Qulam Sadiq, Saday Quluyev s 15 1937-ci ilin represiya qurbanı



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə19/53
tarix08.07.2018
ölçüsü2,57 Mb.
#53999
1   ...   15   16   17   18   19   20   21   22   ...   53

------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
63
AĞA  MİRHEYDƏR  AĞA 
 
Möminlər diyarı Salyanın görkəmli din xadimlərindən
alimlərindən biri də  Ağa Mirheydər ağadır. O, kasıb seyid 
olub. Salyanda ilk dini mədrəsəni də o açıb. Bu bölgənin əksər 
din xadimləri onun mədrəsəsində təhsil alıblar.  
Ağa Mirheydər ağanın 2 övladı olub: Rübabə  və seyid 
Mirkərim.  
Seyid Mirkərim ağa  Əli Bayramlıda yaşayıb və orada da 
rəhmətə gedib.  
Seyid Mirheydər ağanın Salyanın qədim qəbristanlığındakı 
müqəddəs məzarının üstünü Kərbəlayi Seyran Əbil oğlu 
götürtdürmüş, ziyarətgaha gedən yolu hörmətli  Əliağa 
Hüseynov  çəkdirmiş, qəbiristanlığın girəcəyindəki çardağı isə 
Akif Məmmədyarov düzəltdirmişdir.  
Bu gün Salyan camaatının böyük ziyarətgahlarından sayılan 
Аğa Mirheydər ağanın ocağına soy kökü imam Hüseyn 
əleyhissəlama bağlanan Hаcı seyid Mirəfsər ağa rəhbərlik edir.  
Hаcı seyid Mirəfsər ağa  1995-ci ildə  Kərbəla ziyarətində 
olub.  Oğlu seyid Rövşən  də atasının yolunu davam etdirir, 
ziyarətgaha gələnlərə dua edir.  
Allah köməkləri olsun. Amin! 
 
SEYİD  MİRƏŞRƏF  AĞA 
 
Salyan rayonunun daha bir siması  seyid Mirəşrəf ağa 
Mirəhməd oğlunun soy-kökü ikinci imamımız  İmam Həsənin 
nəslinə çatır. O, 1870-ci ildə Salyan şəhərində anadan olmuşdur.  
Ağazadə Mirəşrəf Mirəhməd oğlu o vaxt Nəcəfdə  təhsil 
alarkən ərəb qızı Minarə xanımla ailə həyatı qurmuşdur.  
Mirəşrəfin bir qardaşı da Ağa seyid Məhəmməd ağadır. Onu 
da xatırladaq ki, seyid Mirəşrəf ağanın qardaşı dövrünün 
tanınmış ziyalısı olmuşdur. Seyid Məhəmməd ağa hətta Salyan 
qubernatorluğunda mühüm vəzifədə işləmişdir.  


------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
64
Ağa seyid Məhəmməd ağa 1917-ci ildə rəhmətə gedib. Şəhər 
qəbiristanlığında dəfn edilib. Qızı Mirzəhra, nəvəsi 
Məmmədağa gümbəzin yanında dəfn ediliblər. Qəbrinin 
üstündə gümbəzi  Naib Kərimov tiktirib, qalan işləri isə 
Kərbəlayi Şirin Yarıyev gördürüb.  
Seyid Məhəmməd ağanın bacıları  Mirsəkinə, Mirziynət, 
Mirməryəmdir.  
Mirəşrəf ağanın övladları Mirfatimə, Mirtahirə, oğlu seyid 
Əhməd, Seyidəli, seyid Hüseyn olmuşdur.  
Mirəşrəf ağa 1901-ci ildə  təhsilini başa vurduqdan sonra 
Nəcəfdən Salyana gəlir.  
Rüstəmov Dadaş Xəlil oğlu:  
-Mirəşrəf ağanın anası Miranaxanım Mirələkbər qızı 
olmuşdur.  
Onun qardaşı seyid Məhəmməd ağa isə  vəsiyyətində 
bildirmişdi ki, məni Salyanda dəfn edin, çünki mənim qəbrim 
burada olsa bu torpağa heç bir vaxt xəta-bəla yetişməz. Mirəşrəf 
ağa da Mirbağır ağa ilə birgə ermənilərə qarşı mübarizədə iştirak 
etmişdir.  
1918-ci illdə ermənilər Sаlаyаnа hücum edərkən,  Аğа 
Mirbаğır аğа ilə birgə Аğа Mirəşrəf аğа ermənilərə qаrşı cihаd 
elаn etmişlər. Xаlqı ermənilərə  qаrşı döyüşə  qаldırıblаr. 
Аğаlаrın hər ikisi kəfən geyinib, ön cəbhədə olublаr. 
Mirəşrəf ağanın oğlu Seyidəli 1905-ci ildə Salyan şəhərində 
anadan olmuşdur. İlk təhsilini rus-tatar məktəbində almışdır. O, 
1912-1918-ci illərdə elmin əsaslarını öyrənmişdir. Bolşeviklərin 
Azərbaycana soxulması ilə əlaqədar Mirəşrəf ağanın ailəsi İraqa 
köçmüş, oğlu Seyidəli Bakıya qayıdarkən bir daha xaricə 
buraxılmamış, ailəsindən aralı düşmüşdür.  
Azərbaycanda qaldıqdan sonra Seyidəli 1923-cü ilin 
sentyabrında Lənkəranda təşkil edilmiş pedaqoji kursa daxil 
olur. Kursu bitirdikdən sonra Bankə qəsəbəsinin Surra kəndində 
ilk pedaqoji fəaliyyətə başlayır. 1928-ci ildə Salyanda 2-ci dəfə 
axşam məktəbini bitirir. Xalq Təhsili Komitəsinin  əmri ilə 


------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
65
Lənkəran qəzasının Kalaxan (indiki Lerik rayonunun 
ərazisindədir) kəndinə müəllim təyin olunur. 1936-37-ci illərdə 
Bakıda,  Əhmədli qəsəbəsində, 64 №-li məktəbdə  tədris hissə 
müdiri, 1939-40-cı illərdə  şəhər 24 saylı  məktəbdə müəllim 
işləmişdir.  
Seyidəli müəllim 1940-cı ildə indiki АD Pedaqoji 
Universitetinin fizika-riyaziyyat fakultəsinə daxil olur və 
müharibə başladığı üçün təhsili yarımçıq qalır. 
Müharibədən sonra, 1945-50-ci illərdə Bakı Dövlət 
Universitetinin  şərqşünaslıq fakultəsinin  ərəb dili şöbəsini 
bitirir. Müxtəlif təhsil ocaqlarında müəllimlik etmişdir.  
Ağazadə Seyidəli 1976-cı ildə Ali Ruhani İdarəsi tərəfindən 
Sabirabad məscidinə axund təyin olunur. 
Seyidəli müəllim istedadlı ziyalı, görkəmli elm xadimi, 
istedadlı  qələm  əhli idi. Onun «Bağdad gecələri» povesti hələ 
1960-cı ildə «Azərbaycan» jurnalında çаp olunmuşdur.  
Qurani-Kərimin təfsirində Əli Fəhmi ilə birgə işləmişdir.  
Ağazadə Seyidəli 12 oktyabr 1979-cu ildə Bakı  şəhərində 
vəfat etmişdir.  
Seyidəlinin 6 oğlu, 3 qızı var.  
 
HАCI  İSMАYIL 
 Qafqaz 
Müsəlmanları 
İdarəsinin qazisi, 
Əjdər bəy məscidinin 
(«Göy» məscid) axundu 
 
-Əlbəttə, mənim üçün Kərbəlayi Seyidəli ağa haqqında 
danışmaq çox çətindir. Biz onun mərhum atası, qardaşları  və 
anası  ərəb qızı haqqında çox eşitmişdik. Eşitmişdik ki, 
Azərbaycanın bütün yerlərindən onların cəddini çağıraraq 
sürülər, dəvələr, ilxı atlar nəzir edirlər, nəzirləri də  qəbul 
olunarmış və o sürünü, dəvələri və ya qaramalı ağanın qapısına 


Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə