Qirx altinci kitab ————— may 2011 İyul 2011



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə21/114
tarix21.06.2018
ölçüsü2,6 Mb.
#50223
1   ...   17   18   19   20   21   22   23   24   ...   114

 

73 


 

 

 

İSVEÇ KRALI ƏLAHƏZRƏT XVI  KARL 

QUSTAVA 

 

Əlahəzrət! 



Milli bayramınız  –  İsveç bayrağı günü  münasibətilə Sizi 

və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan 

xalqı adından ürəkdən təbrik edirəm. 

Əminəm  ki,  Azərbaycan–İsveç  münasibətləri  xalqlarımızın 

mənafelərinə  uyğun  olaraq  bundan  sonra  da  dostluq  və 

əməkdaşlıq məcrasında öz inkişafını davam etdirəcəkdir. 

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost 

İsveç xalqına əmin-amanlıq və rifah diləyirəm. 

 

Hörmətlə, 

İLHAM ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı, 23 may 2011-ci il 




 

74 


 

 

 

İRANIN XARİCİ İŞLƏR NAZİRİNİN MÜAVİNİ 

MOHAMMAD REZA RAUF ŞEYBANİ İLƏ GÖRÜŞ 

 

Prezident sarayı  



 

23 may 2011-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



mayın  23-də  İran  İslam  Respublikası  Xarici  İşlər  nazirinin 

müavini Mohammad Reza Rauf Şeybanini qəbul etmişdir. 

Mohammad  Şeybani  İran  İslam  Respublikasının  Ali  Dini 

Rəhbəri  Ayətullah  Xameneinin  və  İran  prezidenti  Mahmud  Əh-

mədinejadın  salamlarını  dövlətimizin  başçısına  çatdırdı.  O,  pre-

zident  Mahmud  Əhmədinejadın  və  İranın  digər  yüksək  rütbəli 

rəsmilərinin  Azərbaycan  prezidenti  İlham  Əliyevin  şəxsiyyətinə 

xüsusi hörmət və ehtiram bəslədiklərini, Azərbaycana  və xalqına 

daim inkişaf arzuladıqlarını dedi. 

Dövlətimizin  başçısı  ölkələrimiz  arasında  əlaqələrin  sürətlə 

inkişaf  etdiyini  və  bu  əlaqələrin  hazırda  yüksək  səviyyədə 

olduğunu  məmnunluqla  qeyd  etdi.  Azərbaycan  ilə  İranın  siyasi 

əlaqələrinin  güclü  olduğunu,  iqtisadi  sahədə  yeni  təşəbbüslərin 

irəli sürüldüyünü vurğulayan prezident İlham Əliyev ölkələrimiz 

arasında  çoxlu  sayda  ikitərəfli  sənədlərin  imzalanmasının 

əhəmiyyətini qeyd etdi. İran prezidenti Mahmud Əhmədinejadla 

mütəmadi  olaraq  görüşlərini  xatırladan  prezident  İlham  Əliyev 

onunla dostluq əlaqələrinin iki ölkə arasındakı münasibətlərə və 

xalqlarımız  arasındakı  dostluq  və  qardaşlıq  əlaqələrinə  müsbət 

təsir göstərdiyini dedi. 

Dövlətimizin  başçısı  İranın  Ali  Dini  Rəhbəri  Ayətullah  Xa-

meneinin  və  prezident  Mahmud  Əhmədinejadın  salamlarına  görə 

minnətdarlığını  bildirdi,  onun  da  salamlarını  İran  İslam  Respub-

likasının Ali Dini Rəhbərinə və prezidentinə çatdırmağı xahiş etdi. 


 

75 


 

 

 

QAZAXISTANIN YUNESKO-dakı DAİMİ 

NÜMAYƏNDƏSİ, ŞAİR, YAZIÇI OLJAS 

SÜLEYMENOV İLƏ GÖRÜŞ 

 

        Prezident sarayı  



 

23 may 2011-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



mayın 23-də Qazaxıstanın YUNESKO-dakı daimi nümayəndəsi, 

şair, yazıçı Oljas Süleymenovu qəbul etmişdir. 

Dövlətimizin başçısı İlham  Əliyev Oljas Süleymenovu  anadan 

olmasının 75 illik yubileyi münasibətilə təbrik etdi, ona yaradıcılıq 

fəaliyyətində  yeni-yeni  uğurlar  və  möhkəm  cansağlığı  arzuladı. 

Dövlətimizin  başçısı  Azərbaycanın  çox  çətin  vaxtlarında, 

xalqımızın  20  Yanvar  faciəsi  ilə  üzləşdiyi  bir  zamanda  Oljas 

Süleymenovun qətiyyətli mövqedə durmasının və Azərbaycanın ya-

nında  olmasının  xalqımız  tərəfindən  heç  vaxt  unudulmayacağını 

dedi. Prezident İlham Əliyev Qazaxıstanın YUNESKO-dakı daimi 

nümayəndəsi  və  ictimai  xadim  kimi,  Oljas  Süleymenovun  bu  gün 

Azərbaycanın  uğurlarına  və  ölkəmizin  inkişafına  ürəkdən 

sevinməsini  yüksək  qiymətləndirdi.  Prezident  İlham  Əliyev 

Azərbaycan  mədəniyyətinin  beynəlxalq  miqyasda  təbliğindəki 

xidmətlərinə  görə  dövlətimizin  yüksək  mükafatını  –  «Dostluq» 

ordenini Oljas Süleymenova təqdim etdi. 

Qazaxıstanın  YUNESKO-dakı  daimi  nümayəndəsi,  şair, 

yazıçı Oljas Süleymenov Azərbaycan dövlətinin yüksək ordeninə 

layiq  görüldüyünə  görə  dövlətimizin  başçısına  minnətdarlığını 

bildirdi  və  bu  hadisəni  onun  Azərbaycana  olan  münasibətinin 

yüksək ifadəsi kimi dəyərləndirdi.  

 

 


 

76 


 

 

 

BAKIƏTRAFI KƏND VƏ QƏSƏBƏLƏRİN SOSİAL-

İQTİSADİ İNKİŞAFI İLƏ BAĞLI PAYTAXTIN 

ŞÜVƏLAN VƏ SABUNÇU QƏSƏBƏLƏRİNDƏ 

GÖRÜLMÜŞ İŞLƏRLƏ TANIŞLIQ 

 

24 may 2011-ci il 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı 

Şəhər  İcra  Hakimiyyətində  şəhərətrafı  qəsəbələrin  sosial-

iqtisadi  inkişafı  ilə  əlaqədar  müşavirədə  kənd  və  qəsəbələrdə 

abadlıq və quruculuq işləri ilə bağlı verdiyi tapşırıqların icrası 

ilə tanışlıq üçün ayrı-ayrı yaşayış sahələrində olmuşdur. 

Mayın  24-də  dövlətimizin  başçısı  paytaxtın  Şüvəlan  və  Sa-

bunçu qəsəbələrində görülmüş işlərlə yaxından tanış olmuşdur. 

Azərbaycan  prezidenti  İlham  Əliyev  əvvəlcə  Xəzər  rayo-

nunun Şüvəlan qəsəbəsinə gəldi. 

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov 

Şüvəlan qəsəbəsinin sxemi əsasında həyata keçirilmiş  abadlıq və 

quruculuq  tədbirləri  barədə  dövlətimizin  başçısına  məlumat 

verdi.  Bildirildi  ki,  Bakı  Şəhər  İcra  Hakimiyyətində  şəhərətrafı 

qəsəbələrin  sosial-iqtisadi  inkişafına  həsr  olunmuş  müşavirədə 

Azərbaycan  prezidentinin  verdiyi  tapşırıqlara  uyğun  olaraq 

paytaxtın digər kənd və qəsəbələrində olduğu kimi, Şüvəlanda da 

abadlıq və quruculuq tədbirlərinə başlanılmışdır.  

Görülmüş  işlərlə  yaxından  tanış  olan  dövlətimizin  başçısı 

sakinləri salamladı. 

İ l h a m  Ə l i y e v: Necəsiniz, işlər necədir? 

Şüvəlan  qəsəbəsində  də  işlər  yaxşı  gedir,  yollar  çəkilir, 

bütün  infrastruktur  yeniləşəcəkdir.  Bildiyiniz  kimi,  Bakıətrafı 

qəsəbələrin  inkişafı  proqrami  qəbul  edilibdir.  Çox  böyük 

proqramdır  və  orada  hər  bir  qəsəbə  üçün  xüsusi  məsələlər 

nəzərdə  tutulub,  onlar  öz  həllini  gözləyir.  İki  il  yarım  ərzində 




Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə