Qulam Sadiq, Saday Quluyev s 15 1937-ci ilin represiya qurbanı



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə21/53
tarix08.07.2018
ölçüsü2,57 Mb.
#53999
1   ...   17   18   19   20   21   22   23   24   ...   53

------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
69
HACI  SEYİD  MİRTAĞI 
SEYİD  MİRƏZİZ  OĞLU 
 
Salyan rayonunun tanınmış seyidlərindən biri də Hacı seyid 
Mirtağı  ağa idi. O, 1927-ci ildə Salyan şəhərində anadan 
olmuşdu. Mirtağı  ağa hələ  uşaqlıqdan atasını itirmiş, anası isə 
yeganə oğlunu götürüb Marışlı  kəndinə köçmüşdür. 5 nəfərdən 
ibarət ailəyə dayısı himayədarlıq etmişdi. Valideynlərini itirən 
Mirtağının ailəsini dayısı 2-3 il Lerikdə saxlamışdır. Ağa orta 
məktəbi bitirdikdən sonra kolxozda işləmişdir. Müharibə 
qurtarandan sonra Mirtağı  ağa dəmir yol stansiyasında qatar 
bələdçisi vəzifəsində çalışmışdır. Ağa Marışlı  kəndindən olan 
Faxranisə  Əliqulu qızı ilə evlənmişdir. Onların 8 övladı 
olmuşdur:  Mirağa, Mirəziz, Mirmehdi, Mirnağı, Mirsəidə, 
Mirdürrə, Mirməsmə, Mirsəkinə. 
Mirtağı ağa Allahın sevimli və səbrli bəndəsi idi. Ağanın bir 
oğlu Mirağa 39 yaşında maşın qəzasında, Mirsəidə isə 25 
yaşında xəstəlikdən, Mirmehdi isə 26 yaşında ürək 
çatışmazlığından dünyalarını  dəyişmişlər. Dərdin ağırlığına 
baxmayaraq, o, Allahın işinə  şükr etməkdən başqa bir çarə 
bilmirdi. Qalan övladları isə valideynlərinin adına layiq 
əməlləriylə xalq yanında hörmətlə anılırlar. Bu gün Mirtağı 
ağanın 14 nəvəsi və bir nəticəsi var. Hacı Mirtağı  ağanın soy 
kökü imam Əli ibn- Əbu Talibin nəslindəndir. 
Mirtağı  ağa 1995-ci ildə  Məşhəd, Kərbəla, 1996-cı ildə 
nahiyyə qazisi Hacı Salmanın köməkliyi ilə Həcc ziyarətində də 
olmuşdur. 
Uşağı olub qalmayan valideynlərdən Seyid Sadıqlı  kənd 
sakini  Sürayyə xanım  oğlu Elmirin həyatda qalmasını bir 
möcüzə kimi ağanın adı ilə bağlayır.  
Ağanın qızı Mirməsmə xanım (onu da xatırladaq ki, 
Mirməsmə xanım da atası kimi ilahi vergi sahibi, dili tutulanlar
qorxu keçirənlər, ağzı əyilənlər, övlad üzünə həsrət qalanlar və 


------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
70
neçə-neçə naümid xəstə onun şəfalı əlləri ilə nicat tapır) qardaşı 
Mirmehdinin ölümünü belə xatırlayır: 
- Xocalı hadisələri televizorda göstərilən vaxt Mirmehdinin 
qəflətən ürəyi dayandı. O, çox vətənpərvər, xalqını sevən bir 
insan idi. Onun özündən sonra bir qız nişanəsi qaldı. Allah 
bütün dünyasını dəyişənlərə rəhmət eləsin! 
 
M
IRMEHDININ  HƏYAT  YOLDAŞI
 
Ş
AHINƏ  XANIMIN  DEDIKLƏRINDƏN
 
 
- 1990-cı ildə bu evə  gəlin gəlmişəm. Ancaq tale belə 
gətirdi, həyat yoldaşımı vaxtsız itirdim. Mirmehdi öz dünyasını 
Vətən eşqinə təslim etdi. Vətənimizin bütövlüyü üçün canından 
keçən bütün şəhidlərimizin Allah-təala axirət dünyasını versin, 
qəbrini nurla doldursun.  
Mart ayının 8-ində qızımız Miryaqut dünyaya göz açdı, atası 
isə martın 12-də dünyasını dəyişdi.  
Ağa özü isə 2003-ci ildə rəhmətə getdi. Allah rəhmət eləsin!
 
 
 
 
 «D
INƏ NAIL OLMAĞIN 
ƏSASI PIS ƏMƏLLƏRDƏN 
ÇƏKINMƏKDIR
». 
 
SEYİD  MİRNADİR  MİRQULAM  OĞLU 
Sаylаn, Dəmiryol qəsəbəsi,  
1933-cü il təvəllüdlü el аğsаqqаlı 
 
Seyid Mirnadir seyid Mirqulam oğlu 
Seyid Mirqulam seyid Mirəsədulla oğlu 
Seyid Mirəsədulla Məşədi seyid Mirsadıq oğlu 
Məşədi seyid Mirsadıq Kərbəlayi seyid Mirzəkəriyyə oğlu 
Kərbəlayi seyid Mirzəkəriyyə seyid Bədəl oğlu 
Seyid Bədəl Məşədi seyid Mirmurtuza oğlu  
Məşədi seyid Mirmurtuza seyid Mirzəkəriyyə oğlu 


------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
71
Seyid Mirzəkəriyyə seyid Mirhaşim oğlu 
Seyid Mirhaşim seyid Sadıq oğlu 
 
Bu insanlar soy kökü imam Bimari-Zeynalabidinə bağlanan 
seyid Mirnadir ağanın nəsil şəcərəsidir.  
Bütün el-oba yaxşı bilir ki, Аğа Mirbаğır  аğа Salyanın 
fəxridir. Onun barəsində günlərlə danışsaq, qurtarmaz, çünki o, 
öz elmi, biliyi, təfəkkürü ilə  dərya timsallı bir insan olub. 
Eşitdiyimə görə, onun ən müsbət xüsusiyyətlərindən biri də o 
dövrdə yeni əmələ gələnləri, elmi, biliyi olanları önə çəkib xalqa 
tanıtdırması olmuşdur. Yaxşı  dərin zəka, böyük ürək sahibləri 
belə edə bilərlər. Dediyimə misal olaraq, yaşlı  nəslin 
nümayəndələrindən eşitdiyim və çox böyük tərbiyəvi 
əhəmiyyətə malik olan və  Аğа Mirbаğır  аğаnın nə  qədər 
uzaqgörən bir insan olduğunu göstərən söhbəti nəzərinizə 
çatdırmaq istəyirəm.  
O, özünün söhbətində bildirdi ki, mən 1941-1945-ci illərdə 
Yardımlı, Lerik rayonlarına çox gedərdim. Günlərin bir günü 
həmin  ərazilərdə olarkən bir dostum mənə onunla bir məclisə 
getməyimi xahiş etdi. Çox sanballı olan məclisə uca boylu, 
nurani görkəmli Rahib adında  şəxs də  gəldi. Hamı ayağa 
qalxaraq el ağsaqqalına hörmətlə yer göstərdi. Həmin Rahib 
deyilən qoca keçib məclisin yuxarı başında  əyləşdi. Hamı ilə 
salamlaşdıqdan sonra üzünü mənə tutdu ki, «oğlum, bəs sən 
kimlərdənsən?». Mənim dostum bildirdi ki, «Qonaq Arandandı, 
yəni Salyan uyezdindən», o vaxtlar Xıllı da Salyan uyezdinin 
tərkibində idi. Həmin  şəxs təkrar olaraq mənə müraciət etdi – 
«Salyan uyezdində kimlərdənsən?». Mən cavab olaraq bildirdim 
ki, «Mirbağırın oğluyam».  
Mənim cavabımı  eşidən qoca: «Sən  Аğа Mirbаğır  аğаnın 
oğlusan? “- deyə soruşdu: 
- Xeyr, mən Mirbağır oğlu Mir Qasımam.  Аğа Mirbаğır 
аğаnı isə tutub apardılar.  


Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə