Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə211/243
tarix08.07.2018
ölçüsü3,71 Mb.
#54094
1   ...   207   208   209   210   211   212   213   214   ...   243

Mərkəzi Asiyada türkün çox geniş arealı həmin protodildə türk 

dialektinin aparıcı rolunu göstərməkdədir.  

Müasir   insan   tipinin   Ön   Asiya   hüdudlarında   təşəkkül 

tapdığını   və   ulu   dilin   bu   ərazilərdə     protodillərə   təcrid 

olunduğunu   nəzərə   almayan   tədqiqatçılar   türklərin   qərb 

ölkələrinə və o cümlədən Azərbaycan ərazilərinə Orta Asiyadan 

gəldiyini güman edirlər. Lakin daha diqqətli tədqiqatçılar onların 

Ön Asiyadan Orta   və Mərkəzi Asiyaya  getdiyini,   sonralar  yeni 

qüvvə ilə geri qayıtdıqlarını qeyd etmişlər. (43; 10) Türklər güclü 

qol olduğundan onların  Qərbə və Şərqə  yayılma arealı da geniş 

olmuşdur.   Altay   sözünün   özünü   də   türklər   indiki   Altaya   Ön 

Asiyadan - e.ə. III minilliyin başlanğıcında  son şüaları görünən 

və   bəlkə   də   neçə   yüzillik   tarixi   olan     Aratta   ərazi   adından 

aparmışlar. Bu ad bir qədər sonra  (Altaydan çox qabaq) elə Ön 

Asiyada   da   Alatey     şəklində   işlənmişdir.   «Altaydanzıxma» 

nəzəriyyəsinin   Murad   Adji   kimi   təbliğatzıları   bəşərin   inkişaf 

tarixindən xəbərsizlərdir və zox səthi, eybəcər tarixzilərdir.

VIII-VI   minilliklərdə - pratürkün daha sürətlə dialekt və 

şivələrə   ayrıldığı   dövrdə   qəbilə   və   tayfaların   müxtəlif 

istiqamətlərdə   hərəkəti   də   güclənmişdir.   Türklər   Qərbi 

Anadoluya, Balkana, Cənubi Qafqaza   yayılmışdır. Orta Asiyaya 

miqrasiya güclənmiş və tədricən qərbi və şərqi türk qollarında 

fərqlər çoxalmağa başlamışdır. 

Bu dövr hələ vahid ərazi və dövlət anlayışlarının olmaması 

ilə şərtləndiyi kimi, dilin də bu və ya başqa bir xalqa məxsus dil 

kimi təşəkkül tapmış olduğunu iddia etmək olmaz. Şübhəsiz, Ön 

Asiya   və   Qafqaz   ərazilərində   türk   tayfaları   ilə   yanaşı,   Hind-

Avropa   köklğlər,  qafqazdillilər  də  mövcud   idi,  yanaşı  və birgə 

yaşayırdılar. 

Bizim tarixdə Aratta dövründən (e.ə.28-ci əsr)  başlayaraq kuti, 

lullubi, kassit, turukki, mağ, uti, qarqar, kimmer türk tayfalarının fəa-

liyyəti məlumdur. Sonra Manna, Midiya, Atropatena və Albaniya döv-

lətləri gəlir.  Bunların əsas əhalisi türklərdən ibarət olmuşdur. Farslar 

və ümumən irandillilər bu əraziyə e.ə. VIII əsrdə gəlmiş,  ucqarlarda 

276



yaşamış və VI əsrin ortalarında xəyanətlə Midiyada hakimiyyəti ələ 

ala bilmişlər.   Son tədqiqatlar göstərir ki, farsların Əfrasiyab ad-

landırdıqları   Alp   Ər   Tonqa   sonuncu   Midiya   padşahı   Astiaqdır 

(H.İsrafilov).Bu, midiyalıların türklərdən ibarət  olduğunun yeni əsaslı 

sübutudur.

Bu qeydlərdən sonra bizi daha çox maraqlandıran məsələyə – 

Azərbaycan xalqının və dilinin təşəkkülü məsələlərinə keçək.

Bu vaxta qədər xalqımızın  etnik tarixi  yanlış və zərərli bir 

konsepsiya əsasında izah edilmişdir. Bu konsepsiya artıq özünün 

qeyri-elmiliyi,   mürtəceliyi   ilə   əksər   tədqiqatçıların   diqqətini 

çəkmişdir.   (bax:   59)   Ə.Dəmirzizadə,   Y.Yusifov,   Q.Qeybullayev 

Azərbaycanı   başdan-binadan   tğrkğn   vətəni   saymış,   Azərbaycan 

xalqının,   Azərbaycan   dilinin   ilkin   feodalizm   düvrğndə   -     III   –V 

əsrlərdə təşəkkğl tapdığını yazmışlar. 

Azərbaycan xalqının  və onun dilinin təşəkkülünün  V əsrdə 

başa çatdığını  şərtləndirən bir sıra amillər olmuşdur.

Ümumxalq Azərbaycan dilinin təşəkkülünü göstərən mühüm 

dəlillərdən   biri   V   əsrdə   vahid   Alban   yazısının   olması   və   həmin 

yazının yenidən təkmilləşdirilməsidir.  

Azərbaycan ərazisində yaşayan aparıcı tayfalar 5 min il əvvəl 

də öz zamanında mövcud olan yazı formasından (qayalar, daşlar, 

gil   lövhələr,   baş   daşları,   annallar   üzərində   mixi   yazılar)   istifadə 

etmişlər.   Hansı   ərazidə   daha   çox   yazılıbsa,   hansı   dövlət   daha 

əzəmətli   abidələr   qoyubsa,   təsadüflər   nəyi   qoruyubsa,   onlar   da 

qalıb.   Yüz   illərlə   hökm   sürmüş,   tarixdə   böyük   izlər   buraxmış 

dövlətlər, şübhəsiz, xüsusi  yazı mədəniyyətinə də malik olmuşlar. 

Biz Aratta dövründən   eramızın X əsrinə qədərki 4000 illik yolun 

mədəni, elmi inkişafını ardıcıl izləyə bilməsək də, mənbələrin azlığı 

buna imkan verməsə də, daim torpaqlarımızın  aborigen əhalisinin 

böyük   mədəniyyət   sahibi   olduğunu   öyrənə   bilmişik.   Xalqın, 

ümumxalq dilinin təşəkkül tapdığı dövrdə (V əsr) onun yazısının 

təkmilləşdirilməsi   barədə   tarixin   qoruyub   saxladığı   məlumat 

277



mərhələli inkişafın yüksək pillələrindən birinin təbii yadigarıdır.(bax: 

16; 100-116)

Şimallı-cənublu Azərbaycanın bir xalq kimi təşəkkül tapması 

hər iki ərazidə aborigen qədim türk tayfalarının zamanın gedişində 

tədricən zəruri şəkildə bir xalq kimi təmərküzləşməsi yolu ilə baş 

vermişdir.   Qədim     türk     tayfaları   Azərbaycan   ərazisində 

məskunlaşmaqla eradan əvvəlki bir neçə minillik ərzində etnodil 

ümumiliyi   çərçivəsində   yerli   keyfiyyətlərin,   ərazi   toponimlərinin 

təşəkkülü ənənəsini davam etdirmişlər. Ölkəmizin ərazisinə qohum 

türk tayfalarının mərhələli axını və onların dillərinin yerli etnosların 

dilləri ilə  konsolidasiyası da böyük gücə malik olmuşdur.  Bir sıra 

türk   tayfalarının   (kutilərin,   utilərin,   albanların,   kaspilərin   və   s.) 

yayılma arealının geniş olması, ölkənin həm şimal, həm də cənub 

bölgələrində   məskunlaşmaları   türk   tayfa   dillərinin   ümumiləşməsi 

işini asanlaşdırmışdır. Şimalla cənub arasında möhkəm sərhədlərin 

olmaması da tayfa dillərinin xalq dili kimi ümumiləşməsi xeyrinə idi. 

Tayfa   dillərinin   ümumxalq   dili   şəklində   formalaşmasında 

ekstralinqvistik amillərin rolu böyük idi. Tarix elə gətirmişdi ki, 

Azərbaycanın   şimal   və   cənub     əraziləri   eradan   əvvəlki   son 

yüzilliklərdə və eramızın əvvəllərində - ilkin orta əsrlərdə daim 

birlikdə olmuşdur. 

E.ə. IV əsrin II yarısında Makedoniyalı İskəndərin yaratdığı 

imperiya daxilində şimalın və cənubun əlaqələri artmışdı. Tarixi 

faktlar göstərir ki, hələ İskəndərin işğalından əvvəl də şimalla 

cənub   birlikdə   olmuşdur.   Atropatın   rəhbərliyi   ilə   Atropatena 

əhalisi ilə yanaşı, albanların da İskəndərə qarşı müharibəsi bunu 

təsdiq edir. İskəndərə qarşı vuruşan orduda  midiyalılarla yanaşı, 

albanlar,   sakasinlər,   kadusilər   də   iştirak   edirdilər.   (2;   136) 

Atropatın   sülaləsi,   təbii   ki,   bu   birliyi   xeyli   müddət   davam 

etdirmişdir.  

Sonrakı dövrdə Parfiya dövləti  (e.ə.250 - e.226) tərkibində 

Azərbaycan və Albaniyanın bir canişinlikdə birləşdirilməsi vahid 

Azərbaycan   xalqının   təşəkkülünü   sürətləndirmişdir.   Sasanilər 

imperiyası   dövründə   də   (III-VII   əsrlər)   şimal   ilə   cənub   vahid 

278



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   207   208   209   210   211   212   213   214   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə