Qirx altinci kitab ————— may 2011 İyul 2011



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə18/114
tarix21.06.2018
ölçüsü2,6 Mb.
#50223
1   ...   14   15   16   17   18   19   20   21   ...   114

 

60 


və  digər  beynəlxalq təşkilatların  müvafiq  qərar  və  qətnamələri 

vardır.  Bu  münaqişə  yalnız  beynəlxalq  hüquq  normalarına 

uyğun  Azərbaycanın  ərazi  bütövlüyü  çərçivəsində  həll 

olunmalıdır. 

Hörmətli cənab Prezident! 

Bir  daha  Sizi  ürəkdən  salamlayır,  Sizə  cansağlığı,  ölkənizə 

və xalqınıza daim inkişaf və tərəqqi arzulayıram. 

Bu  badəni  Sizin  və  xanımınızın  sağlığına,  Çexiya  Res-

publikası  ilə  Azərbaycan  arasında  səmimi  dostluq  və  faydalı 

əməkdaşlıq əlaqələrinin inkişafının şərəfinə qaldırıram. 

 

Çexiya prezidenti Vatslav Klausun nitqi 

 

Hörmətli cənab Prezident! 



Hörmətli xanımlar və cənablar! 

İcazə  verin,  gözəl  ölkənizə  dəvət  aldığım  üçün  Sizə  dərin 

təşəkkürlərimi bu mötəbər məclisdə bir daha təkrarlayım. 

Mən çox istərdim ki, Sizin ölkənizə Çexiya prezidentinin bu 

tarixi  ilk  səfərini  bizim  tərəfimizdən  göstərilən  maraq  və 

qarşılıqlı  münasibətlərin  genişlənməsi  üçün  atılan  addım  kimi 

qiymətləndirəsiniz. 

Keçmişdən  qalan  bütün  müsbət  halları  davam  etdirmək 

lazımdır. Ancaq bu münasibətlərə indi yeni impuls və müasirlik 

gətirmək  istəyirik.  Azərbaycanı  böyük  inkişaf  potensialına 

malik  olan  ölkə  kimi  qəbul  edirik  və  bu  potensialdan  istifadə 

olunmasına  Çexiya  şirkətləri  də  öz  töhfələrini  vermək 

marağındadırlar. 

Çox gözəl başa düşürük ki, Sizin ölkəniz bu çətin və iğtişaşlı 

regionda  sabitləşdirici  amilə  malikdir,  həmçinin  Avropa 

ölkələrinin enerji balansında əhəmiyyətli rol oynayır. 

Bizim  ölkəmiz  də  idxal  etdiyi  neftin  ümumi  həcminin  25 

faizini Sizin ölkədən alır. Məhz bu sahədə əməkdaşlıqda geniş 

potensiallar mövcuddur. 

Hörmətli cənab Prezident! 




 

61 


3 il bundan qabaq Praqada Avropa İttifaqına sədrlik zamanı 

Sizinlə  başlayan  dialoqumuza  görə  çox  şadam.  Bu  görüşümüz 

«Şərq  Tərəfdaşlığı»  layihəsi  çərçivəsində  baş  tutmuşdur  və 

fikrimizcə  Avropa  siyasətinin  vacib  məqsədlərindən  biri 

olmalıdır.  Ümid  edirəm  ki,  bu  il  nəzərdə  tutulan  «Şərq 

Tərəfdaşlığı» Varşava zirvə toplantısı bunu sübut edəcəkdir. 

Çexlər  çox  səyahət  edən  xalqdır.  Yad  ölkələri  yaxından 

tanımağı  xoşlayırlar.  Ancaq  bildiyimə  görə,  Xəzər  dənizinin 

gözəlliklərini  və  sizin  füsunkar  dağlarınızı  hələlik  kəşf  etmə-

yiblər. İnanıram ki, bu, tezliklə baş verəcək və həmçinin bizim 

ölkəmizə də sizlərdən qonaqlar gələcəklər. 

Mən Sizin ölkənizə Çexiya şirkətlərini təmsil edən çoxsaylı 

nümayəndə  heyəti ilə  gəlmişəm  və  onlar iqtisadi  əməkdaşlığın 

genişlənməsinə böyük maraq göstərirlər. Buna görə də inanıram 

ki,  bizim  səfərimiz  aramızdakı  siyasi  dialoqun  gücləndirilməsi 

və  ikitərəfli  müqavilə  əməkdaşlığının  genişlənməsi,  həm  də 

ticarət əlaqələrinin və investisiyaların artması üçün yeni impuls 

olacaqdır. 

Əminəm  ki,  bunun  fonunda  mədəni  əlaqələr  və  vətəndaşlar 

arasında ünsiyyət də inkişafdan qalmayacaqdır. 

Hörmətli cənab Prezident! 

İcazə  verin,  bu  badəni  ölkənizin  uğurlarının,  Çexiya–Azər-

baycan  dostluğunun  şərəfinə  və  şəxsən  Sizin  və  yaxınlarınızın 

sağlığına qaldırım. 

 

 



 

62 


 

 

 

AVSTRİYANIN OMV ŞİRKƏTİ İDARƏ 

HEYƏTİNİN SƏDRİ GERHARD ROİSS İLƏ 

GÖRÜŞ 

 

Prezident sarayı  



 

18 may 2011-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



mayın  18-də  Avstriyanın  OMV  şirkəti  İdarə  Heyətinin  sədri 

Gerhard Roissi qəbul etmişdir. 

OMV  şirkəti  İdarə  Heyətinin  sədri  Gerhard  Roiss  Avstriya 

prezidenti  Haynts  Fişerin  salamlarını  dövlətimizin  başçısına 

çatdırdı. 

Görüşdə  neft  və  qazın  hasilatı,  nəqli,  Avropada  marketinqi 

və  satışı  sahəsində  mümkün  əməkdaşlıq,  Nabukko  layihəsinin 

həyata keçirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi 

aparıldı. 

Dövlətimizin  başçısı  Avstriya  prezidenti  Hayntz  Fişerin 

salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını 

Avstriya dövlətinin başçısına çatdırmağı xahiş etdi. 

 

 



 

63 


 

 

 

DÖVLƏT BAYRAĞI MEYDANININ ƏTRAFINDA 

HƏYATA KEÇİRİLMİŞ ABADLIQ VƏ 

QURUCULUQ İŞLƏRİ İLƏ TANIŞLIQ 

 

18 may 2011-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 

mayın  18-də  Dövlət  Bayrağı  Meydanının  ətrafında  həyata 

keçirilmiş abadlıq və quruculuq işləri ilə tanış olmuşdur. 

Prezident İlham Əliyev 2010-cu il noyabrın 9-da Azərbaycanda ilk 

dəfə  qeyd  edilən  Dövlət  Bayrağı  günü  münasibətilə  təşkil  edilmiş 

mərasimdə  Dövlət  Bayrağı  Meydanının  ətrafında  tikinti-quraşdırma 

işlərinin davam etdirilməsi ilə bağlı tapşırıqlarını vermişdi. Meydanın 

ətrafındakı 60 hektar ərazidə parkların, bulvarın, istirahət və gəzinti 

yerlərinin  salınması  istiqamətində  xeyli  iş  görülübdür.  Nazirlər 

Kabinetinin  2010-cu  ilin  sosial-iqtisadi  inkişafının  yekunlarına  həsr 

olunmuş  iclasında  dövlətimizin  başçısı  Bakıda  icra  edilən  böyük 

layihələrdən olan Dövlət Bayrağı Meydanı ətrafında görülmüş işlərin 

tamamlanması və bu ilin sonunadək paytaxt sakinlərinin istifadəsinə 

verilməsi ilə bağlı göstərişlər verdi. 

Bu  böyük  layihənin  icrasını  daim  diqqət  mərkəzində  saxla-

yan  Azərbaycan  prezidenti  İlham  Əliyev  burada  aparılmış  ta-

mamlama işləri ilə yerində tanış oldu. Bakı şəhərinin sxemi əsa-

sında  Dövlət  Bayrağı  Meydanında  və  ətraf  ərazilərdə  həyata 

keçirilmiş  quruculuq  işləri  barədə  prezident  İlham  Əliyevə 

ətraflı məlumat verildi. 

Dövlətimizin  başçısı  Bayraq  meydanından  şəhərin  pono-

ramını da seyr etdi. 

Ərazidə  aparılmış  abadlıq  və  quruculuq  tədbirləri  ilə  ya-

xından  tanış  olan  prezident  İlham  Əliyev  işlərin  sürətlə  və 

keyfiyyətlə  həyata  keçirilməsi  ilə  bağlı  müvafiq  tapşırıqlarını 

verdi. 

 



Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə