Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə215/243
tarix08.07.2018
ölçüsü3,71 Mb.
#54094
1   ...   211   212   213   214   215   216   217   218   ...   243

Azərbaycan xalqı formalaşdığı kimi, bu xalqın hamısının ünsiyyət 

vasitəsi vahid ümumxalq Azərbaycan dili də artıq mövcud idi və 

geniş dairədə işlənirdi”.(40; 71)  

Azərbaycan tarixçi, dilçi və etnoqraflarının əldə etdiyi yeni 

materiallar   əsasında   ümumxalq   Azərbaycan   dilinin   VI-VIII 

əsrlərdə   deyil,     III-V   əsrlərdə   tam   təşəkkül   tapmış   olduğu 

güstərilmişdir.   Artıq   bu  zaman,   yəni  “...V   yüzilliyin   sonları,  VI 

yüzilliyin əvvəllərində Azərbaycanın, demək olar ki, hər yerində 

dilləri   bizim   Azərbaycan   dilinin   kökündə   dayanan   soylar 

yaşayırdılar... Gətirdiyimiz külli miqdar materiallar və mülahizələr 

göstərir     ki,   ilk   orta   yüzilliklərdə   islam   dininin   bu   ərazidə 

yayılmasından qabaq, ola bilsin ki, daha çox qabaq Azərbaycan 

ərazisi əhalisinin böyük əksəriyyəti artıq türkdilli idi”. (5; 95-96) 

Bu   fikri   yalnız   ekstralinqvistik   amillərin   tədqiqi   əsasında 

deyil, toponim, etnonim, antroponim, hidronim, oronim və sairin, 

elmi   əsərlərə   yol   tapıb   həmin   əsərlərdə   mühafizə   olunmuş 

leksikanın araşdırılması əsasında digər alimlərin gəldiyi nəticələr 

də təsdiq edir. Bu dövr  başqa quruluş tipində olan qonşu dilləri 

Azərbaycan dilinin öz təsiri altına aldığı dövr idi.  XIX əsrin 70-ci 

illərində   doktor   Mordman   erməni   dilinə   həsr   etdiyi   əsərində 

yazmışdır:     «Məlumdur   ki,   ermənilər       Hind-Avropa   mənşəli 

xalqdır, amma onların dili   Turan (türk) dilinin güclü   təsirinə 

məruz qalmışdır. Mən həmin ifadə ilə  heç də çoxəsrlik  kontakt 

nəticəsində   osmanlı türkcəsindən   alınmış sözləri nəzərdə tut-

muram. Söhbət IV, V, VI və   VII əsrlərdə erməni ədəbi dilinə 

keçmiş   Turan   elementlərindən   gedir.   Bu   elə   bir   dövr   idi   ki, 

dünyada hələ nə səlcuqlar, nə osmanlılar… var idi». (13, 80)

Bizim   bir   sıra   tarixçi   alimlərimiz   də   bu   dövrü   geniş 

araşdırmışlar. Akademik Ziya Bünyadov yazmışdır: «Beləliklə, Azər-

baycanın   və   Aranın   türkləşməsi   ərəblərin     siyasi   arenaya 

çıxmasından çox-çox əvvəl  Sasani imperiyası tərkibində başlamışdı. 

Ərəblərin Azərbaycanda görünməsi  və müstəmləkəçiliyi əvvəllər  bu 

prosesi   ləngidirdi,   lakin   tezliklə   ərəblərin     türklər   tərəfindən 

assimilyasiyaya uğradılması   onu sürətləndirdi   və hər hansı yüz 

ildən sonra  o, geniş vüsət aldı».(38, 182) Z.Bünyadov yenə yazmış-

288



dır:   «Bir   sıra   tədqiqatçıların   etdiyi   kimi,   türkləşmənin     XI   –   XII 

əsrlərdə baş verdiyini  qəbul etmək səhv olardı. Azərbaycan ərazisinə 

türkləri gəlmə, yad  xalq hesab etmək də inandırıcı deyil, çünki bu 

halda   böyük kompakt   yerli türk tayfa   təşkilatları inkar edilmiş 

olur». (38, 179)

Keçmiş SSRİ-də qədim Şərqi, qədim Şərq dillərini yaxşı bilən 

üç alimdən biri – Yusif Yusifov deyir ki, Azərbaycan türk xalqı və 

ümumxalq Azərbaycan dili VI əsrdə artıq tam təşəkkül tapmışdı 

(Tarixçilərdən nahaq sitat verirəm, çünki bəzi alimlərin fikrinə görə, 

«tarixçinin dilə nə dəxli var?»). 

Türk   tarixinə   dair   bir   akademiya   qədər   iş   görmüş 

Q.Qeybullayev   yazır   ki,   Səlcuqlar   gələndən   neçə   yüz   il   əvvəl 

Azərbaycan dili mövcud idi və Səlcuqların bu dilin formalaşmasında 

heç bir rolu yoxdur. 

Dissertantın   əsaslanmaq   istədiyi   N.Cəfərov   konkret   bir 

nümunə ilə əvvəlki mğrtəce konsepsiyanı ustalıqla ifşa etmişdir. 

Müəllif   akademik   «Azərbaycan   tarixi”»nin   1-ci   cildində   (1998) 

Azərbaycan xalqının etnik tərkibi, dilinin mənşəyi və inkişaf yolu 

barədə   fikrin   mürtəce   mahiyyətini   (biz   bu   mğrtəce   mahiyyəti 

«Təzadlar» qəzetinin 2001-ci il iyul-avqust nümrələrində geniş 

şəkildə oxuculara zatdırmışıq) düzgün ifşa etmişdir: «Azərbaycan 

xalqının   təşəkkülündə   Manna,   Atropatena   və   Qafqaz 

Albaniyasında   məskunlaşmış   müxtəlif,   o   cümlədən   Qafqaz   və 

İran dillərində danışan (kursiv mənimdir – Q.K.) qədim dövr və 

orta əsrlərin tayfa və xalqları – mannalılar, kaspilər, Atropatena 

madalıları,   albanlar,   azərilər   və   bir   sıra   digərləri   əsas   rol 

oynamışlar.   Azərbaycan   xalqının,   dilinin   formalaşması 

etnogenezin son mərhələsində - orta əsrlərdə davam etmişdir»”. 

(1;34)   N.Cəfərov   «Azərbaycan   tarixi»ndən   bu   sitatı   verərək 

yazır: “Göründüyü kimi, bu «konsepsiya”» Azərbaycan xalqının 

mənşəyi barədə hər cür volyuntarist nəzəriyyənin ortaya çıxması 

üçün münbit metodoloji şərait yaradır. Və bu “konsepsiya” yalnız 

səhv   deyil,   həm   də   mürtəcedir,   xalqa   öz   keçmişini,   etnik 

mənşəyini   unutdurmaq   «ehtiyac”ından»   irəli   gəlmişdir»”.   (44; 

16) Akademik nəşrin tənqidinə həsr etdiyimiz silsilə məqalələrdə 

birinci   cilddə   Azərbaycan   etnogenezinə   yanlış   və   qeyri-elmi, 

zərərli   mövqeyə   kəskin   münasibətimizi   bildirmişik.   (bax:   59) 

289



N.Cəfərovun   münasibətində   bizə   xoş   gələn   odur   ki,   reallıq 

getdikcə   dərk   olunmaqdadır.   Çünki   bu,   son   dərəcə   ciddi 

məsələdir   –   «Xalqa   öz   tarixini   unutdurmaq   ehtiyacı»”   başqa 

şəkildə deyilmiş olsa, əslində, düşmənçilikdir. 

Söhbət   etnogenezdən   gedir.   “Tarixçi”   adlananın   əksinə 

olaraq,   xalqın   dilini,   mədəniyyət   və   sosial   tarixini   düzgün 

düşünən dilçi yazır: 

 “III-V əsrlərdə Azərbaycan dili formalaşır, - bu proses türk 

tayfa   dillərinin   (birinci   növbədə   folklor   dilinin)   mərkəzləşməsi 

hesabına gedir; VII, XI əsrlərdə Azərbaycana gələn türk tayfaları 

artıq   müxtəlif   tayfalarla   (yaxud   tayfa   birlikləri   ilə)   deyil, 

müəyyənləşmiş xalq mövcudluğu (və onun dili) ilə qarşılaşır - 

gəlmə mədəniyyətin qohum yerli mədəniyyətlə ehtivası tədricən 

gedir”. (44; 16-17) 

Burada   fikir   daha   aydın   söylənmişdir:   III-V   əsrlərdə 

Azərbaycan xalqı və ümumxalq Azərbaycan dili formalaşmışdır. 

Və yenə çox aydın deyilmişdir: bu dövrdən, yəni V əsrdən sonra 

gələn türklər Azərbaycan ərazisində tayfalarla və ya tayfa dilləri 

ilə   deyil,   hazır   xalqla   və   onun   artıq   təşəkkül   tapmış   dili   ilə 

qarşılaşmışlar. Buradan o da hasil olur ki, XI və sonrakı əsrlərdə 

gələn   Səlcuq   oğuzları   Azərbaycanda   Azərbaycan   dili 

formalaşdırmayıb. Onlar gələndə artıq bu xalq və onun dili vardı. 

Onlar yalnız bu hazıra havadar ola bilərdilər. Və bəlkə buna heç 

ehtiyac   da   yox   idi.   Beləliklə,   bu   fikir   Səlcuqlar   tərəfindən 

Azərbaycan   dilinin   formalaşdırılması   barədə   kökündən   yanlış 

olan  zərərli  konsepsiyanın  bizim tərəfimizdən dartılıb qoparılmış 

ïóò àüàúûíû bir daha baltalamışdır.

Mən bunları misal gətirəndə qeyri millətlər yox (onlar deyə 

bilər), türk millətinin bir sıra savadlı adamları   etiraz edir, özü də 

ictimai yerdə, deyirlər ki, «Nə olar, onlar elə deyib, bu da belə 

deyir, bununla dünya dağılmır ki?»  

3.

Bu adam deyir ki,



  «Kitabi-Dədə Qorqud» X1

 

əsrin 



abidəsidir. 

290



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   211   212   213   214   215   216   217   218   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə