Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
536
.
57
.
əl-Hədid
(Dəmir) surəsi (Mədinədə nazil olmuşdur, 29 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Göylərdə və yerdə nə varsa, (hamısı) Allahı təqdis edib şə’ninə tə’riflər deməkdədir.
O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!
2. Göylərin və yerin hökmü Onun əlindədir. Dirildən də, öldürən də Odur. O, hər şeyə
qadirdir!
3. Əvvəl də, axır da, zahir də, batin də Odur. O, hər şeyi biləndir! (Allah Öz əzəli elmi
və qüdrəti ilə hər şeyi görüb bildiyi halda, Özü görünməz, dərkolunmazdır. Allahın
varlığı aşkar, mahiyyəti isə tamamilə gizlidir).
4. Göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi yaradıb hökmü altına alan Odur. O,
yerə girəni də, (yerdən) çıxanı da, göydən enəni də, (göyə) qalxanı da bilir. Siz harada
olsanız, O sizinlədir. Allah sizin nə etdiklərinizi görəndir!
5. Göylərin və yerin hökmü Onun əlindədir. (Bütün) işlər (axırda) ancaq Allaha tərəf
qaytarılacaqdır!
6. Gecəni gündüzə, gündüzü də gecəyə qatan Odur. O, ürəklərdə olanları biləndir!
7. (Ey insanlar!) Allaha və Peyğəmbərinə iman gətirin. Sizi varis etdiyi maldan (Onun
yolunda) xərcləyin. Sizdən iman gətirib (mal-dövlətini Allah yolunda) sərf edənləri
böyük bir mükafat gözləyir!
8. Peyğəmbər sizi Rəbbinizə iman gətirməyə çağırdığı halda, sizə nə olub ki, Allaha
iman gətirmirsiniz? Hələ bundan da əvvəl (Allah sizi ulu babanız Adəmin belində,
Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
537
yaxud ruhlar aləmində olduğunuz zaman yalnız Ona iman gətirəcəyiniz barəsində)
sizdən əhd almışdı. Əgər (əvvəl-axır) iman gətirəcəksinizsə, (elə indidən gətirin - bu
sizin üçün daha yaxşıdır!)
9. Sizi zülmətlərdən nura (küfrdən imana) çıxartmaq üçün Öz bəndəsinə (Muhəmməd
əleyhissəlama) açıq-aşkar ayələr nazil edən Odur. Allah sizə şəfqətlidir, mərhəmətlidir!
10. (Ey insanlar!) Sizə nə olub ki, (mal-dövlətinizi) Allah yolunda xərcləmirsiniz?
Halbuki göylərin və yerin mirası (bütün sərvəti, eləcə də siz öləndən sonra qoyub
gedəcəyiniz malın hamısı) ancaq Allahındır. Sizlərdən (mal-dövlətini) fəthdən
(Məkkənin fəthindən) əvvəl (Allah yolunda) sərf edənlər və (müşriklərə qarşı)
vuruşanlar (başqaları ilə) eyni deyillər. Onlar (mallarını Allah yolunda) fəthdən sonra
sərf edib döyüşənlərdən dərəcə e’tibarilə daha üstündürlər. Bununla belə, Allah onların
hamısına (həm birincilərə, həm də ikincilərə) ən gözəl mükafat (Cənnət) və’d
buyurmuşdur. Allah sizin nə etdiklərinizdən xəbərdardır!
11. Kimdir o kəs ki, Allah yolunda könül xoşluğu ilə borc versin, O da onun əvəzini qat-
qat (birə on, yaxud birə yeddi yüz) artırsın?! Onu həm də çox qiymətli bir mükafat
(Cənnət) gözləyir!
12. O gün (qiyamət günü, ya Peyğəmbər!) mö’min kişilərin və qadınların (səmimi
e’tiqadları və dünyada etdikləri yaxşı əməllər müqabilində nail olduqları iman)
nurunun onların önlərindən və sağ tərəflərindən axıb şö’lə saçdığını (qıl körpüsü
üstündə onlara yol göstərdiyini) görəcəksən. (Mələklər onlara deyəcəklər: ) "Bu gün
sizin müjdəniz (ağacları) altından çaylar axan cənnətlərdir. Siz orada əbədi
qalacaqsınız!" Bu, böyük qurtuluşdur (uğurdur)!
13. O gün münafiq kişi və qadınlar iman gətirənlərə: "(Bizi bir az) gözləyin ki,
nurunuzdan bir qədər işıq alaq!" - deyəcəklər. (Onlara istehza ilə) belə cavab
veriləcəkdir: "Geriyə dönüb işıq axtarın!" (Bu sözlərdən sonra) onların (mö’minlərlə
münafiqlərin) arasına qapısının içəri tərəfində mərhəmət və bayır tərəfində əzab olan
bir sədd çəkiləcəkdir.
14. (Münafiqlər divarın içəri tərəfində olan mö’minləri) səsləyib deyəcəklər: "Məgər biz
(dünyada) sizinlə birlikdə deyildikmi?!" (Mö’minlər) belə cavab verəcəklər: "Bəli
(bizimlə birlikdə idiniz). Lakin siz özünüzü (nifaqla, ikiüzlülüklə) fitnəyə saldınız
(fitnəyə salıb məhvə düçar etdiniz), siz (mö’minlərin başına bir fəlakət gəlməsini)
gözləyirdiniz və (Allahın birliyinə, Muhəmməd əleyhissəlamın peyğəmbərliyinin
həqiqiliyinə) şəkk edirdiniz. Allahın əmri (ölümünüz) gəlib çatanadək sizi xam xəyallar
Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
538
(tamah) aldatdı. Sizi Allah barəsində (Allah rəhmlidir, bütün günahlarınızdan keçər,
sizə heç bir cəza verməz deyə) o tovlayan (Şeytan) tovladı!
15. (Ey münafiqlər!) Bu gün artıq nə sizdən, nə də kafirlərdən (günahlarınızın
bağışlanması üçün) heç bir fidyə qəbul olunmaz. Məskəniniz Cəhənnəmdir. Sizə
yaraşan odur. Ora necə də pis sığınacaqdır!"
16. İman gətirənlərin qəlblərinin Allahın zikri və haqdan nazil olan (Qur’an) üçün
yumşalması vaxtı gəlib çatmadımı?! Onlar özlərindən əvvəl kitab verilən kimsələr
(yəhudilər və xaçpərəstlər) kimi olmasınlar. Onlarla (öz peyğəmbərləri arasında) uzun
bir müddət keçmiş və (öyüd-nəsihəti unutduqları üçün) qəlbləri sərtləşmişdir. Onların
çoxu (Allaha asi olan) fasiqlərdir!
17. (Ey insanlar!) Bilin ki, Allah torpağa öldükdən sonra təzədən can verir. Biz ayələri
sizə belə müfəssəl izah etdik ki, bəlkə, ağlınız başınıza gəlsin!
18. Şübhəsiz ki, sədəqə verən kişi və qadınlar, Allah yolunda gözəl (könül xoşluğu ilə)
borc verənlər üçün (əməllərinin savabı) qat-qat artırılacaqdır. Onları həm də cox
qiymətli bir mükafat (Cənnət) gözləyir!
19. Allaha və peyğəmbərinə iman gətirənlər - məhz onlar öz Rəbbi dərgahında olan
siddiqlər (özündə-sözündə doğru olanlar) və şəhidlərdir. Onların (qiyamət günü) öz
mükafatları və (qıl körpüsü üstündə onlara yol göstərəcək) öz nurları vardır. Kafir olub
ayələrimizi yalan sayanlara gəldikdə isə, onlar cəhənnəmlikdirlər.
20. (Ey insanlar!) Bilin ki, dünya həyatı oyun-oyuncaq, bər-bəzək, bir-birinizin
qarşısında öyünmək və mal-dövləti, oğul-uşağı çoxaltmaqdan ibarətdir. Bu elə bir
yağışa bənzəyir ki, onun yetişdirdiyi bitki (məhsul) əkinçilərin xoşuna gələr. Sonra o
quruyar və sən onun saralıb-solduğunu, daha sonra çör-çöpə döndüyünü görərsən.
(Dünya malına aldananları) axirətdə şiddətli əzab, (dünya malına uymayanları isə)
Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı aldanışdan (yalandan) başqa bir
şey deyildir.
21. (Ey insanlar!) Rəbbiniz tərəfindən bağışlanmağa və genişliyi yerlə göyün genişliyi
qədər olan, Allaha və Onun peyğəmbərlərinə iman gətirənlərdən ötrü hazırlanmış
Cənnətə nail olmaq üçün (yaxşı əməllər etməkdə) bir-birinizi ötüb keçməyə çalışın. Bu,
Allahın dilədiyi kimsəyə əta etdiyi lütfdür (mərhəmətdir). Allah çox böyük lütf
(mərhəmət) sahibidir!
Dostları ilə paylaş: |