Qida kimyasından mühazirələr. MƏRuzəÇİ: dos. Həşimov Xalıq Məhəmməd oğlu



Yüklə 86,67 Kb.
Pdf görüntüsü
səhifə41/72
tarix11.04.2018
ölçüsü86,67 Kb.
#37150
növüMühazirə
1   ...   37   38   39   40   41   42   43   44   ...   72

100 
 
Ca 
1300 
Süd və süd məhsulları 
0,8 
Sümük toxumasını 
formalaşdırmaq; qanın 
laxtalanması; orqanizmin 
siqnal maddəsi 
Mg 
20 
Yaşıl tərəvəz 
0,35 
Sümük toxumasını formalaş-
dırmaq, fermentlərin 
koferment tərkibi 
CI 
160 
Xörək duzu 
1,7-5,1 
Mineral maddələr mübadiləsi 

650 
Ət, süd, tərəvəz,dənli 
bitkilər 
0,8 
Sümük toxumasını forma-
laşdırmaq; enerji mübadiləsi, 
nuklein turşularının 
mübadiləsi 

200 
Kükürdlü aminturşular 
(sistin, sistein, metio-nin) 
0,2 
Lipidlərin və karbohidratların 
mübadiləsi; konyuqatların 
əmələgətiricisi 
Mikroelementlər
 
Fe 
4 – 5  
Ət, qaraciyər, yumurta, 
tərəvəz, kartof, dənli 
bitkilər 
0,010 
Hemoqlobin, mioqlobin, 
sitoxromlar 
Zn 
2 – 3  
Ət, qaraciyər, dənli bitkilər 
0,015 
Sinktərkibli fermentlər 
Cu 
0,1 – 0,2  
Ət, balıq, meyvə, tərəvəz 
(2 – 3) ∙ 10
-3 
Oksidazalar 
Mn 
0,02 
Qida məhsullarının 
əksərində 
(2 – 5) ∙ 10
-3 
Fermentlər 
Co 
˂ 0,01 
Balıq 
─ 
B
12
 – vitamini 
Cr 
˂0,01 
─ 
(0,5 – 2) ∙ 10
-4 
─ 
Mo 
0,02 
Dənli bitkilər, qoz, fındıq, 
şabalıd 
(1,5 – 5) ∙ 10
-4 
Oksireduktaza 
Se 
─ 
Ət, tərəvəz 
(0,5 – 2) ∙ 10
-4 
Selentərkibli fermentlər 

0,03 
Dəniz balığı, yodlaşdı-
rılmış duz, dəniz yosunları, 
içməli su, qoz 
1,5 ∙ 10
-4 
Tiroksin 
F

─ 
Dana əti, içməli su, çay, süd 
(1,5 – 4) ∙ 10
-4 
Sümük, dişin emalı 
 
 
* - Bölünəndə kişilər, böləndə qadınlar üçün norma verilmişdir. 
** -Göstərilən makroelementlərə gündəlik təlabatı 100 mq-dan çox olanlardır. 
Canlı orqanizmə daxil olan hər bir üzvi maddə müəyyən miqdarda potensial 
enerji  ehtiyatına  malikdir.  Buna  sərbəst  enerji  adı  verilmişdir.  Üzvi  maddə 
yandırıldıqda  onun  enerjisi  bütünlüklə  istilik  şəklində  xaric  olunur.  Maddənin 
kalorinetr  vasitəsilə  təyin  edilən  yanma  istiliyinə  ümumi  enerji  adı  verilmişdir. 
Sabit temperatur və atmosfer təzyiqi şəraitində maddənin yanma istiliyi ilə sərbəst 
enerjisi  arasında  olan  əlaqə  ΔH=ΔG+TΔS  tənliyi  ilə  ifadə  edilir  (bu  tənlikdə  ΔH-
ümumi enerjinin dəyişməsini, ΔG-sərbəst enerjinin uğradığı dəyişikliyi, T-mühitin 
mütləq  temperaturunu,  ΔS  isə  sistemin  entropiyasını  göstərir).  Hər  hansı  bir 
reaksiya  zamanı  sərbəst  enerjinin  dəyişməsini  isə  ΔG=ΔH-TΔS  tənliyi  ilə  ifadə 
etmək olar. Maddənin sərbəst enerjisinin ayrılması ilə müşayiət olunan reaksiyalar 
ekzerqonik  proseslər,  enerjinin  sərf  olunması  ilə  baş  verən  reaksiyalar  isə  ender-
qonik  proseslər  adlanır.  Canlı  orqanizmlərdə  kimyəvi  reaksiyalar  sadəcə  olaraq 
istilik  enerjisinin  xaric  olunması  ilə  nəticələnmir.  Bu  reaksiyalarda  yaranan  enerji 


101 
 
istilik  enerjisinə  çevrilmədən  bilavasitə  bir  sıra  həyati  funksiyaların  yerinə 
yetirilməsinə sərf edilir.  
Üzvi  maddələrin  sərbəst  enerjisinin  maddi  əsasını  atomlar  arasında  olan 
kimyəvi  rabitələr  təşkil  edir.  Adətən,  üzvi  birləşmələrdə  olan  adi  kimyəvi  rabitə 
növlərinin  parçalanması  və  sintezi  zamanı  ayrılan  və  ya  qəbul  edilən  enerjinin 
miqdarı  19,5  kC/mol-dan  artıq  olmur.  Lakin  25  kC/mol  və  daha  artıq  sərbəst 
enerjiyə  malik olan  kimyəvi rabitə  növləri də  məlumdur.  Belə kimyəvi rabitələrə-
makroergik  rabitə,  birləşmələrə  isə  makroergik  birləşmələr  deyilir.  Makroergik 
rabitəyə  malik  olan  birləşmələrdən  üzvi  aləmdə  ən  geniş  yayılanları-nukleozit-
trifosfatlar (ATF, UTF, STF, QTF,TTF), kreatinfosfat, fosfoenolpiroüzüm turşusu, 
1,3-difosfoqliserin  turşusu,  bəzi  tioefir  birləşmələri  (məsələn,  asilkoenzim-A)  və 
başqaları aiddir.  
Bioenergetik  proseslərdə  ATF-in  çox  mühüm  əhəmiyyəti  vardır.  Onun  bir 
qram  molekulunun  hidroliz  prosesinə  uğrayaraq  ADF  və  fosfat  turşusuna 
çevrilməsi zamanı 30,2 kC enerji ayrılır.  
Bu  maddə  orqanizmdə  universal  enerji  mənbəyi  vəzifəsi  daşıyır.  Toxuma-
larda digər makrorgik rabitəli birləşmələr çox zaman ATF molekullarında toplanan 
enerjinin sərf edilməsi hesabına yaranır.  
Tənəffüs  əmsalı.  Heyvan  orqanizmində  qida  maddələri  tədricən  oksidlə-
şərək,  mübadilənin  son  məhsulları  olan  karbon  qazına,  suya  və  digər  kiçikmole-
kullu  kimyəvi    birləşmələrə  çevrilir;  bu  prosesi  üzvi  maddələrin  zəif  sürətlə 
yanmasına bənzətmək olar. Qida maddələri orqanizmin daxilində karbon qazına və 
suya  qədər  oksidləşdikdə,  onların  orqanizmdən  xaricdə  yanması  zamanı  ayrılan 
istiliyin miqdarına bərabər enerji əmələ gəlir. Buna görə də, orqanizmin sərf etdiyi 
oksigenlə  ondan  xaric  olan  karbon  qazının  həcminə  əsaslanaraq,  bədəndə  əmələ 
gələn enerjinin miqdarı haqqında mühakimə yürütmək mümkündür.  
Bədəndən  xaric  olunan  karbon  qazının  həcminin  sərf  edilən  oksigenin 
həcminə nisbəri tənəffüs əmsalı adlanır. 
 
2
2
O
CO
RQ 
 
 
Burada RQ tənəffüs əmsalının rəmzidir.  
Tənəffüs  əmsalının  qiyməti  oksidləşən  maddələrin  tərkibindən  asılıdır. 
Karbohidratların  oksidləşməsi  zamanı  sərf  edilən  oksigenin  həcmi  əmələ  gələn 
karbon  qazının  həcminə  bərabər  olur.  Aydındır  ki,  əgər  orqanizmin  qəbul  etdiyi 
oksigenin  hamısı  yalnız  karbohidratların  oksidləşməsinə  sərf  edilərsə,  onda 
tənəffüs əmsalı vahidə bərabər olur.  
 


Yüklə 86,67 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə