Qida kimyasından mühazirələr. MƏRuzəÇİ: dos. Həşimov Xalıq Məhəmməd oğlu



Yüklə 86,67 Kb.
Pdf görüntüsü
səhifə40/72
tarix11.04.2018
ölçüsü86,67 Kb.
#37150
növüMühazirə
1   ...   36   37   38   39   40   41   42   43   ...   72

97 
 
−prolin─fenilalanin─arginin. Bu hormonoid damarları genişləndirir, saya əzələləri 
qısaldır.  
Yuxarıda  göstərilənlərdən  aydın  olur  ki,  hormonların  insan  və  heyvan 
orqanizmində  çox  böyük  əhəmiyyəti  vardır.  Ona  görə  də  onların  təbabətdə  və 
baytarlıqda  daxili  sekresiya  vəzilərinin  xəstəliklərinin  müalicəsində  geniş  istifadə 
olunur.  Heyvanların  boy  və  inkişafının  nizamlanmasında,  məhsuldarlığının 
artırılmasında hormonların tətbiqinin böyük perspektivləri vardır. 
 
 
ƏDƏBİYYAT 
 
1. Həşimov X.M, Həsənova S.Ə, Qida kimyasi, Bakı 2010, 478 c. 
 2. Həşimov X.M, İbrahimova D.Ə, Ramazanov V.S., Bioloyi kimyadan     
laboratoriya məşğələləri. Dərs vəsaiti, Bakı, 2012, 240 s. 
 3. Xəlilov Q. B. Heyvan biokimyasının əsasları. Bakı. 1987. Maarif.  
 4. Həsənov Ə. C., Rzayev N. A., İslamzadə F. Q., Əfəndiyev A. M. Bioloji kimya. 
Bakı 1989. 
 5.  Кольман Я., Рем К. Г. Наглядное биохимия –Москва. Мир, 2000. 
 6.  Северин  Е.  С.,  Алейникова  Т.  Л.,  Осипов  Е.  В.  Биохимия.  -  Москва. 
Медицина. 2003. 
 7. Ковалевский Н. И. Биологическая химия. Москва. Академия 2008. 
 
 
Qida kimyasından mühazirələr. 
MƏRUZƏÇİ: dos.HəşimovXalıq Məmməd oğlu 
MÖVZU 9. MADDƏLƏR MÜBADİLƏSİ VƏ ENERJİ. HƏZMİN BİOKİMYA- 
                   SI. BİOLOJİ OKSİDLƏŞMƏ. MAKROERGİK BİRLƏŞMƏLƏR 
 
 
 
P L A N  
 
 


98 
 
 
1. Maddələr mübadiləsi və enerji. Tənəffüs əmsalı 
2. Maddələr mübadiləsinin öyrənilmə üsulları 
3. Həzmin biokimyası. Həzm kanalında maddələrin sorulması 
4. Bioloji oksidləşmə, mexanizmi 
5. Oksidləşməklə fosforlaşma 
6. Makroergik birləşmələr, orqanizmdə rolu 
 
 
1. Maddələr mübadiləsi və enerji. Tənəffüs əmsalıMaddələr mübadiləsi canlıları 
cansızlardan  ayıran  əsas  əlamətdir.  Maddələr  mübadiləsi  dəqiq  nizamlanmış 
biokimyəvi  və  fizioloji  bir  prosesdir.  Bu  prosesdə  qanın  və  digər  maddələrin 
orqanizmə  daxil  olması,  onların  orqanizm  tərəfindən  mənimsənilməsi,  hüceyrə 
daxilində  digər  məhsullara  çevrilməsi  və  əmələ  gələn  lazımsız  məhsulların 
orqanizmdən  xaric  olunması  ardıcıllığı  ilə  baş  verir.  Bu  çevrilmələr  xarakterik 
biokimyəvi  reaksiyalarla  (hidroliz,  hidrogenləşmə,  aminləşmə,  fosforlaşma  və  s.) 
icra olunur. Bu reaksiyalar mərkəzi sinir sisteminin nəzarəti və hormonların iştirakı 
ilə  fermentlər  tərəfindən  sürətləndirilir.  Maddələr  mübadiləsi  bütün  hüceyrə 
quruluşunun  boy  və  inkişafını  və  enerji  təminatı  ilə  təmin  edir.  Maddələr 
mübadiləsinin  dayanması  orqanizmin  həyat  fəaliyyətinin  zəifləməsinə  və  nəhayət 
məhvinə səbəb olur.   
Maddələr  mübadiləsi  bir-biri  ilə  əlaqəli  və  müxtəlif  istiqamətə  yönələn  iki 
prosesin  vəhdətindən  ibarətdir.  Birinci-dissimlyasiya  (və  ya  metabalizm) 
 
 


99 
 
maddələrin  parçalanma  prosesidir.  İkincisi  assimilyasiya  (və  ya  katabolizm) 
maddələrin  əmələ  gəlmə  prosesidir.  Bu  proseslərdə  əmələ  gələn  maddələr 
metobolitlər  adlanır.  Bu  bölgü  şərtidir,  orqanizmdə  bunlar  eyni  zamanda  yaranır 
biri-digərini tamamlayır, bir sözlə vəhdət təşkil edir.  
Anabolizm (assimlyasiya)-prosesində sadə  molekullardan  mürəkkəb tərkibli 
maddələrin  sintez  olunması  baş  verir.  Anabo-lizim  prosesində  NT-i,  zülallar  və 
digər  makromolekullar  əmələ  gəlir.  Anabolizm  reksiyaları  ATF  və  NADN-
enerjisindən iatifadə sayəsində mümkün olur.  
Katabolizm  (dissimliyasiya)-prosesi  orqanizmin  hüceyrələrində  mürəkkəb 
maddələrin  daha  sadə  aşağı  molekul  tərkibli  məhsullara  (CO
2
,  H
2
O,NH
3
  və  s) 
çevrilməsi və onların orqanizmdən xaric olunmasıdır. 
 Anabolizm  və  katabolizm  prosesləri  bir-birindən  asılı  olmayaraq  müxtəlif 
istiqamətlərdə  baş  verir.  Ancaq  buna  baxmayayaraq  bu  proseslər  bir-birilə  vəhdət 
təşkil  edir.  Katabolizm  prosesləri  anabolizm  prosesləri  üçün  metabolitlərə  enerji 
hazırlayır.  Anabolizm  prosesləri  isə  ehtiyat  enerji  yığır  və  mürəkkəb  maddələr 
hazırlayır. 
Bütün  canlılar  üçün  yer  kürəsində  ilk  enerji  mənbəyi  Günəşdir.  Fotosintez 
prosesi Günəş enerjisi (hν) nəticəsində bitkilərin yaşıl hissələrində üzvi maddələrin 
əmələ gəlməsini təmin edir. Bitkilər avtotrof  orqanizmlərdir. 
 
2
6
12
6
2
2
6
6
6
nO
O
H
nC
O
nH
nCO
h
xlorofil




 
 
Bu prosesdə qeyri üzvi maddələrdən üzvi maddələr sintez olunur. 
İnsanlar və heyvanlar isə enerji mənbəyi kimi yalnız qida vasitəsilə qəbul  
olunan  üzvi  maddələrdən  istifadə  edir,  belə  orqanizimlər    heterotrof  orqanizmlər 
adlanır.  
 
Cədvəl. 
 
İnsanın mineral komponentlərə təlabatı 
 
Kompo-
nent 
Orqanizmdə 
miqdarı q-la 
Əsas mənbəi 
Gündəlik təlabatı 
q-la 
Funksyası 
Su 
H
2

35000-40000 
İçkilər; bərk qidanın 
tərkibində olan su; 
oksidləşmə prosesində 
alınan su (300 q) 
1200/900

Həlledici; hüceyrənin tərkib 
hissəsi, biokimyəvi 
reaksiyaların iştirakçısı 
Makroelementlər
**
 
Na 
100 
Xörək duzu 
1,1 - 3,3  
Osmotik tənzimləyici; 
membran potensialcısı  

150 
Meyvə, tərəvəz, dənli 
bitkilər 
1,9-5,6 
Membran potensialcısı, 
mineral maddələr mübadiləsi 


Yüklə 86,67 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə