Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə225/243
tarix08.07.2018
ölçüsü3,71 Mb.
#54094
1   ...   221   222   223   224   225   226   227   228   ...   243

eyni  zamanda,  bu qədər  qədim tarixə  malik olmaları  dilimizin 

frazeoloji   qatının   daha   qədim   dövrlərdə   təşəkkül   tapmış 

olduğunu sübut edir.

(anın)   könlinə   ilham   edərdi,   əllərindən   almıya,  

sözün tutıb (təmam edərlərdi), namaz qılan, qulaq urıb 

(dinləyəndə)

  (32)   –   ifadələrinin   hamısında   frazeoloji   məna 

vardır  

Könlünə ilham etmək

  – ilham vermək, bir şey haqqında 

qəlbinə duyğular yeritməkdir;  

əlindən almaq

  – hakimiyyəti ələ 

keçirməkdir

;     sözün   tutmaq

  –   sözünə,   məsləhətlərinə 

baxmaqdır; 

qulaq urmaq

 – dinləməkdir, eşitməkdir – indi 

qulaq 

vermək


 şəklində işlənir.

  Yaqan,la   boğazından   tutayınmı,   (qaba)   ön,cəm 

altına salayınmı

 (35) – ifadələrində frazeoloji məna zəif, ilkin 

məna əsas olsa da, birləşmələr artıq frazeoloji inkişaf yolundadır. 

Birləşmələrin ümumi mənası öldürmək, məhv etməkdir.

Elə birləşmələr var ki, onların hələ çox sonralar frazeoloji 

vahidə çevriləcəyi hiss olunur. Məsələn, 

Bunlu qoca ilə  Yapağlu 

qocayı   Dəpəgözə verün, aşın pişürsün  –  

cümləsində

   aşını 

bişirmək 

birləşməsi hələ həqiqi mənadadır, fraza izləri yoxdur – 

hələ birisinə kələk gəlmək, birisini ağır vəziyyətə salmaq məna-

larını qazanmayıb.

Frazeoloji vahidlərin bir qisminin  komponentlərində  həqiqi 

məna izləri qaldığından tərəflər arasına müxtəlif sözlər daxil ol-

muşdur. 

Qara tırnaq ağ yüzümə çalayınmı

 (76) - cümləsində 

fraza «tırnaq çalmaq»dır. Lakin onun birinci tərəfi öz təyini, ikinci 

tərəfi obyekti  ilə işlənmişdir: 

qara tırnaq



ağ yüzünə çalmaq



Bağır basmaq, yandı bağrım, göynədi içim

 kimi ifadələr də 

fiziki əsasına yaxındır.

 

Əl götürdilər, hacət dilədilər. (

35) İnsanın göz açdığı 

ilk gündən göylərə tapındığını nəzərə aldıqda bu ifadələr daha 

qədim ola bilər. Lakin islam dininin təsiri ilə daha işlək olmuşlar. 

Əl götürmək, dua etmək, hacət diləmək

  sinonim ifadələri bizim 

günlərdə yenə də aktuallaşmaqdadır. 



Əcəl aldı

   (42) - öldü, (qardaşını) 



həqqinə qodı

 – dəfn 


etdi – ifadələrinin də islam dini ehkamları ilə bağlı yarandığını 

güman etmək olar. Lakin, şübhəsiz,   ifadə etdiikləri anlayışlara 

görə  tarixən daha qədimdir.

318



Ölmək,   öldürmək

  anlayışlarının   çoxu   müəyyən   vasitə   ilə 

reallaşan   prosesi   bildirir:  

qol-bud   olup   yer   yüzinə 

düşməyincə

  (38),  



oxa   düşdi,   şəhid   oldı

  (46),  



at   ayağı 

altında qalmasun

  (48),  



ər bögürdən

  (49), (kafərə)



  qırğın 

girdi

 (50), (on iki bin  kafər)



 qılıcdan keçdi,

  

(baş kəsübdir), 



qan dökipdir

 (69), (Əzrayıl ol yigidin) 



canın aldı, canını xır-

latğıl

 (79), 


canın verərmisən, xırlamağa başladı

, (dilədi ki) 



olanı həlak qılaydı, canımı alasan

 (82), 


ödi sındı 

(100). Bir 

qismi təbii ölüm anlayışını bildirir:  

can verdi  

(öldü) (100)  



can 

vermədi

  (yəni   canını   sənə   vermədi),  



gözlərin   uyxu   almış 

(ölüm   yuxusu)   (39),  



canın   seyranda   imiş  

(ruhu   göylərdə 

olmaq mənasında),

 canın varsa

  (dirisənsə) (39),  



yer gizlədi 

(41) və s,



 

Ağlı    başından   çıxmaq,  huşunu   itirmək,  çətin  vəziyyətə 

düşmək     mənalarında   işlədilmiş   frazeoloji   vahidlər   də   əsaslı 

dəyişikliyə   uğramadan   dilimizdə   yaşamaqdadır:



  ah   etdi,   əqli 

başından getdi,  dünya-aləm gözinə qaranu oldı, dünya-

aləm   (kafərin)   başına   qaranu   oldı

  (44),  



başım   bunaldı 

(45),  


ah eylədi,  başından  əqli  getdi,     əqlim-usum  dərə 

bilmən.

  (44) 


Bu misallarda  

qaranu

  – qaranlıq,  



bunaldı

  – zəiflədi,  



us

  – 


ağıl mənalarındadır və dəyişiklik bunlardan ibarətdir.

Qazan bəg  yola getdi

  (44) cümləsində  

yola getdi

  ifadəsi 

eyni     mətndə işlənmiş 

yola düşdi

 ifadəsi ilə sinonimdir.  



Düşdi 

feli zəif şəkildə «yıxıldı» mənasını da ifadə edir, bu məna dilimizdə 

arxaikləşdikcə 

getdi 

sözü 


düşdü

 sözü ilə əvəz edilmişdir.         

«Kitabi-Dədə Qorqud»un dilində işlənmiş frazeoloji vahid-

ləri komponentlərinin mənşəyinə görə qruplaşdırdıqda türk mən-

şəli   sözlərdən   yaranmış   frazeoloji   vahidlərin   təbii   üstünlüyü 

müşahidə olunur. Müasir dilimizdə olduğu kimi, dastan boylarının 

dilində də feli frazeoloji vahidlər aparıcıdır.

Frazeoloji   vahid   tərkibində   şəxsli   fellər   felin   müxtəlif 

şəkillərindədir.

Feli komponent əmr şəklindədir. 

Fel əmr şəklinin əksər 

şəxslərində özünü göstərir.  

1-ci şəxs təkdə – qara 



tırnaq

 ağ yüzümə 



çalayınmı

 (76), 

(yigidin) 



canın qurtarayım;

 (82)


319


Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   221   222   223   224   225   226   227   228   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə