dolamaq – ələ salmaq, dinləmək – qulaq asmaq,
inanmaq – bel bağlamaq
və s.
H.Bayramov bir daha fikrini ümumiləşdirərək yazır: «Buraya
qədər dediklərimizdən belə bir nəticəyə gəlirik ki, türk dillərinin lek-
sikası yalnız tək sözlər hesabına deyil, həm də frazeoloji vahidlər
hesabına qədim ortaqlı köklərə malikdir. Bu dillər sonralar müstəqil
xalq və milli dillər şəklində formalaşma zamanı uzun bir inkişaf
dövründə onların ortaqlı frazeoloji vahidləri arasında müəyyən
dərəcədə fərqli cəhətlər qüvvətlənir ki, bu da tamamilə qa-
nunauyğun bir tarixi prosesin nəticəsidir». (15, 11) «Divan» X1
əsrdə yaranmışdır. Müəllif: «Bu dillər sonralar müstəqil xalq və milli
dillər şəklində formalaşma zamanı» deyəndə xalq dillərinin for-
malaşma tarixini bu dövrdən də sonraya atmış olur. Bu, dilimizin
tarixi inkişaf yolunu düzgün təsəvvür etməməklə yanaşı, osmanlı və
Azərbaycan-türk dillərinin təşəkkül tarixini eyniləşdirməkdən də irəli
gəlir.
«Dədə Qorqud»un dilində frazeoloji vahidlərdən danışarkən
H.Bayramov yenə xatırladır ki, qədim abidələrimizin, klassiklərimi-
zin dilində və müasir dilimizdə işlənən frazeoloji vahidlərin «…bir
qismi həm komponentləri, həm də ümumi mənası etibarilə həmin
abidələrdəki (qədim abidələrdə, M.Kaşğari «Divan»ında –
Q.K
.)
müvafiq birləşmələrlə tam uyğun gəlir, bir qismi isə eyni səviyyəli
dil vahidləri ilə yaxından səsləşir». (17, 45) Müəllif göstərir ki,
Orxon-Yenisey yazılarında və Kaşğarinin «Divan»ında işlənən
sözlər türk mənşəli olduğu üçün onların yaratdığı frazeoloji vahidlər
də türk mənşəlidir. «Dədə Qorqud»un lüğəti isə daha çox türk
sözlərindən və eyni zamanda ərəb və qismən fars sözlərindən
ibarət olduğu üçün dastandakı «frazeoloji vahidlər də əsasən türk
və ərəb mənşəli, qismən də fars mənşəli baş sözlər əsasında
formalaşmışdır». (17, 45) Məqalədə baş sözləri türk mənşəli olan
frazeoloji vahidlər iki qrupa ayrılmışdır: a) komponentlərinə,
quruluşuna və mənasına görə heç bir dəyişikliyə uğramadan
müasir dilimizə qədər gəlib çıxanlar; b) müasir dilimizdəki sabit
birləşmələrdən ancaq komponentlərindən birinin arxaik səciyyə
daşımasına görə fərqlənənlər. Və, müəllifin fikrincə, bunlardan
birinci qrupa aid olanlar daha çoxdur. O bu qrupa aid
ad
qazanmaq, ad qoymaq, ayağına düşmək, and içmək, acı
305
söz, qan ağlamaq, qan olmaq, başına iş gəlmək, boğma
çıxarmaq, diz çökmək, dili acı (olmaq), əl vermək, əl
altından (buyurmaq), yola düşmək, könül verib
(sevmək), göz gəzdirmək, gözü tutmaq (bir şeyi), gö-
zünü qorxutmaq, ocağını söndürmək, üzü gülmək, könlü
açılmaq, könül almaq
kimi birləşmələri qeyd etmişdir. Müəllif
bu qrupa
barmağını ısırmaq, göz qaqmaq, sözünü sımaq,
ocağını issız qoymaq, üz bulmaq
kimi birləşmələri də əlavə
etmiş və bu cür frazeoloji vahidlərin komponentlərindən birinin
arxaikləşmiş olduğunu, yeni sözlə əvəz edildiyini qeyd etmişdir.
Zahirən əvvəlki fikirlə ziddiyyət təşkil etsə də, müəllif demək
istəyir ki, quruluş da eynidir, məna da; yalnız söz əvəzlənmələri
vardır.
H.Bayramov, az da olsa, etimoloji araşdırmalar da
aparmışdır. Məsələn, müəllif Təpəgöz boyunu xatırladaraq
göstərir ki, güman etmək olar ki, müasir dilimizdə işlədilən
canı
gözündən çıxmaq
ifadəsi həmin boydakı hadisə ilə bağlı
yaranmışdır. Məqalədə
barmağını ısırmaq, göz qaqmaq
kimi
ifadələr daha ətraflı izah edilmişdir.
«Azərbaycan dili frazeologiyasının əsasları» (18) kitabında
H.Bayramov fikirlərini bir qədər də ümumiləşdirmiş, frazeoloji
sistemin tarixi inkişaf yolu barədə daha konkret fikir söyləmişdir.
Məqalələrinə nisbətən, kitabdakı qısa xülasədə «Dədə Qorqud»
dilinin zənginliyi barədə müəllifin təəssüratı həqiqətə daha
yaxındır: «Kitabi-Dədə Qorqud»un Drezden nüsxəsinin
faksimilində frazeoloji vahidlərin sayı 300-dən çoxdur. Bunların
bir qismi heç bir məna dəyişikliyinə uğramadan müasir dilimizə
qədər gəlib çıxmışdır (məsələn:
üzü gülmək, qan almaq, yola
düşmək, əl altından, …in ayağına düşmək, başına iş
gəlmək, göz gəzdirmək, yol almaq
), bir qisminin
komponentlərindən biri arxaik səciyyə daşımasına görə müasir
dilimizdəkindən fərqlənir».(18, 28)
Məqalələrindən fərqli olaraq, H. Bayramov kitabda ərəb
mənşəli baş sözlər əsasında qurulan frazeoloji vahidlər haqqında
da məlumat vermiş,
əleyk almaq, əməli azmaq, ibrət
almaq, yas tutmaq, xəbər vermək, feli dönmək, feli
azmaq
və baş sözü fars mənşəli:
can vermək, can almaq,
306
abdəst almaq, murad verib murad almaq
kimi ifadələrdən
də danışmışdır.(18, 31) Müəllifin fikrincə, üzü bəri gəldikcə
«Kitabi-Dədə Qorqud»dan sonrakı dövrlərdə dilimizin frazeoloji
tərkibi zənginləşmiş, yeni-yeni frazeoloji vahidlər yaranmışdır:
«Topladığımız dil materialında yalnız
baş
sözü ilə işlənmiş 300-
dən artıq frazeoloji vahid vardır ki, bunların çoxu başqa mənbə-
lərlə və sonrakı dövrlə əlaqədardır».(18, 32)
Qeyd etdiyimiz araşdırmalar göstərir ki, yazıyaqədərki
dövrlə bağlı mənbələr vardır və həmin mənbələrin daha ətraflı
tədqiqi nəticəsində nəzərdə tutulan dövrün frazeoloji səciyyəsi
barədə daha geniş təəssürat qazanmaq mümkündür.
Araşdırmalardan aydın olur ki, dildə məcazlaşma düşündü-
yümüzdən qat-qat qədim dövrlərdən mövcud olmuşdur. Ulu ba-
balarımızın yaratdığı dünya şöhrətli «Avesta» əsərində hikmətli
sözlərin tutarlı nümunələrinə rast gəlmək olur. 12 min il əvvələ
aid edilən «Qatlar»da Odla, İşıqla, Günəşlə bağlı qüdrətli kəlam-
lar işlənmişdir. Odur ki bu əsər «…dil baxımından türk
xalqlarının ən qədim dil abidəsi kimi incəliklərinə qədər tədqiq
edilməlidir».(13, 7) Çünki bu əsər «…tariximizin yazılmasında –
Azərbaycan türklərinin və ümumiyyətlə türk xalqlarının
etnogenezinin meydana çıxarılmasında mühüm mənbə rolunu
oynayır».(13, 7)
«Avesta»nın təbliğ etdiyi Od və Günəş bir sıra hikmətli kə-
lamların mənbəyidir.
Od
– insan məişətinin və təfəkkürün inkişa-
fında misilsiz rol oynamışdır. İnsanın ilkin adının – «Adəm»
sözünün
od+mən
şəklində (
od, enerji, mənim odum
mənalarında) odla bağlı olması da «Avesta»da öz əksini
tapmışdır.
Türk xalqlarının məişətində Xoruz kultu və günəş doğuşunu
qabaqcadan xəbər verən xoruzun müqəddəsliyinə inam indi də
qalmaqdadır. Eyni zamanda xoruzun pis hadisələri də
qabaqcadan xəbər verdiyi məlumdur. Bu münasibətlə dilimizdə
«Vaxtsız banlayan xoruzun başını kəsərlər» (13, 20) kimi məsəl
yaranmışdır. Eyni zamanda xoruzla bağlı «Xoruz banlamasa, səhər
açılmazdı» kimi məsəl də işlənməkdədir. Belə ifadələrin tarixini
ancaq insanın öz tarixi ilə müqayisə etmək, tutuşdurmaq olar.
307
Dostları ilə paylaş: |