Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə179/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   175   176   177   178   179   180   181   182   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

575 



46. Sonra onun şah damarını qopardardıq!  

47. Və heç biriniz də (Bizim əzabımızı) ondan dəf edə bilməzdiniz.  

48. Şübhəsiz ki, bu (Qur’an) müttəqilərə bir öyüd-nəsihətdir.  

49. (Ey insanlar!) İçərinizdə onu yalan hesab edənlər olduğunu da, əlbəttə, bilirik.  

50. Şübhəsiz ki, bu (Qur’an) kafirlər üçün bir peşmançılıqdır (ona inanmadıqlarına görə 

qiyamət günü böyük zərər çəkəcəklər).  

51. Doğrudan da, bu (Qur’an) gerçək bir həqiqətdir.  

52. Elə isə (ya Peyğəmbər!) sən ulu olan Rəbbinin adını təsbih (müqəddəs tutub həmd-

səna ilə zikr) et!  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

576 



 

 

 



 

.

70

.  

əl-Məaric

  

(Dərəcələr, yaxud Pillələr) surəsi  

(Məkkədə nazil olmuşdur, 44 ayədir) 

Bismillahir-rəhmanir-rəhim!  

1. (Kafirlərdən) biri vaqe olacaq əzab (qiyamət əzabının nə vaxt və kimə üz verəcəyi) 

barədə soruşdu.  

2. (O əzabı) kafirlərdən dəf edə biləcək bir kimsə yoxdur!  

3. (O əzab yüksək) dərəcələr sahibi olan Allahdandır!  

4. Mələklər və ruh (Cəbrail) Onun dərgahına (dünya ilə müqayisədə) müddəti əlli min 

il olan bir gündə qalxarlar.  

5. (Ya Peyğəmbər! Kafirlərin əziyyətlərinə) mətanətlə (heç bir təlaş, narahatlıq 

keçirmədən) səbr et!  

6. Şübhəsiz ki, onlar (müşriklər) onu (o əzabı) uzaq görürlər (ona inanmırlar).  

7. Biz isə onu yaxın görürük (ona inanırıq).  

8. O gün göy göyərmiş mis kimi olacaq;  

9. Dağlar da didilmiş (rəngbərəng) yun kimi olacaqdır.  

10. Və dost dostu arayıb axtarmayacaqdır (hərə öz hayına qalacaqdır).  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

577 



11. Onlar bir-birinə göstəriləcəklər (lakin bir-birini tanısalar da, özlərini tanımamazlığa 

vurub bir-birindən qaçacaqlar). O günün əzabından qurtarmaq üçün günahkar istərdi 

ki, fəda etsin (fidyə versin) öz oğullarını;  

12. Övrətini və qardaşını;  

13. (Çətin günlərdə) ona sığınacaq verən əşirətini (qohum-əqrabasını);  

14. Və yer üzündə olanların hamısını - təki özünü (Allahın əzabından) qurtarsın!  

15. Xeyr (bu mümkün deyildir). Həqiqətən, o (Cəhənnəm) alovlu atəşdir.  

16. (Elə bir atəş ki) başın dərisini sıyırıb çıxardır (dərini sümükdən ayırır).  

17. Çağırır (o Cəhənnəm itaətdən) çıxanı, (imandan) üz döndərəni  

18. Və (mal-dövlət) yığıb saxlayanı! (Allahın payını verməyəni; acizə, yoxsula əl 

tutmayanı!)  

19. Həqiqətən, insan (sərvətə) çox həris (tamahkar və kəmhövsələ) yaradılmışdır!  

20. Ona bir pislik üz verdikdə fəryad qoparar.  

21. Ona bir xeyir nəsib olduqda isə xəsis olar.  

22. Namaz qılanlar istisnadır!  

23. O kəslər ki, daim namaz qılarlar;  

24. O kəslər ki, onların mallarında müəyyən bir haqq (pay) vardır -  

25. Dilənən və (hər şeydən) məhrum olan (lakin abrına qısılıb dilənməyən) kimsə üçün;  

26. O kəslər ki, haqq-hesab gününü təsdiq edərlər;  

27. O kəslər ki, Rəbbinin əzabından qorxub tir-tir əsərlər;  

28. Çünki onların Rəbbinin əzabından (bu əzabın kiməsə toxunub-toxunmayacağından) 

arxayın olmaq olmaz;  

29. O kəslər ki, ayıb yerlərini qoruyub saxlayarlar (zina etməzlər);  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

578 



30. Övrətləri və cariyələri istisna olmaqla. (Onlarla yaxınlıq etməyə görə) əsla 

qınanmazlar;  

31. Bundan artığını istəyənlər isə həddi aşanlardır;  

32. O kəslər ki, əmanətə xəyanət etməz, verdikləri sözü yerinə yetirərlər;  

33. O kəslər ki, düzgün şəhadət verərlər  

34. Və o kəslər ki, namazlarını (layiqincə) hifz edərlər-  

35. Məhz onlar cənnətlərdə ehtiram olunacaq (əzizlənəcək) kimsələrdir!  

36. (Ya Peyğəmbər!) Kafirlərə nə olub ki, (boyunlarını qabağa uzadıb) sənə tərəf 

tələsirlər?  

37. Sağdan və soldan dəstə-dəstə gəlirlər?  

38. Məgər onların hər biri Nəim cənnətlərinəmi daxil olacağına ümid edir?  

39. Xeyr! (Bu ola bilməz). Biz onları özlərinin bildiyi şeydən yaratdıq! (İnsan bir qətrə 

natəmiz nütfədən xəlq edilmişdir. İnsanın e’tiqadı, imanı olmasa, bu vecsiz maddənin 

nə dəyərini, nə də qiyməti ola bilər?! Bu və ya digər şəxsin Cənnətə daxil olması üçün 

başlıca şərt onun Allaha iman gətirib Ona səmimi-qəlbdən itaət etməsidir. Nicat yolu 

yalnız budur!)  

40. Məşriqlərin və məğriblərin Rəbbinə and olsun ki, Biz, həqiqətən, qadirik.  

41. Onları özlərindən daha yaxşısı ilə əvəz etməyə (onları məhv edib yerlərinə Allaha 

müt’i olan başqa bir məxluq gətirməyə). Və (bu işdə) heç kəs Bizim qarşımıza keçə 

bilməz! (Bizə mane ola bilməz!)  

42. Elə isə (ya Peyğəmbər!) qoy onlar və’d olunduqları günə qovuşanadək (batil 

əməllərinə) dalsınlar və oynayıb-əylənsinlər!  

43. O gün onlar (dünyada ibadət etdikləri) bütlərin yanına tələsirmişlər kimi 

qəbirlərdən tez-tələsik çıxacaqlar.  

44. Onların gözləri zəlilcəsinə yerə dikiləcək, özlərini də zillət bürüyəcəkdir. Bu onlara 

və’d olunmuş həmin qiyamət günüdür!  

 



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   175   176   177   178   179   180   181   182   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə