Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə161/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   157   158   159   160   161   162   163   164   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

509 



42. O, qarşısına çıxan heç bir şeyi buraxmır, onu sovurub külə (çör-çöpə) döndərirdi.  

43. Səmudun (Səmud qövmünün) başına gələnlərdə də (bir ibrət dərsi vardır). O zaman 

onlara: "Hələ bir müddət (üç gün) kef çəkib ləzzət alın!" - deyilmişdi.  

44. Onlar öz Rəbbinin əmrinə (tabe olmağa) təkəbbür göstərmiş və onları gözləri baxa-

baxa ildırım vurmuşdu.  

45. Onların nə (yıxıldıqları yerdən) qalxmağa gücləri çatmış, nə də (bir kimsədən 

özlərinə) kömək istəyə bilmişdilər (yaxud nə də özlərinə cəza verəndən intiqam ala 

bilmişdilər).  

46. Daha əvvəl Nuh qövmünü (məhv etmişdik). Çünki onlar (Allahın itaətindən çıxmış) 

fasiqlər idilər.  

47. Biz göyü qüdrətimizlə (qüdrət əlimizlə) yaratdıq və Biz (istədiyimiz hər şeyi 

yaratmağa) qadirik. (Və ya: Biz göyü qüdrətimizlə yaratdıq və Biz onu 

genişləndirməkdəyik).  

48. Yeri də Biz döşədik. (Onu) döşəyənlər necə də gözəldir! (Biz necə də gözəl 

döşəyənlərik!)  

49. Biz hər şeydən (erkək və dişi, bir-birinin əksi olmaqla) cüt-cüt yaratdıq. Bəlkə, bir 

düşünüb ibrət alasınız!  

50. (Ya Rəsulum! Bu insanlara de: ) "Allaha tərəf qaçın! (Allahın qəzəbindən qaçıb Onun 

mərhəmətinə sığının, küfrü atıb imana gəlin!) Mən sizi Ondan (Allahın əzabından) açıq-

aşkar qorxudan bir peyğəmbərəm!  

51. Allahla yanaşı başqa bir tanrı qəbul etməyin. Mən sizi Ondan (Allahın əzabından) 

açıq-aşkar qorxudan bir peyğəmbərəm!"  

52. (Ya Rəsulum! Sənin qövmün sənə şair, sehrbaz, divanə dediyi kimi) eləcə də 

onlardan əvvəlkilər özlərinə bir peyğəmbər gələr-gəlməz ona sehrbaz, divanə dedilər.  

53. Görəsən, onlar bunu (bu dediklərini) bir-birinə vəsiyyətmi etmişlər?! (Hamısı eyni 

şeyi deyir). Xeyr, onlar azğın bir qövmdürlər!  

54. (Ya Rəsulum!) Artıq onlardan üz döndər! Sən buna görə qınanası deyilsən (çünki 

sənə həvalə olunmuş risaləti layiqincə təbliğ etdin).  




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

510 



55. Sən (onlara Qur’anla) öyüd-nəsihət ver. Çünki öyüd-nəsihət mö’minlərə fayda verir.  

56. Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!  

57. Mən onlardan ruzi istəmirəm. Mən onlardan Məni (ehtiyacı olan bəndələrimi) 

yedirtmələrini də istəmirəm!  

58. Şübhəsiz ki, ruzi verən də, qüvvət sahibi də, yenilməz olan da Allahdır!  

59. Həqiqət, zülm edənlərin (özlərindən əvvəlki) yoldaşlarının qisməti kimi bir qisməti 

vardır! (Allaha şərik qoşmaqla özlərinə zülm edən Məkkə müşriklərini də əvvəlki 

ümmətlər kimi şiddətli bir əzab gözləyir!) Qoy onlar Məni (özlərinə əzab verməyə) 

tələsdirməsinlər!  

60. Və’d olunduqları gündən (qiyamət günündən) dolayı vay kafirlərin halına!  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

511 



 

 

 



.

52

.  


ət-Tur

  

(Dağ) surəsi  

(Məkkədə nazil olmuşdur, 49 ayədir) 

Bismillahir-rəhmanir-rəhim!  

1. And olsun (Allahın Musa ilə danışdığı) Tur dağına;  

2. And olsun yazılmış kitaba (Tövrata, Qur’ana, yaxud bütün ilahi kitablara) -  

3. Açıq dəri üzərində (olan kitaba);  

4. And olsun (mələklərin ibadət etdiyi) Beytülmə’mura;  

5. And olsun yüksək tavana (uca göyə)  

6. Və dolub daşan (alovlanan) dənizə ki,  

7. Rəbbinin əzabı (Ya Peyğəmbər!) mütləq vaqe olacaqdır!  

8. Onu heç kəs dəf edə bilməz!  

9. O gün göy hərəkətə gəlib fırlanacaq (çalxalanacaq),  

10. Dağlar yerindən qopub (havada toz kimi) oynayacaqdır.  

11. O gün vay (peyğəmbərləri) yalançı hesab edənlərin halına!  

12. O kəslər ki, (dünyada) yalana qurşanıb qəflət içində oynayarlar.  

13. O gün onlar zorla cəhənnəm oduna sürüklənəcəklər.  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

512 



14. (Onlara belə deyiləcəkdir: ) "Bu sizin (dünyada) yalan hesab etdiyiniz cəhənnəm 

odudur!  

15. (Vəhyə, Qur’ana sehr dediyiniz kimi) bu da sehrdir, yoxsa (gözünüz qapanıb onun 

həqiqət olduğunu) görmürsünüz?  

16. Yanın orada! İstər dözün, istər yox; sizin üçün eynidir (həmişəlik Cəhənnəmdə 

qalacaqsınız). Siz ancaq etdiyiniz əməllərin cəzasını çəkəcəksiniz!"  

17. Müttəqilər isə, şübhəsiz ki, cənnətlər və ne’mətlər içində olacaqlar.  

18. Rəbbinin onlara əta etdiyi ne’mətlərdən zövq (ləzzət) alacaqlar. Rəbbi onları 

cəhənnəm əzabından qorumuşdur.  

19. (Onlara belə deyiləcəkdir: ) "(Dünyada) etdiyiniz yaxşı əməllərin müqabilində 

nuşcanlıqla yeyin-için;  

20. Səf-səf düzülmüş taxtlara söykəndiyiniz halda!" Biz onları iri (ahu) gözlü hurilərlə 

evləndirəcəyik.  

21. İman gətirib övladları imanla arxalarınca gedənlərin nəsillərini də (Cənnətdə) 

özlərinə qoşacağıq. Onların əməllərindən heç bir şey əskiltməyəcəyik. Hər kəs öz 

əməlinin girovudur!  

22. Onları istədikləri meyvə və ətlə (bol-bol) tə’min edəcəyik.  

23. Onlar orada bir-birinə (şərab dolu) qədəh ötürəcəklər. Onda (cənnət şərabının 

xislətində dünyakından fərqli olaraq) nə lağlağılıq, nə də günaha təhrik vardır.  

24. Onların ətrafında (xidmət üçün) özlərinə məxsus olan, sədəf içində gizlənmiş inci 

kimi gözəl oğlanlar dolanacaqlar.  

25. Onlar (dünyada gördükləri işlər barəsində) bir-birindən hal-əhval tutmağa 

başlayacaqlar.  

26. Və (söhbət əsnasında) belə deyəcəklər: "Biz bundan əvvəl (dünyada) ailəmiz içində 

olarkən (Rəbbimizin əzabından) qorxardıq.  

27. Artıq Allah bizə mərhəmət buyurub (minnət qoyub) bizi cəhənnəm (səmum) 

əzabından qorudu.  



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə