Ġsraġl elyazov elxan həSƏNLĠ leyla həSRƏtova



Yüklə 6,76 Mb.
Pdf görüntüsü
səhifə2/105
tarix15.04.2023
ölçüsü6,76 Mb.
#105788
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   105
Demir yollari kitab tam — 1

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


BÖLMƏ
I. 
DƏMĠRYOL
 
NƏQLĠYYATI
HAQQINDA
 
 
ÜMUMĠ
MƏLUMAT 
 
FƏSĠL
 
I.
 
 
DƏMĠR
 
YOLU
 

 
ƏSAS
 
NƏQLĠYYAT
 
NÖVÜDÜR 
 
1.1.Dəmiryol nəqliyyatı və onun vahid 
nəqliyyat sistemində rolu 
Nəqliyyat-iqtisadiyyatın əsas maddi istehsal sahəsi olub, ölkənin 
iqtisadi və siyasi inkiĢaf səviyyəsinin təmin olunmasında mühüm rol 
oynayır. Digər sənaye sahələrindən fərqli olaraq nəqliyyat heç bir yeni 
məhsul istehsal etmir. Nəqliyyatın məhsulu yük və sərniĢinlərin 
daĢınmasıdır-yəni yerdəyiĢməsidir. Nəqliyyat-istehsalçı ilə istehlakçı 
arasında əmtəə-mal və xidmət mübadiləsində əsas ələqələndirici rol 
oynayır, onsuz bazar və bazar iqtisadiyyatı haqqında danıĢmaq olmaz. 
Nəqliyyat kompleksi, müxtəlif nəqliyyat növlərinin və daĢıma 
prosesinin bütün sahələrini əhatə edir və onların qarĢılıqlı fəaliyyətini 
tənzimləyir. Bu sistem maddi istehsal sferasında yalnız ümumi istifadədə 
olan bütün nəqliyyat növlərini deyil eyni zamanda müəssisələr arası 
daĢımaları, sənaye, tikinti, kənd təsərrüfatı sahələrini də əhatə edir. 
Deməli, istehsalın səmərəliliyinin yüksəldilməsi nəqliyyatın inkiĢafından 
və onun iĢindən bilavasitə asılıdır. 
Maddi istehsalın ayrı-ayrı sahələri arasında iqtisadi əlaqələrin təmini 
üçün nəqliyyat əsas vasitə olmaqla bərabər, nəqliyyat həm də ölkə 
iqtisadiyyatının inkiĢafına ciddi təsir göstərir. Beləliklə, nəqliyyat 
regionların iqtisadi və sosial cəhətdən formalaĢmasını sürətləndirir, 
onların arasındakı iqtisadi əlaqələrin yaranmasına və geniĢlənməsinə 
Ģərait yaradır. 
Ona görə də ölkə iqtisadiyyatının sürətli inkiĢafı və ixtisaslaĢması 
nəqliyyatın inkiĢaf problemləri ilə bilavasitə əlaqədardır. Nəqliyyat eyni 
zamanda əhalinin daĢıma prosesinə olan maddi ehtiyacını da yerinə 
yetirir. Nəqliyyatda daĢıma prosesi mürəkkəb əməliyyatdır. Bu prosesin 


səmərəli aparılması, optimal nəticələrin əldə edilməsi, nəqliyyatın 
istismar iĢinin həcminə və keyfiyyətinə cari və periodik qiymət vermək 
üçün bir sıra texniki-iqtisadi göstəricilərdən istifadə edilməlidir. Belə 
göstəricilər olmadan, nəqliyyat iĢinin uçotu, təhlili və proqnozlaĢ-
dırılması qeyri-mümkündür. 
Dəmiryol nəqliyyatı yeni iqtisadi rayonların və təbii sərvətlərin 
mənimsənilməsində, ölkə iqtisadiyyatının sürətli inkiĢafənda, əhalinin 
maddi-rifah halının yüksəlməsində və xalqlar arasında mədəni-dostluq 
əlaqələrinin 
möhkəmlənməsində 
əsas 
həlledici 
rol 
oynayır. 
Respublikamızda bazar iqtisadiyyatının formalaĢmasında və inkiĢafında, 
əhalinin daĢıma prosesinə olan təlabatının təmin edilməsində dəmiryol 
nəqliyyatının əhəmiyyəti daha vacibdir. MDB və Baltikyanı ölkələrin 
vahid dəmiryolu Ģəbəkəsinin olması, bu ölkələr arasında olan iqtisadi-
ticarət əlaqələrini qoruyub saxlamıĢdır. Dəmir yolu Azərbaycanın xarici 
ölkələrlə, o cümlədən MDB və Baltikyanı ölkələri ilə nəqliyyat iqtisadi 
əlaqələrinin 
baĢlıca 
hissəsidir. 
”TRACECA” 
layihəsinin 
reallaĢması,“ġimal-Cənub Nəqliyyat dəhlizinin” və “Bakı-Tbilisi - Qars 
yeni dəmiryolu bağlantısı” layihəsinin reallığa çevrilməsi dəmiryol 
nəqliyyatına olan diqqət və qayğını bir daha artırdı. 
Dəmiryol nəqliyyatından istifadə əsasən kütləvi sürətdə yük və 
sərniĢin daĢımalarından ibarətdir. Bu daĢımalardan əldə edilən gəlirin 
təxminən 80 faizi yük daĢımalarının üzərinə düĢür. SərniĢinlərin 
daĢınmasında isə beynəlxalq, yerli və Ģəhər ətrafı daĢımalar üstünlük 
təĢkil edir. Dəmiryol nəqliyyatının, onu digər nəqliyyat növlərindən 
fərqləndirən texniki-iqtisadi xüsusiyyətləri və üstünlükləri vardır. Bu 
üstünlüklərə və fərqli cəhətlərə aĢağıdakılar daxildir:
-istənilən quru ərazidə dəmiryol Ģəbəkəsinin tikilməsi imkanının 
olması, körpü, tunel və bərə keçidləri vasitəsilə qitələrlə adalar arasında 
nəqliyyat əlaqələrinin yaradılması; 
-daĢımaların kütləvi xarakteri və dəmir yollarında böyük
həcmli daĢıma imkanının olması (iki xətli yollarda illik yük daĢımaları 
kütləsinin 85-95 milyon ton, bir xətli yollarda isə 25-35 milyon ton); 


-dəmiryol nəqliyyatında qəbul edilmiĢ qabarit (əndazə) ölçülər nəzərə 
alınmaqla müxtəlif ölçülü yüklərin daĢınması imkanı; 
-sərniĢin və yük daĢımalarının yüksək sürətlə həyata keçirilməsi 
imkanı; 
-iqlim Ģəraitindən, ilin fəslindən və günündən asılı olmayaraq daĢıma 
prosesinin müntəzəmliliyi və fasiləsizliyi; 
-dalan və keçid yolları olan iri sənaye müəssisələri ilə böyük vəsait 
tələb edən yükvurma-yükboĢaltma əməliyyatlarına müraciət etmədən, 
birbaĢa ələqələrin yaradılması imkanı; 
-yüklərin daĢınmasında su nəqliyyatı ilə müqayisədə nisbətən daha 
qısa yoldan istifadə etmək imkanı; 
-digər nəqliyyat növləri ilə müqayisədə (boru kəmərindən baĢqa) 
daĢımaların maya dəyərinin az olması imkanı. 
Dəmiryol nəqliyyatının texniki təchizatının əsasını aĢağıdakı vasitələr 
və texniki qurğular təĢkil edir: torpaq yatağı və süni tikililərdən ibarət 
olan dəmiryol Ģəbəkəsi, müvafiq qurğularla birlikdə stansiyalar və bölmə 
məntəqələri, hərəkət tərkibləri, hərəkət tərkiblərinin təmiri və ekipirovka 
qurğuları, yol maĢın və müxanizmləri, elektrik təchizatı qurğuları, 
hərəkətin təhlükəsizliyini və daĢıma prosesinin idarə olunmasını təmin 
edən iĢarəvermə və rabitə vasitələri və qurğuları, maddi-texniki təchizat 
qurğuları və s. [4, 32].
Azərbaycan dəmir yolunda 170-dən çox müxtəlif təyinatlı stansiyalar 
mövcüddur. Yük və sərniĢin axını əsasən həmin stansiyalarda yaranır. 
Stansiyalar əsaslı tikililərdən-vağzallardan, sərniĢin platformalarından, 
anbarlardan, 
konteyner-yük 
terminallarından, 
iĢarəvermə-rabitə 
qurğularından, yükvurma-yükboĢaltma mexanizmlərindən, texniki 
xidmət məntəqələrindən və s. ibarətdir. 
Dəmiryol nəqliyyatında yüklərin və sərniĢinlərin daĢınması teplovoz 
və elektrovozların vasitəsilə yerinə yetirilir. Dəmir yollarının 1270 km 
(ümumi Ģəbəkənin 60%) elektrikləĢdirilmıĢdir. KeçmiĢ Sovetlər 
Ġttifaqında ilk elektrikləĢdirilmiĢ dəmir yolu xətti 1926-cı il iyulun 6-da 
Bakı-Sabunçu-Suraxanı xəttində istifadəyə verilmiĢdir. Dəmir yolunda 
daĢıma prosesinin 80% elektrik dartısının köməyi ilə yerinə yetirilir.


Ġri texniki stansiyalarda lokomotiv və vaqon depoları, yol tə-
sərrüfatının distansiyası, iĢarəvermə və rabitə müəssisələri, yük və 
kommersiya mərkəzləri və s. yerləĢir. ġəhərlərin və sənaye mərkəzlərinin 
yük stansiyaları bir qayda olaraq dalan yolları vasitəsilə sənaye, kənd 
təsərrüfatı, tikinti və digər müəssisə və təĢkilatlarla və eləcə də dəniz 
limanları və neft bazaları ilə əlaqədardırlar [19, 18].
Azərbaycan dəmir yolları əsasən MDB ölkələrində istehsal olunmuĢ 
lokomotivlərlə təchiz olunub. Dəmir yolunun vaqon parkı isə həm MDB 
ölkələrində, həm də ġərqi Avropa ölkələrində istehsal olunmuĢ 
vaqonlardan ibarətdir.

Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə