Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə165/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   161   162   163   164   165   166   167   168   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

524 



51. And olsun ki, Biz sizin kimiləri (çox) məhv etmişik. Amma heç bir ibrət alan (öyüd-

nəsihət qəbul edən) varmı?!  

52. Onların etdiyi hər şey (əməllərinin yazıldığı) dəftərlərdədir!  

53. Hər bir kiçik və böyük (günah lövhi-məhfuzda) yazılmışdır!  

54. Şübhəsiz ki, müttəqilər (axirətdə) cənnət bağlarında və çaylar kənarında,  

55. (Heç bir yersiz söhbətə və günaha təhrik olunmayan) haqq məclisində, qadir 

hökmdarın (Allahın) hüzurunda olacaqlar!  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

525 



 

 

 



 

.55

.  


ər-Rəhman

  

(Rəhmli olan Allah) surəsi  

(Məkkədə nazil olmuşdur, 78 ayədir) 

Bismillahir-rəhmanir-rəhim!  

1. Rəhman! (Mərhəmətli olan Allah!)  

2. (Öz peyğəmbərinə) Qur’anı öyrətdi.  

3. İnsanı yaratdı.  

4. Ona danışmağı (fikrini və duyğularını bəyan etməyi) öyrətdi.  

5. Günəş və ay müəyyən bir ölçü ilə (hərəkət edər).  

6. Otlar da, ağaclar da (Allaha) səcdə edər!  

7. Göyü. O ucaltdı, tərəzini (ədalət tərəzisini) O qoydu!  

8. Ona görə ki, çəkidə hədi aşmayasınız (insafı əldən verməyəsiniz).  

9. Tərəzini düz tutun, çəkini əskiltməyin! (Çəkidə insaflı olun, tərəzini korlamayın!)  

10. Yeri də (bütün) məxluqat üçün O döşədi.  

11. Orada növbənöv meyvələr və tumurcuqlu (salxımlı) xurma ağacları;  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

526 



12. (Yaşıl ikən yarpar, quruluğunda saman olan) saçaqlı dənli bitkilər və xoş ətirli 

çiçəklər (reyhan, qızılgül, yasəmən, bənövşə, qərənfil və s.) vardır.  

13. (Ey cinlər, ey insanlar!) Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya 

bilərsiniz?!  

14. İnsanı (Adəmi) saxsı kimi (toxunduqda səs çıxardan) quru palçıqdan O yaratdı.  

15. (Cinlərin əcdadı) cannı da tüstüsüz (təmiz) oddan O xəlq etdi.  

16. Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?!  

17. İki məşriqin və iki məğribin Rəbbi (günəşin və ayın yazda və qışda çıxıb batdığı 

yerlərin sahibi) Odur.  

18. Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?!  

19. (Suları şirin və acı olan) iki dənizi O qovuşdurdu (bir-birinə qovuşmaq üçün açıb 

buraxdı).  

20. Amma onların arasında maneə vardır, bir-birinə qatışmazlar (özləri üçün müəyyən 

edilmiş həddi aşmazlar).  

21. Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?!  

22. Onlardan (o iki dənizdən) inci və mərcan çıxar.  

23. Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?!  

24. Dənizdə uca dağlar kimi üzən gəmilər də Onundur.  

25. Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?!  

26. (Yer) üzündə olan hər kəs fanidir (ölümə məhkumdur).  

27. Ancaq əzəmət və kərəm sahibi olan Rəbbinin zatı baqidir.  

28. Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?!  

29. Göylərdə və yerdə kim varsa, (hamısı) Ondan (ruzi, mərhəmət və mədəd) diləyər. O 

hər gün (hər an) bir işdədir (birini öldürər, birini dirildər; acizə kömək, zalıməa zülm 




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

527 



edər; birinin duasını qəbul edər; birinə mərhəmət əta edib digərinə cəza verər. Bir işlə 

məşğul olmaq Onu digərindən yayındırmaz).  

30. Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?!  

31. Ey ağır yük (mükəlləfiyyət) altında olanlar (yaxud yerə ağırlıq verən cinlər və 

insanlar)! Sizinlə də (layiqincə) məşğul olacağıq (əməllərinizin haqq-hesabını mütləq 

çəkəcəyik).  

32. Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?!  

33. Ey cin və insan tayfası! Əgər göylərin və yerin ətrafından (çevrəsindən) kənara çıxa 

bilərsinizsə, çıxın. Siz (oradan) ancaq (qüdrət və) qüvvətlə (Allahın sizə bəxş etdiyi 

elmin qüdrətilə) çıxa bilərsiniz! (Yaxud siz oradan qüdrət və qüvvət vasitəsilə çıxa 

bilərsiniz ki, bu da sizdə yoxdur!)  

34. Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?!  

35. (Qiyamət günü) sizin üstünüzə tüstüsüz alov və alovsuz tüstü göndəriləcək 

(başınıza ərimiş mis, od və duman töküləcək) və siz bir-birinizə kömək də edə 

bilməyəcəksiniz.  

36. Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?!  

37. (Qiyamət günü) göy ayrılıb (dağ basılmış) dəri (yaxud dağ edilmiş yağ) kimi 

qıpqırmızı olduğu zaman (halınız necə olacaq)?!  

38. Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?!  

39. O gün nə bir insan, nə də bir cin günahı barəsində sorğu-sual olunmayacaqdır! (Yol 

ancaq Cəhənnəmdir!)  

40. Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?!  

41. Günahkarlar üzlərindən (sifətlərinin qaralığından, gözlərinin göylüyündən) 

tanınacaq, kəkillərindən və ayaqlarından tutulub yaxalanacaqlar (başları öndən, yaxud 

arxadan ayaqlarına bənd ediləcəkdir).  

42. Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?!  

43. (Onlara belə deyiləcəkdir: ) "Bu, günahkarların yalan hesab etdikləri Cəhənnəmdir!"  



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə