Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə173/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   169   170   171   172   173   174   175   176   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

554 



 

 

 



.

62

.  


əl-Cumuə

  

(Cümə) surəsi  

(Mədinədə nazil olmuşdur, 11 ayədir)  

Bismillahir-rəhmanir-rəhim!  

1. Göylərdə və yerdə nə varsa, (hamısı) mülkün (yer-göy mülkünün) hökmdarı (sahibi), 

müqəddəs (pak), yenilməz qüvvət, hikmət sahibi olan Allahı təqdis edib Onun şə’ninə 

tə’riflər deyər!  

2. (Əksəriyyəti yazıb-oxumaq bilməyən) ümmi ərəblərə özlərindən peyğəmbər 

göndərən Odur. (Bu Peyğəmbər) əvvəllər haqq yoldan açıq-aşkar azsalar da, onlara 

(Allahın) ayələrini oxuyar, onları (günahlardan, şirk və küfr çirkabından) təmizləyər, 

onlara Kitabı və hikməti (Qur’anı və şəriəti) öyrədər.  

3. (Allah-təala Muhəmməd əleyhissəlamı) ərəblərdən savayı hələ onlara qoşulmamış 

başqalarına da (islamı qəbul etməmiş indiki ümmətlərə və qiyamət gününə qədər 

dünyaya gələcək bütün sonrakı tayfalara da peyğəmbər göndərmişdir) [Və ya: o 

Peyğəmbər Kitabı və hikməti ərəblərdən əlavə hələ onlara qoşulmamış başqalarına da 

(başqa ümmətlərə də) öyrədər]. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!  

4. Bu, Allahın istədiyinə əta etdiyi mərhəmətdir (kərəmdir). Allah çox böyük mərhəmət 

(kərəm) sahibidir!  

5. Tövrata əməl etməyə mükəlləf olduqdan sonra ona əməl etməyənlər (Tövrata 

yükləndikdən sonra onu daşımayanlar, Tövrata iman gətirdikdən, onu oxuyub 




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

555 



öyrəndikdən sonra hökmlərini lazımınca yerinə yetirməyənlər) belində çoxlu kitab 

daşıyan (lakin onların içində nə yazıldığını bilməyən, onlardan faydalanmağı 

bacarmayan) ulağa bənzərlər. (Muhəmməd əleyhissəlamın həqiqi peyğəmbər olmasına 

dair) Allahın ayələrini yalan sayanlar barədə çəkilən məsəl necə də pisdir! Allah zalım 

(kafir) qövmü doğru yola yönəltməz!  

6. (Ya Peyğəmbər!) De: "Ey yəhudilər! Əgər bütün insanlardan fərqli olaraq, özünüzün 

Allahın dostları olduğunuzu iddia edirsinizsə, (və bunu) doğru deyirsinizsə, onda 

(Allahdan) ölüm diləyin! (Çünki Allah dərgahındakı ne’mətlər, əbədi həyat övliyalara 

ancaq öləndən sonra qismət olar).  

7. Halbuki onlar (dünyada) öz əlləri ilə etdikləri əməllərə (qazandıqları günahlara) görə 

heç vaxt (ölümü) diləməzlər. Allah zalımları (kafirləri) çox gözəl tanıyandır!  

8. (Ya Peyğəmbər!) De: "(Qorxub) qaçdığınız ölüm sizi mütləq yaxalayacaqdır. Sonra siz 

gizlini də, aşkarı da bilənin (Allahın) hüzuruna qaytarılacaqsınız. O da sizə (dünyada) 

nələr etdiyinizi (bir-bir) xəbər verəcəkdir!  

9. Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə 

tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!  

10. Namaz qılınıb qurtardıqdan sonra yer üzünə dağılın və Allahın lütfündən ruzi 

diləyib axtarın! (Yenə öz işinizə qayıdın!) Və Allahı çox zikr edin ki, nicat tapıb səadətə 

qovuşasınız! (Hər iki dünyada muradınıza yetişəsiniz!)  

11. Onlar (mö’minlər) bir alış-veriş, yaxud bir əyləncə gördükləri zaman səni ayaq üstə 

(minbərdə xütbə oxuduğun halda) qoyub ona tərəf cumdular. (Ya Peyğəmbər!) De: 

"Allah dərgahında olan savab əyləncədən də, ticarətdən də xeyirlidir. Allah ruzi 

verənlərin ən yaxşısıdır!" (Bir dəfə Muhəmməd əleyhissəlam minbərdə cümə namazı 

xütbəsi oxuduğu zaman Şamdan ərzaqla yüklənmiş bir karvanın gəldiyini xəbər verən 

təbil səsləri eşidilmişdi. O vaxt Mədinə əhalisi qıtlıqdan möhkəm əziyyət çəkirdi. Bunu 

eşidən camaat Peyğəmbəri tərk edərək karvanın qabağına qaçmışdı. Məsciddə cəmi on 

iki adam qalmışdı. O zaman bu ayə nazil olub cümə xütbəsi və namazı bitməmiş 

məsciddən çıxıb getməyin məqbul hərəkət olmadığına işarə edilmişdir).  

 

 

 




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

556 



 

 

.



63

.  


əl-Munafiqun

  

(Münafiqlər) surəsi  

(Mədinədə nazil olmuşdur, 11 ayədir) 

Bismillahir-rəhmanir-rəhim!  

1. (Ya Peyğəmbər!) Münafiqlər (riyakarlar) sənin yanına gəldikləri zaman: "Biz sənin, 

doğrudan da, Allahın Peyğəmbəri olduğuna şəhadət veririk! - deyirlər. Allah sənin 

Onun həqiqi Peyğəmbər olduğunu bilir. Allah həm də münafiqlərin xalis yalançı 

olduqlarına şəhadət verir.  

2. Onlar (yalan) andlarını özlərində sipər edib (xalqı) Allah yolundan döndərirlər. 

Həqiqətən, onların törətdikləri əməllər necə də pisdir!  

3. Bunun səbəbi odur ki, onlar (dildə) iman gətirdilər, sonra isə (ürəklərində gizli) kafir 

oldular. Buna görə də onların ürəklərinə möhür vurulmuş, özləri isə anlamaz kimsələr 

olmuşlar.  

4. (Ya Peyğəmbər!) Sən onları gördükdə cüssələri (boy-buxunları, gözəllikləri) xoşuna 

gəlir, danışanda sözlərinə qulaq asırsan. Onlar, sanki (divara) söykədilmiş dirəklərdir 

(ruhsuz bədən, müqəvva kimidirlər). Onlar (ikiüzlülüklərinin Peyğəmbərə və 

mö’minlərə əyan olacağından qorxub) hər bir qışqırığın (səs-küyün) öz əleyhlərinə 

olduğunu zənn edirlər. Onlar düşməndirlər, sən onlardan həzər et! Allah onları 

öldürsün, necə də haqdan döndərilirlər!  

5. Onlara: "Gəlin Allahın Peyğəmbəri (Rəbbinizdən) sizin bağışlanmağınızı diləsin!"-

deyildiyi zaman (istehza ilə) başlarını bulayar və sən (Ya Rəsulum!) onların təkəbbürlə 

üz çevirdiklərini görərsən.  




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə