Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə162/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   158   159   160   161   162   163   164   165   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

513 



28. Biz bundan əvvəl (dünyada) Ona ibadət edirdik. Şübhəsiz ki, O, (və’dinə sadiq) 

kərəm sahibidir, rəhm edəndir!"  

29. Elə isə (ya Peyğəmbər! Sən müşriklərə) öyüd-nəsihət ver. Sən öz Rəbbinin ne’məti 

(nübüvvət və islam dini) sayəsində nə kahinsən, nə də divanə!  

30. Yoxsa onlar (sənin barəndə): "(O) şairdir. Biz (ruzigarın gərdişi nəticəsində) onun 

başına gələcək müsibəti (ölüb getməsini) gözləyirik!" - deyirlər.  

31. De: "Gözləyin, mən də sizinlə birlikdə (sizin başınıza gələcək müsibəti) 

gözlələyənlərdənəm!"  

32. Yoxsa onların puç ağılları bunu (bu cür batil sözləri deməyi) onlara əmr edir? Xeyr, 

onlar azğın bir qövmdürlər.  

33. Yoxsa onlar: "Onu (Qur’anı) özündən uydurdun!" - deyirlər. Xeyr, onlar (həsədləri, 

təkəbbürləri və inadları üzündən) iman gətirmirlər.  

34. Əgər doğru deyirlərsə, qoy onlar bunun (bu Qur’an) kimi bir kəlam gətirsinlər!  

35. Yoxsa onlar heç bir şeydən (xaliqsiz) yarandılar?! Yaxud onlar (öz-özlərini) 

yaradanlardır?!  

36. Yoxsa göyləri və yeri yaratdılar?! Xeyr, onlar (Allaha) ürəkdən inanmırlar!  

37. Yoxsa (ya Peyğəmbər) sənin Rəbbinin xəzinələri onlardadır?! Yaxud (hər şeyə) onlar 

hakimdirlər?!  

38. Yoxsa onların üstünə çıxıb (vəhyi) dinlədikləri bir nərdivanı vardır?! Elə isə qoy 

onların (vəhyi) dinləyənləri açıq-aşkar bir dəlil gətirsinlər!  

39. Yoxsa qızlar Onun (Allahın), oğlanlar isə sizindir?!  

40. Yoxsa (ya Peyğəmbər! Risaləti təbliğ etdiyinə görə) sən onlardan bir ücrət (mükafat) 

istəyirsən və onlar ağır borc yükü altındadırlar?!  

41. Yoxsa onlar qeybi bilir və (orada olanı) yazırlar?! (Qiyamətin, axirət həyatının 

olmadığını oradan öyrənib Muhəmməd əleyhissəlamla mübahisə edirlər?)  

42. Yoxsa (ya Peyğəmbər! Sənə qarşı) bir tələ qurmaq istəyirlər? Amma kafirlər özləri o 

tələyə düşəcəklər!  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

514 



43. Yoxsa onların Allahdan başqa bir tanrısı vardır? Allah bunların Ona qoşduqları 

şəriklərdən tamamilə uzaqdır!  

44. Əgər onlar göyün bir parçasının (başlarına) düşdüyünü görsələr: "Bulud topasıdır!" 

- deyərlər (özlərinə əzab gəldiyinə inanmazlar).  

45. Elə isə (dəhşətdən) sarsılıb karıxacaqları günə qovuşana qədər sən onları tərk et!  

46. O gün hiylələri onlara heç bir fayda verməyəcəkdir (Allahın əzabını onlardan dəf 

edə bilməyəcək) və onlara heç bir kömək olunmayacaqdır.  

47. Şübhəsiz ki, zalımları (kafirləri) hələ bundan başqa da (dünyada və qəbir evində) 

əzab gözləyir. Lakin onların əksəriyyəti (bunu) bilməz!  

48. (Ya Peyğəmbər!) Sən öz Rəbinin hökmünə səbr et! Şübhəsiz ki, sən Bizim 

gözümüzün qabağındasan (himayəmiz altındasan). (Namaza) qalxdıqda Rəbbini həmd-

səna ilə zikr et!  

49. Gecənin bir vaxtında nə ulduzlar batandan sonra (dan yeri söküləndə, yaxud sübh 

çağı) da Allahı təqdis edib şə’ninə tə’riflər de! (Gün ərzində vacib və əlavə namazları 

qıl!)  

 

 



 

 

 



 

 

 



 

 

 



 


Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

515 



 

 

 



.

53

.  


ən-Nəcm

  

(Ulduz) surəsi  

(Məkkədə nazil olmuşdur, 62 ayədir) 

Bismillahir-rəhmanir-rəhim!  

1. Batmaqda olan ulduza (Sürəyya ulduzuna) and olsun ki,  

2. Sizin yoldaşınız (Muhəmməd əleyhissəlam) nə haqq yoldan sapmış, nə də azmışdır!  

3. O, kefi istəyəni (havadan) danışmır.  

4. Bu, ancaq (Allah dərgahından) nazil olan bir vəhydir.  

5. Onu (Muhəmməd əleyhissəlama) çox qüvvətli olan (Cəbrail) öyrətdi.  

6. O qüvvət (ağıl və gözəllik) sahibi (Peyğəmbər əleyhissəlama öz həqiqi şəklində) 

göründü.  

7. O (Cəbrail) ən uca üfüqdə (günəşin çıxdığı yerdə) idi.  

8. Sonra (Cəbrail Muhəmməd əleyhissəlama) yaxınlaşdı və aşağı endi.  

9. (Onların arasındakı məsafə) iki yay uzunluğunda, bəlkə, ondan da yaxın oldu.  

10. Sonra (Cəbrail Allahın Öz) bəndəsinə (Mühəmmədə) vəhy buyurduğunu vəhy etdi.  

11. Qəlb (Peyğəmbərin qəlbi) gördüyünü yalan saymadı. (Muhəmməd əleyhissəlam 

gözü ilə gördüyünün Cəbrail olduğuna qəlbdən inandı).  

12. Siz onunla gördüyü barəsində mübahisəmi edirsiniz?  




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

516 



13. And olsun ki, (Muhəmməd əleyhiissəlam Cəbraili öz həqiqi surətində) başqa bir 

dəfə də (me’rac vaxtı) görmüşdü;  

14. (Yeddinci göydəki) Sidrətül-müntəhanın yanında.  

15. (Mələklər, şəhidlər və müttəqilər məskəni olan) Mə’va cənnəti onun yanındadır.  

16. O zaman Sidrəni nələr bürümüşdü, nələr!  

17. Göz nə (sağa-sola) yayındı, nə də uzağa getdi (hər şeyi olduğu kimi gördü).  

18. And olsun ki, (Peyğəmbər) öz Rəbbininən böyük qüdrət nişanələrindən 

(mö’cüzələrindən) bir qismini (Beytül-mə’muru, Sidrətül-müntəhanı, Cənnəti, 

Cəhənnəmi, Rəfrəfi, altı yüz qanadı olan Cəbrailin həqiqi surətini və i. a.) gördü.  

19. (Ey müşriklər!) Bir deyin görək (sizin ibadət etdiyiniz) Lat və Uzza nəyə qadirdilər?!  

20. Digər üçüncü (büt) olan Mənat da həmçinin?!  

21. Məgər oğlanlar sizin, (bəyənmədiyiniz) qızlar Onundurmu?! (Allahındırmı)?!  

22. Elə isə bu ədalətsiz bölgüdür!  

23. Onlar (bütlər) sizin atalarınızın (özlərindən uydurub) qoyduqları adlardan başqa 

heç bir şey deyildir! (Onların yalnız quru adı var, heç bir şeyə qadir deyillər). Allah 

onlara (ibadət edilməsinə) dair heç bir dəlil endirməmişdir. Onlar (müşriklər) yalnız 

zənnə və nəfslərindən gələn istəklərə uyarlar. Halbuki Rəbbindən onlara haqq yolu 

göstərən rəhbər (Qur’an və Peyğəmbər) gəlmişdir.  

24. Yoxsa insan istədiyi hər şeyə nail ola bilər?! (Xeyr, bu mümkün deyildir. Müşriklərin 

çox istəməsinə baxmayaraq, bütlər onlar üçün Allah dərgahında heç bir şəfaət edə 

bilməzlər).  

25. Axirətdə, dünya da ancaq Allahındır!  

26. Göylərdə neçə-neçə mələklər vardır ki, onların şəfaəti heç bir fayda verməz. Ancaq 

Allah Öz istədiyi və razı olduğu kimsəyə (mələyə, yaxud mö’minə) izin verdikdən 

sonra (onun şəfaəti fayda verər).  

27. Həqiqətən, axirətə inanmayanlar mələklərə (onların Allahın qızları olduğunu iddia 

edərək) qadın adları verirlər.  



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə