Ġsraġl elyazov elxan həSƏNLĠ leyla həSRƏtova


Ölkənin vahid nəqliyyat sistemində dəmir yolunun yeri



Yüklə 6,76 Mb.
Pdf görüntüsü
səhifə3/105
tarix15.04.2023
ölçüsü6,76 Mb.
#105788
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   105
Demir yollari kitab tam — 1

 
1.2. Ölkənin vahid nəqliyyat sistemində dəmir yolunun yeri 
 
Ölkənin vahid nəqliyyat sistemində dəmir yol nəqliyyatı aparıcı 
yerlərdən birini tutur. Cədvəl1.1-dən aydın görünür ki, 2012-ci ildə 
Azərbaycan Respublikasının bütün nəqliyyat növləri üzrə ümumi yük 
və sərniĢin dövriyyəsinin xüsusi çəkisində dəmiryol nəqliyyatı ön 
sıralarda gedir. Dəmir yolları kütləvi daĢınmalara daha çox 
uyğunlaĢdırılmıĢdır. Dəmiryol nəqliyyatı ilin fəsilindən və atmosfer 
Ģəraitindən asılı olmayaraq müxtəlif iqlim zonalarında gecə və gündüz 
fasiləsiz olaraq iĢləmək qabiliyyətinə malikdir. Dəmir yollarında 
daĢınmalar kiçik maya dəyəri və yüklərin çatdırılmasının yüksək sürəti 
ilə yerinə yetirilir. Son illər ərzində yük və sərniĢin qatarlarının hərəkət 
sürəti əhəmiyyətli dərəcədə artıb. Ekspres qatarlarının sürətinin 140 
km/saata qədər çatdırılması üçün dəmir yollarında yeni rekonstruksiya 
iĢləri aparılır [23]. 
Dəmir yolları iri iqtisadi sənaye rayonlarının nəqliyyat əla- 
qələrində yüklərin bütün növlərinin daĢınmaları üçün daha universal 
nəqliyyat növü hesab olunur. Ancaq dəmir yollarının tikintisi 
topoqrafiya, iqlim və ekoloji Ģəraitdən asılı olaraq böyük əsaslı vəsait 
qoyuluĢlarını tələb edir. Hərəkət ölcüsündən az asılı olaraq dəmiryol 
nəqliyyatında xərclərin payı daha böyükdür. Ġstismara çəkilən xərclər
ümumi xərclərin yarıdan çoxunu təĢkil edir. Bu da dəmir yollarının 


fəaliyyətinin yüksək effektivliyinin təminatı üçün yük axınlarının 
əhəmiyyətli dərəcədə konsentrasiyasının təmin olunmasına səbəb olur.
Cədvəl 1.1. 
Nəqliyyatın 
növü 
Yük 
daĢımasının 
miqdarı,
min ton
Yük döv-
riyyəsi, 
milyon 
ton·km
SərniĢin daĢı 
masının miq- 
darı,
milyon 
sərnişin.
SərniĢin 
dövriyyəsi, 
milyon 
sərnişin·km
Dəmir yolu 
22910 
8163 
2706 
597 
Dəniz (su) 
12365 
5047 
18 

Aviasiya 
59 
285 
1593 
2460 
Boru 
kəməri; 
57190 
63171 


neft kəməri 
43316 
59171 


qaz kəməri 
13874 
4000 


Avtomobil 
118123 
13307 
1417413 
20034 
Dəmiryol nəqliyyatı ilə yüklərin daha uzaq məsafələrə daĢınması
iqtisadi cəhətdən daha səmərəlidir. Kiçik məsafələrə yüklərin daĢınması
istismar xərclərinin xüsusi sərfinin artırır və əlavə olaraq yüklərin 
baĢlanğıc və son əməliyyatlara verilməsini cətinləĢdirir. Vaqonun
yükləməboĢaltma mövqelərinə verilməsi əlavə yük əməliyyatlarının 
sayını artıraraq son əməliyyatların icra edilməsinə çəkilən xərcləri 
artırır.
BaĢqa nəqliyyat növlərindən fərqli olaraq dəmiryol nəqliyyatı hamının 
qəbul etdiyi aĢağı daĢıma maya dəyərinə malik olmasının iqtisadi 
üstünlüyü, ekoloji üstünlük (səs-küy və ətraf mühitin mühafizəsi), 
hərəkət təhlükəsizliyi kimi əlveriĢlı imkanlara malikdir. Böyük qəzalar, 
hadisələr və qəzalar vaxtı ölənlərin sayı 1 milyard sərn.-kilometrə 2012-
ci ildə dəmir yollarında (yalnız sərniĢin qatarlarında) 0,025, avtomobil 
nəqliyyatında (yalnız müəssisə və təĢkilatlara aid olan avtomobillərdə) - 
39,2,
çay nəqliyyatında-11,1, hava nəqliyyatında isə -2,02 nəfər olub. 
DaĢıma prosesinin yerinə yetirilməsində nəqliyyat növünün seçilməsi 
ən əsas keyfiyyət amillərdən biridir. Nəqliyyat növləri arasında belə 


keyfiyyətli əlaqələrin inkiĢafı onlar arasında qarĢılıqlı əməkdaĢlıq və 
rəqabət imkanları münasibətlətinin yaranmasına gətirib çıxarır. Belə 
əlaqələrə daĢımaların planlaĢdırılması və bölgüsündə texniki vasitələrdən 
səmərəli istifadə etmə iĢinin razılaĢdırılması və koordinasiyası, 
stansiyanın, dalan yollarının, müəssisələrin, çay və dəniz limanlarının 
vahid texnoloji iĢ prosesinin tətbiqi və iĢlənməsi, qatarların hərəkət 
qrafiklərinin, avtobusların, təyyarələrin və gəmilərin hərəkətinin cədvəl-
lərinin bir-birinə uyğunlaĢdırılması və s. daxildir. Nəqliyyatda 
əməkdaĢlığın vacib formalarından biri də yüklərin boĢaldılmadan 
qapıdan-qapıya daĢınması prinsipidir. Müxtəlif nəqliyyat növləri arasında 
qarĢılıqlı əlaqələr bazar münasibətləri Ģəraitində müqavilələr və 
öhdəliklər əsasında uğurla həyata keçirilir. 

Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə