Ġsraġl elyazov elxan həSƏNLĠ leyla həSRƏtova



Yüklə 6,76 Mb.
Pdf görüntüsü
səhifə8/105
tarix15.04.2023
ölçüsü6,76 Mb.
#105788
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   105
Demir yollari kitab tam — 1

Şəkil 1.1. Bakı-Tbilisi-Qars dəmir yolunun sxemi. 
“ġimal-Cənub” nəqliyyat dəhlizi-ġumalı Avropanı Rusiya və 
Azərbaycan ərazisindən keçməklə Hind okeanı və Fars körfəzi ilə 
əlaqələndirən beynəlxalq nəqliyyat dəhlizi hesab olunur. “ġimal-Cənub” 
nəqliyyat dəhlizi haqqında ilk razılaĢma 2002-ci ildə Rusiya, Ġran və 
Hindistan ölkələrinin nəqliyyat nazirləri tərəfindən imzalanmıĢdır. 2002-
ci ilin martında Rusiya FR “ġimal - Cənub” beynəlxalq nəqliyyat dəhlizi 
haqqında” saziĢi ratifikasiya etdi. 2002-ci ilin may ayında Cənub-ġərqi 
Asiya, Rusiya, Azərbaycan, digər MDB və Baltikyanı dövlətləri və 
Avropanın bir cox ölkələri arasında iqtisadi əlaqələri inkiĢaf etdirmək, 
taarif Ģərtlərinin razılaĢdırılması və bu dəhlizlə yüklərin daĢınmaya cəlb 
olunması məqsədi ilə “ġimal - Cənub” nəqliyyat dəhlizinin Koordinasiya 
ġurası təsis edildi. 14 oktyabr 2004-cü ildə isə Azərbaycan Respublikası 
“ġimal-Cənub nəqliyyat dəhlizinə rəsmi olaraq qoĢuldu. “ġimal-Cənub” 
nəqliyyat dəhlizinin reallaĢdırılması məqsədi ilə 2004-cü ilin iyununda 
Tehranda üç ölkə arasında (Azərbaycan, Rusiya, Ġran) uzunluğu 300 km 
olan Qəzvin-RəĢt-Ənzəli-Astara dəmir yolu xəttinin birgə tikilməsi haq-


qında razılaĢmaya dair Memorandium imzalandı. Bu dəmir yolu xəttinin 
tikintisini Rusiya tərəfinin texniki və maliyyə köməyi hesabına Ġran tərəfi 
öz üzərinə götürüb. Dəmir yolu xəttinin ilkin dəyəri 650 milyon dollar 
təĢkil edir. 5 fevral 2005-ci ildə Bakıda hər üç ölkənin dəmir yol 
təĢkilatları rəhbərlərinin iĢtirakı ilə görüĢ keçirildi, görüĢdə “ġimal - 
Cənub” xəttinin tikintisi və istismarı üzrə birgə müəssisənin yaradılması 
haqqında Memorandium imzalandı [22].
 
1.7. Dəmir yolu və bərə kecidləri 
 
 
Nəqliyyat növləri arasında qarĢılıqlı əlaqələrin yaradılması kapitalist 
sənayesinin sürətli inkiĢaf etdiyi dövrlərdə özünü büruzə verərək, 
nəqliyyat yaradıcılığı sferasında kooperasiyanın əsasları qoyuldu. 
Yüklərin bir nəqliyyat növündən digər nəqliyyat növünə yükləmə-
boĢaltma əməliyyatı ilə ötürülməsi mürəkkəb və əmək tutumlu prosesdir. 
Bu halda nəqliyyat xidmətinin keyfiyyəti lazımı səviyyədə qorunmur, 
yol boyunca daĢınan məhsulların saxlanma təlabatı və yükün istehlakcıya 
vaxtında çatdırılması təmin olunmur. Ġstehsal olunmuĢ məhsulların yük-
ləmə-boĢaltma əməliyyatsız istehlakçıya çatdırılması ilk dəfə olaraq 
dəmir yolu nəqliyyatı ilə su nəqliyyatı arasında yaranmıĢdır. Bununla 
əlaqədar olaraq yeni nəqliyyat vasitəsinin “bərə gəmisi” yaradılması 
qarıĢıq nəqliyyat vasitələrinin inkiĢafında böyük tarixi nailiyyətdir. 
Dünyada ilk gəmi bərəsi 1851-ci ildə ġimal dənizinin Qranton-
Byertaylend (ġotlandiyada) limanları arası xətlərdə istismara verilmiĢdir. 
1882-ci ildə Ryügen adasında ġtralzund və Alterfer limanları arasında
ilk alman dəmir yolu bərə xətti istismara verildi. 1883-cü ildə 
Danimarkanın Böyük Belt boğazında qonĢu adalarda yerləĢən Nyuborq 
və Korsyer limanlarını birləĢdirən bərə keçid xətti açıldı. Bu bərə xəttinin 
uzunluğu 25 km olub, indi də fəaliyyət göstərir. XIX əsrdə daha on bərə 
keçidi istismara verilmıĢdir ki, onlardan altısı daxili (ABġ, Kanada, 
Ġtaliya) dördü isə beynəlxalq xətlərdə (Danimarka-Ġsveç, Kanada-ABġ)
mövcud idi [28].
Dəmiryolu bərə nəqliyyat keçidlərinin hərtərəfli inkiĢafı və maddi-
texniki bazasının geniĢləndirilməsi XX əsrdə daha böyük vüsət alaraq 


dünyanın bütün qitələrinə yayılmıĢdır.
Dünyada ən böyük bərə 
keçidləri Amerika qitəsindədir. XX əsrin əvvəllərində istifadəyə verilmiĢ 
Sietl (ABġ)-Prins Rupert (Kanada) (uzunluğu 2620 km) və 1964-cü 
ildən fəaliyyət göstərən Kanada Alyaska (uzunluğu 2000 km) bərə 
keçidləri Sakit okean regionunda yük daĢımasında hal-hazırda böyük rol 
oynayır. Bu bərə keçidlərində elə okean bərə qoĢquları (yedək gəmiləri) 
iĢləyir ki, onlar üç barjı bir dəfəyə çəkə bilirlər. Amerikada beynəlxalq 
bərə keçid xətlərinin uzunluğu 6700 km və daxili bərə keçid xətlərinin 
uzunluğu isə 1280 km bərabərdir. ABġ-da Miçiqan gölündə və Cənubi 
Amerikanın Titikaka gölündə də bərə keçidləri iĢləyir. Afrika qitəsindəki 
bütün bərə keçidləri Viktoriya gölündədir. 1966-ci ildə bu göldə 
istismara verilmiĢ bərə keçidi Uqanda, Tanzaniya və Keniya dövlətləri 
arasında iqtisadi-ticarət əlaqələri inkiĢaf etdirərək, yük daĢıma prosesini 
həyata keçirir. 1962-ci ildə Kuk boğazında istismara verilmıĢ və 
uzunluğu 94 km olan Velinqton-Pinton bərə keçidi Avstraliya ilə Yeni 
Zelandiya ölkələri arasında olan iqtisadi-ticarət və mədəni əlaqələri daha 
da geniĢləndirdi.
Baltik dənizi Avropada bərə nəqliyyat keçidlərinin ən geniĢ yayıldığı 
regiondur. 1903-cü ildə Baltik dənizində uzunluğu 47 km olan 
Varnemyunde-Qeser (Almaniya-Danimarka) və uzunluğu 107 km olan 
Zasniç-Trellerborq (Almaniya-Ġsveç) bərə xətləri istismara verilmiĢdir. 
Ġndi bu xətlərdə XX əsrin 80-ci illərində tikilmiĢ “Ryugen” (dəmir yolu 
göyərtəsinin yükgötürməsi 1670 ton, uzunluğu 480 m və tutumu 37 yük 
vaqonudur, avtomobil göyərtəsinin yükgötürməsi isə 486 ton olub 12 yük 
və 73 sərniĢin avtomobili yerləĢir), “Rostok” (1900 ton, 49 yük vaqonu, 
21 yük avtomobili) və “Trellerborq” (55 yük vaqonu, 22 yük avtomobili, 
sərniĢin tutumu 800 nəfər) bərə gəmiləri iĢləyir. Ġndi Baltik dənizində 
ümumi uzunluğu 2000 km olan bərə keçidi fəaliyyət göstərir. Yük 
daĢımalarının həcminə və yükburaxma qabiliyyətinə görə bu keçidlərdən 
ən böyüyü (1918 km) 1975-ci ildə istismara verilmiĢ Tranvenyunde-
Xanka (Almaniya-Finlandiya) xəttidir. Qara Dəniz Ġqtisadi ƏməkdaĢlıq 
TəĢkilatının üzvü olan dövlətlərin iqtisadi-ticarət və mədəni əlaqələrinin
inkiĢafında da bərə keçidləri xüsusi yer tutur. Ġndi Qara Dənizdə 3 bərə 


keçidi xətti fəaliyyət göstərir. Kerç boğazından keçən və uzunluğu 4 km 
olan Krım-Qafqaz xətti 1955-ci ildən istismara verilərək, Rusiya ilə 
Ukranya arasında olan sərniĢin və yük daĢımalarının həcmini artırdı.
Qara dənizdə olan ikinci bərə keçidi xətti 1968-ci ildə Türkiyənin 
Sirkeli və XeydarpaĢa limanları arasında uzunluğu 2 km olan bərə xətti 
istismara verildi. 1978-ci ildə istismara verilmiĢ Ġliçevski (Ukranya)-
Varna (Bolqarıstan) bərə keçidi xətti (uzunluğu 458 km) keçmiĢ SSRĠ-də 
ilk beynəlxalq xətt sayılırdı. Hal-hazırda Avropanın daxili və beynəlxalq 
su xətlərində ümumi uzunluğu 3000 km olan bərə xətləri istismar olunur 
[39].
Asiya qitəsində bərə keçidləri Azərbaycan, Türkiyə, Rusiya,
Yaponiya və Türkmənistan dövlətlərinin nəqliyyat sektorunda mühüm 
yer tutur. Türkiyənin Van ğölündə uzunluğu 90 km olan Tatvan-Van bərə 
keçidi xətti 1964-cü ildən istifadəyə verilib və yük və sərniĢin 
daĢımalarında baĢlıca rol oynayır. Tatar boğazında 1973-cü ildə istismara 
verilmiĢ Vanino-Xolmsk bərə xətti (267 km) Rusiyanın BAM ilə 
Saxalin adası arasında sərniĢin və yük daĢımalarının səmərəliliyini 
artırdı. Yaponiyanın daxili sularında daĢımaların əksər hissəsi 1908-ci 
ildən fəaliyyət göstərən və ümumi uzunluğu 134 km olan iki bərə keçidi 
(Aommori-Xakorate 113 km və Uno-Takamaçu 21 km) vasitəsilə yerinə 
yetririlir. Yapon dənizində üç bərə keçidi fəaliyyət göstərir ki, onun da 
ən böyüyü 37,9 km uzunluqlu Nixori-Maçuyma xəttidir. Asiya qitəsində 
olan bərə keçid xətlərinin ümumi uzunluğu 1360 km bərabərdir ki, onun 
da 730 km uzuluğu Xəzər dənizində olan Bakı-TürkmənbaĢı və Bakı 
Aktau xətlərinin payına düĢür. Bu bərə kecidləri Xəzər dənizində 
“körpü” rolunu oynayaraq Mərkəzi Asiya ölkələrinin Azərbaycan ilə
iqtisadi-ticarət və mədəni əlaqələrin inkiĢafında mühüm əhəmiyyət kəsb 
edib. Hal-hazırda Bakı-TürkmənbaĢı və Bakı-Aktau bərə keçidləri, Avro-
pa- Qafqaz-Asiya “TRACECA” beynəlxalq nəqliyyat dəhlizinə daxil 
olduğundan, Azərbaycan ilə bu region ölkələri arasında iqtisadi əlaqələr 
daha sürətlə inkiĢaf edir. Bu nəqliyyat dəhlizinin iĢə düĢməsi həm də 
Azərbaycanın sürərli inkiĢaf tempi və iqtisadi qüdrətinin artmasna səbəb 
oldu. Azərbaycan, Avropa və Asiya ölkələri arasında tranzit əlaqələrin 


mərkəzində yerləĢir. Xəzər dənizinində Bakı limanı bərə keçidlərinin 
beynəlxalq daĢımalarında xüsusi yer tutduğundan yeni neft və 
konteyner terminalları yaradilmasına gətirib çıxartdı. Bakıda nəqliyyat 
infrastrukturunun geniĢlənməsi və beynəlxalq daĢımaların artmasını 
nəzərə alaraq Dübəndidə neft terminalı istifadəyə verilmiĢ, Səngəçalda 
yeni konteyner terminalı tikilmiĢ və Ələtdə yeni dəniz limanının iĢə 
salınması bu günün ən aktual layihəsidir. Qədim Ġpək Yolunun bərpa 
olunması Qara və Xəzər dənizlərində
olan bərə keçidlərinin əhəmiyyətini daha da artırdı.

Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə