15 yanvar 2016-cı il
http://www.amu.edu.az
7
Şirniyyata meyillilik kokain
asılılığına bənzəyir.
Skripps
Elmi-Tədqiqat İnstitutunun
(ABŞ) alimləri bu qənaətə
gəliblər. AZƏRTAC
“medvesti.com”a istinadla
xəbər verir ki, alimlər
eksperiment çərçivəsində
laboratoriya siçovullarına
şirniyyat yediriblər.
Müəyyən vaxt keçəndən sonra
heyvanlarda açıq-aydın şirniyyatdan asılılıq müşahidə olunmağa başlayıb.
Alimlər belə davranışı kokain asılılığı ilə müqayisə ediblər.
Qeyd edək ki, asılılığın hər hansı növü baş beyində neyromediatorların
fəaliyyəti ilə bağlıdır. Hər hansı canlını dofaminin köləsi adlandırmaq olar.
İnsan da istisna deyil. Bu hormonun ifrazı bizi xoşbəxt edir, nəşələndirir.
Dofaminin yoxluğu depressiya yaradır, əlimizi işdən soyudur. Bu xoşbəxtlik
hormonu təkcə narkotiklərdən istifadə zamanı ifraz olunmur. Hər
hansı yemək, xüsusən şirniyyat serotonin ilə birgə dofaminin ifrazına
gətirib çıxarır. Sinir sistemini tez-tez şirniyyatla stimullaşdırmaq “qida
narkomaniyası” yaradır. Nəticədə insan şirniyyat yeməyincə özünü xoşbəxt
hiss etmir. Nikotin asılılığı və fastfudla dolanmaq arzusu olan insanlarda da
oxşar mexanizmlər işləyir.
Hazırladı M. Ələkbərli
Şüa diaqnostika və şüa terapiya elmi daim inkişaf etməkdə və yeniləşməkdədir. Dünyada bu elmin hər bir yeniliyini, nailiyyətini mənimsəmək, bu
bilikləri tələbələrə çatdırmaq üçün dərsliklərin yazılması günün ən vacib məsəslələrindən biridir.
Dərslik keçmiş SSRİ Orta və Ali Təhsil Nazirliyi-
nin son illərdə buraxdığı Şüa diaqnostikası proq-
ramı əsasında, müasir elmin və tibbi praktikanın
nailiyyətləri nəzərə alınmaqla tərtib edilmişdir.
Kitabda bir neçə yeniliklər nəzərə çarpır. Belə ki,
onun yeni məzmunda olması, yeni elm və texnikanın
nailiyyətlərini özündə əks etdirməsi, sistem şəklində
müasir diaqnostik metodlardan istifadə edilməsi
ilə orqanizmdə gedən müxtəlif patoloji proseslərin
şəkillər və sxemlər ilə izahi xüsusilə tədqirə layiqdir.
Dərslik 9 fəsildən ibarət olub, Radiodiaqnostika
elminin tarixindən və insan orqanizmində baş verən
patoloji proseslərin şüa diaqnostikasından bəhs edir.
Kitabda müxtəlif xəstəliklərin Rentgenoqramı,
Sonoqramı, Dopleroqramı, KT, MRT, USM, və s.
göstərməklə çoxlu miqdarda fotoşəkil və sxemlər ve-
rilmişdir ki, bu da şüa diaqnostikasına aid təsəvvürü
genişləndirir və bu elmin kifayət dərəcədə qavranılmasını asanlaşdırır.
Dərslikdən ali tibb təhsili olan tələbələr, rezidentlər, aspirantlar, klinik ordinatorlar və
həkimlər istifadə edə bilərlər.
Son illərdə təbabətdə xəstəliklərin
vaxtında aşkar edilməsində çox
üstünlüklər tədbiq edilən rentgenoloji
müayinələrlə yanaşı yeni şüa diaq-
nostik metodlarından (KT, MRT, PET,
USM, və s.) geniş istifadə edilməsi bu
fənnin tədrisə aid proqramında geniş
dəyişikliyə səbəb olmuşdur.
Əvvəllər “ Rentgenologiya” adlı
elm indi “Şüa diaqnostikası” adı ilə
əvəz olunmuşdur. Respublikamızda
ana dilində şüa diaqnostikası və şüa
terapiyasına aid müasir dərslik olmadı-
ğından Azərbaycan Tibb Universitetinin
tələbələri bu elmin mənimsənilməsində
çox çətinlik çəkirdilər. Bu məqsədlə ilk
dəfə “ Radiodiaqnostika və Radiotera-
piya” dərsliyi kimi məsuliyyətli və çətin
bir məsələ qarşıya qoyulmuşdur.
Əvvəlki dərsliklərdən fərqli olaraq
bu kitab çox mürəkkəb və müasir
problemlərə həsr olunmuşdur. Asanlığ-
la bu məsələləri dərk etmək sadəlövlük
olardı.
Şüa diaqnostikası və şüa terapiyası
fənninin yeni proqram ilə tədrisi bu
fəndən dərs deyən müəllimlər üçün də
bir qədər ilk dövrlərdə çətinlik törədirdi.
Çünki uzun müddət adət etdiyi və
dərs dediyi rentgenologiyadan kənara
çıxmaq və müasir aspektdə oxuculara
şüa diaqnostikasından və terapiyasın-
dan məlumat vermək çox da asan bir
məsələ deyildir.
Dərslikdə verilən yeni məlumatlar
nəinki gənc həkimlər üçün, hətta
yüksək dərəcəli klinisistlər üçün də
yeni bir səhifə açır. Yeni proqram
əsasında yazılan kitab təkcə müva-
fiq kurslarda dərs keçən tələbələr
üçün deyil, bütün kurslarda çalışan
tələbələrdən yəni, anatomiya kafedra-
sında keçirilən rentgen anatomiyadan
başlayaraq kliniki fənlər üzrə çalışan
subordinatorlar, rezidentlər də nəzərə
alınaraq tərtib olunmuşdur.
Dərslik 16 fəsildən ibarət olub insan
orqanizmasında mövcud olan patoloji
proseslərin şüa diaqnostikasından və
şüa terapiyasından bəhs edir. “ Radio-
terapiya ” bəhsində bu elmin əsasları
onun müasir təbabətdə rolu və ion-
laşdırıcı şüaların müxtəlif xəstəliklərin
müalicəsində tədbiq edilməsi kimi
mühüm məsələlər aydınlaşdırılır.
Dərsliyi tərtib edən zaman mövcud
olan dərsliklərdə buraxılmış nöqsanlar
nəzərə alınmış, xarici alimlərin təklifləri
qeyd edilmiş və müasir tibb elminin
nailiyyətlərindən geniş istifadə edilmiş-
dir.
Bütün bunlar oxucularda müxtəlif
xəstəliklərin diaqnostikasına və te-
rapiyasına aid təsəvvürü daha da
genişləndirir və bu elmin kifayət
dərəcədə qavranılmasını asanlaşdırır.
Şüa diaqnostikası və şüa terapiyası müasir
dövrdə fundamental elm kimi təbabətdə və tibb
təhsilində mühüm yer tutur. Bu dərslik müasir
elmin və tibb praktikasının naliyyətləri nəzərə
alınaraq hazırki tədris proqramına uyğun
mövzular üzrə yazılmış, Tibb Universitetinin
tələbələri və həkimlər üçün bir vəsait kimi
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
tərəfindən təsdiq edilmişdir.
Dərslikdə Rentgenoloji elmin tarixindən
Rentgen və Radioloji şüaların xassələrindən,
təbabətdə, müasir dövrdə tədbiq olunan USM,
KT, MRT, PET, Termoqrafiya, Radiodiaqnos-
tika və.s kimi metodların tədbiqindən və insan
orqanizmində mövcud olan patoloji proseslərin
şüa diaqnostikasından bəhs edilir. Dərslikdə
bütün şüa diaqnostik metodların xarakteris-
tikası, onların təsvirlərinin alınma prinsipləri
göstərilmişdir. Hər bir fəsildə xəstəliklərin
aşkar edilməsində tədbiq olunan müayinə metodikasına göstərişlər və əks
göstərişlər ətraflı əks olunmuşdur.
Əvvəlki dərsliklərdən fərqli olaraq bu dərslikdə müasir dövrdə tədbiq olunan
yeni metodların – Pozitron Emission Tomoqrafiya, Densitometriya, Rəqəmsal
Radiodioqnostika mürəkkəb patoloji proseslərin diaqnozunun qoyulmasında mü-
hüm rol oynadığı göstərilmişdir. Kitabda çoxlu miqdarda Rəngli Skennoqramlar,
Sonoqramlar, Termoqramlar, Sintoqramlar, Dopleroqramlar və sxemlər verilmiş-
dir. Bu isə verilən məlumatı yaxüı anlamaq, mənimsəmək və müxtəlif xəstəliklərin
diaqnostikasına aid təsəvvürü daha da genişləndirmək üçün şərait yaradır və
Ali Təhsil alan tələbələrin Şüa diaqnostikası fənninin öyrənilməsində önəmli yer
tutacağına əsas verir.
Kitabdan təkcə Ali Tibb Təhsili alan tələbələr deyil, həm də Ali Tibb Təhsili
əsasında Rezidenturaya qəbul olunmuş məzunlar, müxtəlif klinikalarda çalışan
həkimlər də istifadə edə bilərlər.
Dərslik təsdiq olun-
muş müvafiq proqramda
yeniliklərlə əlaqədar olaraq
tərtib edilmişdir. Kitab 14
fəsildən ibarət olub rentge-
nologiya elminin tarixindən,
rentgen və radioloji şüaların
xassələrindən, təbiətindən,
müasir dövrdə təbabətdə
tətbiq olunan KT, MRT,
USM, Dopleroqrafiya,
Termoqrafiya, İnter-
vension radiologiya
və.s metodlardan bəhs
olunur.
Dərslikdə sistem
şəklində müasir
diaqnostik metodların
tədbiq edilməsi ilə
orqanizmdə gedən
patoloji proseslərin
şəkilləri və sxemləri ilə
izahı xüsusilə təqdirə
layiqdir. Hal-hazırda nəinki
MDB ölkələrdə, həm də
Amerika, Avropa və digər
ölkələrdə şüa diaqnostik
metodların təbabətdə geniş
tədbiqi bu fənnin ali tibb
təhsilində böyük əhəmiyyət
verir.
Tibb Universitetində
Radiodiaqnostika elmi-
nin sərbəst bir fənn kimi
öyrənilməsi tələbələrin in-
san orqanizmləri haqqında
təsəvvürünü genişləndirir,
daxili üzvlərin anato-
miya və fiziologiyasına
aid məlumatları daha da
zənginləşdirir. Beləliklə bu
elm nəzəri fənlərlə klini-
ki fənlər arasında körpü
yaradır.
Dərsliyi
tərtib edərkən
mövcud olan dərsliklərdə
buraxılmış nöqsanlar
nəzərə alınmış, Azərbaycan
Tibb Universitetinin “Şüa
diaqnostikası və şüa tera-
piyası” kafedrasında uzun
müddət ərzində yığılmış
materiallardan istifadə
edilmişdir.
Kafedranın kitab rəfi
Baxşiyev B. Ə: “Лучевая диагностика” Elmi redaktor: AMEA-nın həqiqi üzvü, ə.e.x,
professor R. Rəhimov; Rəyçilər: professor Ə. Əkbərbəyov, professor A. Axundbəyli, professor
H.Sultanov ; (dərslik, rus dilində) Bakı – “Adiloğlu” nəşriyyatı, 2001.- 522 səh.
Baxşiyev B. Ə: “Radiodiaqnostika və
Radioterapiya” Elmi redaktor: AMEA-nın
həqiqi üzvü, ə.e.x, professor R. Rəhimov;
Rəyçilər: professor Ə. Əkbərbəyov , professor
A.Axundbəyli, professor H. Sultanov ; (dərslik )
Bakı – “Adiloğlu”nəşriyyatı, 2004.- 1056 səh.
Baxşiyev B. Ə: “Şüa diaqnostikası ” Elmi redaktor: AMEA-nın həqiqi üzvü, ə.e.x, professor
R. Rəhimov; Rəyçilər: ə.e.x, professor Ə. Əkbərbəyov, ə.e.x, professor A. Axundbəyli, professor
ə.e.x, H. Sultanov ; (dərslik ) Bakı – “Müəllim”nəşriyyatı, 2012.- 716 səh.
Baxşiyev B. Ə: “Radiodiaqnostika” Elmi redaktor:
AMEA-nın həqiqi üzvü, ə.e.x, professor R. Rəhimov;
Rəyçilər: ə.e.x, professor Ə. Əkbərbəyov ə.e.x, professor A.
Axundbəyli, ə.e.x, professor H. Sultanov ; (dərslik ) Bakı –
“Müəllim”nəşriyyatı, 2009.- 4 72 səh.
Amerika alimləri: Şirniyyata meyillilik
kokain asılılığına bənzəyir
http://www.amu.edu.az
15 yanvar 2016-cı il
Stomatologiya
fakültəsinin
kredit borcu olan məzunu Koh-
yar Bahari Ahmad qızının adına
verilmiş qiymət kitabçası itdiyi
üçün etibarsız sayılır.
Hərbi tibb fakültəsinin IV kurs,
1141
a
qrup tələbəsi Əhmədov
Sərxan Səmid oğlunun adına ve-
rilmiş tələbə bileti itdiyi üçün eti-
barsız sayılır.
Baş redaktor
ELDAR İSMAYIL
Müəlliflərlə redaksiyanın
mövqeyi üst-üstə düşməyə
bilər.
Əlyazmalar geri qaytarılmır.
Qəzet “Təbib” qəze ti nin
kompyuter mər kə zində yığılır,
səhi fə lənir, “Bəxtiyar-4” İKŞ-də
çap olunur.
Ü N V A N I M I Z:
Mərdanov qardaşları - 100
2-ci mərtəbə,
Tel.: 595-24-97
tabibqazeti@gmail.com
Lisenziya Н - 022633
İndeks -0269
Sayı 3000
Sifariş: 285
Kafedranın professoru (elmlər doktoru):
- Ümumi cərrahlıq və anesteziologiya kafedrası -1 yer
Kafedraların dosentləri (fəlsəfə doktorları):
- II daxili xəstəlikər kafedrası -2 yer
- Uşaq yoluxucu xəstəliklər kafedrası -1 yer (0,75 vahid)
- Bioloji kimya kafedrası -1 yer
- Ortopedik stomatologiya kafedrası -1 yer (0,25 vahid)
- Farmakologiya kafedrası -1 yer
Kafedranın baş müəllimi:
- Azərbaycan dili kafedrası -1 yer
Kafedraların müəllimləri:
- Xarici dillər kafedrası - 1 yer
- Latın dili kafedrası -1 yer
Kafedraların assistentləri:
- Tibbi biologiya və genetika kafedrası -1 yer (0,75 vahid)
- I mamalıq və ginekologiya kafedrası -1 yer (0,5 vahid)
- Oftalmologiya kafedrası -1 yer (0,5 vahid)
- Dermatovenerologiya kafedrası -1 yer (0,5 vahid)
- Nevrologiya və tibbi genetika kafedrası -1 yer (0,75 vahid)
- Ümumi cərrahlıq və anesteziologiya kafedrası -1 yer
- Ümumi cərrahlıq və anesteziologiya
kafedrası -1 yer (0,75 vahid)
- II cərrahi xəstəliklər kafedrası -1 yer
- Psixiatriya kafedrası -1 yer
- Fizioterapiya və idman təbabəti kafedrası -1 yer
- Ortopedik stomatologiya kafedrası -1 yer (0,5 vahid)
- Terapevtik stomatologiya kafedrası -1 yer (0,5 vahid)
Müsabiqədə iştirak etmək üçün sənədlərin təqdim olunma
müddəti elan qəzetdə («Təbib» qəzeti, 15 yanvar 2016-cı il) dərc
olunduğu gündən 30 gün keçənədəkdir. Sənədlər rektorun adına
yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvana təqdim edilməlidir:
Bakı şəhəri- Az 1007, Bakıxanov küçəsi 23. Telefon: 597-43-23
AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİ
AZƏRBAYCAN TİBB UNİVERSİTETİ
KA FED RA LAR ÜZRƏ
AŞA ĞI DA KI YERLƏRİ TUTMAQ
ÜÇÜN
MÜSA BİQƏ ELAN EDİR
Kofein dözümlülüyü
artırmaqla idman
məşqlərinin səmərəsini yüksəltməyə kömək
edir.
AZƏRTAC eurolab.ua. saytına
istinadla xəbər verir ki, ABŞ-ın
Corciya Universitetinin alimləri
600-dən çox elmi məqaləni
tədqiq etməklə bu nəticəyə
gəliblər.
Tədqiqatçılar 600 məqalədən
ixtiyari seçilmiş 9 məqalədə
qəhvənin dözümlülüyü artırmaq
üçün enerji mənbəyi kimi nəzərdən keçirildiyini aşkar
ediblər.
Müvafiq tədqiqatın iştirakçıları qəhvə içdikdən sonra
gərgin məşq ediblər. İdmançıların çoxunda qəhvədən
sonra dözümlülük əhəmiyyətli dərəcədə artıb.
Araşdırma göstərib ki, qəhvənin tərkibində olan kofein
fiziki iş qabiliyyətini artırır. Lakin qəhvədəki kofeini
qida əlavəsi kimi təmiz kofein ilə müqayisə etmək
üçün əlavə tədqiqat aparmaq lazımdır.
Bir fincan qəhvədə kofeinin miqdarı 75-150 mq
arasında dəyişə bilər. Bu, dənəciklərin qovrulmasından
və dəmlənməsindən, habelə qəhvənin növündən
asılıdır.
Dünya Səhiyyə Təşkilatı (DST)
insanlarda
quduzluq xəstəliyinin qarşısının alınması üzrə
yeni tövsiyələrini təqdim edib.
BMT
-nin İnformasiya mərkəzinə verdiyi xəbər
görə, ekspertlər quduzluğun ləğvinə itlərin
peyvəndlənməsi yolu ilə nail olmaq istəyirlər.
“Quduz itlərin dişləməsinə məruz qalanların müalicəsi
baha başa gəlir. Bir çox Asiya və Afrika ölkələrində
insanların quduzluğa qarşı dərman almağa imkanları çatmır. Əgər biz yeni tövsiyələri əsas
götürsək, onda insanlarda quduzluq keçmişdə qalacaq”, - deyə DST-nin baş direktoru Marqa-
ret Çan bildirib.
Hər il on minlərlə insan heyvan dişləməsi nəticəsində həyatını itirir. Quduz heyvanların sanc-
malarına məruz qalan insanların təxminən 40 faizi 15 yaşadək uşaqlardır. Asiya və Afrika
ölkələrində quduzluqdan hər on dəqiqədə bir nəfər ölür.
Dünyada hər il 15 milyondan çox insan quduz it dişləməsindən sonra xəstəliyin inkişafının
qarşısını almaq üçün peyvənd alır. Bu, yüz minlərlə insanın həyatını xilas edir. Ancaq peyvəndin
orta qiyməti 40-50 dollardır.
Qəhvə dözümlülüyü
əhəmiyyətli dərəcədə artırır
İtlərin peyvəndlənməsi insanlarda quduzluğun qarşısının
alınmasında ən ucuz müalicə üsuludur
Azərbaycanda,
xüsusən
cənub bölgələrində
anadangəlmə ürək
qüsurları ilə doğulan
uşaqların sayı artıb.
B
u barədə Azərbaycan
Tibb
Universitetinin
(ATU) Tədris Cərrahiyyə
Klinikasının angioqrafiya la-
boratoriyasının müdiri, in-
vaziv kardioloq Qalib İma-
nov universitetin mətbuat
xidmətinə
müsahibəsində
məlumat verib.
Onun sözlərinə görə, ürək-
damar xəstəliklərinin sayı
təkcə Azərbaycanda deyil,
dünyanın bütün ölkələrində
artır. Ürək xəstələrinin dünya-
da qəbul olunmuş statistikası
var. Bu statistikaya uyğun ola-
raq, Azərbaycanda da onko-
loji xəstəliklərlə bərabər, ürək
xəstəlikləri də çox yayılıb. Ürək
xəstəliklərindən ölənlərin sayı
şiş xəstəliklərindən dünyasını
dəyişənlərlə müqayisədə iki-
üç dəfə çoxdur. Ürək-damar
xəstəlikləri hələ də dünyada
ən çox ölümə və əlilliyə səbəb
olan xəstəlikdir. Ürək-damar
xəstəlikləri ilə bağlı klinika-
ya müraciətlər çox olur: həm
böyüklər, həm də uşaqlar ara-
sında bu xəstəliyə rast gəlinir.
Q.İmanov bildirib ki, böyüklər
əsasən arterial hipertoni-
ya, ürəyin işemik xəstəliyi ilə
bağlı müraciət edirlər. Uşaqla-
ra isə daha çox anadangəlmə
ürək qüsurları diaqnozu qo-
yulur.
Avropa
ölkələrində
ürəyin işemik xəstəliyi ge-
niş
yayılıb.
Müalicəsində
müəyyən irəliləyişlər olsa da,
statistikaya görə, hələ ki, bu
xəstəlikdən əziyyət çəkənlərin
sayı həddindən artıq çoxdur.
Anadangəlmə ürək qüsurla-
rı xəstəliyi inkişaf etməmiş
ölkələrdə daha çox yayı-
lıb. Avropada, Amerika kimi
ölkələrdə isə demək olar ki,
bu xəstəliyə rast gəlinmir.
Kardioloq diqqətə çatdırıb
ki, anadangəlmə ürək qüsu-
ru prenatal dövrdə, yəni ana
bətnində erkən həftələrdə
artıq aşkar olunur. Körpə
dünyaya
gələn
kimi
əməliyyatla aradan qaldırılır.
Əgər ağır qüsurdursa, hamiləlik
yarımçıq dayandırılır. Beləliklə,
anadangəlmə ürək xəstəliyi
ilə doğulmuş uşaqların sayı
azalmış olur. Xarici ölkələrdə
anadangəlmə ürək xəstəliklərini
əməliyyat edən mərkəzlərin ol-
duğunu deyən kardioloq qeyd
edib ki, ora daha çox Şərq
ölkələrindən, inkişaf etməmiş
ölkələrdən xəstələr gəlirlər.
“Azərbaycanda, xüsusən cənub
bölgələrində
anadangəlmə
ürək xəstəlikləri ilə doğulan
uşaqların sayı daha çoxdur”-
deyə əlavə edib. Səbəbinin də
həmin bölgələrdə qohum ev-
liliyinin daha çox olmasından
irəli gəldiyini bildirərək de-
yib: “Bizdə prenatal, yəni ana
bətnində müayinələr artıq 5
ildir aparılır. Bu haqda insanla-
rın maarifləndirilməsi vacibdir.
Çünki çox adamın bu barədə
məlumatı yoxdur. Bir çox gine-
koloqlarımız artıq bunu bilir və
hansı xəstələrin transfetal exo-
kardioqrafiya göstərişi varsa,
yönləndirirlər kardioloqa. Biz
də xəstəni müayinə edirik, onda
bu qüsur varsa və yüngül hesab
ediriksə, bu haqda onun ailəsinə
bildiririk. Əməliyyat vasitəsi ilə
hər şey öz yoluna düşür. Yox
əgər ağır qüsurdursa, ailə ilə
məsləhətləşib, valideynlərin ra-
zılığı ilə hamiləliyi sonlandırı-
rıq. Lakin elə qüsurlar da aşkar
olunur ki, heç bir əməliyyata
ehtiyac olmadan problem həll
olunur. Hazırda invaziv kardio-
logiyada da bir çox əməliyyatlar
qapalı yolla həyata keçirilir”.
Həkim diqqətə çatdırıb ki,
qulaqcıqlar arası çəpər defek-
tinin bağlanması, qapaqlar-
da olan daralmaların aradan
qaldırılması kimi xəstəliklərin
əməliyyatları qapalı yolla ke-
çirilir. Qeyd edib ki, bunlar
əvvəllər açıq, ağır əməliyyatla
aradan qaldırılırdı, indi isə qa-
palı yolla bir damardan iynə ilə
girməklə, bütün bu problemi
həll etmək olar. Əməliyyatdan
sonra xəstədə heç bir çapıq, iz
qalmır. Bu əməliyyatların artıq
9 ilə yaxındır ki, Azərbaycanda
həyata keçirildiyini söyləyib:
“İstifadə olunan aparatlar ba-
halı olduğu üçün əməliyyatların
sayı çox deyil. Çünki qapa-
lı əməliyyat açıq əməliyyatdan
daha baha başa gəlir. Onun
sözlərinə görə, sığorta sistemi
tam qurulandan sonra bu cür
xəstələrdə qapalı yolla müalicə
riskinin, əməliyyat ağırlaşmala-
rının qarşısı alınacaq”.
Azərbaycanda ürək xəstələ-
rində aktual problem lərdən da-
nışan kardioloq nəzərə çatdırıb
ki, ən aktual problem arterial
hipertoniyadır. Yüksək təzyiqi
olan və diabet xəstələrin sayı
əvvəlki illərlə müqayisədə ar-
tır. Q.İmanov qeyd edib ki,
ürək xəstəliklərinin yaranma-
sına səbəb əsasən düzgün qi-
dalanmamaq, oturaq həyat
tərzidir. Zərərli vərdişlər də bu
xəstəliklərin yaranma riskini
çoxaldır.
Anadangəlmə ürək qüsurları ilə
doğulan uşaqların sayı artıb