110
(UDF), uridintrifosfat (UTF), sitidindifosfat (SDF), sitidintrifosfat turşuları (STF)
aşkar edilmişdir. Bu nukleozidfosfatlar da nuklein turşularının sintezində və fosfat
qruplarının köçürülməsindəki təkrar fosforlaşma reaksiyalarında iştirak edir.
Sitidinfosfatlar neytral yağıarın və fosfolipidlərin sintezi üçün lazım olan
enerjini verir. Quanozinfosfatlar isə adenozinfosfatlarla birlikdə zülalların biosin-
tezində iştirak edir.
Karbohidratların mübadiləsində nukleotiddişəkərlər xüsusi yer tutur.
Bunların tərkibində nukleotidfosfatlardan başqa heksozalar (qlükoza) və ya onların
törəmələri də (heksuron turşuları və ya asetilaminoşəkərlər) olur. Bu birləşmələr
karbohidratların sintezində iştirak edir.
Makroergik rabitəyə kükürdlü birləşmələrdə də rast gəlinir. Onlardan tioefir
makroergik rabitəni (R─CO~S─R
1
) göstərmək olar. Bütün göstərilən makroergik
birləşmələr orqanizmi enerji ilə təmin edir və onun yaşamasına şərait yaradır.
Müxtəlif enerji növlərinin orqanizmdə əmələ gəlməsi və paylanması
aşağıdakı sxemdə təsvir edilmişdir.
ƏDƏBİYYAT
1. Həşimov X.M, Həsənova S.Ə, Qida kimyasi, Bakı 2010, 478 c.
2. Həşimov X.M, İbrahimova D.Ə, Ramazanov V.S., Bioloyi kimyadan
laboratoriya məşğələləri. Dərs vəsaiti, Bakı, 2012, 240 s.
3. Xəlilov Q. B. Heyvan biokimyasının əsasları. Bakı. 1987. Maarif.
4. Həsənov Ə. C., Rzayev N. A., İslamzadə F. Q., Əfəndiyev A. M. Bioloji kimya.
Bakı 1989.
5. Кольман Я., Рем К. Г. Наглядное биохимия –Москва. Мир, 2000.
6. Северин Е. С., Алейникова Т. Л., Осипов Е. В. Биохимия. - Москва.
Медицина. 2003.
7. Ковалевский Н. И. Биологическая химия. Москва. Академия 2008.
Qida kimyasından mühazirələr.
MƏRUZƏÇİ: dos.Həşimov Xalıq Məmməd oğlu
MÖVZU 10. NUKLEİN TURŞULARININ MÜBADİLƏSİ. NUKLEİN TURŞU-
111
LARININ HƏZM SİSTEMİNDƏ PARÇALANMASI, SİNTEZİ VƏ
MÜBADİLƏ POZĞUNLUQLARI
P L A N
1. Nuklein turşularının həzm sistemində parçalanması
2. Nuklein turşularının bioloji sintezi
3. DNT-in biosintezi (replikasiya)
4. DNT-in biosintezinin insiasiyası mərhələsi
5. DNT-in sintezinin elonqasiya mərhələsi
6. RNT-in biosintezi – transkripsiya
7. Nuklein turşularının mübadiləsinin pozğunluqları
1. Nuklein turşularının həzm sistemində parçalanması: Nuklein
turşularının mübadiləsinin öyrənilməsi biologiyanın bir çox problemlərinin açılma-
sında mühüm rol oynayır. Beləki, bir çox makromolekulların sintezinin mexaniz-
mi, irsi əlamətlərin öyrənilməsi, onların nəsildən-nəsilə keçməsi, hüceyrənin quru-
112
luşu onun diferensiallaşması mexanizmi NT-in mübadiləsinin və sintezinin sayə-
sində mümkün olur.
Nuklein turşuları (NT) qida maddələrinin tərkibində zülallarla birləşmiş
şəkildə (nukleoproteidlər – NP) olur. Ağız boşluğunda heç bir dəyişirikliyə
uğramayan NP–lər mədəyə düşür, orada HCI və pepsinin təsirindən sadə zülallara
və NT-a parçalanır. Qida mədədən bağırsaqlara keçdikdən sonra nukleoproteidlər
(NP) prostetik qruplara və zülali hissəyə (məsələn tripsin) təsiri ilə davam edir.
NT-in parçalanması mədəaltı vəzinin və bağırsağın selikli qişasında olan
vəzilərin hazırladığı xüsusi fermentlərin fosfodiesterazaların (nukleazaların) təsiri
ilə gedir. Nukleazalar; RNT-ni parçalayan-ribonukleazalar və DNT-ni parçalayan
dezoksiribonukleazalar olmaqla iki qrupa bölünür. Hər iki fermentin aktivliyi
pH=7-8,2 mühitində daha fəal olur. Bu iki ferment birlikdə-endonukleazalar
adlanır. Endonukleazalar NT-ni depolimerləşdirərək onları oliqonukleotidlərə
qədər parçalyır. Ekzonukleazalar isə NT-ni sərbəst nukleotidlərə qədər
parçalanmasını sürətləndirir. RNT-azanın təsirindən RNT 2
`
, 3
`
siklofosfatlara və
nəhayət sonuncularda həmin fermentlərin təsiri ilə oliqonukleozid-3
`
-fosfata
hidroliz olunurlar.
Nəticədə müxtəlif endo- və ekzonukleazaların təsirindən NT-ları, -ribo və
dezoksiribonukleozid-3
`
- və -5
`
fosfatlar tərkibli qarışıq nukleotidlərə parçalanırlar.
Nukleozidfosfatlar sonrakı parçalanmaya məruz qalırlar. Əvvəlcə onlar
hidrolazaların təsirindən hidrolizə uğrayaraq fosfat turşusu molekulunu itirirlər
(defosforlaşma).
Sonrakı mərhələdə riboziltransferazanın təsiri ilə fosfat turşusunun iştirakı
ilə nukleoziddən azot əsaslarının ayrılması baş verir.
H
H
Quanozin
(nukleotid)
Quanozin-3-fosfat
(nukleotid)
Nuklezaza
3
N
N
N
O
H
N
H
2
N
HOCH
2
HO
│
P
O OH
O
H
2
O
+
O
H
OH
H
+ H
3
PO
4
H
2
N
HOCH
2
N
N
O
H
N
N
O
H
H
OH
H
OH
H
Dostları ilə paylaş: |