiq  edilib.  Odur  ki,  onların 
bəzisini  burada  verməyi  münasib  bildik.  Oxucu 


195 
 
imkanı,  qabiliyyəti  olmayan  iddialı  adamların, 
böyük-böyük,  əda  ilə  danışanların,  lovğalanıb 
özünü  öyənlərin  obrazını  bu  şeirlərdə  görəcək, 
gündəlik  həyatda  onlara  rast  gələndə  şair  yada 
düşəcək.  İnanırıq  ki,  çoxu  yumorla  yazılan, 
həqiqətdən  xəbər  verən  bu  şeirlər  oxucuların 
diqqətini cəlb edəcək, yaddaşları təzələyəcək, şair 
yada düşəcək, ruhu şad olacaq. 
 
Arağın müsibəti 
(Məşədi xumarilərə nəsihət) 
Siz təki aləmə çox gəldi araqbaz kişilər 
Şuşətək daşə dəyib, sındı o sınmaz kişilər. 
Salamat çıxmaq olar hər neçə daşqın gəlsə, 
Arağın qanlı selindən çıxar az-maz kişilər. 
Dəmiri, daşı kəsib doğrayır almaz balta, 
Kəsərindən araq ilə düşür almaz kişilər. 
Yer ilə yeksan olur da, ayaq altında qalır 
Başı əflakə bərabər uca Qafqaz kişilər. 
Nə ləyaqət qalır insanda, nə qeyrət, nə vüqar. 
Arağa dustaq olur idraka nasaz kişilər. 


196 
 
Adamın qənşərinə indi hər addımda çıxır 
Neçə sərxoş, neçə lopbaz, neçə danqaz kişilər. 
Aparır ağlını badə, itirir öz başını 
Həm qara telli çoban, həm də qoca, daz kişilər. 
Qoca Kürdoğlu sözüylə qayıdın düz yola siz
Bu cahan mülkünə tək-tək gəlir ecaz kişilər. 
09.11.97 
 
 
 
 
 
Məşədi Xumara 
Sən kiçik bir təpəsən, oynama dağ ilə, qədeş, 
Duzlu göl bəhs eləməz buzlu bulaq ilə, qədeş! 
Bir “dayandoldurum”u tuşlayıb at dovşana sən   
Şiri-nər ovlamaq olmaz bu yaraq ilə, qədeş! 
İçdiyin şüşələri yığsan olur bir uca dağ
Dirilik şərbətini qatma araq ilə, qədeş! 
Get qatıq sat, a bala, fayda ver insanlara sən, 
Vaxtını vermə yelə çoxlu varaq ilə, qədeş! 


197 
 
Bu ki söz təbli deyil, aləmi güldürmə bizə, 
Taxtanı döymə belə taqqataraq ilə, qədeş! 
Sən hara, şer hara, ay gözümün nuru mənim, 
Batırırsan özüvü böylə maraq ilə, qədeş! 
Bir  Günəşdir  ki,  bu  Kürdoğlu  enib  dağ 
başından, 
Axtarallar onu hər yanda çıraq ilə, qədeş! 
04.11.97 
 
Çıxmır kitabım 
(Qardaşım Şirindilə ithaf) 
Vermişəm gör neçə ildən bəridir nəşriyyata
Oxunur, qaytarılır, meydana çıxmır kitabım. 
Varmı bir kəs ki, bu qıtlıqda da düşmür tamaha, 
Düşmüşəm ac-yalavac dövrana, çıxmır kitabım. 
Özümü saldım özüm gör nə çıxılmaz günaha, 
Gedib and içdirərəm Qurana, çıxmır kitabım. 
Naşirin insafı yox, yaxşı kağızlar da baha, 
Dolları hardan alım, “Şirvan”a çıxmır kitabım. 
Varlanan qulbeçələr bənzəyir həşmətli şaha, 
Atılıb tənə ilə pünhana, çıxmır kitabım. 


198 
 
Könlümü kökləyirəm dərdin əlindən segaha, 
Başlayır misralarım üsyana, çıxmır kitabım. 
Kim baxır çəkdiyimiz naləyə, fəryada, aha, 
Gündə lənət deyirəm şeytana, çıxmır kitabım. 
Xəstə Kürdoğlu qoca, dünya üfunətli kaha, 
Ehtiyac atdı məni zindana, çıxmır kitabım. 
10.03.96 
 
Beş il gözlədiyim kitab 
Beş il gözlədiyim kitab, 
Gəl sənə bir qurban kəsim. 
Qırat minib ova çıxım, 
Əlik tutum, ceyran kəsim, 
Bədxahları vərəm eylə, 
Qanan dostları cəm eylə, 
Gəlişinlə məlhəm elə, 
Köhnə yaramdan qan kəsim. 
 
Dustaqdır uca dağlarım, 
Ağ çeşməli çəmənzarım. 
Neyləyim ki, yoxdur arım, 


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə