Ġsraġl elyazov elxan həSƏNLĠ leyla həSRƏtova



Yüklə 6,76 Mb.
Pdf görüntüsü
səhifə1/105
tarix15.04.2023
ölçüsü6,76 Mb.
#105788
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   105
Demir yollari kitab tam — 1



ĠSRAĠL ELYAZOV 
ELXAN HƏSƏNLĠ 
LEYLA HƏSRƏTOVA 
 
 
 
 
 
DƏMĠR YOLLARI 
(Ali məktəblər üçün dərslik) 
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 24.06.2014-cü 
il tarixli 748 saylı əmri ilə dərslik kimi təsdiq edilmiĢdir. 
“Kooperasiya” nəĢriyyatı 
Bakı -2014 


UOT 656.2 (0625)
Rəy verənlər: 
1. Quliyev Fizuli Xanoğlan oğlu
- “Azərbaycan Dəmir Yolları” QSC-nin 
Ġnfrastruktur Departamentinin rəisi, Fəxri dəmiryolçu.
2

Məmmədov Raqib Vəli oğlu 
- Azərbaycan Texniki Universitetinin “Dəmiryol 
nəqliyyatının istismarı” kafedrasının dosenti, i.e.n. 
 
Elmi redaktoru: dosent, texnika üzrə fəlsəfə doktoru Nəzirov Qurban Hadı oğlu 
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini, Azərbaycan Respublikasının 
əməkdar mühəndisi, Fəxri dəmiryolçu.
 
Ġsrail ġükür oğlu Elyazov, Elxan Həmid oğlu Həsənli, Leyla Məmməd qızı 
Həsrətova. Dəmir yolları: 
Ali texniki məktəblər üçün dərslik. Bakı., 2014, 504 səh. 
 
Dərslikdə dəmiryol nəqliyyatının əsas xarakteristik xüsusiyyətləri araşdırılıb və 
onun ölkənin vahid nəqliyyat sistemindəki rolu göstərilib. Kitabda dəmir yolu haqqında 
əsas məlumatlar, onların quruluşu və istismar xüsusiyyətləri və həmçinin Azərbaycan 
Dəmir Yolunun Texniki İstismar Qaydalarına uyğun təlabatlar öz əksini tapıb. 
Dərslikdə həm də son vaxtlar dəmir yolunda baş verən struktur dəyişilikləri, dəmir 
yolunda struktur islahatlarının aparılmasına dair qəbul olunmuş Dövlət Proqramına 
uyğun dəmir yolunun texniki təchizatı və iş texnologiyasına dair məsələlər araşdırılıb. 
“Azərbaycan Dəmir Yolları” Qapalı Səmdar Cəmiyyətinin texniki parkında istismar 
olunan hərəkət vasitələri haqqında ümumi məlumat verilir və onların konstruksiyasının 
əsasları öz əksini tapıb. Dərslikdə həm də daşıma prosesinin idarə olunması, lokomotiv 
və vaqon təsərrüfatının, işarəvermə, rabitə, enerji təchisatı, dəmir yolu stansiya və 
qovşaqlarının qurğuları və tikililərinin əsas xarakteristik xüsusiyyətləri araşdırılıbdır. 
Dərslikdə dəmir yolunun texniki təchizat vasitələrinin tikinti-qabarit ölçüləri, 
avtomatika, telemexanika qurğuları və dəmir yolunun elektrik təchizatı məsələləri
verilir.
Dərslik “Dəmiryol nəqliyyatı və təsərrüfatı mühəndislıiyi”, “Nəqliyyatda daşımalar 
və idarəetmənin təşkili mühəndisliyi” ixtisasları üzrə təhsil alan ali texniki məktəb 
tələbələri üçün nəzərdə tutulub. Dərslikdən “Azərbaycan Dəmir Yolları” QSC-nin 
istehsalat sahələri və müəssisələrində çalışan mütəxəssislər və eləcədə də dəmiryolu 
nəqliyyatı ixtisasları üzrə təhsil alan magistrantların da istifadə etməsi faldalı olardı.
©“Kooperasiya” nəĢriyyatı, 2014
050302907-97 
124-2014 



GĠRĠġ 
Nəqliyyat əkinçilik, hasiledici və emaledici sənaye ilə birlikdə maddi 
istehsalın əsasını təĢkil edir. Nəqliyyat həm də maddi istehsalın əsas 
sahələrindən biri olmaqla bərabər, ölkə iqtisadiyyatının hərtərəfli və 
sürətli inkiĢafında mühüm rol oynayır. Sənayenin digər sahələrindən 
fərqli olaraq nəqliyyat yeni məhsul istehsal etmir. Nəqliyyatın məhsulu 
dedikdə yük və sərniĢinlərin yerdəyiĢməsi baĢa düĢülür. Məhsul o vaxt 
hazır hesab olunur ki, o bilavasitə istehlakçıya çatdırılsın. Ġstehsal 
sferasında isə bu əməliyyatı nəqliyyat yerinə yeririr. Nəqliyyat-istehsalçı 
ilə istehlakçı arasında əmtəə və xidmət əlaqələrini birləĢdirən bənd olub, 
onsuz bazar və bazar münasibətləri ola bilməz.
Nəqliyyat 
növləri arasındakı “əmək bölgüsündə” dəmiryol 
nəqliyyatının rolu əvəz olunmazdır. Azərbaycan Respublikasında əsas 
nəqliyyat növlərindən biri dədəmiryol nəqliyyatıdır. Son vaxtlar dəmiryol 
nəqliyyatı sistemində yük və sərniĢin daĢımalarının həcminin artması, 
hərəkət vasitələrindən səmərəli istifadə etmənin intensivləĢdirilməsi və 
beynəlxalq dəmir yolu marĢurutlarının iĢə düĢməsi respublikamızda 
dəmiryol nəqliyyatına olan diqqət və qayğını daha da artırır. DYN-nın
ahəngdar iĢi onun bütün istehsalat sahələrinin və struktur bölmələrinin 
hərtərəfli və səmərəli fəaliyyətindən asılıdır. Bunun üçün dəmir yolunda 
çalıĢan hər bir mütəxəssis bütün güc və qüvvəsini daĢıma prosesinin 
təkmilləĢdirilməsinə sərf etməklə bərabər, dəmir yolunun bütün
sahələrində də öz bilik və bacarığını göstərməli və dəmir yolu sahəsində 
kamil biliklərə malik olmalıdır.
Dəmir yolunun lokomotiv, vaqon, elektrik, iĢarəvermə və digər
təsərrüfat sahələri dəmiryol nəqliyyatının əsas struktur bölmələri hesab 
olunaraq, daĢıma prosesinin təĢkilində və qatarların hərəkət 
təhlükəsizliyinin təmin olunmasında xüsusi yer tuturlar. Bütövlükdə 
dəmiryolu sistemində maddi-texniki bazasının qorunub saxlanması və 
onların texniki xidmət və təmir iĢlərinin istismar-təmir müəssisələrində 
texniki-təĢkilatı tədbirlər əsasında vaxtında və düzgün yerinə 
yetirilməsinə daha ciddi və məsuliyyətlə yanaĢmağı tələb edir. Dəmir yol 


nəqliyyatının bütün xidmət sahələri müəssisələrinin qarĢılıqlı fəaliyyəti 
nəticəsində daĢıma prosesini vaxtı vaxtında, səmərəli və etibarlı hərəkət 
vasitələri ilə təmin etməklə ölkənin və əhalinin daĢımalara olan təlabatını 
ödəməkdir. 
Beləliklə, müasir bazar iqtisadiyyatı Ģəraitində dəmir yol nəqliyyatı 
qarĢısında duran əsas məsələlər aĢağıdakılardır: hərəkət vasitələrinin 
daĢıma prosesinə hazırlanması, daĢıma prosesinin operativ idarə 
olunması, dəmir yolunun hərəkət vasitələri, bütün tikili və qurğularının 
texniki istismarı və qorunub saxlanması; yeni texniki nailiyyətlərin
dəmir yol nəqliyyatında tətbiq olunması; dəmir yolunun və hərəkət 
tərkibi konstruksiyalarının modernizasiya olunması və inventar parkdan 
xidmət müddəti baĢa çatmıĢ hərəkət vasitələrinin silinməsi; yeni vaqon, 
lokomotiv və yol maĢınlarının alınması və onların daĢıma prosesində 
istifadə olunmasının təĢkili, dəmir yolunun üst quruluĢ elementlərinin 
rekonstruksiya olunması, qatarların hərəkət sürətinin artırılması ilə 
bərabər ekoloji problemlərin aradan qaldırılması.
DaĢıma prosesinin fasiləsiz yerinə yetirilməsində dəmir yolunun və 
hərəkət vasitələrinin konstruksiyasının etibarlı və iĢə yararlı olması 
olduqca vacib məsələdir. Hərəkət tərkiblərinin (vaqon, lokomotiv) təkər 
cütü, bukslar, resor asma elementləri, arabacıqlar, zərbə-dartı avadanlığı, 
pnevmatik və elektrik avadanlıqları, avtotormoz avadanlığı və s. düyün 
və elementlərinin və eləcədə dəmir yolu elementlərinin-rels, Ģpal, torpaq 
yatağı və ballast qatının istismar keyfiyyəti qatarların hərəkət təhlükəsiz-
liyinin təmin olunmasında mühüm rol oynayır. Bu məqsədlə də dəmir 
yolunun və hərəkət vasitələrinin əsas hissələrinin konstruksiyasının 
öyrənilməsinə və onlardan istifadə olunmanın səmərəliliyinin 
artırılmasına xüsusi fikir verilməlidir. 
Dəmir yol nəqliyyatı ilə yük və sərniĢin daĢımalarının həcminin 
artması hərəkət vasitələrinin konstruksiyasının təkmilləĢdirilməsi ilə 
bərabər, stansiyalarda iĢ texnologiyasının (manevr və yükləmə-boĢaltma 
əməliyyatları) səmərəliliyinin artırılmasını tələb edir. Bazar iqtisadiyyatı 
Ģəraitində dəmir yollarının, texniki təchizat vasitələrinin və hərəkət 
vasitələrinin 
texniki 
xidmət 
və 
təmir-istismar 
sisteminin 


təkmilləĢdirilməsi də dəmiryol nəqliyyatının ən əsas məsələlərindən biri 
sayılır.
Dəmir yolu sistemində mövcud texniki parkın qorunub saxlanması və 
yeni texnika və texnologiyaların tətbiq olunması ilə yerinə yetirilməlıdır. 
Bütün bu məsələlərin həlli isə ixtisaslı mütəxəssis kardlarının 
hazırlanmasından asılıdır. Belə kadrların hazırlanmasında dərslik, dərs 
vəsaiti və metodiki göstəriĢlərin tərtib olunması müasir dövrdə olduqca 
əhəmiyyətlidir. Bu səpkidə AzTU-nun “Dəmiryol nəqliyyatının 
istismarı” kafedrasının əməkdaĢları dosent, t.e.n. Ġsrail Elyazov, baĢ 
müəllim, Fəxri dəmiryolçu Elxan Həsənli və baĢ müəllim, texnika üzrə 
fəlsəfə doktoru Leyla Həsrətova tərəfindən hazırlanmıĢ “Dəmir yolları” 
adlı dərsliyi xüsusi əhəmiyyətə malikdir. 
Digər ixtisas fənni kimi “Dəmir yolları” da “Dəmiryol nəqliyyatı və 
təsərrüfatı mühəndisliyi” və “Nəqliyyatda daĢımaların və idarəetmənin 
təĢkili” ixtisasları üzrə təhsil alan ali məktəb tələbələri üçün əsas baza 
fənni hesab olunur. Bu ixtisas fənnində tələbələr aĢağıdakı kompleks 
məsələləri həll edən kursu öyrənirlər: dəmir yol nəqliyyatı haqqında 
ümumi məlumat, dəmir yol nəqliyyatının vahid nəqliyyat sistemindəki 
rolu, dəmir yolunun quruluĢu və onun istismarının əsasları, hərəkət 
vasitələrinin konstruksiyasının əsasları və onlatın texniki istismarının 
əsasları, dəmir yolunun bölmə məntəqələrin istismar fəaliyyəti, dəmiryol 
nəqliyyatında daĢıma prosesinin idarə olunması və qatarların hərəkətinin 
təĢkili, metropolitenin maddi-texniki bazası və qatarların hərəkətinin 
təĢkili və. Dərslikdə həm də hərəkət vasitələrinin avtotormoz avadanlığı 
və dəmir yolunun avtomatika və telemexanika sistemlərinin quruluĢu və 
dəmir yolunun elektrik təchizatı haqqında da ümumi məlumatlar verilir.
Təqdim olunan dərslik ali texniki məktəblərin “Dəmiryol nəqliyyatı və 
təsərrüfatı mühəndisliyi” və “Nəqliyyatda daĢımaların və idarəetmənin 
təĢkili mühəndisliyi” ixtisasları üzrə təhsil alan tələbələr və eləcədə 
dəmiryol nəqliyyatı sahəsində çalıĢan mütəxəssislər üçün də faydalı 
mənbə hesab oluna bilər. Müəlliflər dərsliyin əlyazmasının hazırlanma-
sında öz dəyərli məsləhətlərini verdiyinə görə Ġnfrastruktur 
Departamentinin kollektifinə, “Azərbaycan Dəmir Yolları” QSC-nin Sər-


niĢin daĢımaları Departamentinin texniki Ģöbə rəisi, t.e.n. Məmmədov 
Elxan Kamal oğluna və AzTU-nun “Dəmiryol nəqliyyatının istismarı” 
kafedrasının kollektivinə öz dərin minnətdarlıqlarını bildirirlər. 

Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə