Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə163/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   159   160   161   162   163   164   165   166   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

517 



28. Onlar buna dair heç bir şey bilmir, yalnız zənnə qapılırlar. Zənn isə əsla həqiqət ola 

bilməz!  

29. Artıq (ya Peyğəmbər!) Bizim Qur’anımızdan üz çevirib dünya həyatından başqa bir 

şey istəməyənlərdən üz döndər!  

30. Onların bildiyi elə bu qədərdir. Şübhəsiz ki, sənin Rəbbin haqq yoldan azanı da, 

doğru yolda olanı da ən gözəl tanıyandır!  

31. Göylərdə və yerdə nə varsa, (hamısı) Allahındır. O, pislik edənlərə əməllərinin 

cəzasını verəcək, yaxşılıq edənləri isə ən gözəl mükafatla mükafatlandıracaqdır!  

32. (O yaxşılıq edənlər ki) kiçik günahlar (xətalar) istisna olmaqla, böyük günahlardan 

və rəzil işlərdən (zinadan) çəkinərlər. Həqiqətən, sənin Rəbbin çox bağışlayandır. Sizi 

torpaqdan yaradan da, siz analarınızın bətnlərində rüşeym halında olanda da sizi ən 

gözəl tanıyan Odur. Özünüzü təmizə çıxartmayın. O, Allahdan qorxub pis əməllərdən 

çəkinənin kim olduğunu ən gözəl biləndir!  

33. (Ya Peyğəmbər!) İndi gördünmü (imandan) dönəni,  

34. Bir az (pul, mal) verib (qalanına) xəsislik göstərəni?  

35. Məgər o, qeybi bilirmi ki, (öz dostunun əzabına yüklənə biləcəyini) görsün?! 

(Müşriklərdən Vəlid ibn Müğirə islama meyl göstərmişdi. Bunu eşidən digər bir müşrik 

onu babalarının dinindən üz döndərməkdə ittiham edərək möhkəm danlamış və 

demişdi ki, əgər Müğirə ona müəyyən məbləğ pul, mal versə və islamı atıb öz dininə 

qayıtsa, o, axirətdə Müğirənin əzabını öz üzərinə götürəcəkdir. Müğirə islamdan üz 

döndərmiş, lakin xəsislik göstərib həmin şəxsə və’d etdiyi məbləğin hamısını deyil, bir 

qismini vermişdi).  

36. Yoxsa ona Musanın səhifələrindən olanlar xəbər verilmədi?!  

37. Və (əhdə) çox vəfalı olan (Allahın qarşısındakı borcunu layiqincə ödəyən) İbrahimin 

(sühüfündəkilər bildirilmədi?!)  

38. (Tövratda və İbrahimin səhifələrində deyilənlər bunlardır: ) "Heç bir günahkar 

başqasının günahına yüklənməz!  

39. İnsana ancaq öz zəhməti (sə’yi, çalışması, əməli) qalar!  

40. Şübhəsiz ki, (qiyamət günü) onun zəhməti (sə’yi, əməli) görünəcəkdir!  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

518 



41. Sonra da ona (zəhmətinin, əməlinin) tam əvəzi veriləcəkdir!"  

42. Həqiqətən, axır dönüş sənin Rəbbinədir!  

43. Güldürən də, ağladan da Odur!  

44. Öldürən də, dirildən də Odur!  

45. (İnsanlardan və heyvanlardan ibarət) iki cifti (hər bir cütü) erkək və dişi olaraq 

yaradan Odur -  

46. (Bir qərtə) nütfədən (o, ata belindən analığa) axıb tökülərkən.  

47. (Ölüləri) yenidən diriltmək də Ona aiddir!  

48. (İstədiyini) dövlətli də edən, kasıb da edən Odur!  

49. Şi’ranın (Şi’ra ulduzunun) da Rəbbi Odur!  

50. Əvvəlki (ilkin) Adı (Ad qövmünü) O məhv etdi.  

51. Səmudu da həmçinin! Və (onlardan heç kəsi sağ) buraxmadı.  

52. Daha əvvəl Nuh qövmünü (məhv etdi), çünki onlar daha zalım, daha azğın kimsələr 

idi.  


53. (Lut qövmünün yurdu) Mö’təfikənin də altını üstünə O çevirdi (qaldırıb yerə 

vurdu).  

54. Onları nələr sardı, nələr! (Başlarına nə müsibətlər gəldi!)  

55. (Ey insan!) Sən öz Rəbbinin hansı ne’mətlərinə şəkk edirsən?!  

56. Bu (Muhəmməd əleyhissəlam) da əvvəlki peyğəmbərlər kimi (insanları Allahın 

əzabı ilə) qorxudan bir peyğəmbərdir!  

57. (Ey insanlar!) Yaxınlaşam (qiyamət) yaxınlaşdı.  

58. Onu Allahdan başqa heç kəs dəf edə bilməz! (Və ya: onun dəqiq vaxtını Allahdan 

başqa heç kəs bilməz!)  

59. İndi siz bu kəlama (Qur’ana) təəccübmü edirsiniz?  




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

519 



60. Həm də gülürsünüz, heç ağlamırsınız!  

61. Siz (qəflət içində) oynayır-əylənirsiniz (ona e’tina etmirsiniz).  

62. (Ey insanlar!) Gəlin Allaha səcdə edin, (Allaha) ibadət edin! (Ondan başqasına itaət 

etməyin!)  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

520 



 

 

 



.

54

.  


əl-Qəmər

  

(Ay) surəsi  

(Məkkədə nazil olmuşdur, 55 ayədir) 

Bismillahir-rəhmanir-rəhim!  

1. O saat (qiyamət) yaxınlaşdı və ay (Peyğəmbərin mö’cüzəsi ilə) parçalandı.  

2. Əgər müşriklər (Muhəmməd əleyhissəlamın peyğəmbərliyinin həqiqiliyini təsdiq 

edən) bir mö’cüzə görsələr, (imandan) üz döndərib: "(Bu, uzun müddət) davam edən 

bir sehrdir!" - deyərlər.  

3. Onlar (ayın parçalanmasını, digər mö’cüzələri və Peyğəmbər əleyhissəlamı) təkzib 

etdilər və öz nəfslərinin istəklərinə uydular. Halbuki hər bir iş qərarlaşdırılmışdır! 

(Əzəldən müəyyən edilmiş hər bir iş, o cümlədən islam dini və Muhəmməd 

əleyhissəlamın peyğəmbərliyi bərqərar olacaqdır!)  

4. And olsun ki, onlara (pis əməllərdən) çəkindirən neçə-neçə xəbərlər gəlmişdir.  

5. (Bu Qur’an) olduqca böyük hikmətdir. Lakin (inanmayanlara, qəlbləri 

möhürlənənlərə oradakı) qorxutmalar (öyüd-nəsihət) heç bir fayda verməz!  

6. Artıq (ya Peyğəmbər!) sən onlardan üz çevir. Carçının (İsrafilin) onları olduqca pis 

(dəhşətli) bir şeyə (məhşərə) çağıracağı günədək!  

7. Onlar (o gün) gözlərini zəlilanə aşağı tikib (ətrafa) səpələnmiş çəyirtkələr kimi 

qəbirlərindən çıxacaqlar.  

8. Kafirlər (boyunlarını qabağa uzadıb) carçıya tərəf tələsərək: "Bu nə çətin bir gündür!" 

- deyəcəklər.  



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə