Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə171/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   167   168   169   170   171   172   173   174   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

547 



13. (Ey mö’minlər!) Onların (münafiqlərlə yəhudilərin) ürəklərinə qorxu salan Allahdan 

çox sizsiniz. Bu isə onların (Allahın əzəmət və heybətini) anlamaz bir qövm olduqlarına 

görədir.  

14. Onlar (münafiqlərlə yəhudilər) hamılıqla sizə qarşı ancaq möhkəm şəhərlərdə 

(kəndlərdə), yaxud divar arxasında (qala içərisində) olarkən döyüşərlər (başqa şəraitdə 

sizinlə vuruşmağa cür’ət etməzlər). Onların öz aralarındakı vuruşmaları (və 

düşmənçilikləri) isə çox güclüdür. (Ya Peyğəmbər!) Sən onların əlbir olduqlarını güman 

edirsən, lakin onların qəlbləri dağınıqdır. Bunun səbəbi onların ağılsız bir qövm 

olmalarıdır.  

15. Onlar özlərindən bir az əvvəl əməllərinin cəzasını (dünyada) dadmış kimsələrə 

(Bədrdə məğlub olmuş Məkkə müşriklərinə) bənzəyirlər. Onları (axirətdə) şiddətli bir 

əzab gözləyir.  

16. (Münafiqlər Bəni Nəzir yəhudilərini aldatması) Şeytana (Şeytanın insanı 

aldatmasına) bənzəyir. O, insana: "Kafir ol !" - deyər. (İnsan) kafir olan kimi (Şeytan onu 

qoyub qaçaraq): "Mənim səninlə heç bir əlaqəm yoxdur. Mən aləmlərin Rəbbi olan 

Allahdan qorxuram!" - deyər.  

17. Onların hər ikisinin (Şeytanla onun aldatdığı adamın, eləcə də münafiqlərlə Bəni 

Nəzir qəbiləsinin) aqibəti cəhənnəm odu içində həmişəlik qalmaqdır. Zalımların 

(kafirlərin) cəzası budur!  

18. Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabah üçün nə etdiyinə (axirət üçün 

özünə nə hazırladığına) nəzər salsın. Allahdan qorxun. Həqiqətən, Allah 

etdiklərinizdən xəbərdardır!  

19. Allahı unutduları üçün Allahın da onları özlərinə unutdurduğu (xeyirlərini başa 

düşməyən) kimsələrə bənzəməyin! Onlar (Allahın itaətindən çıxmış) fasiqlərdir!  

20. Cəhənnəm əhli ilə cənnət əhli eyni ola bilməz. Cənnət əhli nicat tapıb (əbədi) səadətə 

qovuşanlardır!  

21. (Ya Peyğəmbər!) Əgər Biz bu Qur’anı bir dağa nazil etsəydik, sən onun Allahın 

qorxusundan (kiçildiyini) parça-parça olduğunu görərdin (halbuki ağıl və ruh sahibi 

olan insan onun öyüd-nəsihətlərindən ibrət almır). Biz bu misalları insanlar üçün 

çəkirik ki, bəlkə, düşünələr.  




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

548 



22. O Özündən başqa heç bir tanrı olmayan, gizlini də, aşkarı da bilən Allahdır. O 

rəhmlidir, mərhəmətlidir! (Allah dünyada bütün bəndələrinə rəhm edən Rəhman, 

axirətdə isə yalnız mö’minləri bağışlayan Rəhimdir!)  

23. O Özündən başqa heç bir tanrı (mə’bud) olmayan, (bütün məxluqatın) ixtiyar sahibi, 

müqəddəs (pak) olan, (bəndələrinə) salamatlıq, əmin-amanlıq bəxş edən, (hər şeydən) 

göz-qulaq olub (onu) qoruyan, yenilməz qüdrət (qüvvət) sahibi, (hamını istədiyi hər 

hansı bir şeyə) məcbur etməyə qadir olan, (hər şeydən) böyük (hər şeyin fövqündə) 

olan Allahdır. Allah (müşriklərin) Ona qoşduqlarından (şəriklərdən) ucadır.  

24. O, (hər şeyi) yaradan, yoxdan var edən, (hər şeyə) surət verən Allahdır. Ən gözəl 

adlar (əsmayi-hüsna) ancaq Ona məxsusdur. Göylərdə və yerdə nə varsa (hamısı) Onu 

təqdis edib şə’ninə tə’riflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

549 



 

 

 



.

60

.  


əl-Mumtəhinə

  

(İmtahana çəkilən qadın) surəsi  

(Mədinədə nazil olmuşdur, 13 ayədir) 

Bismillahir-rəhmanir-rəhim!  

1. Ey iman gətirənlər! Nə mənim düşmənimi, nə də özünüzün düşmənini dost (vəli) 

tutun! Onlar (kafirlər) sizə gələn haqqı (Qur’anı, Muhəmməd əleyhissəlamı) inkar 

etdikləri halda, siz onlarla dostluq edirsiniz (mehribanlıq göstərirsiniz). Siz Rəbbiniz 

olan Allaha iman gətirdiyiniz üçün onlar Peyğəmbəri və sizi (Məkkədən) çıxardırdılar. 

Əgər siz Mənim yolumda və Mənim rizamı qazanmaq uğrunda cihada çıxmısınızsa 

(Mənim düşmənlərimi dost tutmayın). Siz onlarla gizlində dostluq edirsiniz (dostluq 

üzündən onlara sirr verirsiniz). Mən sizin gizli saxladığınız və aşkar etdiyiniz hər şeyi 

(bütün gizli və aşkar əməllərinizi) bilirəm. Sizdən kim (bir daha) bunu etsə 

(düşmənlərlə dostluq edib onlara sirr versə), o, şübhəsiz ki, haqq yoldan azmışdır!  

2. Əgər onlar (müşriklər) sizi ələ keçirsələr (sizə qələbə çalsalar), sizə düşmən olar, sizə 

pisliklə əl və dil uzadar, sizin kafir olmanızı istəyərlər.  

3. Nə (xatirinə Allaha və Peyğəmbərinə xəyanət etdiyiniz Məkkədəki) qohum-

əqrabanız, nə də oğul-uşağınız sizə bir fayda verəcəkdir. Allah qiyamət günü sizi bir-

birinizdən ayıracaqdır. Allah nə etdiklərinizi görəndir!  

4. İbrahim və onunla birlikdə olanlar (mö’minlər) sizin üçün gözəl örnəkdir. O zaman 

onlar öz qövmünə belə demişdilər: "Şübhəsiz ki, bizim sizinlə və sizin Allahdan başqa 

ibadət etdiklərinizlə (bütlərlə) heç bir əlaqəmiz yoxdur. Biz sizi (dininizi) inkar edirik. 

Siz bir olan Allaha iman gətirməyincə bizimlə sizin aranızda həmişə ədavət və nifrət 

olacaqdır!" Ancaq İbrahim öz atasına: "Mən (öz Rəbbimdən) mütləq sənin 

bağışlanmağını diləyəcəm. Mən heç vəchlə səni Allahdan (Allahın əzabından) qurtara 

bilmərəm (mənim bacardığım yalnız budur)!" - deməsi istisnadır (bunda sizin üçün 



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə