102
C
6
H
12
O
6
+ 6O
2
→ 6CO
2
+ 6H
2
O
1
6
6
2
2
O
CO
RQ
.
Yağların tərkibində oksigen atomlarının miqdarı karbohidratlardakına
nisbətən azdır. Yağlar oksidləşdikdə həm karbon qazının əmələ gəlməsi, həm də
hidrogen atomlarının oksidləşməsi üçün oksigen sərf edilir. Odur ki, yağların
oksidləşməsi zamanı tənəffüs əmsalı vahiddən aşağı (0,7) olur. Zülalların oksidləş-
məsinin tənəffüs əmsalı
≈ 0,8-ə bərabərdir.
Qarışıq qidalanma şəraitində insanların tənəffüs əmsalı 0,7 ilə 1,0 arasında
tərəddüd edir (orta hesabla 0,83-0,87). Qida qarışığında karbohidratların nisbi
miqdarı nə qədər çox olarsa, tənəffüs əmsalı da bir o qədər yüksək olur.
Tənəffüs əmsalının qiymətinə və udulan oksigenin həcminə əsaslanaraq,
müvafiq cədvəllər vasitəsilə orqanizmdə əmələ gələn istiliyin miqdarını müəyyən
etmək olar. Tənəffüs əmsalı şəraitdən asılı olaraq dəyişə bilər. Aclıq halında
orqanizmin karbohidrat ehtiyatı tükəndiyinə görə, yağlar oksidləşməyə başlayır və
tənəffüs əmsalı 0,7-yə yaxınlaşır. Kökəlmə zamanı isə bunun əksi müşahidə edilir,
yəni toxumalarda, karbohidratlardan yağlar sintez edilir və tənəffüs əmsalı
yüksəlir.
2. Maddələr mübadiləsinin öyrənilmə üsulları: Qəbul edilən qida maddələ-
rinin ilk çevrilmələrindən başlayaraq, mübadilənin son məhsullarının əmələ gəldiyi
mərhələyə qədər uğradıqları bütün kimyəvi dəyişikliklərə a r a l ı q m ü b a d i l ə
deyilir. Mədə-bağırsaq traktında gedən həzm və sorulma prosesləri, sümüklərdə
mineral maddələrin əmələ gəlməsi, bəzi toxumaların ara maddələrinin və
mayelərinin yaranması müstəsna olmaqla, aralıq mübadilənin yerdə qalan bütün
prosesləri hüceyrələrin daxilində baş verir.
Balans üsulu ilə müxtəlif elementlərin və maddələrin (azot, kalsium, fosfor,
su və s.) qəbul edilən və kənar olunan miqdarı təyin edilməklə, orqanizmin onlara
olan təlabatı müəyyənləşdirilir. Yoxlanan maddənin (məsələn, azotun) qəbul
edilmiş miqdarı ifraz olunandan çoxdursa müsbət balans adlanır. Bu zaman həmin
maddə bədəndə toplanır. Belə hal ən çox cavanlarda nəzərə çarpır. Maddənin qəbul
olunmuş miqdarı ifrazından az olarsa, o mənfi balans adlanır. Həmin vəziyyət
müxtəlif xəstəliklərdə yaranır. Qəbul olunan maddənin miqdarı ilə ifraz olunankı
eynidirsə ona müvazinət balansı deyilir.
Balans üsulu insan və heyvanların müxtəlif maddələr olan təlabatının
miqdarca təyininə imkan verir. Bu üsulla keyfiyyət təlabatını müəyyən etmək
olmur.
103
Nişanlanmış atomlar üsulundan istifadə etməklə orqanizmə daxil olan
maddənin tərkibində (aminturşusunda, yağ turşusunda, hormonda, vitamində,
duzlarda və s.) atomlardan biri (məsələn, karbon, kükürd, fosfor, azot, və s.)
nişanlanır-yəni mədəyə radioktiv izotopu olan element daxil olur. Radioktiv
elementə görə orqanizmdə, ayrı-ayrı orqan, toxumalarda yoxlanan maddənin
vəziyyəti izlənir. Bu üsul aralıq mübadilənin ətraflı öyrənilməsinə imkan verir.
Angiostomiya üsulunda müxtəlif orqanların aralarına, arteriya və vena damarlarına
fistula qoyularaq istənilən vaxtda qan, öd və başqa nümunələr götürülür, kimyəvi
təhlil aparılır. İ. P. Pavlov, J. S. London tərəfindən təklif edilmiş bu üsul müxtəlif
maddələrin (məsələn, karbohidratların, zülalların və s.) ayrı-ayrı orqanlarda
mübadiləsini-yəni çevrilmələrini öyrənməyə imkan verir.
Təcrid edilmiş orqanlar üsulu Klod Bernar tərəfindən təklif edilmişdir. Bu
üsulla mübadilə proseslərini öyrənmək üçün ayrı-ayrı orqanlar bədəndən-
orqanizmdən təcrid edilmiş və mübadilə prosesləri həm müəyyən orqan çıxarılmış
orqanizmdə, həm də çıxarılan orqanın özündə öyrənilir. Bu yollarla aparılan
tədqiqatlar biri digərini tamamlayır. Qanda qlükozanın miqdarının sabit saxlanıl-
masında, sidik cövhərinin əmələ gəlməsində qaraciyərin rolu İ. P. Pavlov, M. V.
Nenski və Q. Embden tərəfindən bu üsulla müəyyən edilmişdir. Elektron mikros-
kopiyası üsullardan, sürətli sentrifuqalardan, polyaroqrafiya, xromatoqrafiya,
elektroforez və s. ilə birlikdə hüceyrədə (mitoxondriyalarda, ribosomlarda, nüvədə
və s.) maddələr mabadələsinin öyrənilməsində geniş istifadə olunur.
Biopsiya və ya orqanostomiya üsulunda ayrı-ayrı orqanlardan kəsiklər
götürülərək, onlarda maddələrin kimyəvi təhlili aparılır və ona əsasən də maddələr
mübadiləsi öyrənilir. Bu məqsədlə O. Varburq aparatından və s. cihazlardan
istifadə olunur. Hidrokimyəvi üsulda müayinələr histoloji kəsiklərdə aparılır.
Maddələr mübadiləsini öyrənmək üçün fraksiyalarından və homogenatlardan
da istifadə edilir. Bu üsul mübadilə proseslərinin lokalizasiyasının (yerləşməsini)
müəyyənləşdirməyə imkan verir. Zülalların ribosomlarda sintez olunması və s. bu
üsulla öyrənilmişdir.
Bütün bu üsullar maddələr mübadiləsini ətraflı öyrənməyə və onu istənilən
istiqamətdə dəyişdirməyə, heyvanların məhsuldarlığını artırmaq, onların keyfiyyə-
tini yaxşılaşdırmaq, xəstəliklərinin qarşısını almaq yollarını müəyyən etməyə
imkan verir.
Maddələr mübadiləsinin tipi, intensivliyi bir sıra amillərdən: heyvanın
növündən, yaşından, qidasından, ilin fəslindən, temperaturdan, təzyiqdən və s-dən
asılıdır. (Q. E. Vladimirov, P. P. Radıkov, V. V. Kovalski, H. İ. Səfərov, Q. B.
Xəlilov və b.). Mübadilə prosesinin gedişində sinir sisteminin və daxili sekresiya
vəzlərinin nizamlayıcı rolu da mühüm əhəmiyyətə malikdir. (İ. P. Pavlov, K. M.
Bıkov, A. İ. Qarayev, H. İ. Səfərov, Q. B. Xəlilov və b.). Bütün bu məsələləri
Dostları ilə paylaş: |