Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə217/243
tarix08.07.2018
ölçüsü3,71 Mb.
#54094
1   ...   213   214   215   216   217   218   219   220   ...   243

33.A.Bakixanov.Qölistan-İram, Baku,1926.

34.A.R.Zifeldt.Uralo-Altaika. Baku,1928.

35.   Murad   Adji.Evropa,   törki,   Velikaə   Stepğ. 

Moskva, Mıslğ, 1998. 

36.   Ə.Dəmirçizadə.   Azərbaycan   dilindəki   oğuz-

qıpçaq lisani ünsürləri.  Azərb.SSR EA Dilçilik institutunun 

əsərləri, 1-ci cild,1947, s.3-14.

37.M.İ.Artamanov. İstoriə xazar. Leninqrad, 1962.

38.Z.M.Buniatov.Azerbaydjan   v   VII-IX   vv. 

Baku,1965.

39.Rəfik Özdək. Türkün qızıl kitabı. Bakı,1992.

40.Ə.Dəmirçizadə.   Azərbaycan   ədəbi   dili   tarixi.  1, 

Bakı, «Maarif”»,1979. 

41.Ç.Qaraşarlı.Qafqaz   albanları   türk   idilər. 

«Məqalələr   toplusu»”,   IV,   Azərbaycan   Dövlət   Dillər 

İnstitutu, Bakı, 2000.

42.Z.Budaqova,T.Hacıyev.Azərbaycan

 

dili. 



Bakı,1992. 

43.İ.   Aliev.   Oçerk   istorii   Atropatenı. 

Azerbaydjanskoe Qosudar- stvennoe İzdatelğstvo, Baku, 

1989.


44.N.Cəfərov.Azərbaycanşünaslığa   giriş.   Bakı, 

AzAtaM, 2002.

295



45.E.   Əzizov.Azərbaycan   dilinin   tarixi 

dialektologiyası. Bakı Universiteti Nəşriyyatı, 1999. 

46.Zaur   Qasanov.   Üarskie   skifı.   Liberty     New 

York,2002.

47.V.V.Bartolğd. Törki. Alma-Atı,1998.

48.F.Məmmədova.   Azərbaycanın   (Albaniyanın) 

siyasi   tarixi   və   tarixi   coğrafiyası.   Azərbaycan   Dövlət 

Nəşriyyatı, Bakı, 1993.

49.F.Mamedova.   K   voprosu   ob   albanskom 

(Kavkazskom) gtnose. Azərb. SSR EA-nın Xəbərləri, tarix, 

fəlsəfə və hğquq seriyası, 1989, №3.

50.K.Əliyev,   F.Əliyeva.Azərbaycan   antik   dövrdə. 

Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1997.

51.K.Q.Aliev.   K   voprosı   o   qarqarax   i   territorii   ix 

rasseleniə, DAN Azerb. SSR, 1981, ¹ 1.

52.L.N.Qumilev. Otkrıtıe xazarii.  Moskva, 1966.

53.R.Q.Kuzeev.   Proisxojdenie   başkirskoqo   naroda. 

M., 1974.

54.Çingiz   Qaraşarlı.   Əfsanənin   izi   ilə.   «Ulduz»”, 

1989, ¹ 2.

55.Ə.Tanrıverdi.   «Kitabi-Dədə   Qorqud»”da   şəxs 

adları. Bakı, «Elm»”, 1999.

56.İzvestiə   drevnix   pisateley...   t.   I.   Per. 

V.V.Latışeva. SPb., 1893, s.185-186.

296



57.Q.Kazımov.   Qurbani   və   poetikası.   APİ   nəşri, 

Bakı,1996.

58.Q.Kazımov.   Sənət   düşüncələri.   Azərbaycan 

Dövlət Kitab Palatası, Bakı,1997.

59.Q.Kazımov.Azərbaycan   tarixi   -   1.   «Təzadlar»” 

qəzeti, iyul-avqust 2001,   ¹ 23, 24, 25, 26, 27, 28, 29, 

30. Qədim Azərbaycan dili dövrü. «İki sahil”»,   2 fevral 

2002,   5   fevral   2002,   6   fevral   2002;   Ədəbi   dilimizin 

təşəkkül yolu. «Paritet”» qəzeti, 14-16 iyun 2003, ¹ 65 

(516) və s. 

60.K.Ş.Şaniəzov.   K   gtniçeskoy   istorii   uzbekskoqo 

naroda. Taşkent, 1974.

297



AZƏRBAYCAN DİLİ FRAZEOLOGİYASININ ƏN QƏDİM 

QATI

(YAZIYAQƏDƏRKİ  DÖVR)

Mənbələr   və   mövzunun   tədqiqi   barədə.  Hələlik 

Azərbaycan yazılı ədəbi dilinin əlimizdə olan ilkin nümunələri XIII 

əsrə   aiddir   (Həsənoğlunun   qəzəlləri,   «Dastani-Əhməd   Hərami» 

məsnəvisi).   Bunlara   qədərki   dövr   «yazıyaqədərki   dövr»   sayılır. 

Yaxşı bilirik ki,  Həsənoğlunun qəzəlləri də,  «Dastani-Əhməd Hə-

rami» də kamil əsərlərdir və ilk yazılı qələm təcrübəsi hesab oluna 

bilməz. Bunu Nizami Gəncəvinin türk dili haqqında qeyd və işarələri 

də   təsdiq   edir.   (1,   553)   Son   vaxtlar   İsanın   «Mehri   və   Vəfa» 

poemasının XI əsrə aid olduğu barədə dəlillər ortaya çıxarılmışdır. 

(2,   4-10)  Odur   ki   yazıyaqədərki  dövrün   XIII   əsrə   qədərki  dövr 

sayılması tam şərtidir. Əldə olan mənbələr yazılı ədəbi dilin kələkö-

tür   başlanğıcını   əks   etdirmir,   ədəbi   dilin   rahat   inkişaf   yolunda 

olduğunu, onun bədii üslubunun xeyli əvvəllərdən formalaşdığını 

göstərən mənbələrdir. (3, III-XVII)

 Azərbaycan dili frazeologiyasının tarixi inkişaf yolunu öyrən-

mək üçün «Kitabi-Dədə Qorqud»un, Orxon-Yenisey abidələrinin di-

linə, «Oğuznamə»lərə, M.Kaşğarinin «Divan»ına, folklor material-

larına nəzər salmaq, müqayisə və tutuşdurmalar əsasında yazıya-

qədərki   dövrün   ümumi   mənzərəsi   barədə   təsəvvür   qazanmaq 

mümkündür. Ümumxalq Azərbaycan dilinin təşəkkülündən (III-V 

əsrlər) XIII əsrə qədər keçən min il ərzində türk yazı nümunələrinin 

olmaması   ağlabatan   deyil.   Azı   elm   aləminə   məlumdur   ki, 

Kalankatuklu Moiseyin «Albaniya tarixi» əsəri bu dildə yazılmış və 

bu   dildən   erməni   dilinə   tərcümə   edilmişdir.   VII-VIII   əsrlərdə 

Azərbaycan türk dili erməni dilinin quruluşunu dəyişmişdir. Lakin la-

zımi   şəkildə   axtarışlar,   araşdırmalar     aparılmayıb,   ona   görə   də 

hələlik əldə konkret fakt-mətn və material yoxdur.

Ümumxalq   dilinin,   ədəbi   dilin   inkişaf   yolunu   öyrənmək 

üçün   yazılı mənbələr daha etibarlı sayılır. Mövcud mənbələrin 

çoxu ümumtürk mənbələridir.  Bunlar başqa dillərlə yanaşı, bizim 

dilin tarixini öyrənmək üçün də material verir. Odur ki dilimizin 

298



frazeoloji   yatağının   yazıyaqədərki   vəziyyətini   öyrənmək   üçün 

aşağıdakı mənbələrdən istifadə etmək mümkündür:



1.   «Avesta»nnın,   xüsusilə   onun   ən   qədim   tərkib 

hissəsi  olan «Qatlar»ın  dili.  

«Avesta»  mətnlərini



   

diqqətlə 

öyrəndikdə və dilimizin frazeoloji yatağına nəzər saldıqda aydın 

olur ki, müasir Azərbaycan dilində işlətdiyimiz bir çox ifadələr 

«Avesta»dan gəlir və onların çox qədim tarixi vardır.

2. «Kitabi-Dədə Qorqud»un dili.

  Biz bu yaxınlarda çap 

etdirdiyimiz «Homerin poemaları və «Kitabi-Dədə Qorqud» əsəri 

ilə (4, 31-78)  əyani şəkildə gördük ki, «Dədə Qorqud kitabı»nın 

yaşı 1300 deyil, azı 3300 ildir.  Bütün faktlar və dəlillər göstərir ki, 

əsər Homer poemalarının yaşıdı və bəlkə daha qədimdir. Lakin 

əsərin dili üzərində vaxtaşırı əməliyyat aparılıb, dastan boylarının 

dili   sadələşdirilib.   Son   üzköçürmələrdən   aydın   olur   ki,   əsərin 

sintaksisinə toxunulmamış, daha çox leksik arxaizmlərə aydınlıq 

gətirilmiş, arxaik söz və ifadələrə sinonimlər əlavə edilmiş, zərif 

kommentariyalarla dil daha anlaşıqlı hala salınmışdır. Boyların dili 

frazeoloji materialın zənginliyinə və emosionallığına görə  yüksək 

bir ədəbi dil nümunəsidir. Bugünkü ədəbi dilimizin frazeoloji fon-

dunun əsas materialına «Dədə Qorqud»un dilində də rast gəlirik. 

Əslində, başqa mənbələrə nəzər salmadan belə,   bu kitabın dili 

öyrənmək istədiyimiz dövrün frazeoloji mənzərəsi üçün yetərlidir. 

Bizim dilçiliyin tədqiqat ənənəsi var və yazılı ədəbi dilin baş-

lanğıcı dedikdə, dərhal Həsənoğlu yada düşür. «Kitabi-Dədə Qor-

qud»a şifahi ədəbi dil nümunəsi kimi baxılır. Şifahi ədəbi dil nümu-

nəsi isə bir sıra tədqiqatçılar tərəfindən yazı qədər etibarlı sayılmır. 

Bunlara baxmayaraq, biz bu fikirdəyik ki, «Kitabi-Dədə Qorqud»un 

dili   ən   kamil   yazılı   mənbədən   daha   kamil   və   heç   bir   əsərlə 

müqayisə edilə bilməyən bir mənbədir.      (1,  454)  Odur ki biz 

tədqiqat   prosesində   bu   əsərin   dilini     daha     geniş   öyrənməyə 

çalışmışıq.

3.Orxon-Yenisey abidələrinin dili. 

V-VIII əsrlərə aid olan 

bu abidələrin dili  ümumtürk abidəsi olsa da,  başqa türk dilləri ilə 

yanaşı, Azərbaycan dilinin məcazlaşma imkanlarını öyrənmək üçün 

də qiymətli abidələrdir. Hiss olunur ki, bu abidələrin dili hələ yazıldığı 

dövrdə arxaik elementlərə və arxaik üslub xüsusiyyətlərinə malik ol-

muşdur. Yenisey abidələrinin dilinin  Azərbaycan dili xüsusiyyətlərinə 

299



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   213   214   215   216   217   218   219   220   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə