Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə169/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   165   166   167   168   169   170   171   172   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

539 



22. Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu 

yaratmamışdan əvvəl o, bir kitabda (lövhi-məhfuzda) yazılmamış olsun. Bu, Allah üçün 

çox asandır!  

23. Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə də verilənə sevinib 

qürrələnməməyiniz üçündür. Allah özünü bəyənən, (özü ilə) fəxr edən heç bir kəsi 

sevməz!  

24. O kəslər ki, həm özləri xəsislik edər, həm də xalqa xəsis olmağı əmr edərlər. Kim 

(Allahın əmrlərindən, öyüd-nəsihətindən) üz döndərsə (ancaq özünə zərər edər). 

Həqiqətən, Allah ehtiyacsızdır, şükrə (və tə’rifə) layiqdir! (Onun bütün əməlləri 

bəyəniləndir!)  

25. And olsun ki, Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə (mö’cüzələrlə) göndərdik. 

Biz onlara birlikdə (Allahın hökmlərini bildirən səmavi) kitab və ədalət tərəzisi (şəriət) 

nazil etdik ki, insanlar (bir-biri ilə) ədalətlə rəftar etsinlər. Biz həddindən artıq möhkəm 

olan və insanlara fayda verən dəmiri də icad (nazil) etdik (mə’dənlərdən çıxartdıq) ki, 

Allah (Özünü) görmədən Ona (onun dininə) və peyğəmbərlərinə kömək göstərənləri 

(dəmirdən düzəlmiş silahlarla kafirlərə qarşı vuruşan mücahidləri) bəlli etsin. 

Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir!  

26. And olsun ki, Biz Nuhu və İbrahimi (peyğəmbər) göndərdik, peyğəmbərliyi və 

kitabı (Tövratı, Zəburu, İncili və Qur’anı) onların nəslinə verdik. Onlardan doğru yolda 

olan da vardır, çoxu isə (Allahın itaətindən çıxmış) fasiqlərdir!  

27. Sonra onların ardınca (Musa, İlyas, Davud, Süleyman, Yunis və başqa) 

peyğəmbərlərimizi yolladıq. (Onlardan sonra) Məryəm oğlu İsanı göndərib ona İncil 

verdik. Onun ardınca gedənlərin qəlblərində bir-birinə şəfqət, mərhəmət oyatdıq. Onlar 

özlərindən rahiblik (tərki-dünyalıq) icad etdilər. Biz onu (rahibliyi) onlara vacib 

buyurmamışdıq. Onlar bunu Allah rizasını qazanmaq üçün etdilər, lakin ona layiqincə 

əməl (riayət) etmədilər (İncili təhrif edib İsanı Allah bildilər, Muhəmməd 

əleyhissəlamın peyğəmbərliyini dandılar). Biz onlardan iman gətirənlərin mükafatlarını 

verdik. Onların çoxu isə (Allaha asi olan) fasiqlərdir.  

28. Ey iman gətirənlər! Allahdan qorxun və Onun peyğəmbərinə iman gətirin ki, (Allah) 

sizə Öz mərhəmətindən iki pay versin, sizə (qıl körpüsü üstündə) getməyiniz üçün nur 

bəxş etsin və sizi bağışlasın. Allah bağışlayandır, rəhm edəndir!  

29. (Muhəmməd əleyhissəlama iman gətirməyən) kitab əhli bilsin ki, onlar Allahın 

lütfünə (mərhəmətinə, dilədiyi kimsəyə peyğəmbərlik əta etməsinə) heç bir vəchlə 



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

540 



mane ola bilməzlər. Şübhəsiz ki, lütf (mərhəmət, ne’mət) Allahın əlindədir, onu 

istədiyinə bəxş edər. Allah çox böyük lütf (kərəm) sahibidir! [Və ya: kitab əhli Allahın 

lütfündən heç bir şeyə nail olmayacaqlarını, həqiqətən, lütfün (mərhəmətin) Allahın 

əlində olduğunu, Allahın da onu istədiyi kimsəyə bəxş etdiyini bilmədikləri üçünmü 

küfrdə israr edib dururlar? Halbuki bunu çox ə’la bilirlər].  

 

 



 

 

 



 

 

 



 

 

 



 


Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

541 



 

 

 



.

58

.  


əl-Mücadələ  

(Mücadilə) surəsi  

(Mədinədə nazil olmuşdur, 22 ayədir) 

Bismillahir-rəhmanir-rəhim!  

1. (Ya Peyğəmbər!) Əri barəsində səninlə mübahisə edən və Allaha şikayət edən 

qadının sözünü Allah eşitdi. Allah sizin danışığınızı eşidir. Həqiqətən, Allah (hər şeyi) 

eşidəndir, (hər şeyi) görəndir!  

2. Sizdən öz qadınları ilə zihar edən kimsələrin zövcələri (əslində) onların anaları 

deyillər. Onların anaları ancaq özlərini doğan qadınlardır. Onlar, əlbəttə, pis və yalan 

söz danışırlar. Şübhəsiz ki, Allah əfv edəndir, bağışlayandır.  

3. Qadınları ilə zihar (qanuni nikahlarını özlərinə haram) edib, sonra sözlərindən 

dönənlər onlarla yaxınlıq etməzdən əvvəl (kəffarə vermək üçün) bir kölə azad 

etməlidirlər. Bu sizə (zihar barəsində) verilən öyüddür. Allah nə etdiklərinizdən 

xəbərdardır!  

4. Kim (azad etməyə bir kölə) tapmasa, qadını ilə yaxınlıq etməzdən əvvəl iki ay sərasər 

oruc tutmalı, buna da gücü çatmasa, altmış yoxsulu yedirdib doydurmalıdır. Bu sizin 

Allah və Onun Peyğəmbərinə iman gətirməniz üçündür. Bunlar Allahın hədləridir 

(onları aşmaq olmaz). Kafirləri şiddətli bir əzab gözləyir!  




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

542 



5. Allah və Onun Peyğəmbəri əleyhinə çıxanlar, özlərindən əvvəlkilər nə cür rüsvay 

olmuşlarsa, o cür rüsvay olacaqlar. Biz artıq (Muhəmməd əleyhissəlamın haqlı olmasını 

sübut edən) açıq-aşkar ayələr nazil etdik. Kafirləri alçaldıcı bir əzab gözləyir!  

6. Allah onların hamısını dirildəcəyi gün etdikləri əməlləri onlara xəbər verəcəkdir. 

Allah (onların əməllərini bir-bir) sayıb yazmış, onlar isə (etdiklərini) unutmuşlar. Allah 

hər bir şeyə şahiddir!  

7. (Ya Peyğəmbər!) Məgər görmürsənmi ki, Allah göylərdə və yerdə nə varsa, 

(hamısını) bilir. Aralarında gizli söhbət gedən üç adamın dördüncüsü, beş adamın 

altıncısı Odur. Onlar bundan az da, çox da olsalar və harada olsalar, (Allah) yenə də 

onların yanındadır. Sonra qiyamət günü (Allah) onlara etdikləri əməlləri (bir-bir) xəbər 

verəcəkdir. Allah hər şeyi biləndir!  

8. (Ya Peyğəmbər!) Məgər məxfi danışmaq qadağan edildikdən sonra yenə də qadağan 

olunduqları əmələ qayıdıb günah, ədavət və Peyğəmbərin əleyhinə çıxmaq barədə öz 

aralarında pıçıldaşanları (münafiqlərlə yəhudiləri) görmədinmi? Onlar yanına 

gəldikləri zaman səni Allahın salamladığı kimi salamlamır ("əssəlamu əleykə" əvəzinə 

"əsammu əleykə - sənə ölüm olsun!" - deyərək guya salam verir) və ürəklərində: "(Əgər 

Məhəmməd həqiqi peyğəmbərdirsə) bəs niyə Allah bizi dediklərimizə görə əzaba düçar 

etmir?" - deyirlər. Onlara girib yanacaqları Cəhənnəm kifayət edər. Ora necə də pis 

qayıdış yeridir!  

9. Ey iman gətirənlər! Bir-birinizlə xəlvət danışdığınız zaman günah, düşmənçilik və 

Peyğəmbərin əleyhinə çıxmaq barədə danışmayın; yaxşı işlər, Allahdan qorxmaq 

barədə danışın və (qiyamət günü) hüzuruna toplanacağınız Allahdan qorxun!  

10. Şübhəsiz ki, (bir yerə yığışıb günaha, düşmənçiliyə bais olan) məxfi danışma 

(pıçıldaşma) iman gətirənləri mə’yus edib kədərləndirmək üçün olan Şeytan 

əməlindəndir. Halbuki Allahın izni olmadıqca (Şeytan) onlara heç bir zərər yetirə 

bilməz. Mö’minlər yalnız Allaha təvəkkül etsinlər!  

11. Ey iman gətirənlər! Sizə: "Məclislərdə (mö’min qardaşlarınıza) yer verin!" - deyildiyi 

zaman (onlara) yer verin ki, Allah da sizə (Cənnətdə) geniş yer versin. Eləcə də sizə: 

"Qalxın!" deyildikdə qalxın ki, Allah da sizdən iman gətirənlərin və (xüsusilə) elm bəxş 

edilmiş kimsələrin dərəcələrini ucaltsın. Allah etdiyiniz əməllərdən xəbərdardır!  

12. Ey iman gətirənlər! Peyğəmbərlə (hər hansı bir iş barəsində) məxfi danışacağınız 

zaman bu danışıqdan əvvəl (ona hörmət əlaməti olaraq yoxsullara) sədəqə verin. Bu 




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə