Qirx altinci kitab ————— may 2011 İyul 2011



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə19/114
tarix21.06.2018
ölçüsü2,6 Mb.
#50223
1   ...   15   16   17   18   19   20   21   22   ...   114

 

64 


 

 

 

DÖVLƏT SƏRHƏD XİDMƏTİNİN 

ƏMƏKDAŞLARI ÜÇÜN İNŞA EDİLMİŞ YENİ 

YAŞAYIŞ KOMPLEKSİNİN AÇILIŞI MƏRASİMİ 

 

19 may 2011-ci il 

 

Mayın 19-da Dövlət Sərhəd Xidmətinin əməkdaşları üçün 

inşa  edilmiş  yeni  yaşayış  kompleksi  istifadəyə  verilmişdir. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə 

iştirak etmişdir. 

Azərbaycan  Silahlı  Qüvvələrinin  Ali  Baş  Komandanı  İlham 

Əliyevin göstərdiyi yüksək diqqət və qayğı nəticəsində ölkəmizdə 

Dövlət  Sərhəd  Xidməti  ən  müasir  tələblər  səviyyəsinə 

yüksəlmişdir.  Son  illər  dövlət  sərhədlərinin  etibarlı  şəkildə  qo-

runması,  xidmətin  maddi-texniki  bazasının  möhkəmləndirilməsi, 

müasir  texnika,  avadanlıq  və  ləvazimatla  təmin  olunması,  yeni 

sərhəd  infrastrukturunun  yaradılması,  kadr  hazırlığı,  şəxsi 

heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində böyük 

işlər 

görülmüşdür. 

Xidmətin 

təkmilləşdirilməsi 

dövlət 

sərhədlərinin  toxunulmazlığının  təmin  edilməsinə,  beynəlxalq 

terrorizmə,  qeyri-leqal  miqrasiyaya,  narkotik  vasitələrin  qanun-

suz  dövriyyəsinə,  qaçaqmalçılığa  qarşı  mübarizədə  mühüm 

nailiyyətlərin əldə olunmasına gətirib çıxarmışdır. 

Dövlət  Sərhəd  Xidmətində  sərhədçilərin  sosial  problemlərinin 

həlli,  onların  mənzil-məişət  şəraitinin  yaxşılaşdırılması  daim 

diqqət mərkəzində saxlanılır. Azərbaycan Silahlı Qüvvələrinin Ali 

Baş  Komandanı  İlham  Əliyevin  tapşırıqlarına  əsasən  paytaxtın 

Nərimanov  rayonu  ərazisində  sərhədçilər  üçün  yeni  yaşayış 

kompleksi tikilib istifadəyə verilmişdir. 

Dövlət  Sərhəd  Xidmətinin  rəisi,  Sərhəd  Qoşunlarının  Ko-

mandanı  general-leytenant  Elçin  Quliyev  Azərbaycan  Respubli-



 

65 


kasının  Prezidenti,  Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham 

Əliyevə raport verdi. 

Dövlətimizin  başçısı  sərhədçi  ailələri  üçün  inşa  edilmiş  yeni 

yaşayış  kompleksində  yaradılan  şəraitlə  tanış  oldu.  Bildirildi  ki, 

kompleks 1,6 hektar sahəni əhatə edir. Burada 12  mərtəbəli 264 

mənzilli  yaşayış  binası  inşa  olunmuşdur.  Yaşayış  binası  iki  və 

üçotaqlı  mənzillərdən  ibarətdir.  Kompleksdə  sərhədçilər  üçün 

bütün  şərait  yaradılmışdır.  Burada  uşaq  bağçası,  qadın  və  kişi 

fitnes  salonları,  market  və  kafe,  voleybol  və  basketbol  meydan-

çaları, avtomobil dayanacağı və istirahət parkı vardır. 

Dövlətimizin başçısı yaşayış kompleksində yaradılan ayrı-ayrı 

xidmət  sahələri  ilə  tanış  oldu.  Yaşayış  kompleksi  havalandırma, 

yanğınsöndürmə,  müasir  işıqlandırma  və  suvarma  sistemləri  ilə 

təchiz  edilib.  Kompleksin  ərazisində  abadlaşdırma  və 

yaşıllaşdırma işləri aparılıb, çəmənliklər salınıb, dekorativ ağac və 

kollar əkilib. 

Yaşayış kompleksi ilə tanışlıqdan sonra Silahlı Qüvvələrin Ali 

Baş  Komandanı  İlham  Əliyev  bir  qrup  işçilərə  mənzillərin  or-

derlərini təqdim etdi. 

 

 

 

 



 


 

66 


 

 

 

BMT-nin QAÇQINLAR ÜZRƏ ALİ KOMİSSARI 

ANTONİO QUTERRES İLƏ GÖRÜŞ 

 

     Prezident sarayı  



 

19 may 2011-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



mayın  19-da  BMT-nin  qaçqınlar  üzrə  ali  komissarı  Antonio 

Quterresi qəbul etmişdir. 

BMT-nin  qaçqınlar  üzrə  ali  komissarı  Antonio  Quterres 

Azərbaycanda  məcburi  köçkünlərin  həyat  şəraitinin  yaxşılaş-

dırılması istiqamətində əldə olunan nailiyyətləri digər ölkələrə 

nümunə kimi qiymətləndirdi. 

Görüşdə  Azərbaycan  ilə  BMT-nin  Qaçqınlar  üzrə  Ali 

Komissarlığı  arasında  əməkdaşlığın  yüksək  səviyyədə  olduğu 

vurğulandı  və  bu  əməkdaşlığın  perspektivləri  barədə  fikir  mü-

badiləsi aparıldı. 

 


 

67 


 

 

 

HEYDƏR ƏLİYEV BEYNƏLXALQ AEROPORTU, 

MƏRDƏKAN, BİLGƏH QƏSƏBƏLƏRİ VƏ 

PAYTAXT İSTİQAMƏTİNDƏ YENİ YOL 

İNFRASTRUKTURUNUN GENİŞLƏNDİRİLMƏSİ 

İŞLƏRİNİN GEDİŞİ İLƏ TANIŞLIQ 

 

20 may 2011-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 

mayın  20-də  Heydər  Əliyev  Beynəlxalq  Aeroportu,  Mərdəkan, 

Bilgəh  qəsəbələri  və  paytaxt  istiqamətində  yeni  yol  infrastruk-

turunun genişləndirilməsi işlərinin gedişi ilə tanış olmuşdur. 

Məlum  olduğu  kimi,  prezident  İlham  Əliyevin  tapşırığı  ilə 

Bakı  şəhərində  yolların  abadlaşdırılması,  paytaxt  sakinlərinin 

asudə vaxtlarını səmərəli keçirməsi üçün yeni park və xiyaban-

ların,  yaşıllıq  zolaqlarının  salınması  istiqamətində  xeyli  işlər 

görülmüşdür.  Prezident  İlham  Əliyevin  tapşırığı  ilə  Heydər 

Əliyev  prospekti  əsaslı  surətdə  yenidən  qurulmuş,  magistral 

genişləndirilərək  yeni  yolötürücüləri  və  körpülər  inşa  edilmiş, 

yaşayış  binalarının  fasadları  müasir  səviyyədə  təmir  olun-

muşdur. Dövlətimizin başçısı paytaxt və paytaxtətrafı kəndlərdə, 

qəsəbələrdə  həyata  keçirilmiş  abadlıq  və  quruculuq  işlərini 

daim diqqət mərkəzində saxlayır. 

Görülmiş işlərlə yaxından tanış olan prezident İlham Əliyev 

paytaxtın giriş qapısı hesab edilən Heydər Əliyev prospektinin 

şəhərə  qədər  olan  hissəsinin  daha  da  abadlaşdırılması,  yol- 

boyu yaşıllıq zolaqlarının salınması, Heydər Əliyev Beynəlxalq 

Aeroportu,  Mərdəkan,  Bilgəh  qəsəbələri  və  paytaxt 

istiqamətində  yeni  yol  infrastrukturunun  genişləndirilməsi  ilə 

bağlı müvafiq tapşırıqlarını verdi. 

 

 



Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə