Qida fiZİologiyasi fəNNİ azərbaycan böLMƏSİ muhazire qida fiZİologiyasinin qisa iNKİŞaf tariXİ Plan 1



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə38/47
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5622
1   ...   34   35   36   37   38   39   40   41   ...   47

 
115 
 
daha  da  inkişafına  kömək  etmiş  olardı.  Rusiya  Tibb  Elmlər  Akademiyasının  Qida 
İnstitutunda  V.A.Konışevin  (1986)  təhlili  də  nəzərə  alınarsa,  onları  vacib 
istiqamətlər üzrə aşağıdakı kimi qruplaşdırmaq olar: 
Qidalılıq dəyəri indeksi - qida məhsulunun yaxud rasionun rəqəm qiymətləri 
formasında  miqdarı  qiymətlərin  cəmi  kimi,  qidanın  (yaxud  rasionun)  kimyəvi 
tərkib  hissələri  nəzərə  alınmaqla  qiymətləndirilməsidir.  Alimlərdən  Foyt  və 
başqaları XIX əsrin sonunda M. Rubner tərəfındən  izodinamiyanın (ayrı-ayrı qida 
maddələrinin  miqdarca  orqanizmə  verdiyi  enerji  bərabərliyinin)  kəşfındən  irəli 
gələn  fıkirləri  tam  qəbul  etməmiş,  rasionun  dəyərliliyinin  onun  kaloriliyi  ilə 
qiymətləndirilməsinə  şübhə  ilə  yanaşmışlar.  Çünki  onların  fikirlərinə  görə  belə 
qiymətlədirmə  fizioloji  nöqteyi-nəzərdən  rasionda  qeyri-bərabər  nutriyentlər  (qida 
maddələri) yığımına səbəb ola bilər. Başqa sözlə, insan  üçün ərzaq  norması qəbul 
edilməli,  norma  kimi  kalori  sayı  qəbul  edilməməlidir.  70-ci  illərdə  pəhrizlərin  bal 
qiyməti  ilə  (hər  məhsula  ayrıca  bal  qiyməti  verilməklə)  qiymətləndirilməsi  mənfı 
nəticələrə gətirib çıxardı. Çünki belə rasionlarda zülallar, yağlar, karbohidratlar və 
spirt qidalanmanın biri digərini əvəz edə bilən amilləri kimi qəbul edilirdi. Əlbəttə, 
bu isə düzgün ola bilməzdi. 
Belə təkliflər də irəli sürülmüşdür ki, zülalların dəyərliliyi onlarda olan essensial 
(əvəzolunmaz)  aminturşuların  (qeyri-essensial  aminturşularla  müqayisədə)  spektral 
enerji sıxlığı cəmi şəklində qiymətləndirilsin. Başqa sözlə, essensial aminturşu tərkibli 
zülallara  üstünlük  verilirdi.  Bu  indeksdə  isə  müxtəlif  aminturşular  biri  digərini  əvəz 
edən  rolunda  nəzərə  alınırdı  ki,  müasir  elmi  fıkirlərə  görə  düzgün  sayıla  bilməz. 
Həmin  göstəricinin  rasionların  kalorik  qiymətləndirilməsi  üçün  yararlı  olmadığı 
təsdiqlənmişdir. 
1943-cü  ildə  qərb  alimlərindən  Şryodingerin  "Həyat  nə  deməkdir?"  kitabında 
orqanizm  mənfı  entropiya  ilə  qidalanır  deyə,  qəbul  etdiyi  nəticəni  başqa  bir  alim 
İ.Brexman  məhsulun  qiymət  göstəricisi  kimi  qəbul  etmişdi.  Sonuncuya  görə 
məhsuldakı  molekullarda  olan  informasiyaların  cəmi,  onun  qiymət  göstəricisi  kimi 
nəzərə alınmalıdır. Brexmanın  fikrinə  görə  informasiyalar əsasında  məhsullarda olan 
qida  maddələrinin  keyfiyyətcə  müxtəlifliyini  qeydə  almaq  olar.  Təbii  olaraq,  burada 
da  həmin qida  maddələrinin bir-birini əvəzetmə ehtimalı  meydana çıxır.  Bu  isə  təbii 


 
116 
 
olaraq,  yenə  düzgün  sayılmamışdır.  Çünki,  cəm  informasiyalarının  toplusunu 
keyfiyyətcə müxtəlif qida maddələri tərkibinə malik məhsullardan da əldə etmək olar. 
Digər konsepsiyalardan biri də "canlı enerji" anlayışı ilə əlaqədardır. Əlbəttə, 
termodinamika qanunlarının qəbul edilməsi, onlar əsasında qida zəncirləri konsep-
siyalarının yaradılması, qida zəncirlərində enerji çevrilməsi qanunauyğunluqlarının 
araşdırılması,  "canlı  enerji"  kimi  elmi  mahiyyətin  qəbul  edilməsini  heçə  endir-
mişdir. Belə ki, XIX əsrin əvvəllərinə kimi orqanizmdə onun özünəməxsus xüsusi 
enerji  olduğu  iddia  edilirdi.  Hələ  indiyə  qədər  də  bu  fikrin  müdafiəçiləri  qalmaq-
dadır. Bununla belə, hesablamalarla müəyyən edilmişdir ki, ATF-nin (adenozintri-
fosfat)  orqanizmdə  ADF-yə  (adenozindifosfat)  qədər  hidrolizi  zamanı  rasionun 
0,00003%-nə  qədər  miqdarda  enerji  alına  bilər.  Bu  isə  miqdarca  heç  bir  şeydir. 
Beləliklə, "canlı enerjini" indiyə qədər həqiqətə çevirmək mümkün olmamışdır. 
Bu  günlər  də  geniş  yayılmış  və  səhvən  təcrübədə  tətbiq  olunan  konsepsiya-
lardan  "orqanizmin  aclıqla  təmizlənməsi”ni  xüsusilə  qeyd  etmək  lazımdır.  Elm 
aləmində çoxlu fıkirlər vardır ki, orqanizmin sistematik olaraq aclığı nəticəsində o 
zərərli qalıqlardan təmizlənir. Burada əsas mahiyyət orqanizmin zülallardan təmiz-
lənməsidir.  Əslində  isə,  ksenobiotiklərin  (zərərli  yabançı  maddələr)  çoxu  orqaniz-
mə qida ilə ətraf mühitdən daxil olur və onun yağ (piy) toxumasında toplanır. O da 
məlumdur ki, sinir sistemi və eritrositlərin enerji mənbəyi kimi qidalanmaya zəruri 
ehtiyacı vardır. Başqa sözlə, orqanizmin aclıqla təmizlənməsi ideyası hələ ki, elmi 
cəhətdən  tam  təsdiqlənməmişdir,  insan  orqanizmi  çoxdərəcəli  təkrarla  aminturşu 
molekullarından istifadə edilməsinə ehtiyac hiss edir. 
 
6. Adekvat qidalanma nəzəriyyəsi haqqında müasir fizioloji baxışlar 
Yuxarıda qeyd etdik ki, müasir elmi tədqiqatlar klassik qida nəzəriyyəsinin bir 
sıra  çatışmazlıqlarını  meydana  çıxarmışdır.  Bunlann  haqqında  izahat  verməzdən 
əvvəl, onu deyək ki, adını çəkdiyimiz adekvat  qidalanma  nəzəriyyəsinin  meydana 
çıxması elə həmin çatışmazlıqların nəzərə alınması ilə əlaqədar olmuşdur. 
Klassik nəzəriyyənin çatışmazlıqlarından biri, qidalanmaya qida maddələrinin 
daxil  olması  və  sərf  olunması  proseslərinin  tarazlaşdırılması  prosesi  kimi 
baxılmasıdır. Burada canlı orqanizm  maşın kimi təsəvvür edilir və onun  fəaliyyəti 


 
117 
 
enerji mənbəyinə əsaslanır və daima təzələnir. Müasir biologiyanın nailiyyətləri isə 
onu  göstərir  ki,  canlı  orqanizmdə  eyniadlı  elementlər  həm  tikinti  materialı  kimi, 
həm  də  yanacaq  (enerji  mənbəyi)  kimi  istifadə  edilirlər.  Nümunə  üçün  geniş 
yayılmış alanin aminturşusu göstərilir. Yaxud  leysin və bir sıra digər aminturşular 
zülali  qidanın  komponentləri  olmaqla  yanaşı,  onlar  mediator  vo  modulyator  kimi 
orqanizmin  sinir  fəaliyyətinin  tənzimlənməsində  iştirak  edirlər.  Onların  nisbətinin 
dəyişdirilməsi  zülal  mübadiləsi  proseslərinə  təsir  göstərməklə,  həm  də  canlı 
orqanizmlərin  xasiyyət  fəaliyyəti  və  onun  istiqamətinə  təsir  göstərir.  Yaxud 
qidanın  komponentlərinin  çoxu  hormonlar  və  s.  bu  kimi  birləşmələrin  ilkin 
yaradıcısı kimi də çıxış edə bilirlər. 
Qeyd  olunmuşdur  ki,  klassik  nəzəriyyənin  antik  nəzəriyyədən  fərqi  ondan 
ibarətdir  idi  ki,  qidalanmanı  hazır  qida  maddələrinin  ərzaq  məhsullarından 
çıxarılması (ayrılması) ilə əlaqələndirirdi. Bu halda, həzmin mahiyyəti onunla izah 
edilir  ki,  proses  zamanı  nutriyentlər  və  ballast  maddələri  mexaniki,  fıziki  və 
kimyəvi,  xüsusi  olaraq  isə  fermentativ  parçalanmaya  məruz  qalırlar.  Beləliklə, 
qidalanmaya  qida  maddələrinin  ayrılması  və  ballast  maddələrin  orqanizmə  daxil 
olmazdan əvvəl tullanması kimi baxılırdı. 
Yeni  adekvat  qidalanma  nəzəriyyəsinə  görə  qida  maddələrinin  (nutriyent-
lərin)  müəyyən  hissəsinin  orqanizmdə  ballast  maddələrdən  əmələ  gəlməsi  fıkirlə-
rini əsaslandıran ideyalar artıq çoxdan elmi cəhətdən təsdiq edilmişdir. Bu nəzəriy-
yədə həmin fıkirlər daha da inkişaf etdirilir. Dərin analizlər göstərmişdir ki, ballast 
maddələr  fızioloji  cəhətdən  qidanın  çox  vacib  komponentlərindəndir.  Belə  ki,  ra-
siona ballast maddələri əlavə edilməsi orqanizmin çoxlu, həyat üçün vacib xüsusiy-
yətlərini  yaxşılaşdırır,  bir  sıra  hallarda  isə  əksər  xəstəliklərin  qarşısının  alınma-
sında profilaktiki vasitə rolunu oynayır. 
Təbii olaraq, qidalanma zamanı  mədə-bağırsaq traktında bakteriyaların  varlı-
ğına məhəl qoyulmamışdır. Yeni nəzəriyyəyə görə orqanizmin bakterial florası iki-
tərəfli rol oynayır - bir tərəfdən mikroorqanizmlər nutriyentlərin konkurenti və po-
tensial  patogeni  kimi  çıxış  edir,  digər  tərəfdən  isə  -  ikinci  (təkrar  yaranan)  nutri-
yentlər  üçün  vacib  simbiont  və  daşıyıcı  rolunu  oynayır.  Bunun  nəticəsində  də 
orqanizm metabolik baxımdan başqa bir sistemə çevrilir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə