Ġsraġl elyazov elxan həSƏNLĠ leyla həSRƏtova


Dəmir yolunun yaranması və inkişafı



Yüklə 6,76 Mb.
Pdf görüntüsü
səhifə4/105
tarix15.04.2023
ölçüsü6,76 Mb.
#105788
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   105
Demir yollari kitab tam — 1

 
1.3. Dəmir yolunun yaranması və inkişafı 
 Haqqında tarixi məlumatlar 
Azərbaycan XIX əsrin əvvəllərindən Rusiyanın müstəmləkəsi 
olduğundan və Bakıda neft sənayesinin sürətli inkiĢafı ilə əlaqədar 
olaraq, ölkəmizin ərazisində dəmir yolunun çəkiliĢi və sonrakı inkiĢafı 
Rusiyada dəmir yolunun tikintisi ilə sıx bağlı olmuĢdur. Rusiya dəmir 
yolları zəngin tarixə malikdir. Ġlk belə yollar zavod daxili ağac yollar 
olmuĢdur. Azərbaycanda ilk belə zavod daxili yollar 1864-cu ildə 
Gədəbəydə mis mədənlərində çəkilmiĢdir. Hələ 1764-cü ildə Altayda 
Kuzma Frolov Kolıvano-Voskresenski zavodunda nov formalı ağac 
relsini sex daxili yolda quraraq mexaniki kanat dartısını tətbiq etdi. 
Filizlə doldurulmuĢ vaqonetka həmin yolda su nasosunun və kanatların 
köməyi ilə yerini dəyiĢdirirdi. 1788-ci ildə Petrozavodskda Aleksandr top 
zavodunda A.S.Yarsevin 174 m uzunluqlu çuqun relsli yolu tikilmiĢdir. 
Bundan 21 il sonra isə K.Frolovun oğlu dağ-mədən mühəndisi Pyotr 
Frolov Altayda at dartılı çuqun yolu tikdirib qurtardı.1809-cu ildə 
Rusiyada layihələndirmə, yolların tikintisi və istismarı, mülki və 
hidrotexniki tikililər üçün yol mühəndisliyi Korpusu yaradıldı. Elə həmin 
ildə Sankt Peterburqda su və quru yollar mühəndisliyi institutu


yaradıldı. Bu ali məktəb sonralar Peterburq Dəmir Yolları Mühəndisliyi 
institutu və Leninqrad Dəmiryol Nəqliyyatı Mühəndisliyi Ġnstitutu adlan-
dırıldı. Hal-hazırda bu ali məktəb Peterburq Dövlət Dəmir Yolları 
Universiteti adlanır [39]. 
Dünyada ümumi istifadəli ilk dəmir yolu xətti paravozun ixtiraçısı 
C.Stefenson rəhbərliyi ilə 1825-ci ildə Ġngiltərədə uzunluğu 18 km olan 
Stokton və Darlinqton Ģəhərləri arasında tikilib istifadəyə verilmiĢdir. 
Rusiyada paravoz dartılı ilk dəmir yolu Nijni Tagil zavodunun mexaniki 
E.A. Çerepanov və onun oğlu M.E. Çerepanov tərəfindən 1834-ci ildə 
Uralda tikilib istifadəyə verilmiĢdir. Uzunluğu 1 km yaxın olan yol
mədənlə zavodu birləĢdirirdi. Çerepanovlar həm də Rusiyada ilk paravo-
zun yaradıcıları hesab olunurdular. Rusiyada ümumi istifadəli ilk dəmir 
yolu xətti isə (uzunluğu 27 km) 1837-ci ildə Çarkəndi ilə (indi PuĢkin 
Ģəhəri adlanır) Peterburq arasında tikilib istifadəyə verilmiĢdir. Ġlk dəmir 
yolu koleyasının eni 6 futa (1829 mm, 1 fut=304,8 mm,) bərabər idi. 
Rus mühəndislik sənətinin ən böyük nailiyyəti 1851-ci ildə Moskva-
Peterburq dəmir yolu xəttinin tikilib istifadəyə verilməsi oldu. Uzunluğu 
650 km olan iki tərəfli magistral dəmir yolu xətti 8 il ərzində tikilib 
istifadəyə verilmiĢdir. Onun tikintisi Rusiya dəmir yollarında istedadlı 
inĢaatçılarının formalaĢmasının yeni məktəbini yaratdı. Mühəndis 
P.P.Melnikovun yolun layihələndirilməsində və tikintisində xüsusi 
xidmətləri olmuĢdur. Sonralar P.P.Melnikov ölkənin birinci dəmir 
yolları naziri və rus dilində ilk dəmiryol nəqliyyatı haqqında kitabin 
müəllifi olmuĢdur. Moskva-Peterburq dəmir yolu magistralı böyük 
iqtisadi əhəmiyyətə malik idi. Onun zəngin tikinti təcrübəsi nəticədə 
Rusiya dəmiryolu xətlərində yolun eni-koleyasi 5 fut (1524 mm) qəbul 
edildi. 1860-cı ildə Rusiyada professor N.Ġ.Lipin tətəfindən bütün dəmir 
yolu xətləri üçün tikililərin yaxınlaĢması və hərəkət vasitələri 
qabaritlərinin vahid əsasnaməsi hazırlanmıĢdır. Rusiyada təhkimçilik 
hüququnun ləğvindən (1861 il) və taxılın ixracının artımından sonra 
Rusiyada kapitalizmin inkiĢafı dəmir yolunun tikintisini XIX əsrin 60-cı 
illərin sonlarında, xüsusəndə -70-ci ilin baĢlanğıcı və 90-cı ilin ikinci 


yarısında, əhəmiyyətli dərəcədə aktivləĢdirdi. Təkcə 1865-ci ildən 1875-
ci ilə qədər Rusiyanın dəmir yollarının tikintisinin orta illik artımı 1,5 
min km təĢkil etdiyi halda, 1893-cü ildən 1897-ci ilə qədər bu artım 
təxminən 2,5 min km olmuĢdur. Bu dövrlərdə Rusiyada Moskva-Kursk 
(1868 il), Kursk-Kiyev (1870 il), Moskva-Brest (1871 il), Krasnovodsk -
DaĢkənd (1899 il), Bakı-Tibilisi (1883 il) və baĢqaları tikilib istifadəyə 
verilmiĢdir. 1891-ci ildə Böyük Sibir magistralının tikintisinə baĢlan-
mıĢdır. Bu magistralın tikintisi eyni zamanda hər iki tərəfdən-Çelyabinski 
və Vladivostokdan həyata keçirilirdi. 1901-ci ildə Böyük Sibir magistralı 
tikilib istifadəyə verilərək dünya dəmir yolunda ən böyük dəmir yolu 
magistralı (6503 kilometr) hesab olundu.
Yük daĢımalarının həcminin artması ilə əlaqədar olaraq XIX əsrin 70-
ci illərin sonlarında və 80-ci ilin baĢlanğıcında Rusiya dəmir yollarında
qatarların formalaĢması üçün xüsusi olaraq nəzərdə tutulmuĢ çeĢidləyici 
stansiyaların tikintisi geniĢləndirildi. Ġlk dəfə olaraq Rusiyada birinci 
çeĢidləyici stansiya 1879-cu Peterburqda istifadəyə verilmiĢdir. Bundan 
sonra Moskva və Rostovda belə stansiyalar tikilərək yeni nəqliyyat 
qovĢaqlarının yaranmasına gətirib çıxardı. Dəmir yolu tikintisinin 
geniĢlənməsi və hərəkətin təhlükəsizliyin təmin olunması ehtiyacı, dəmir 
yollarının sərt iĢ qaydasını və qatarların hərəkəti və manevr iĢlərinin 
təĢkili, hərəkət vasitələri, tikili və qurğuların saxlanması və onlara olan 
təlabatların təmin edilməsinin normativ texniki sənədlərin hazırlamasını 
müəyyən etdi. 1898-ci ildə Rusiyada ümumi istifadə edilən dəmir yolları, 
səhmdar və Ģəxsi cəmiyyətlər və dövlət xəzinəsi hesabına tikilən yollar 
üçün Texniki Ġstismarı Qaydaları təsdiq edilmiĢdir. 1909-cu ilə dəmir 
yollarında ĠĢarəvermənin Ümumi Qaydaları təsdiq olunaraq bütün Ģə- 
bəkə dəmir yollarında tətbiq olundu [24, 25]. 
Birinci Dünya müharibəsi yeni dəmiryol xətlərinin təcili tikintisi 
ehtiyacını doğurdu. 1916-cı ildə Petrozavodskdan Mur-manska qədər 
olan dəmir yolunun tikintisi baĢa çatdırıldı. 
Dəmir yollarının tikintisinin ilk illərindən baĢlayaraq rus mühəndisləri 
və alimləri böyük elmi iĢlər və ixtiralar yaradaraq dəmir yolu 
texnikasının inkiĢafında mühüm rol oynamıĢlar. Belə iĢlərdən biri-


relslərin termik emalını ilk dəfə 1864-cü ildə K.P. Polenov kəĢf etmiĢdir. 
Dəmiryol nəqliyyatı üçün əhəmiyyətli iĢlərdən biri də sürtünmənin 
hidrodinamik nəzəriyyəsinin müəllifi, görkəmli alim N.P.Petrov 
tərəfindən relslərin möhkəmlik hesabatı üsulunu yaradılmasıdır.
Dəmir yollarında tətbiq olunan iĢarəvermə və rabitə vasitələri tədricən 
təkmilləĢdirilirdi. 1852-ci ildə Peterburq-Moskva magistralında teleqraf 
rabitəsi tətbiq edilmiĢdir. Dəmir yolunda jezla sistemini 1870-ci ilin 
sonunda tətbiq edilmiĢdir. 1880-ci ilin sonunda qatarların hərəkətinin 
tənzimlənməsinin telefon üsulundan istifadə etməyə baĢladılar. Yol 
dəyiĢənlərin və siqnalların bir və ya bir neçə postdan mərkəzləĢdirilmiĢ 
idarə olunması da elə 1880-ci ilin sonundan baĢlayır. 1885-ci ildə profes-
sor Y.N.Qordenkonun layihəsi üzrə Peterburq-Moskva dəmir yolunun 
Sablino stansiyasında yol dəyiĢənlərin və siqnalların qarĢılıqlı qısa 
qapanması qurğusu tətbiq edilmiĢdir. Y.N.Qordenko həm də 
yoldəyiĢənlərin və siqnalların mexaniki mərkəzləĢdirməsi sistemini 
hazırlamıĢdır. Ġki xətli dəmir yollarında yarımavtomatik bloklama XIX 
əsrin sonunda XX əsrin əvvəl- 
lərində tətbiq edilmiĢdir. 
Hal-hazırda dünya dəmir yolları Ģəbəkəsinin ümumi uzunluğu 1,2-1,3 
milyon km-dən çoxdur. Dunyanın 140 ölkəsində dəmir yol Ģəbəkəsi 
mövcuddur ki, onun da yarıdan çoxy on ölkənin payına düĢür; ABġ 240 
min km, Rusiya 86 min km, Kanada 90 min km, Hindistan 61 min km, 
Çin 53 min km, Avstraliya 39,7 min km, Almaniya 36, 6 min km, 
Argentina 34,2 min km, Fransa 34 min km, Braziliya 30,1 min km. 
Dəmir yolu Ģəbəkəsinin Ģıxlığı daha çox Qərbi Avropa dövlətlərində-
Belçika, Ġsveçrə, Almaniya müĢahidə olunur. Dünyada dəmir yollarının 
izləri arasındakı məsafənin (koleya) müxtəlif olması vahid dəmir yolu 
Ģəbəkəsinin yaradılmasına imkan vermir. MDB və Baltikyanı ölkələrdə 
və Finlandiyada koleyanın eni 1520 mm, bir çox Qərbi Avropa 
olkələrində, Böyük Britaniyada, ġimali Amerikada, Uruqvay, Türkiyə, 
Çin, Ġran, Misir, Tunis, CAR, Əlcəzair və s. ölkələrdə isə relslər arası 
məsafə 1435 mm-ə (normal) bərabərdir. Bir çox ölkələrin (Hindistan, 
Pakistan, Argentina, Braziliya, Ġspaniya, Portuqaliya) dəmir yollarında 


relslər arası məsafə; 1600 və 1656 mm-enli koleyalıdır. Yaponiyada orta 
və qısa-1067, 1000 və 900 mm koleyalı yollar istismar olunur. Dünya 
dəmir yollarının təqribən 75%-i normal koleyalıdır. 

Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə