Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə177/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   173   174   175   176   177   178   179   180   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

567 



20. Yaxud bu əsgərləriniz (köməkçiləriniz) kimdir ki, onlar sizi Rəhmanın əzabından 

qurtara bilsinlər?! (Bəndələri Allahın əzabından Onun Özündən başqa heç kəs xilas edə 

bilməz!) Kafirlər, sadəcə olaraq, aldanmaqdadırlar!  

21. Əgər (Allah) Öz ruzisini kəssə, sizə kim ruzi verə bilər?! Xeyr onlar (cahillikləri 

üzündən) dikbaşlıqdan və (haqqa) nifrət etməkdən (boyun qoymamaqdan) əl 

çəkmirlər.  

22. Elə isə (küfrü ucbatından) üzüstə sürünən daha haqq yoldadır, yoxsa düz yolda düz 

gedən?!  

23. (Ya Peyğəmbər!) De: "Sizi yoxdan yaradan, sizə qulaq, göz və qəlb verən Odur. 

(Allahın ne’mətlərinə) nə az şükür edirsiniz!"  

24. De: "Sizi yer üzünə yayıb səpələyən Odur. (Qiyamət günü) Onun hüzuruna 

toplanacaqsınız!"  

25. Onlar (müşriklər) deyirlər: "Əgər doğru danışanlardansınızsa, (bir xəbər verin 

görək) bu və’d (haqq-hesab, cəza) nə vaxt yerinə yetəcəkdir?"  

26. De: "Onu bilmək yalnız Allaha məxsusdur. Mən isə ancaq (sizi Allahın əzabı ilə) 

açıq-aşkar qorxudan bir peyğəmbərəm!"  

27. Kafirlər əzabın yaxınlaşdığını gördükləri zaman üzləri eybəcər kökə düşəcək 

(qaralacaq) və onlara: "Sizin (dünyada) istədiyiniz (və həmişə istehza edib 

inanmadığınız) əzab budur!" - deyiləcəkdir.  

28. (Ya Peyğəmbər! Bu müşriklərə) de: "Bir deyin görək, istər Allah məni və mənimlə 

birlikdə olanları məhv etsin, istərsə də bizə bir mərhəmət əta etsin; siz kafirləri şiddətli 

əzabdan (Allahın əzabından) kim qurtara bilər?! (Biz ölsək də, qalsaq da, bu sizə heç bir 

fayda verməz. Allahın əzabından nicat tapmaq üçün ancaq Onun haqq dininə iman 

gətirmək lazımdır!)  

29. De: "O bizim iman gətirdiyimiz və təvəkkül etdiyimiz Rəhmandır. Kimin (haqq 

yoldan) açıq-aydın azmış olduğunu (tezliklə) biləcəksiniz!"  

30. De: "Bir söyləyin görək, əgər suyunuz çəkilib (yerin dibinə) getsə, (Allahdan başqa) 

kim sizə axar su gətirə bilər?!  

 



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

568 



 

 

.



68

.  


Nun və ya əl-Qələm  

(Qələm) surəsi  

(Məkkədə nazil olmuşdur, 52 ayədir) 

Bismillahir-rəhmanir-rəhim!  

1. Nun! And olsun qələmə və (mələklərin) yazdıqlarına (yaxud lövhi-məhfuzda 

yazılanlara) ki,  

2. Sən (ya Rəsulum!) Rəbbinin ne’məti sayəsində divanə deyisən!  

3. Və həqiqətən, səni minnətsiz (tükənmək bilməyən) mükafat gözləyir!  

4. Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən!  

5. (Tezliklə) sən də görəcəksən, onlar da görəcəklər,  

6. Hansınızın divanə olduğunu!  

7. Həqiqətən, sənin Rəbbin öz yolundan çıxanları da, doğru yoldan olanları da ən gözəl 

tanıyandır!  

8. Elə isə (ya Peyğəmbər! Allahın ayələrini) yalan sayanlara itaət etmə!  

9. (Müşriklər) istərdilər ki, sən onlara yumşaqlıq göstərəsən, onlar da sənə yumşaqlıq 

göstərsinlər! (Sən onların bütləri barəsində pis söz deməyəsən, onlar da sənə əziyyət 

verməsinlər və ya sən onların bütlərinə tapınasan, onlar da sənin Allahına ibadət 

etsinlər!)  

10. (Ya Peyğəmbər!) İtaət etmə (yalan yerə) hər and içənə, alçağa;  

11. Qeybət edənə, söz gəzdirənə;  




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

569 



12. Xeyrə mane olana, (zülm etməkdə) həddi aşana, günaha batana;  

13. Daş ürəkliyə, (anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya -  

14. O, mal-dövlət, oğul-uşaq sahibi olsa belə!  

15. Ayələrimiz ona oxunduğu zaman o: "(Bunlar) qədimlərin əfsanələridir!" - dedi.  

16. Biz (tezliklə) onun burnuna damğa basacağıq!  

17. Biz vaxtilə o bağ sahiblərini imtahana çəkdiyim kimi, bunları da (Məkkə 

mürşiklərini də) imtahana çəkdik. O vaxt (o bağ sahibləri) səhər açılanda (onun 

meyvələrini) mütləq dərəcəklərinə and içmişdilər.  

18. Və heç bir istisna yeri də qoymamışdılar (inşallah deməmişdilər).  

19. Onlar yuxuda ikən (ya Peyğəmbər!) sənin Rəbbindən o bağa bir bəla gəldi.  

20. Və o (yanıb) qapqara qaraldı (külə döndü).  

21. Onlar səhər qalxıb bir-birini belə səslədilər:  

22. Əgər (məhsul) yığacaqsınızsa, bağınıza tez gedin!"  

23. Nəhayət, yola düşdülər, (yol boyu) bir-birinə xəlvətcə belə deyirdilər:  

24. "(Elə edin ki) bu gün orada yanınıza heç bir yoxsul soxulmasın!"  

25. Onlar (yoxsulları) bağa buraxmağa qadir olacaqlarını güman edərək erkən getdilər. 

[Və ya: Onlar gücləri yetdiyi halda (yoxsulları) yardımdan məhrum etməkdən ötrü 

sübh tezdən yola düzəldilər]  

26. (Bağı) bu vəziyyətdə (yanıb külə dönmüş) gördükdə dedilər: "Yəqin ki, (yolumuzu) 

azmışıq!  

27. Xeyr, biz (bağımızın bərəkətindən) məhrum olmuşuq!"  

28. Onların ən ağıllısı (və insaflısı) dedi: "Məgər mən sizə (Allahı) həmd-səna ilə təqdis 

etməli olduğunuzu demədimmi?!"  

29. Onlar: "Rəbbimiz pakdır, müqəddəsdir! Həqiqətən, biz zalım idik!" - dedilər.  




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

570 



30. Onlar bir-birini danlamağa başladılar.  

31. Və dedilər: "Vay halımıza! Biz azğınlıq (tüğyan) edirdik.  

32. Ola bilsin ki, Rəbbimiz (tövbəmizi qəbul buyurub) onun əvəzinə bizə daha yaxşısını 

versin. Biz Rəbbimizdən (bizi bağışlamasını, bizə mərhəmət əta etməsini) diləyirik!"  

33. (Dünyadakı) əzab belədir. Şübhəsiz ki, axirət əzabı daha şiddətlidir. Kaş biləydilər!  

34. Həqiqətən, Allahdan qorxub pis əməllərdən çəkinənləri Rəbbi yanında Nəim 

cənnətləti gözləyir!  

35. Məgər Biz müsəlmanları kafirlərlə eynimi tutacağıq?!  

36. (Ey kafirlər! Siz dünyada yoxsul mö’minlərdən var-dövlətcə üstün olduğunuz kimi, 

axirətdə də onlardan üstün olacağınızı, yaxud ən azı onlarla eyni olacağınızı iddia 

edirsiniz). Sizə nə olub, necə mühakimə yürüdürsünüz?  

37. Yoxsa (Allahdan nazil olmuş) bir kitabınız vardır ki, (bunları) orada oxuyursunuz?!  

38. Yaxud orada bəyənib seçdiyiniz hər şeyin sizin olacağı yazılmışdır?!  

39. Və ya hökm edib istədiklərinizin sizin olacağınıza dair Bizdən qiyamət gününədək 

davam edəcək əhd almısınız?!  

40. (Ya Peyğəmbər!) Onlardan soruş ki, hansı biri buna zamindir?  

41. Yoxsa onların (axirətdə müsəlmanlardan üstün və ya onlarla eyni olacaqları 

barədəki iddialarını təsdiq edən) şərikləri vardır?! Əgər doğru deyirlərsə, qoy 

şəriklərini gətirsinlər!  

42. İş çətinləşəcəyi (baldırlar açılacağı,lüt-üryan vəziyyətdə qiyamətə gedəcəkləri, 

qiyamət bütün dəhşəti ilə görünəcəyi, həqiqət aşkar olacağı) və səcdəyə (namaza) 

də’vət olunacaqları gün onlar (səcdə etməyə) qadir olmayacaqlar.  

43. Gözləri zəlilcəsinə yerə dikiləcək, özlərini də zillət bürüyəcəkdir. Halbuki onlar 

(dünyada) sağlam olduqları ikən səcdəyə də’vət olunurdular.  

44. (Ya Peyğəmbər!) Artıq bu kəlamı (Qur’anı) yalan sayanları Mənə tapşır. Biz onları 

özləri də bilmədən tədriclə əzaba giriftar edərik.  




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə