Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə183/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   179   180   181   182   183   184   185   186   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

590 



50. Onlar sanki vəhşi eşşəklərdir.  

51. (O eşşəklər ki) aslandan hürküb qaçarlar!  

52. Xeyr, onların hər biri özünə (göydən) nazil olmuş səhifələr verilməsini istəyər.  

53. Xeyr, daha doğrusu, onlar axirətdən qorxmazlar!  

54. Xeyr, bu (Qur’an) bir öyüd-nəsihətdir!  

55. İstəyənlər ondan öyüd alar.  

56. Bununla belə, Allah istəməsə, onlar əsla öyüd ala bilməzlər. Qorxub çəkinməyə də, 

bağışlamağa da layiq olan ancaq Odur!  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

591 



 

 

.



75

.  


əl-Qiyamə

  

(Qiyamət) surəsi  

(Məkkədə nazil olmuşdur, 40 ayədir) 

Bismillahir-rəhmanir-rəhim!  

1. And içirəm qiyamət gününə;  

2. And içirəm (günah etdiyi üçün, yaxud yaxşı əməli azdır deyə) özünü qınayan nəfsə! 

(Siz öləndən sonra mütləq diriləcəksiniz!)  

3. Məgər insan elə güman edir ki, (qiyamət günü) onun sümüklərini bir yerə yığa 

bilməyəcəyik?!  

4. Bəli, Biz onun barmaqlarını da (barmaq sümüklərini də, barmaqlarının uclarını da) 

düzəltməyə qadirik!  

5. Lakin insan (bundan sonra da) önündəkini (qiyaməti) danmaq (pis işlər görmək) 

istəyər.  

6. Və (istehza ilə): "Qiyamət günü nə vaxt olacaqdır?" - deyə soruşar.  

7. Göz (heyrətdən) bərələcəyi;  

8. Ay tutulacağı;  

9. Günəşlə ay birləşəcəyi (hər ikisinin qərbdən çıxacağı, nurunun gedəcəyi) zaman -  

10. Məhz o gün insan: "Qaçıb can qurtarmağa yer haradadır?" - deyəcəkdir.  

11. Xeyr, (o gün) heç bir sığınacaq olmayacaqdır!  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

592 



12. O gün (ey insan!) duracaq (pənah aparılacaq) yer ancaq Rəbbinin hüzurudur!  

13. O gün insana öncə etdiyi və sonraya qoyduğu nə varsa (sağlığında dünyada 

gördüyü işlər və öləndən sonra qoyub getdiyi yaxşı, pis nə varsa, hamısı) xəbər 

veriləcəkdir!  

14. Doğrusu, insan özü-özünə şahiddir!  

15. O, hər cür üzrxahlıq etsə də, (qəbul olunmaz)!  

16. (Ya Peyğəmbər! Cəbrail sənə Qur’an oxuduğu zaman) onu tələm-tələsik əzbərləmək 

üçün dilini tərpətmə! (Sən də onunla birlikdə Qur’anı təkrar etmə, yalnız dinlə!)  

17. Çünki onu (sənin qəlbində) cəm etmək, (dilində) oxutmaq Bizə aiddir.  

18. Biz onu (Cəbrailin dili ilə) oxutduğumuz zaman oxunmasını diqqətlə dinlə.  

19. Sonra onu (sənə) bəyan etmək də Bizə aiddir!  

20. Xeyr, xeyr! Siz tez keçib gedəni (fani dünyanı) sevirsiniz.  

21. Axirəti isə tərk edirsiniz.  

22. O gün neçə-neçə üzlər sevinib güləcək,  

23. Öz Rəbbinə baxacaqdır!  

24. O gün neçə-neçə üzlər tutulub qaralacaq,  

25. (Sahiblərinin) bel sümüklərinin (dəhşətli bir əzabla) qırılacağını anlayacaqdır!  

26. Xeyr, (can) boğaza (körpücük sümüklərinə) gəlib yetişəcəyi,  

27. "(Onu bu bəladan) kim xilas edə bilər?" - deyiləcəyi,  

28. (Can üstə olan kimsə) ayrılıq dəminin gəlib çatdığını anlayacağı,  

29. Və (ölüm qorxusundan) qıçı-qıçına dolaşacağı zaman,  

30. Aparılacağı yer Rəbbinin hüzuru olacaqdır (ey insan)!  

31. Beləliklə, o (kafir Əbu Cəhl) nə (Qur’anı) təsdiq etdi, nə də namaz qıldı.  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

593 



32. Amma (Allah kəlamını) yalan saydı, (ondan) üz döndərdi.  

33. Sonra da özünü darta-darta ailəsinin yanına getdi.  

34. Vay sənin halına, vay!  

35. Yenə də vay sənin halına, vay!  

36. Məgər insan elə güman edir ki, o, başlı-başına (cəzasız) buraxılacaq?!  

37. Məgər o tökülən bir qətrə nütfə deyildimi?!  

38. Sonra laxtalanmış qan oldu və (Allah) onu yaradıb surət verdi (insan şəklinə saldı).  

39. Sonra da ondan biri kişi, biri qadın olmaqla iki cift (həmtay) yaratdı.  

40. Elə isə O Allah ölüləri diriltməyə qadir deyildirmi?!  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

594 



 

 

 



.

76

.  


əl-İnsan və ya əd-Dəhr surəsi

  

(Məkkədə nazil olmuşdur, 31 ayədir) 

Bismillahir-rəhmanir-rəhim!  

1. İnsanın elə bir dövrü olub keçmişdir ki, o, xatırlanmağa layiq bir şey olmamışdır! 

(Yaxud insanın elə bir dövrü olub keçmişdir ki, o həmin dövrdə xatırlanası bir şey 

olmasın?! Əlbəttə, olmuşdur. İnsan əvvəlcə mövcud deyildi. Sonra o, yə’ni ulu babamız 

Adəm torpaqdan və sudan yoğrulub insan şəklinə salınmış, ona ruh verilmiş və o, 

həyat sürməyə başlamışdır. İnsanın nə üçün yaradıldığını əvvəlcə nə göy əhli, nə də o 

özü bilirdi. Tədriclə mələklər və o özü nə üçün yaradıldığını anladı).  

2. Həqiqətən, Biz insanı (sonrakı mərhələdə ata-anasının toxumundan ibarət) qarışıq bir 

nütfədən yaratdıq. Biz onu (dünyada özünü necə aparacağı, hər şeyin xaliqi olan Allaha 

itaət edib-etməyəcəyi ilə) imtahana çəkəcəyik. Biz onu eşidən, görən yaratdıq.  

3. Biz ona haqq yolu göstərdik. İstər (ne’mətlərimizə) minnətdar olsun, istər nankor (bu 

onun öz işidir).  

4. Biz kafirlər üçün zəncirlər, qandallar və alovlu bir atəş hazırlamışıq.  

5. Şübhəsiz ki, yaxşı əməl və itaət sahibləri (Cənnətdə) kafur qatılmış (şərabla dolu) 

qədəhdən içəcəklər.  

6. O (kafur) elə bir çeşmədir ki, Allahın bəndələri ondan içəcək və onu (istədikləri yerə) 

asanlıqla axıdacaqlar.  

7. Onlar (Cənnətə nail olacaq müttəqilər) elə kimsələrdirlər ki, verdikləri sözü (etdikləri 

nəziri) yerinə yetirər və dəhşətli (aləmi) bürüyəcək (şəri hər tərəfə yayılacaq) gündən 

(qiyamət günündən) qoxarlar.  



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   179   180   181   182   183   184   185   186   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə