Qida kimyasından mühazirələr. MƏRuzəÇİ: dos. Həşimov Xalıq Məhəmməd oğlu



Yüklə 86,67 Kb.
Pdf görüntüsü
səhifə49/72
tarix11.04.2018
ölçüsü86,67 Kb.
#37150
növüMühazirə
1   ...   45   46   47   48   49   50   51   52   ...   72

118 
 
Hüceyrələrin  biokimyəvi  xüsusiyyətlərini  özündə  cəmləşdirən  genetik 
informasiyanı dəyişikliyə uğramadan valideyndən övlada verilməsindən aydın olur 
ki,  bu  informasiyanı  daşıyan  DNT  molekulları  dəqiq  sürətdə  öz-özünü  yaratmaq 
xüsusiyyətinə  malikdir.  DNT  molekulunun  ikiqat  polinukleotid  spiralının 
quruluşunda  təsadüf  etdiyimiz  komplementarlıq  prinsipi,  onun  öz-özünü  yaratma 
(ikiləşdirmə)  funksyasının  mexanizmini  izah etməyə  imkan  verir.  Hüceyrədə olan 
DNT-nin  yeni  DNT  spirallarını  sintez  olunmasında  rolu  oynadığını  əsas  tutan  iki 
nəzəriyyə irəli sürülmüşdür. Uotson və Krik tərəfindən irəli sürülən  yarımkonser-
vativ  replikasiya  nəzəriyyəsində  göstərilir  ki,  DNT  molekulunun  ikizəncirli  spira-
lında  olan  hər  bir  plolinukleotid  zənciri  öz  komplementini  sintez  edir.  Bu  zaman 
yeni  əmələ  gəlmiş  iki  DNT  molekulunun  hərəsinin  polinukleotid  zəncirlərindən 
biri  əvvəlki  spiraldan  ayrılmış  olur.  Konservativ  replikasiya  adlanan  ikinci 
nəzəriyyəyə  görə,  əvvəlcə  DNT  molekulunda  olan  polinukleotid  zəncirindən  biri 
ikiləşir, sonra isə yeni əmələ gəlmiş zəncir öz komplementinin sintezi üçün matrisə 
rolunu oynayır.  
1958-ci  ildə  Mezelson  və  Stal  E.  Coli  bakteriyalarını  azot  mənbəyi  yalnız 
radioaktiv N
15
 atomları ilə nişanlanmış ammonium-xloriddən 






 CI
N
4
15
 ibarət olan 
qidalı  mühitdə  təcrübələr  apararaq,  sübut  etdilər  ki,  hüceyrə  daxilində  DNT-nin 
sintezi yarımkonservativ replikasiya prinsipi üzrə gedir. Replikasiya edən DNT-nin 
ikili  spiralında  olan  hər  10  cüt  nukleotidin  bir-birindən  açılması  üçün  molekul  öz 
oxu  ətrafında  bir  dəfə  fırlanmalıdır.  Aydındır  ki,  əgər  çoxlu  miqdarda 
mononukleotidlərdən  təşkil  olunmuş  DNT  zəncirləri  bir-birindən  tam  açıldıqdan 
sonra öz komplementlərinin sintezinə başlasaydılar, onda biosintezin normal sürə-
tini  təmin  etmək  üçün  hüceyrədə  olan  DNT  öz  oxu  ətrafında  çox  böyük  tezliklə 
fırlanmalı  olardı  (təxminən  10000  dövr/dəq.).  Hüceyrələrin  daxilində  uzunluğu  1 
mm-ə  qədər  olan  DNT  molekullarının  belə  böyük  sürətlə  fırlanması  mümkün 
deyil.  Buna  görə  də,  belə  güman  edilir  ki,  DNT  spiralının  açılması  və  yeni  DNT 
moleku-lunun formalaşması eyni vaxtda gedən prosesdir.  
DNT  molekulları  DNT-polimeraza  fermentinin  (bu  fermentə    DNT-nukleo-
tidiltransferaza  da  deyilir)  iştirakı  ilə  sintez  olunur.  Dezoksinukleozidtrifosfatlar 
DNT-nin  sintezi  üçün  ilkin  mareterial  vəzifəsi  daşıyırlar.  DNT  molekullarının 
sintezi üçün mühitdə Mg
2+
 və ya Mn
2+
 ionlarının olması vacib şərtdir. Hüceyrədən 
xaric  sistemlərdə  (in  vitro)  DNT  sintezinin  bir  sıra  mühüm  xüsusiyyətləri  vardır. 
Onun  əsas  xüsusiyyətlərindən  biri  mühitdə  dezoksinukleozidtrifosfatların  (DATF, 
DQTF,  DSTF,  DTTF)  bütün  növlərinin  olmasının  vacibliyidir.  Onlardan  yalnız 
birinin  olmaması  DNT  sintezinin  dayanması  ilə  nəticələnir.  Bundan  əlavə,  DNT-
polimerazanın  fəaliyyəti  üçün  mühitdə  mütləq  “səbəbkar”  DNT  molekulları 
olmalıdır.  Burada  “səbəbkar”  DNT  sintez  olunan  DNT  molekulları  üçün  matrisa 


119 
 
vəzifəsini  daşıyır.  Sintez  olunan  DNT-nin  xüsusiyyətləri  ilk  götürülmüş 
“səbəbkar”  DNT  molekulunda  nukleotidlərin  yerləşmə  ardıcıllığı  ilə  əlaqədardır. 
DNT-nin  sintezi  zamanı  gedən  reaksiya  sxematik  olaraq  aşağıdakı  tənliklə  ifadə 
edilir:  
 
 
 
Bu  reaksiya  zamanı  dezoksinukleozidtrifosfatlar  matrisa  vəzifəsini  daşıyan 
DNT  zənciri  üzərindəki  azot  əsasları  ilə  komplementarlıq  prinsipi  üzrə  qarşı-
qarşıya  yerləşir,  bir-birinin  qonşuluğunda  yerləşən  dezoksinukleozidtrifosfatların 
tərkibində  olan  dezoksiriboza  qalıqları  arasında  3,5-fosfodiefir  rabitələri  əmələ 
gəlir  və  iki  fosfat  turşusu  qalığı  –  pirofosfat  turşusu  şəklində  ayrılır.  Tənlikdən 
aydın  olur  ki,  DNT  molekullarının  sintezinə  sərf  olunan  DATF  və  DQTF-in 
miqdarı  müvafiq  olaraq,  DQTF  və  DSTF-in  miqdarına  bərabərdir.  Bu  fakt  DNT 
molekullarının  kimplementar  quruluşu  (A  –  T;  Q  –  S)  haqqında  Uotson  və  Krik 
tərəfindən irəli sürülən müddəaları bir daha təsdiq edir.   
Dezoksinukleozidtrifosfatdan  pirofosfat  turşusunun  ayrılması  zamanı  alınan 
enerji biosintez proseslərinə sərf olunur.  
Canlı  orqanizmdən  xaricdə  molekul  zənciri  nəzərdə  tutulan  ardıcıllıqla 
yerləşmiş  nukleotid  qalıqlarından  ibarət  olan  DNT  molekulunun  sintez  edilməsi 
çox  çətin  problemdir.  Son  vaxtlarda  aslimlər  alanin  aminturşusunun  nəqliyyat 
RNT-nin  genin  (Q.  Xorana)  və  E.  Coli  bakteriyalarını  yoluxdurmaq  qabiliyyətinə 
malik  olan  faqların  bir  növünü  (Kornberq)  sintez  etməyə  müvəffəq  olmuşlar. 
Hemoqlobin  molekulundakı  aminturşu  qalıqlarının  yerləşmə  aedıcıllığı  haqqında 
informasiyaya malik olan genin sintez edilməsi bioloji kimyanın ən yeni nailiyyət-
lərindən biridir. 
Zülalların,  RNT-nin  və  DNT-nin  biosintezini  şərti  olaraq,  3  mərhələyə 
bölürlər:  i  n  i s  i a s  i  y a (təşəbbüs, biosintez  prosesinin  başlanması  üçün  verilən 
göstəriş), e l o n q a s i y a (sintez olunan polinukleotid zəncirlərinin uzunluğunun 
artması) və  t e r m i n a s i y a  (biosintez prosesinin sona çatması) mərhələləri. 
 4.  DNT-in  biosintezinin  insiasiyası  mərhələsi:  DNT  biosintezinin 
inisiasiyası  nukleotid  zənciri  əsasında  yeni  zəncirləri  sintez  edilməsi  prosesinin 
başlanğıcıdır.  Bundan  ötrü,  əvvəlcə  əsas  DNT  molekulunun  bir  hissəsində 
komplementarlıq  prinsipi  üzrə  oliqoribonukleotid    sintez  edilir.  Praymer  adlanan 
oliqoribonukleotidin  tərkibindəki  riboza  qalığının  3-cü  karbon  atomu  sərbəst 
hidroksil qrupuna malik olur. Oliqoribonukleotidin tərkibinə 50-yə yaxın nukleotid 
qalığı  daxildir.  Onun  sintezi  RNT-polimeraza  fermentinin  təsiri  altında  baş  verir. 
n
1
DATF 
n
2
DQTF  “s b bkar” DNT + Mg
2+
 yaxud Mn
2+
 
n
1
DSTF                                                                 DNT + 2(n
1
+n
2
) H
4
P
2
O
7
 
n
2
DTTF          DNT – polimeraza  
 


Yüklə 86,67 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə