104
ətraflı öyrənməklə, maddələr mübadiləsini heyvandarlığın inkişafına şərait
yaradacaq istiqamətə yönəltmək olar.
3. Həzmin biokimyası. Həzm kanalında maddələrin sorulması: İnsan və
heyvanların qəbul etdiyi qida və onda olan müxtəlif maddələr (zülallar, yağlar,
karbohidratlar, duzlar və s.) öz tərkib hissələrinə həzm orqanlarında (ağız boşluğu,
mədə, bağırsaqlar) parçalanır. Həzm orqanlarında qida müxtəlif şirələrin (tüpürcək,
mədə şirəsi, bağırsaq şirəsi, öd və s.) və onlardakı maddələrin (xüsusən ferment-
lərin), öd turşularının və s. təsiri ilə fiziki və kimyəvi dəyişikliyə uğrayır. Həzm
prosesində zülallar son məhsul olaraq aminturşularına, karbohidratlar monosaxa-
ridlərə, yağlar və yağabənzər maddələr qliserinə, yüksəkmolekullu yağ turşularına,
fosfat turşusuna, azotlu birləşmələrə (xolinə, kolaminə, serinə və s.), nuklein
turşuları purin və purimidin nukleotidlərinə, duzlar isə ionlara ayrılır. Bu bəsit
birləşmələr həzm orqanlarından sorularaq qana keçir və qanda bədənin bütün orqan
və toxumalarına aparılır.
Qida maddələri həzm prosesində öz tərkib hissələrinə parçalandıqdan sonra
həzm orqanlarından, xüsusən nazik bağırsaqdan sorularaq, qana keçir. Maddələrin
70 – 80 %-i nazik bağırsaqdan qana sorulur. Nazik bağırsağın selik təbəqəsindəki
çoxlu xovlar (1 sm
2
2000 - 2500) onun səthini 20 – 25 dəfə artırır və bununla da
qana sorulmanı asanlaşdırır.
Karbohidratlar monosaxaridlər (qlükoza, qalaktoza, fruktoza və s.) şəklində
qana sorulur. Disaxaridlər çox olduqda müəyyən hissəsi parçalanmadan da sorula
bilir.
Monosaxaridlər növündən, quruluşundan və s.-dən asılı olaraq, eyni dərəcə-
də sorulmur. Qana ən yaxşı sorulan qalaktoza və qlükozadır. Arabinozanın sorul-
ması zəifdir. Bunlar (qlükoza, qalaktoza və feuktoza) bağırsağın divarında fosforla-
şaraq, bir-birinə çevrilə bilir. Bu da onların sorulmasını asanlaşdırır. Beləliklə,
fosfatlar monosaxaridlərin sorulmasını sürətləndirir.
Yağlar qliserin və yağ turşuları şəklində qana sorulur. Onlar az miqdarda
yaxşı emulsiyalaşdıqda parçalanmadan da qana sorula bilir. Ərimə temperaturu
yüksək olan yağların emulsiyalaşması və sorulması çətin olur. Ona görə də bitki
yağları hidroliz olunmadan 98%, tristearinlər isə 15% sorulur. Qliserin suda yaxşı
həll olunduğundan asan, yağ turşuları isə pis həll olunduğundan çətin sorulur. Öd
turşuları bunlarla müxtəlif nisbətdə (1:4; 2:7; 3:8; 4:9 və s.) mürəkkəb komplekslər
əmələ gətirərək, həll olan şəklə keçirir və sorulmanı sürətləndirir. Bu komplekslər
(xolein turşuları) sorulduqdan sonra parçalanır. Yağ turşuları bağırsağın epiteli
toxumasında qalaraq orqanizmdə yağların sintezi üçün istifadə olunur. Öd turşuları
isə qanla qaraciyərə gedib, ödə keçir və yenidən bağırsağa qayıdır, yağ turşularının
sorulmasında təkrar iştirak edir. Yağ turşularının sorulması fosfat turşusu ilə də
stimullaşdırılır.
105
Bağırsağın selik təbəqəsində yağ turşuları qliserinlə birləşərək yağlara da
çevrilir. Sonra əsasən limfa sisteminə və qismən (təxminən 20 – 30%) kapilyar qan
damarlarına keçir.
Zülallar aminturşuları şəklində qana sorulur. Yemlə zülal çox qəbul
edildikdə az hissəsi parçalanmadan da sorula bilir. Bağırsağın selik təbəqəsində
aminturşularından müəyyən dərəcədə polipeptidlərin sintezi üçün də istifadə edilir.
Su bütün həzm orqanlarında, xüsusi ilə bağırsaqdan şorulur. Sutka ərzində
qaramalın bağırsağından 100 l-ə, donuzda isə 25 l-ə qədər su sorula bilər. Bu da
bağırsaq möhtəviyyatının osmos təzyiqindən, orada duzların qatılığından və s.-dən
asılıdır.
Duzlardan xörək duzu və kalium-xlorid asan, suda zəif həllolan duzlar
(natrium sulfat, maqnezium sulfat) isə ləng qana sorulur. Fosfat və karbonat
turşularının kalsium və maqnezium duzlarının sorulması daha da zəif olur. Dəmir,
yod və s. elementlərin duzları isə mürəkkəb üzvi birləşmələr (tiroksin, askorbinat
və s.) şəklində asan sorulur.
4. Bioloji oksidləşmə, mexanizmi: Hələ XVIII əsrin ikinci yarısında M. V.
Lomonosov və A. L. Lavuazye sübut etmişlər ki, yanma yanan maddənin havanın
oksigeni ilə birləşməsidir. Üzvi maddə yandıqda karbon qazı və su əmələ gəlmək-
lə, sərbəst istilik enerjisi də ayrılır. İnsanların və heyvanların tənəffüsü də bunun
eynidir. Orqanizmə daxil olmuş havanın oksigeni hüceyrələrdəki maddələri karbon
qazı və suya qədər oksidləşdirir, enerji ayrılır. Son iki əsr ərzində bioloji oksidləş-
mənin bir çox cəhətləri: fermentlərin iştirakı, mərkəzi sinir sisteminin, hormon-
ların, vitaminlərin rolu, enerjinin çevrilmələri və s. öyrənilmişdir. Bioloji oksidləş-
mə bütün toxumalarda getdiyindən toxuma tənəffüsü və ya oksidləşməsi də
adlanır.
Əvvələr toxuma tənəffüsünə oksidləşən maddəyə oksigenin birləşməsi kimi
baxırdılar. Oksigenin çıxmasını isə maddənin reduksiya olunması hesab edirdilər.
Elmin son nailiyyətləri bu anlayışı dərinləşdirmişdir. Oksidləşmə maddə atomunun
elektron verdiyini, reduksiyalaşma isə onun qəbul edilməsini göstərir.
Ona görə də oksidləşmiş atomun mənfi yükü azalır və ya müsbət yükü
çoxalır. Neytral atomlar oksidləşdikdə müsbət yüklü ionlara çevrilir. Oksidləşmə
reaksiyalarında elektronların verilməsi ilə müsbət, reduksiyalaşmada isə elektron-
ların birləşməsi ilə mənfi yüklülük çoxalır.
Oksidləşmə və reduksiyalaşma reaksiyaları həmişə birlikdə gedir, qarşılıqlı
əlaqədədir və biri digərini tamamlayır. Odur ki, oksidləşmə-reduksiya prosesi
EO
- 2e
+ ½
O
2
E
0
E
+2
+ O
2-
Dostları ilə paylaş: |