Qida kimyasından mühazirələr. MƏRuzəÇİ: dos. Həşimov Xalıq Məhəmməd oğlu



Yüklə 86,67 Kb.
Pdf görüntüsü
səhifə44/72
tarix11.04.2018
ölçüsü86,67 Kb.
#37150
növüMühazirə
1   ...   40   41   42   43   44   45   46   47   ...   72

106 
 
iştirak edən bütün  maddələrlə birlikdə  o k s i d l ə ş m ə-r e d u k s i y a  sistemi 
adlanır.  
Bioloji  sistemlərdə  də  oksidləşən  maddə  elektron  və  ya  proton  (məsələn: 
hidrogün ionu) verməklə  d o n o r, reduksiyalaşan maddə isə elektron və ya proton 
almaqla a k s e p t o r  adlanır. 
 
 
 
 
 
 
 
 
 
Bu  reaksiyada  difosfoqliserin  aldehidi  özündən  iki  hidrogen  ionu  verməklə 
oksidləşərək  difosfoqliserin  turşusuna,  piroüzüm  turşusu  isə  özünə  iki  hidrogen 
ionu  birləşdirməklə  reduksiya  olunaraq  süd  turşusuna  çevrilir.  Beləliklə,  difosfo-
qliserin aldehidi  d o n o r, piroüzüm turşusu isə  a k s e p t o r rolunu oynayır.  
Oksidləşmə-reduksiya reaksiyalarının əksəriyyəti, yanma prosesi kimi enerji 
ayrılması ilə gedir.  
Bioloji  oksidləşmə  prosesinin  mahiyyətini  izah  edən  bir  sıra  nəzəriyyələr 
mövcuddur. Onlardan birincisi keçən əsrin axır-ları və XX əsrin əvvələrində (1908 
– 1912-ci illərdə) meydana gəlmiş V. İ. Palladin və Villand nəzəriyyəsidir.  
V.  İ.  Palladin  nəzəriyyəsinə  görə  bioloji  oksidləşmənin  əsasını  oksidləşən 
maddənin  hidrogensizləşməsi,  yəni  onun  molekulundan  hidrogen  atomunun 
ayrılması təşkil edir. Ayrılan hidrogen atomu oksigenə birləşərək su əmələ gətirir. 
Burada  oksigen  akseptor  rolunu  oynamaqla,  ikinci  dərəcəli  əhəmiyyətə  malikdir. 
Bu reaksiya oksidazalarla kataliz olunmaqla, sxematik belə göstərilir: 
 
 
R─H
2
+oksidaza→R+oksidaza─H

                       oksidaza─H
2
+
½
O
2
→oksidaza+H
2

Buna misal spirtlərin və turşuların oksidləşməsini göstərmək olar. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Deməli, oksidləşmənin son məhsulları su və karbon qazıdır.   
Bu aerob oksidləşmədir, yəni oksigenin iştirakı ilə gedir.  
          CH
2
OPO
3
H
2
                CH
3
               CH
3
                   CH
2
OPO
3
H

          


                                                     

                       

 
          CHOH                   +    CO         →   CHOH     +       CHOH   
          


                                                     

                       

 
HO
─ ──
CH O PO
3
H
2
             COOH          COOH         O
═ ─
C OPO
3
H
2
 
 
     Difosfoqliserin                              Piroüzüm                  Süd                     Difosfoqliserin 
          aldehidi                                     turşusu                 turşusu                        turşusu 
                                                O 
 
CH
3
CH
2
OH + ½O → CH
3

 C      + H
2

 
                                                H 
   
Etil spirti                         Sirk
ə
 aldehidi 
 
HCOOH + ½O → CO
2
 + H
2

Qarışqa turşusu 


107 
 
Viland V. İ. Palladinin fikrini inkişaf etdirməklə təcrübələrlə konkretləşdiril-
mişdir.  O,  sübut  etmişdir  ki,  müxtəlif  maddələrin,  o  cümlədən  sirkə  aldehidinin 
oksidləşməsi  mürəkkəb  proses  olub,  əvvəlcə  suyun  birləşməsi  ilə  onun  hidratına 
çevrilir. Sonuncu isə metilen göyünün iştirakı ilə hidrogensizləşməklə oksidləşir. 
 
 
 
 
 
 
 
 
 
 
 
Bu anaerob oksidləşmə sayılır. Çünki oksidləşmə oksigenin iştirakı olmadan 
gedir.  
5.  Oksidləşməklə  fosforlaşma:  Tənəffüs  prosesinin  əsasını  təşkil  edən 
oksidləşməklə  fosforlaşma  hüceyrələrin  mitoxondriyalarında  gedir.  Hüceyrələrdə 
mitoxondriyaların  sayı  50-dən  5  minə  qədər  olur.  Onlar  xarici  və  daxili 
membranlara malikdir. Sonuncular daraqvarı şaxələnir. Boşluqları isə bərk maddə-
matrikslə dolmuşdur.  
Mitoxondriyaların  65  –  70%-ni  zülallar,  25  –  30%-ni  lipidlər  və  0,5%-ni 
RNT  təşkil  edir.  Zülalların  yarıya  qədəri  daxili  membrandakı  tənəffüs  fermentləri 
və s.-dən ibarətdir. Matriksin də 50%-i zülaldır.  
Tənəffüs  prosesinin  gedişində  fosforlu  birləşmələr  mühüm  rol  oynayır. 
Toxumalarda  maddələrin  oksidləşməsi  (aerob  fazada  da)  qeyri-üzvi  fosfatların 
iştirakı  ilə  gedir.  Bu  səbəbdən  oksidləşmə  zamanı  qeyri-üzvi  fosfatların  miqdarı 
azalır.  Odur  ki,  bu  iki  proses  (oksidləşmə  və  fosforlaşma)  qarşılıqlı  əlaqədar 
olduğundan  oksidləşməklə  fosforlaşma  adlanır.  Bu  məsələ  ilk  dəfə  V.  A.  Engel-
hardt, Kalkar, V. A. Belitser, E. T. Sıbakova (1930 – 41-ci  illərdə), S Oçoa tərəfin-
dən müəyyənləşdirilmiş, sonralar isə  A. Lenincer, P.Mitçel, V. Skulaçev, Kennedi,  
Lumis, Lipman və başqaları tərəfindən də öyrənilmişdir.  
Oksidləşməklə fosforlaşmanın mexanizmi: kimyəvi (F. Lipman, Sleyter  
1946),  mexaniki-kimyəvi  (Bayer,  1964)  və  kimyəvi-osmotik  (P.  Mitçel,  1961;     
V. Skulaçev, 1972) kimi bir  sıra nəzəriyyələrlə izah olunur.  
Kimyəvi  nəzəriyyəyə  görə  oksidləşmə  və  fosforlaşmanın  əlaqələnməsi, 
ADF-in  makroergik  rabitəli  qeyri-üzvi  fosfatla  birləşib  ATF-i  əmələ  gətirməsi 
xüsusi  ötürücülərlə  (NAD,  ubixinon,  E  və  K  vitaminləri,  kariozin,  ADF-in  adenil 
hissəsi, aminturşularının  imidazol radikalları  və s.)  icra olunur. Sonuncular oksid-
ləşən  maddələrlə  (substratla)  makroergik  rabitəli  arabirləşmələr  (yüksək  enerjili 
komplekslər:  U  ~  B;  X  ~  U;  X  ~  P)  əmələ  gətirir.  Lakin  bunlar  ayrılaraq,  varlığı 
sübut edilməmişdir. 
                 O                               OH              
 
CH


 C        + H
2
O → CH
3
-C     H   
 
                H                                OH               
Sirk
ə
 aldehidi                           Sirk
ə
 aldehidinin 
                                                        hidratı 
                 OH 
 
CH
3

C     H   + 
Metilen 
→ CH
3
COOH + 
Metilen + H
2
  
 
                          
OH
       
 göyü                                     göyü 
 


Yüklə 86,67 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə