Qida fiZİologiyasi fəNNİ azərbaycan böLMƏSİ muhazire qida fiZİologiyasinin qisa iNKİŞaf tariXİ Plan 1



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/47
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5622
1   ...   31   32   33   34   35   36   37   38   ...   47

 
106 
 
ləsinin azalması, iş qabiliyyətinin zəifləməsi, orqanizmin infeksiyalara həssaslığının 
artması  kimi  hallara  gətirib  çıxara  bilər.  Qəbul  edilən  qidanın  kaloriliyinin  mün-
təzəm şəkildə yüksək səviyyədə olması isə bədən kütləsinin artmasına, piylənmənin 
baş verməsinə, bunun nəticəsi olaraq, müəyyən xəstəliklərə tutulmasına səbəb olur. 
Fizioloqların  və  həkimlərin  çoxillik  müşahidələrinə  görə  azhərəkətlilik  (hipo-
dinamiya)  fonunda  güclü  qidalanma  orqanizmin  sağlamlığı  üçün  təhlükəlidir.  Bu 
halda, orqanizm az enerji sərf etməklə onu xaricdən qida vasitəsilə alır və maddələr 
mübadiləsinin gedişini xeyli dərəcədə mənfi istiqamətdə dəyişir. Enerji tələbatlarını 
ödədikdən sonra artıq qalan qida toplanması da piylənməyə şərait yaradır. Bütün bu 
kimi faktlardan aydın olur ki, insanın gündəlik qidasında qida tələbatlarının miqdarı, 
mütləq onun enerji tələbatlarına və ya enerji məsrəflərinə müvafıq olmalıdır. 
Rasional  qidalanmanın  kəmiyyət  göstəriciləri  qidada  zülal,  yağ  və  karbohid-
ratların miqdarı və onların tarazlaşdırılması ilə xarakterizə olunur. Qidanın optimal 
həzmi,  sorulması  və  mənimsənilməsi  üçün,  ondakı  qida  əhəmiyyətli  bütün  zəruri 
komponentlərin  müəyyən  nisbətlərdə  olması  vacibdir.  Yuxarıda  qeyd  etmişik  ki, 
qidalanmanın  fızioloji  normalarına  əsasən  qidada  zülal,  yağ  və  şəkər  arasındakı 
nisbətin  1:1,  1:4  kimi  olması  daha  optimaldır.  Onu  da  qeyd  edək  ki,  bu  nisbət 
müxtəlif  yaş  dərəcələri,  fızioloji  vəziyyətlər,  coğrafı  və  iqlim  şəraitləri,  əmək 
fəaliyyətinin növləri və hətta cins fərqləri ilə əlaqədar dəyişilə bilər. 
Dietoloqlar tərəfındən qida rasionları tərtib edilərkən,  ilk növbədə yeyinti  məh-
sullarında və xörəklərdə zülal, yağ və şəkər maddələrinin nisbəti miqdarlarına diqqət 
yetirilir.  Göstərdik  ki,  yaşlı  adamın  gündəlik  qida  rasionunda  heyvanat  mənşəli 
zülalın miqdarı ümumi zülalın 50-60%-ni təşkil etməlidir. Qidanın fızioloji dəyərliliyi 
şəkər, ümumi zülalın  miqdarı və heyvanat zülalının  miqdarca ona nisbəti ilə ölçülür. 
Qidanın  tərkibində  ən  defısit  amin  turşuların  -  triptofan,  lizin  və  metioninin  1:3:3 
nisbətlərində  olması  fızioloji  baxımdan  böyük  əhəmiyyət  kəsb  edir.  Qidada  bitki 
yağları essensial (doymamış) yağ turşularının mənbəyi kimi əhəmiyyət daşıyır, amma 
onların miqdarı qida yağlarının ümumi miqdarının 25-30%-ni təşkil etməlidir. Adətən 
tarazlaşdırılmış  qida  rasionunda  doymuş  yağ  turşularının,  o  cümlədən  olein 
turşusunun  miqdarı  faizi  10:30:60  nisbətləri  kimi  olmalıdır.  Karbohidratlara  görə 


 
107 
 
tarazlaşdırılmış  qida  rasionları  tərtib  edildikdə  nəzərə  alınmalıdır  ki,  bu  maddələr 
daha çox orqanizmin mobil enerji mübadiləsi üçün zəruridir. Yaşlı adamın qidasında 
karbohidratların  tarazlaşdırılması  qidada  və  ya  gündəlik  qəbul  edilən  yeyinti 
məhsullarında nişasta, sadə şəkər, sellüloza və pektin  maddələrinin  miqdarının faizlə 
təxminən 75:20:5 nisbətləri kimi təmsil olunması əsasən aparılır. 
Qəbul edilən qidada  mineral  maddələrin tarazlaşdırılmış  miqdar  və  nisbətləri 
orqanizmin  böyümə  və  həyat  fəaliyyəti  üçün  zəruri  şərtlərdən  biridir.  Qidada  mi-
neral  maddələrin  tarazlaşdırılmasının  fızioloji  əhəmiyyəti  yalnız  bir  neçə  makro  - 
və  mikroelement  üçün  ətraflı  öyrənilmişdir.  Əvvəldə  qeyd  etmişik  ki,  qidada 
kalsium  (Ca),  fosfor  (P)  və  maqnezium  (M)  elementlərinin  nisbətləri  adətən  1:1, 
5:0,7 kimi olduqda optimal sayılır. 
Bütün  bu  deyilənlərdən  aydın  olur  ki,  insan  üçün  rasional  qidalanma  və 
qidada orqanizm üçün zəruri olan müxtəlif maddələrin olması və onların müəyyən 
tarazlıq  nisbətlərinin  gözlənilməsi  həm  normal  fizioloji  həyat  fəaliyyəti,  həm  də 
sağlamlıq baxımından olduqca vacib məsələdir. Gündəlik qida rasionlarında zülali 
maddələrin tarazlaşdırılması üçün daha əhəmiyyətli işdir. 
2)  Ayrı-ayrı  yaşlı  əhali  qrupu  üçün  məhsulların,  məsləhət  görülən  miqdarı 
(fizioloji qida normaları) haqqında. 
Nəzərə alınmalıdır ki, yaşlı əhali üçün qidalanma normaları, o cümlədən məslə-
hət görülən məhsul normaları: a) cinsdən; b) yaşdan; v) əmək xarakterindən; q) iqlim 
şəraitindən; d) orqanizmin fizioloji vəziyyətindən asılı olaraq işlənib hazırlanmışdır. 
Bütün  bunların  əsasında  18  yaşdan  60  yaşa  qədər  əhali  əmək  intensivliyi 
qrupları  üzrə  bölüçdürülərək,  onlar  üçün  fizioloji  qidalanma  (o  cümlədən  məhsul) 
normaları işlənib hazırlanmışdır. Bunlar cədvəl 2 və 3-də  göstərilmişdir. 
Cədvəl 2. 
Gərgin olmayan fiziki iş rejimində işləyənlər üçün məsləhət görülən gündəlik 
rasion normaları (A.A.Pokrovskiy, 1986) 
Məsulların adı 
Miqdarı, q 
Ət 
200 q 


 
108 
 
Balıq 
50 q 
Süd və müvafiq süd məhsulları 
0,5-0,7 
Çörək və çörək-bulka məmulatları 
300 q 
Şəkər 
50-100 q 
Kartof 
300 q 
Digər tərəvəzlər 
400 q 
Meyvə, gİləmeyvə və şirələr 
200 q 
Yarmalar 
30 q 
Bitki yağı 
20 q 
Kərə yağı və digər heyvanat yağları 
10-15 q 
(xörəyə daxil olanlardan əlavə) 
 
Yumurta 
gündə 1-2 ədəd 
 
           CƏDVƏL 3.  
Yaşlı əhalinin qidlanmasıüçün məsləhət görülən məhsulların sutkalıqmiqdarı,qr 
( Pakrovskiy 1986) 
Məhsulların adı 
65 yaşa qədər 
65-dən yuxarı yaşlar ücün 
kişilər 
üçün 
qadınl
ar üçün 
Kişilər 
üçün 
qadınlar 
üçün 
Çovdar çörəyi 
100 
100 
100 
100 
Ağ çörok (buğda) 
200 
150 
150 
120 
Buğda unu 
10-20 
10-
20 
10-20 
10-20 
Makaron məmutatı 
10 
10 
10 
10 
Yarma və paxlalalar 
30 
30 
25 
25 
Kartof 
250 
200 
200 
150 
Tərəvəz və bostan 
məhsulları 
400 
400 
350 
350 
Quru meyvələr (gavalı) 
25 
25 
25 
25 
Şəkər 
50 
50 
50 
50 
Yağsız ət 
100 
75 
100 
75 
Yağlı balıq 
75 
75 
60 
60 
Süd 
150 
150 
150 
150 
Kefir 
150 
150 
150 
150 
Yağsız kəsmik 
100 
100 
100 
100 
Pendir 
10 
10 
10 
10 
Yumurta 
Həftədə 2 ədəd 
Həftədə l-2 ədəd 
Bitki yağı 
20-30 
20-
30 
20-30 
20-30 
Kərə yağı 
10 
Io 
10 
10 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə