yoxsa şüurlu şəkildə xalqın tarixi əleyhinə hədyan söyləməyə yö-
nəldilər?
Mir Cəlalın «Dirilən adam» romanında baş qəhrəman Qədir
haqsızlıq dünyasından, Bəbir bəyin zorakılıqlarından pristava
şikayət edir. Xeyli danışdıqdan sonra pristav qəzəblə soruşur:
-Nə istəyirsən?
Qədir deyir:
-Qoy başdan danışım.
Yenə bəyin zorakılığı haqqında xeyli danışır, bəyin insana
yaraşmayan hərəkətlərini sadalayır. Lakin bu dəfə pristav daha
qəzəblə soruşur:
- Nə istəyirsən, a çöllü?
Qədir müvazinətini düzəldib üçüncü dəfə deyir:
-Qoy başdan danışım.
İndi mən də məcburam o «çöllü» kimi haq yolunda başdan
danışam. Çünki istəməyəndə başa düşmək istəmirlər. Sən də məc-
bursan bir də başdan danışasan. Axırı da haq danışdığın üçün ya
səni Qədir kimi dama basacaqlar, ya da elə bir vaxt gələcək ki,
onların çarxını çevirəcəklər.
Yer üzərində yaranmış vahid Ulu dilin inkişafında təqribən
miladdan əvvəl XII minillikdə ikinci böyük mərhələ - protodillərin
parçalanması mərhələsi başlayır və XII-VI minilliklər arası dil
ailələrinin təşəkkülü dövrü hesab olunur.
E. ə. VI minilliyə qədərki dövr haqqında yalnız arxeoloji
materiallar əsasında məlumat almaq olur. Mezolitdə (XII-VIII
minilliklər) insanın əmək fəaliyyətində, dünyagörüşündə, ətraf
aləmə münasibətində əmələ gələn dəyişikliklər onun təfəkkür və
nitq inkişafına səbəb olur. Həyatın 12 min il əvvəl başladığı
Qobustan mağara düşərgəsi materialları bunun əyani sübutu
sayılır. Neolit dövründə (VII-VI minilliklər) insanın oturaq həyata
keçməsi, maldarlıq və əkinçiliklə əsaslı surətdə məşğul olmağa
başlaması onun dərketmə qabiliyyətinin yüksəlməsi üçün güclü
zəmin yaradır, ibtidai insan ilkin incəsənət vərdişləri əldə edir.
İnsan sürətlə artır, dillər uzaq ərazilər və uzun minilliklər
hesabına tədricən bir-birindən fərqli keyfiyyətlər qazanmağa
başlayır: “Artıq ibtidai tarixin sonunda ən iri dil ailələri, başqa
273
sözlə, qrammatik quruluşuna və əsas lüğət fonduna görə yaxın
olan dil ailələri mövcud idi: Hind-Avropa (müasir slavyan, baltik,
german, kelt, roman, İran, hind, erməni, yunan və b. dillər),
sami-hami dilləri (qədim Misir, sami - akkad (babil, assur),
Finikiya, qədim yevrey, ərəb, həbəş (amxar) və b. dillər), həm
də şumer və xurrit, Altay (türk, monqol və b. dillər), Çin-Tibet
(Çin xalqlarının dilləri, Tibet, Vyetnam, Birma), Ural (fin-uqor-
samodiy dilləri) və s.”(İstoriə drevneqo mira, 1, Moskva, 1983,
s. 35-36)
Bu dövr hazırkı türk dilləri üçün pratürkün parçalanması
dövrü sayılır. Pratürkün parçalanması da məhz Ön Asiya
hüdudları ilə bağlı olmuşdur. Prof.Y.B.Yusifov yazır: «Çox
güman ki, pratürk dil birliyinin parçalanması e.ə. VIII-VII
minilliklərdə baş vermiş və bu dövrdə Hind-Avropa dili ilə
ünsiyyətdə olmuşdur. Bu etnosların arasında qarşılıqlı leksik
mənimsəmələr prototürklərin ilk vətəni Ön Asiyada (fərqləndirmə
mənimdir - Q.K.) baş vermişdir»”. (Azərbaycan tarixi, I,
Azərbaycan Düvlət Nəşriyyatı, Bakı, 1994, s. 83) Müəllif Hind-
Avropa dili ilə ünsiyyəti ona görə nəzərə çarpdırır ki, hələ tam
yetkinləşməmiş bu dil ailələrinin praformalarında leksik
müvaziliklər aydın seçilir. Lakin bunlar bu iki dilin Ön Asiyada
kontaktı ilə deyil, daha zox eyni kökdən - vahid Ulu dildən
ayrılmaları ilə bağlı olmuşdur. Azərbaycan əraziləri pratürkün
vətəni olmaqla, onun parçalanma sahəsi kimi mərkəzi mövqe
tuturdu.
E.ə.12-ci minillikdə sami tayfalarından, hindavropalılardan
və başqalarından təcridolunma prosesini əsasən başa çatdırmış
olan prototürk əhali böyük kütlələr halında miqrasiyaya
başlayarkən bir qismi öz ulu vətənində qalmış, qalanı güclü
axınla münbit şərait və torpaqlar axtarışı ilə səyahətə çıxmış,
qərbdə Balkana, şərqdə Çin və yapon sərhədlərinə qədər
irəliləmiş, minilliklər ərzində antropoloji quruluşunu
təkmilləşdirməklə yanaşı, dilini də dəyişmiş, artıb-çoxalmış,
qohum budaqlara ayrılmışdır. Buna görə də türklərin qərb və
şərq vətənləri arasında oxşar relyef və çay vadiləri, dağ ətəkləri,
274
çoxlu toponimlər vardır. Türklərin, monqolların, tunqus-
mancurların bir kökdən olmasına bu mənada şübhə yoxdur.
Bunlar güstərir ki, Altay türklərin beşiyi, ilkin vətəni deyildir.
Türklərin beşiyi Ön Asiyadır. Hər şey buradan başlamışdır. İlk
miqrasiyaların çıxış nöqtəsi Ön Asiyadır. E.ə. VIII-VII əsrlərdə
sakların, kimmerlərin, skiflərin Azərbaycana gəlişi qohum
tayfaların çox sonrakı əks miqrasiyalarındandır.
Türklərin şərqə birbaşa ilkin hərəkəti mezolitə (XII-VIII
minilliklər) aiddir, çünki ən mühüm miqrasiyalar dövrü mezolit
hesab olunur. Mezolitdən keçən minilliklər ərzində (hun dövrünə
qədər 8 min il) türklər Altayda artıb-çoxalmış, tədricən bu
kökdən tipoloji cəhətdən eyni olan tunqus-mancur və monqol
dilləri təcrid olunmuşdur. Görünür, iltisaqi türk protodili hələ
miqrasiyanın başlandığı dövrdə aydın şivə xüsusiyyətləri ilə
fərqlənirmiş. Ön Asiyada qalan türk qolundan iltisaqi türk-
şumer, elam, hurri və urartu dilləri, şərqə üz tutan qolundan
monqol, tunqus, mancur, yapon, koreya dilləri ayrılmışdır.
Qarışıq şivələr Mərkəzi Asiyanın hüdudsuz ərazilərində hələ
Altayaqədərki dövrdə qohumluq əlaqələri çətin sezilən fərqli
keyfiyyətlər qazanmışdır. Bunlardan belə nəticə çıxarmaq olur
ki, qədim dünyanın bütün iltisaqi dilləri bir kökdən, bir ümumi
protodildən yaranmışlar. Bu cəhət tipoloji cəhətdən fərqlənən
digər dil ailələrinə də aiddir.
Biz bu mülahizələrdə türkləri qohumları arasında ona görə
əsas qol hesab edirik ki, Ön və Mərkəzi Asiyada daim böyük
kəmiyyət üstünlükləri ilə fərqlənmişlər. Digər tərəfdən, çox aydın
hiss olunur ki, şərqə, qərbə, şimala hərəkət edən türklər heç
vaxt Ön Asiya ilə əlaqələrini kəsməmişlər. Tarixini bilmədiyimiz
saysız əks miqrasiyalar olmuşdur ki, bunlardan bizə çatanı hələlik
sakların, skiflərin, kimmerlərin geri miqrasiyasıdır. Ulu dildən
təcrid olunmuş türk protodilini, o protodil ki ondan Ön Asiyada
elam, hurri, urartu, Mərkəzi Asiyada monqol, mancur, tunqus,
Koreya dilləri təcrid olunmuşdur, onu başqa bir şərti adla da
adlandırmaq olardı. Lakin Ön Asiyada şumer-türk üstünlüyü,
275
Dostları ilə paylaş: |