Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə221/243
tarix08.07.2018
ölçüsü3,71 Mb.
#54094
1   ...   217   218   219   220   221   222   223   224   ...   243

«Avesta» ilə yanaşı, sonralar yaranmış dini kitablarda da 

frazeoloji   vahidlərə   təsadüf   edilir.   İsa   peyğəmbərin   çarmıxa 

çəkilərkən dediyi: «

Mene, mene tekel uparsun

»   sözlərini - 

«Əhdi-ətiq»dəki   Azərbaycan   türk   dilində   olan   bu   cümləni 

tədqiqatçılar   daim   qəsdən   dolaşıq   izah   etmişlər.   B.Şəfizadə 

göstərir ki, «Təkəl» türk xalqlarında allah mənasında işlənən bir 

ifadə olmuşdur və dünyanın bir çox yerlərində üzərində tək əl 

olan   məzar   daşları   vardır.   İsa   «Məni   təkəl   aparsın»   dedikdə 

allaha qovuşmaq arzusunu bildirmişdir: 

Məni allah aparsın

. Bu 


cür ifadələr İsanın öz mənşəyinin də indi izah edildiyi şəkildə ol-

madığını göstərir. (13, 25) İsa peyğəmbər   «İncil»də də bəzən 

bu dildə danışıb:  

Eloy, Eloy, Elamma saf ax  fani…

   (


Saf ağ 

fanidir


, 13,  25) 

Zərdüştilikdə insanın həyatı onun hansı bürcün altında do-

ğulması və planetlərin müvafiq əlaqəsi ilə bağlı izah edilir. Bu 

mənada xalq arasında işlənən   



alın yazısı

  ifadəsi neçə minillik 

tarixə malikdir.

«Onu   da   qeyd   edək   ki,  

cənnət,   cəhənnəm,   qıl   körpü, 

namaz,   ruh

  və   bu   kimi   bir   çox     ayin   və   kultların     islama 

zərdüştilikdən   keçdiyi   məlumdur».(13,   89)   Deməli,   dilimizdəki 



cəhənnəmə   getsin,   gora   getsin,   qoy   cəhənnəm   olsun, 

yeri cəhənnəmlikdir, yeri cənnət olsun, namaz qılır, ruhu 

şad olsun 

və s. kimi ifadələrin tarixi çox qədimdir. 



Pir

 sözü də 

od mənasında çox qədim sözdür. Bu münasibətlə 

ay pir olmuş, 

səni pir olasan

 kimi ifadələr də qədimdən gəlir.

Ə.Dəmirçizadə frazeoloji vahidlərdən «idiomlar» adı altında 

danışaraq, onları quruluşuna görə üç qrupa ayırmışdır:

1) idiomatik sözlər;

2) idiomatik ifadələr;

3) idiomatik cümlələr. (19, 170)

Buradan  aydın  olur  ki,  professor  frazeoloji  vahidləri  söz, 

söz birləşməsi və cümlə şəklində təsəvvür etmişdir. Söz şəklində 

tülkü   (

hiyləgərlik   mənasında),  



eşşək   (

qanacaqsız),  



dayı 

(vəzifədə olan adam),  



dəm

   (bir az kefli) tipli sözləri nəzərdə 

tutmuşdur.   Birləşmə şəklində olanlara  

ürəyinə xal salmaq, 

başa   düşmək,   dil   vermək  

tipli   frazeoloji   vahidləri,   cümlə 

şəklində olanlara atalar sözləri və məsəlləri misal göstərmişdir. 

308



(19,   168-179)     Bu   bölgünün   birinci   qrupu   əksər   dilçilər   tə-

rəfindən frazeologiyaya daxil edilmir. Sonrakı qruplara gəlincə, 

ikinci qrup dil vahidlərinin frazeoloji vahid olduğuna heç kəsdə 

şübhə yoxdur. Hətta bir qrup alimlər «frazeoloji vahid» dedikdə 

yalnız birləşmə şəklində olanları nəzərdə tuturlar. Alimlərin bir 

qismi   isə   atalar   sözləri   və   məsəlləri,   hikmətli   sözləri,   hətta 

tapmacaları   da   frazeologiyaya   daxil   edirlər.(20,   100)   Bizim 

fikrimizcə də, atalar sözləri və məsəllər xalq dili frazeologiyasının 

mühüm   tərkib   hissələrindəndir.   Ona   görə   də   yazıyaqədərki 

dövrdə   dilimizin   frazeoloji   inkişafını   öyrənmək   üçün   həm 

birləşmə,   həm   də   cümlə   şəklində   olan   frazeoloji   vahidləri 

nəzərdən keçirəcəyik. 



BİRLƏŞMƏ ŞƏKLİNDƏ OLAN

FRAZEOLOJİ VAHİDLƏR

Xalq dili frazeologiyasını qoruyub saxlayan ən mühüm mənbə 

şifahi xalq ədəbiyyatıdır. Bu cəhətdən bayatılar daha etibarlı janr 

sayılır.   Lakin   bayatıların   da   hamısı   eyni   vaxtda   yaranmamışdır. 

Qədim   bayatılarda   qədim   izlər   qorunub   saxlanmış   olur.     Asya 

Məmmədovanın 1977-ci ildə tərtib və çap etdirdiyi «Bayatılar (XVII-

XX əsrlər)» (redaktorları M.H.Təhmasib və C.V.Qəhrəmanov) kitabı 

bayatıların qeydə alınması tarixinin qədimliyi ilə daha çox maraq 

doğurur.   Tərtibçi   əlyazma   fondu   materialları   arasından   bayatı 

qeydə alınmış 92 mənbə üzə çıxarmışdır. Bunlardan 74-ü  müxtəlif 

əlyazma   və   cünglərdən,   qalanı   görkəmli   ədib     və   mədəniyyət 

xadimlərinin   arxivində   mühafizə   olunan   bayatı  dəftərlərindən  və 

fraqment səhifələrindən ibarətdir. A.Məmmədova yazır: «Əlyazma-

ların   səhifələrində   qeydə   alınmış   bayatılar   həcmcə   yığcam, 

məzmunca daha dolğun olmaqla öz qədimliyini mühafizə etmiş və 

fikrimizcə, əslinə daha çox uyğundur». (6, 4)

Tarixi hadisələrə işarə ilə qələmə alınmış bayatıların tarixi də 

həmin hadisələr qədər qədimdir:

Vermə xazara bəni,

Çəkər bazara

 məni.

309



Yada kəniz verincə

Sala mazara

 bəni.  (6, 55) – 

bayatısındakı   «xazar»   sözündən   aydın   olur   ki,   bu   bayatı 

xəzərlərin Azərbaycana basqınları dövrünün (VII əsr) yadigarıdır. 

Odur   ki   bayatıda   işlənmiş  

bazara   çəkmək,   məzara   salmaq 

ifadələrinin tarixi də o qədər qədimdir. Bu ifadələr,  tam forma-

laşmış     ifadələr  kimi, ədəbi dilin frazeoloji imkanları   haqqında 

aydın təəssürat yaradır. 

Ərəb işğalı ilə bağlı da belə tarixi bayatılar vardır:

Ərəb qapdı fəsini,

Su 

kəsdi nəfəsimi

.

Gedin anama deyin,



Yaxşı 

dutsun yasımı

. (8, 46)



Nəfəsini   kəsmək,   yasını   dutmaq

  ifadələri   ərəb   işğalı 

dövründə   çoxdan   cilalanmış   frazeoloji   vahidlər   kimi     bayatıya 

daxil olmuşdur. Eyni ruhda olan:

Dağları qacal aldı,

Avçını 


macal aldı

.

Bir yanım qərib ölkə,



Bir yanım 

acal aldı

  (6, 47) –

bayatısında   isə    

macal   aldı,   acal   aldı  

ifadələri   ilə



 

qəriblik, 

əsirlik həyatının acıları qələmə alınmışdır. Aydın olur ki, «Dədə 

Qorqud»dakı  

əcəl aldı

  ifadəsi öz işləkliyi ilə bayatılara da güc 

vermişdir. Və ya bayatılardan güc almışdır. Hər halda, tarixinin 

çox qədim olduğunu düşünmək olur.

Belə bayatılar sırasında:

Gedirəm, ölkə, sənnən,

Qorxuram 

yol kəsənnən

.

Gəl bir 



qol-boyun olaq

,

Ayrıldıq bəlkə sənnən (6, 142) –



310


Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   217   218   219   220   221   222   223   224   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə