Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə209/243
tarix08.07.2018
ölçüsü3,71 Mb.
#54094
1   ...   205   206   207   208   209   210   211   212   ...   243

qədər fərqli şəkildə «Nəticə»də də təkrar etmişdir: «Həm «türki»nin 

inkişafı, zənginləşməsi üçün   yeni mənbələr yaranır, həm də onun 



funksional  coğrafiyası genişlənir

, «türki»nin işlənmə diapazonu 

əvvəlki 

yekcins  monotürk mühitindən  qeyri-türk mühitlərinə 

doğru irəliləyir



Türki Qərbi Avropada, Rusda, Balkanlarda, 



Kiçik Asiyada, İraqda, İranda, Hindistanda, Tibetdə, Çində 

fərqli linqvoetnik mühitlərə nüfuz edir».

 (Fərqləndirmə bizimdir 

Q.K


.)  (s.31).

Söhbət «türki» adlandırdığı dövrə, yəni X əsrdən sonraya 

aiddir.

Bu iki cümlədə, bir də yuxarıda «yenilik» kimi verdiyi son 



cümlədə (içərisində «Qafqaz» sözü işlənən) iki «mühüm» fikir var: 

birisi budur ki, müəllif X1 əsrə qədər Azərbaycanda türk təsəvvür 

etmir,   yəni   Azərbaycanın   bu   dövrdən   əvvəlki   əhalisinin   türk 

olduğunu   qəbul   etmir.   İkincisi   odur   ki,   türk   dünyasında 

umumiyyətlə Azərbaycan tanımır. Baxın, lazım olan hissəni bir də 

verirəm:  



«Mədəni   tarixi   proseslərin     məkanı…     İrana, 

oradan da Bizansa yayılır» «Türki… İraqda, İranda… fərqli 

linqvoetnik mühitlərə nüfuz edir».  

Avtoreferatda yeganə bu 

cümlələrdə

  Azərbaycan  

adı çəkilə bilərdi, müəllif hər iki halda 



Azərbaycanı «İran» 

adı altında qeyd edir. Anadolunun türkləşdi-

rilməsi tarixi ilə Azərbaycanın türk tarixinə fərq qoyulmur. İkinci 

cümlədə   fikir   daha   aydındır:   türkün   coğrafiyası   genişlənir,   türk 

«qeyri-türk mühitlərinə nüfuz edir». Belə qeyri-türk mühitlərindən 

biri də Azərbaycan əvəzinə İran  sayılır. 

Müəllifin əvvəlki dövr haqqında dediyi   «yekcins   monotürk 

mühit» də doğru deyil, türklər çox vaxt monqollar və çinlilərlə qarışıq 

yaşayıb və çox geniş ərazidə yaşayıblar.

Yaxşı,   deyək   ki,   bir   sıra   müasirləri   kimi,   bizim   hörmətli 

doktorant  da XI əsrə qədər Azərbaycanda türk görmür və ya qəbul 

etmir.  Bəs onun milli heysiyyəti haradadır?  Bu adam hələ bilmir ki, 

«İran»   termini   çox   sonralar   yaranıb,   farsların   yaşadığı   ərazi 

«Persiya», «Persida» adlanıb. Bu da heç, lap elə deyək ki, «İran» 

sözü də olub. Bəs vətəndaşlıq hissinə nə söz?  

Məktəblilər də bilir ki, İran olmayanda Azərbaycan var idi 

və onun tarixi  İran tarixindən 2500 il qədimdir. 

270



Ümumən belə təəssürat qazanmaq olur ki, müəllifin daxili dü-

şüncəsinə görə, onun yazdıqlarını heç kəs başa düşməyəcək. Çünki 

fikirlərini   çox   ustalıqla   pərdələməyə   çalışıb.   Ona   görə   də 

erməninin,   rusun,   farsın   deyə   biləcəklərini   (lakin   hələ   ağıllarına 

gətirmədiklərini) bu əsərdə görmək olur. İstər-istəməz kədərli və 

təəssüf   dolu   nigarançılıq   içərisində   çırpınırsan.   Türkə,   türkün 

tarixinə bu nifrət haradan doğur? 

Əslində, istədikləri məlumdur. Amma hər şeyi açıb demək 

olmur. 

Bu cür kədərli düşüncələrlə yatdığım vaxt yuxuda nəhəng 



gövdəli, ağ saçlı bir müdriklə görüşdüm. Oğlum da yanımda idi, 

amma utanmadım, hönkürüb ağladım. Dedim ki, mən bir sıra 

hadisələrin   səbəbini   izah   edə   bilmirəm,   hər   şeyi   açıb   danışa 

bilmirəm.

Yır-yığış edirdi, harasa tələsirdi. Ona görə də mənə ötəri cavab 

verdi: 


-Elədir, hər şeyi danışmaq olmur, - dedi. 

Daha başqa yol göstərmədi.

Səhəri Şah İsmayılın şeirlərini oxuyarkən də eyni fikrə rast 

gəldim: 


Daxi sir var deyilməz xəlq içində,

Yenə söz var deyəsi xülq içində.(169)

Yaxşı, bizim cəmiyyət illərdən bəri İqrar Əliyevin bu əsassız 

konsepsiyasına   qarşı   mübarizə   aparır,   indi   biz   yeni   İqrar 

böyüdürük?   Gör   cəsarətə   bax   ki,   nə   günə   qalmışıq   ki, 

Azərbaycan tarixinə yox deməyə çalışan bir adam mənim əlimlə 

doktor olmaq istəyir! 

Bu adam türk dillərinin, o cümlədən Azərbaycan dilinin tarixi 

inkişaf yoluna dair əsər yazıb doktor olmaq istəyir. Qayda budur ki, 

insan  öz xalqının   həqiqi tarixini  üzə  çıxarmaq  üçün  yazılmışlara 

əsaslanar,  indiyə qədər qoyulmuş bünövrənin üzərinə yeni bir daş 

qoyar.   Bunun   əksinə   olaraq,   doktor   olmaq   istəyən   bu   adam 

Azərbaycan elminin bu vaxta qədərki nailiyyətini bir kənara ataraq 

deyir   ki,   sənin   tarixin   yoxdur,   sənin   olsa-olsa,   200-300   illik   dil 

tarixin var. Əslində, heç bunu da demir. Belə də xalq olar?  Özü də 

271



görürsən   ki,   bu,   savadsızlıqla   bağlı   deyil,   şüurlu   şəkildə 

respublikanın dövlət dilinin tarixinə hücumdur. Dəridən-qabıqdan 

çıxıb düşmənin dediyinin təsdiqinə çalışır: «Sən bura gəlməsən!» 

Biz   «Aşina   və   Azərbaycan»   adlı   məqaləmizdə   Xaqanlığı 

yaradan  tayfanın     Azərbaycandan  getdiyini  sübut  etmişik.  Gənc 

alim   isə   Xaqanlıq   parçalandıqdan   neçə   yüz   il   sonra   türklərin 

Azərbaycana gəldiyini iddia edir. Odur ki bunların heç birini təkzib 

etmədən  (edə də bilməzdi) Azərbaycanın X1 əsrdən türkləşdirildiyi 

kimi ən köhnə və cəfəng fikirlərlə doktorluq iddiasına düşüb.

Dissertant «türki» dediyinin tənəzzülündən danışır. Lakin  «tə-

nəzzül»ün mahiyyətini açmır. 

Sovet quruluşu tənəzzül elədi

 – məhv 

oldu, dağıldı. «Türkinin tənəzzülü» nədən ibarətdir? Yoxsa nəyəsə 

parçalandı? Nəyə parçalandı, niyə deyilmir? Yəqin sonra da bunu 

«əsaslandıracaq» ki, «türki» dillərə yox, şivələrə parçalandı. Çünki 300 

ilin müddətində dil yarana bilməz. İraq türkmanları Azərbaycandan 

300   ilə   yaxındır   ki,   ayrılıb,   amma   Azərbaycan   şivələri   olaraq 

qalmaqdadır və əsaslı dəyişikliklərə malik deyil.

Yaxud  «qədim türk dili» dediyi   dil hardan çıxıb, nə vaxt 

əmələ gəlib? Bəlkə elə VI əsrdə göydən tökülüblər? 

Ümumən bu əsərdə o qədər ziddiyyətli fikirlər var ki, onların 

hamısını   izah   etsən,   gərək   müəllifin   dissertasiyasından   iki   dəfə 

böyük yazı yazasan.  Deyir ki, «təktərəfli söz birləşmələri  türkidə 

də işlənir və orta əsrlərə doğru  getdikcə qrammatik  normalılıqdan 

çıxaraq   üslubiləşir,   bədii   fiqur   olur».(32)   Bu   lap   hoqqabazlıqdır. 

Əvvələn   «təktərəfli   söz   birləşməsi»   termini   yarandığı   günlərdən 

ölüb, öz əhəmiyyətini itirib. İkincisi də, bu forma (yəni mənsubiyyət 

şəkilçili sözlər) fikir ifadəsinin ən mühüm forması kimi daim işlək 

olub.   Biz   birisinə   «dəftərin   məndədir»   deyəndə   üslubi   fiqur 

düzəldirik?

Bu gün bu çıxır ortalığa, sabah o birisi.   İş o yerə gəlib ki, 

Azərbaycan türkünü kiçik bir etnos misalında  gözümçıxdıya salmağa 

çalışırlar.  Türkün isə qəlbi o qədər geniş, başı o qədər pərişandır ki, 

kəlləgöz kimi uzanıb günün altında, bu cür oxları sinək hesab edir. 

Amma,   xeyr,   fikir   verməlidir.   Hənək-hənək.   axırı   dəyənək.   Bura 

gətirirlər…

Axı bu nə sözdür, mən başa düşmürəm? Elm adına tərkibində 

olduğun xalqın tarixinə qara yaxasan? Elm gerçəkliyə xidmət edər, 

272



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   205   206   207   208   209   210   211   212   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə